Month: August 2021

  • “Birinci xanım” sənədli filmi – VİDEO

    Mehriban Arif qızı Əliyeva. Ziyalı ailəsində doğulub, valideynləri Azərbaycan elmində xüsusi çəkiyə malik insanlardır. O, həm də tarixdə əbədi qalacaq görkəmli dövlət başçısının ailəsinə gəlin köçüb, müdrik bir Azərbaycan qadınının gəlini olub.

    Hər iki ailədə gördüklərini, öyrəndiklərini yaddaşına yazıb. Xalqın sevimlisinə çevrilmək talehin, qismətin işi deyil. Bu sevgini qazanmaq lazımdır. Xalq isə yalnız sevdiklərini ucaldır.

    O, bu sevgini insanlara sadə, səmimi, təmənnasız münasibəti ilə qazanıb. Genetik yaddaş və xalq sevgisi. Bu, onun ən qiymətli sərvətidir.

    İnsan olmaq insanlığı sevmək deməkdir. Bu sevgi ilə insanlığın zirvəsinə ucalanlar isə əsl qəhrəmanlardır.

    AZTV-nin təqdimatında “Birinci xanım” sənədli filmi:

  • “Patı” satanlar tutuldu

    “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan BAKU.WS-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon sakini Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərli saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb.

    Faktla bağlı istintaq aparılır.

  • Korrupsiyada təqsirləndirilən gömrük əməkdaşlarının məhkəməsi başlayıb

    Bakı Baş Gömrük İdarəsinin əməliyyat nəticəsində həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    “Report” xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.

    Hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Ceyhun Şabanov, Mirağa Ağayev və Emin Xəlilovun vəkilləri müvəkkillərinin ittihamda göstərilən cinayət işi ilə əlaqələri olmadığını bildiriblər. Onlar təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsini xahiş ediblər.

    Hakim vəsatətin hazırlıq iclasının predmetinə daxil olmadığını bildirib və vəsatətə növbəti prosesdə baxılacağını deyib.

    Vəkillər eyni zamanda müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.

    Hakimlər bu vəsatəti də təmin etməyiblər.

    Məhkəmədə təqsirləndirilən şəxs Elmar Mirzəyevin vəkillərinin növbəti vəsatətləri istintaq zamanı müvəkillərinin telefonundan çıxarılan məlumatların sübutlar siyahısından çıxarılması olub.

    Lakin bu vəsatət də təmin edilməyib.

    Məhkəmənin baxış iclası sentyabrın 6-na təyin olunub.

    Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

    Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

    Baş Gömrük İdarəsində keçirilən birinci əməliyyatdan bir gün sonra daha bir əməliyyat keçirilib və həmin əməliyyat zamanı idarə əməkdaşları Sadiq İsgəndərov və Azər Baxşyev saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

  • Birinci vitse-prezident Mehriban Əliyevanın ad günü münasibətilə təbriklər davam edir

    AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edənlərin siyahısını təqdim edib:

    1. Leonid Slutski – Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Beynəlxalq məsələlər Komitəsinin sədri

    2. İqor Babuşkin -Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

    3. Mixail Qutseriyev – “Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti

    4. Pyotr Qlıboçko- İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru

    5. Tatyana Anodina – Dövlətlərarası Aviasiya Komitəsinin sədri

    6. Altınbek Mamayusupov – TÜRKPA-nın Baş katibi

    7. Dmitri Savelyev – Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri

    8. İqor Makarov – ARETİ şirkətlər qrupunun prezidenti

    9. Svetlana Medvedeva

  • В Лянкяране наказали владельцев объектов, нарушивших карантинный режим

    Правоохранительные органы Азербайджана продолжают мероприятия по выявлению и привлечению к ответственности нарушителей требований карантинного режима.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы МВД, в ходе очередных рейдов, проведенных сотрудниками райотдела полиции, в отеле-ресторане “Маяк”, расположенном в Лянкяране, а также чайхане в селе Ширинсу были выявлены факты предоставления клиентам услуг кальянной, что является нарушением карантинного режима и санитарно-гигиенических норм.

    На владельцев указанных заведений были составлены протоколы по соответствующей статье Кодекса об административных проступках АР и направлены на рассмотрение в Лянкяранский районный суд.

  • Lənkəranda qəlyan xidməti göstərən hotel-restoran məhkəməyə verildi

    Ölkə ərazisində elan edilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran şəhəri ərazisində yerləşən “Mayak” hotel-restoranda və rayonun Şirinsu kəndində yerləşən bir çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb.

    Karantin qaydalarının pozulduğu həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

  • В Баку сын владельца магазина покончил с собой – ФОТО

    В Наримановском районе Баку 15-летний Мухаммед Калкан совершил самоубийство, выбросившись с 9-го этажа дома, расположенного на улице Тебриз, передает АПА.

    На место происшествия были привлечены сотрудники полиции и прокуратуры. Тело подростка было доставлено в Наримановское отделение Объединения судебно-медицинской экспертизы и патологической анатомии.

    Мотивы суицида пока неизвестны. М.Калкан упал на автомобиль Mercedes, припаркованный во дворе.

    В связи с произошедшим на дороге наблюдается повышенная плотность транспортного потока.

    По данному факту проводится расследование.

    Отметим, что подросток был уроженцем Турции и сыном владельца магазина İzmir, находящегося в том же здании.

  • Bakıda mağaza sahibinin oğlu intihar etdi – FOTO

    Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb.

    APA-nın verdiyi məlumata görə, əslən türkiyəli olan 15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

    Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binada yerləşən “İzmir” mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. İntihar edən şəxs əvvəlcə binanın həyətində olan “Mercedes” markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.

    Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib. Faktla bağlı araşdırma aparılır.

  • В Гызылагаджском национальном парке задержан браконьер

    Сотрудники Гызылагаджского национального парка задержали браконьера на территории в районе Малого залива (Kiçik körfəz).

    Как сообщила официальный представитель Службы охраны биоразнообразия Арзу Самедова, в ходе расследования выяснилось, что это житель Лянкярана Хаким Алиев.

    “В отношении нарушителя приняты соответствующие меры”, – отметила она.

  • Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb

    Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı “Kiçik körfəz” adlanan ərazidə ov edən şəxs saxlanılıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Hakim Əliyev olduğu məlum olub.

    “Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”, – deyə o bildirib.