Month: August 2021

  • Bir qrup FHN əməkdaşı təltif edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilirlər:

    “İgidliyə görə” medalı ilə

    Mirzəyev Etibar Böyükbəy oğlu – general-leytenant

    Həsənov Məhərrəm İmamqulu oğlu – general-mayor

    Kərimov Emil Kərim oğlu – polkovnik-leytenant

    Qlıçov Emil Cəmiyeviç – mayor

    Təhməzov Nahid Aydın oğlu – kapitan

    Əkbərov Cəlal Mirzəbala oğlu – baş gizir

    Əliyev Elnur Qaçay oğlu – daxili xidmət baş çavuşu

    Əliyev Samir Savalan oğlu – daxili xidmət baş çavuşu

    Abbasov Eyvaz Əjdər oğlu – mülki işçi

    Cəfərov Zəfər İdris oğlu – mülki işçi

    Əliyev Faiq Sabir oğlu – mülki işçi

    Hüseynov Telman Səfər oğlu – mülki işçi

    Kolmıkov Viktor İvanoviç – mülki işçi

    Qəhrəmanov Cavid Əkrəm oğlu – mülki işçi

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Əliyev Ələsgər Nəcəf oğlu – polkovnik

    Həsənov Anar Şükür oğlu – polkovnik-leytenant

    Xəlilli Məmməd İsfəndiyar oğlu – polkovnik-leytenant

    Hüseynov Bəhruz Elxan oğlu – mayor

    Şixəliyev Vüqar Məmməd oğlu – mayor

    Abbasov Nurlan İsmayıl oğlu – kapitan

    Allahverdiyev Elməddin Sərəddin oğlu – kapitan

    Eyvazov Qurban Əbülfət oğlu – tibb xidməti kapitanı

    Əhmədov Nuriddin Abbas oğlu – kapitan

    Hüseynov Zaur Sahib oğlu – kapitan

    İbrahimov Qəzənfər Surxay oğlu – kapitan

    Məmmədov Rauf Həbib oğlu – kapitan

    Əliyev Hüseyn Sadıq oğlu – baş leytenant

    Kərimov Rahib Əsgər oğlu – baş leytenant

    Qocayev Elvin Novruz oğlu – baş leytenant

    Məmmədov Səmədağa Məmmədağa oğlu – baş leytenant

    Rzalı Samir Adıgözəl oğlu – baş leytenant

    Səfəralıyev Səfəralı Hacəddin oğlu – baş leytenant

    Ağayev Allahverdi Sabir oğlu – leytenant

    Bayramov Rüstəm Çingiz oğlu – leytenant

    Əliyev Rizvan Rəhman oğlu – leytenant

    İbrahimov Eldəniz Hilal oğlu – leytenant

    İsmayılov Ələskər Fərman oğlu – leytenant

    Bayramov İsmayıl Novruz oğlu – gizir

    Eyvazlı Elmir Qafqaz oğlu – gizir

    Əkbərli Kamal Elçin oğlu – gizir

    Həsənov Arzuman Arzu oğlu – gizir

    Hüseynov Səbuhi Yuris oğlu – gizir

    İmanov Zahir İsmayıl oğlu – gizir

    Mahmudov Sahil Murad oğlu – gizir

    Məmmədov Rəvan Bayram oğlu – gizir

    Musayev Vüqar Zülfüqar oğlu – gizir

    Nəsirov Xəyal Elçin oğlu – gizir

    Ramazanov Orxan Rasim oğlu – gizir

    Ramazanov Tahir Aşur oğlu – gizir

    Səfərov Nazim Zahid oğlu – gizir

    Süleymanzadə Əhməd Şakir oğlu – gizir

    Bədəlzadə Nurlan Polad oğlu – kiçik gizir

    Məhəmmədov Ramin Həbib oğlu – kiçik gizir

    Yusifov İlqar Yusif oğlu – kiçik gizir

    Salamov Rövşən Bəybala oğlu – baş çavuş

    Cəfərov İsmayıl Qadir oğlu – çavuş

    Qarayev Rəşad Mərdan oğlu – çavuş

    2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Nəbiyev Xudat Allahverdi oğlu – daxili xidmət polkovniki

