Month: August 2021

  • Saatlıda “patı” satan şəxs saxlanıldı

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı əməliyyatlar keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakini Peyman Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Dindirilmə zamanı P.Mahmudov narkotik maddəni Azər adlı şəxsdən aldığını bildirib.

    Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Bəylik kənd sakini Azər Cavadov da saxlanılaraq istintaqa təqdim olunub. Ona məxsus evə keçirilən baxış zamanı isə oradan satış üçün hazırlanmış 13 büküm “patı” adlanan psixotrop maddə – metamfetamin və iki büküm narkotik maddə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

    Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

  • Lavrovdan Ermənistan-Azərbaycan sərhədi ilə bağlı mühim AÇIQLAMA

    “Ermənistan-Azərbaycan sərhədində vəziyyət ətrafında fikir mübadiləsi apardıq. Hesab edirik ki, bütün məsələləri istisnasız olaraq siyasi-diplomatik metodlarla nizamlamaq lazımdır”.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

    “Uzunmüddətli nizamlama isə ancaq sərhədlərin delimitasiyasi və demarkasiyası prosesinin aparılması ilə mümkündür. Rusiya Prezidentinin bununla bağlı təşəbbüsü yaxşı məlumdur. Biz bu gün bu təşəbbüsün necə tez həyata keçirilməsinin mümkünlüyü barədə danışdıq. Bu prosesə hərtərəfli kömək etməyə hazır olduğumuz təsdiqlədik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

    S. Lavrov Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupun fəaliyyətindən razı olduqlarını da söyləyib: “Ümid edirik ki, bu mexanizmin fəaliyyəti və bütün kommunikasiyaların açılması təkcə Cənubi Qafqaz regionunun iqtisadi inkişafına deyil, regionda siyasi nizamlanmanın etibarlı əsaslarla təmin olunmasına və regionun çiçəklənməsinə kömək edəcək”.

  • Sürücülərin NƏZƏRİNƏ: Hərəkət qismən məhdudlaşdırılacaq

    Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində iş aparılacaq.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 1 sentyabr saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq hərəkət qismən məhdudlaşdırılacaq.

    Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 116 709 человек.

    69 972 из них получили первую дозу препарата, 46 737 – вторую.

    Об этом 31 августа сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 6 805 740 доз вакцин от COVID-19.

    При этом 4 113 716 человек получили первую дозу препарата, 2 692 024 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 737 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 113 716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 təşkil edir.

  • Первый вице-президент Азербайджана: Желаю нашей национальной сборной новых побед и достижений! – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева разместила в Instagram публикацию в связи с новыми достижениями азербайджанских спортсменов на Паралимпийских играх в Токио.

    “По итогам на сегодняшний день у Азербайджана 10 золотых, 1 серебряная и 4 бронзовые медали! От всей души поздравляю наших сегодняшних победителей – Рамана Салеха, завоевавшего еще одну золотую медаль, обладателя серебряной медали Ламию Велиеву и бронзового призера Саида Наджафзаде! Желаю нашей национальной сборной новых побед и достижений!” – говорится в публикации.

  • Mehriban Əliyeva Paralimpiya Oyunlarındakı uğurlarımızla bağlı paylaşım edib – FOTO

    Bu gün Paralimpiya millimiz ümumi medal sayını 15-ə çatdırıb.

    Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”

    Həmin paylaşımı təqdim edirik:

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончались 44 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 788 новых случаев инфицирования коронавирусом, 3 228 человек вылечились и были выписаны домой.

    Об этом 31 августа сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 44 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 424 891 человек, 5 636 – скончались, 366 126 – вылечились, 53 129 – продолжают лечение.

    В республике проведено 4 461 937 тестов на COVID-19 (за последние 24 часа – 19 693).

  • Azərbaycanda son sutkada 44 nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 44 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib, aktiv xəstə sayı 53 129 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, ötən müddət ərzində isə ümumilikdə 4 461 937 test aparılıb.

  • Azərbaycanda üç rayona yeni polis rəisi təyin edildi

    Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

    Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.