    Dünyamalıyev Rəşad İsmayıl oğlu – daxili xidmət polkovnik-leytenantı

    Ələsgərov Elçin Rasim oğlu – daxili xidmət polkovnik-leytenantı

    3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Bağışov Nəzər Zayid oğlu – daxili xidmət polkovniki

    Əliyev Azad Arif oğlu – daxili xidmət polkovniki

    Xudiyev Rza Xudu oğlu – daxili xidmət polkovniki

    Ağayev Saleh İldır oğlu – daxili xidmət polkovnik-leytenantı

    Bayramov Rəşad Xıdır oğlu – daxili xidmət polkovnik-leytenantı

    Nəsibov İlqar Vüqar oğlu – daxili xidmət polkovnik-leytenantı

    Abdullayev Abdulla Əjdər oğlu – daxili xidmət mayoru

    Cəbrayılov Elçin Namiq oğlu – daxili xidmət mayoru

    Dəmirov Sərxan Adil oğlu – daxili xidmət mayoru

    Həsənli Xalid Şahin oğlu – daxili xidmət mayoru

    Məmmədov Elçin Şahsevər oğlu – daxili xidmət mayoru

    Niyazov Sənan Nizami oğlu – daxili xidmət mayoru

    Əsgərov Murad Hafiz oğlu – daxili xidmət kapitanı

    Gəncəliyev Şəmsəddin Qəşəm oğlu – daxili xidmət kapitanı

    Əkbərov Vahab Sadıq oğlu – daxili xidmət leytenantı

    Cəfərov Xəqani Məhərrəm oğlu – daxili xidmət giziri

    Babayev Ağa Bala Valeh oğlu – daxili xidmət kiçik giziri

    Əliyev Azər Akif oğlu – daxili xidmət baş çavuşu

    Hüseynov Seyran Fikrət oğlu – daxili xidmət baş çavuşu

    İsmiyev Mustafa Cəlal oğlu – daxili xidmət baş çavuşu

    Qurbanov Elvin Nadir oğlu – daxili xidmət baş çavuşu

    Məmmədov Hafiz Asif oğlu – daxili xidmət baş çavuşu

    Məmmədov Qılman Məhəmməd oğlu – daxili xidmət baş çavuşu

    Məmmədov Rüstəm Vilayət oğlu – daxili xidmət baş çavuşu

    Nəsirov Rəşad Allahverən oğlu – daxili xidmət baş çavuşu

    Paşayev Əlisgəndər Tahir oğlu – daxili xidmət baş çavuşu

    Rəhmanov Telman Mətləb oğlu – daxili xidmət baş çavuşu

    Sadıqov Elçin Nizami oğlu – daxili xidmət baş çavuşu

    Abasov Tomar Əliağa oğlu – daxili xidmət çavuşu

    Ağayev Mircəlil Mirzə oğlu – daxili xidmət çavuşu.

  • Azərbaycandan külli miqdarda dollar çıxarılmasının qarşısı alındı – FOTO

    Xarici valyutanın qanunsuz ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

    Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9000 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

    Yoxlama zamanı avtomobilin salonunda olan əl çantasının içərisindən isə gömrük nəzarətindən gizlədilən 12 200 dollar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sentyabr ayına olan havanın orta aylıq temperaturu AÇIQLANDI

    Sentyabr ayına havanın orta aylıq temperaturu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.

    Gecələr havanın temperaturu 19-23, gündüzlər 25-30, bəzi günlərdə 33 dərəcə olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 12-23 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

    Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.

    Gecələr havanın temperaturu 17-22, gündüzlər 25-30, bəzi günlərdə 34-38 dərəcə olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

    Gecələr havanın temperaturu 11-16, gündüzlər 18-23, bəzi günlərdə 26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-50 mm) olacaq.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.

    Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 17-44 mm) bir qədər normadan çox olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.

    Gecələr havanın temperaturu 15-20, bəzi günlərdə 9-13, gündüzlər 20-25, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 mm) olacaq.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

    Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 34-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-38 mm) olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.

    Gecələr havanın temperaturu 17-22, dağlarda 10-15, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 50-199 mm) olacaq.

  • 17 yaşlı gəncin meyiti ağacda aşkarlandı

    Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanan bir nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

    FHN-dən verilən məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

    Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Пресечена попытка незаконного вывоза из Азербайджана золотых ювелирных изделий

    Пресечена попытка незаконного провоза ювелирных изделий через таможню АР.

    В оперативно-следственное управление Главного таможенного управления (ГТК) на воздушном транспорте поступила информация о том, что гражданин Азербайджана, следовавший рейсом Баку-Стамбул, при прохождении “красного коридора” не задекларировал некоторые перевозимые им предметы ни в электронной, ни в письменной форме.

    Об этом сообщили в ГТК.

    После просвечивания рентгеновским аппаратом и осмотра багажа в чемодане были обнаружены скрытые от таможенного контроля золотые ювелирные изделия: два комплекта, состоящие из сережек, кольца и кулона, а также один комплект – из сережек, браслета, кулона и кольца.

    Общий вес украшений 128 г.

    По данному факту проводится расследование.

  • Azərbaycandan qeyri-qanuni yolla qızıl-zinət əşyalarının çıxarılması cəhdinin qarşısı alındı

    Zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz keçirmək cəhdinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı “Qırmızı Kanal” vasitəsilə keçərkən mütləq qaydada bəyan etməli olduğu əşyaları elektron və yazılı formada bəyan etməyib.

    Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları – iki ədəd sırğa-üzük-klon dəsti, bir ədəd sırğa-üzük-klon-qolbaq dəsti aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • На бакинском рынке найдено тело мужчины

    В Низаминском районе Баку возле рынка, известного как “восьмой километр”, найдено тело мужчины.

    Им оказался 61-летний житель Шабранского района Муслим Асадов.

    Сообщается, что он работал на этом рынке и скончался от болезни.

    По данному факту проводится расследование.

    //lent.az

  • Bakı bazarında arabaçı işləyən şəxsin meyiti tapıldı

    Bakıda küçədən kişi meyiti tapılıb.

    Meyit avqustun 30-da paytaxtın Nizami rayonu ərazisində, “8-ci kilometr” bazarının yaxınlığında tapılıb.

    Araşdırmalar zamanı meyitin şəxsiyyəti müəyyənləşib. Onun 61 yaşlı Şabran rayon sakini Əsədov Müslüm Əsəd oğlu olduğu məlum olub.

    M.Əsədovun “8-ci kilometr” bazarında arabaçı işlədiyi və xəstəlikdən öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    //lent.az

  • Ильхам Алиев поздравил узбекского коллегу

    Президент Азербайджана Ильхам Алиев направил своему узбекскому коллеге Шавкату Мирзиееву поздравительное письмо по случаю 30-й годовщины независимости Узбекистана.

    Текст послания опубликован АЗЕРТАДЖ.

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана рад передать Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю 30-й годовщины независимости братской Республики Узбекистан.

    Нас, как братское государство, очень радуют социально-экономический прогресс в Узбекистане и значительные достижения, завоеванные в других сферах за минувший период под Вашим мудрым руководством.

    Нынешнее состояние азербайджано-узбекских отношений, основанных на взаимном доверии и поддержке, вызывает удовлетворение. Эти отношения характеризуются высоким уровнем развития наших политических, экономических и культурных связей.

    Уверен, что предпринимаемые нами совместные шаги по дальнейшему углублению сотрудничества в двустороннем и многостороннем порядке и впредь будут служить благу наших народов.

    В столь знаменательный день еще раз сердечно поздравляю Вас, желаю братской Республике Узбекистан – постоянного спокойствия и процветания”, – говорится в письме.

  • İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, təbrik mətnində deyilir:

    “Hörmətli cənab Prezident,

    Qardaş Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

    Ötən dövr ərzində Sizin müdrik rəhbərliyiniz altında Özbəkistanda sosial-iqtisadi tərəqqi və digər sahələrdə mühüm nailiyyətlərin əldə edilməsi qardaş dövlət olaraq bizi çox sevindirir.

    Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Bu münasibətlərimiz siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

    Əminəm ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində atdığımız birgə addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Özbəkistan Respublikasına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.