Month: August 2021

  • Azərbaycanda bu günədək 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər həyatını itirib

    Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda jurnalistlər arasında koronavirusa yoluxma halları ilə bağlı monitorinq aparıb.

    Bu barədə “Report”a JuHİ-dən məlumat verilib.

    Bildirilib ki, monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

    JuHİ sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir.

    O bildirib ki, dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər:

    Qeyd olunub ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

    M.Ələsgərli deyib ki, indiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.

  • Tokio-2020: Azərbaycan 15-ci medalı qazandı

    Azərbaycanın para-atletləri Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

    O, 100 metr məsafəyə qaçışda ikinci olub.

  • Azərbaycanda heyvanların vaksinasiyası bu tarixdən başlanır

    Gələn ilin əvvəlindən heyvanların vaksinasiyasına başlanılacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyev deyib.

    O bildirib ki, artıq gələn ildən vətəndaşlar aldıqları ətin təhlükəsizliyi barədə kəsim və satış məntəqələrində tanış ola biləcək: “Heyvan və ya ət satan şəxsə həmin heyvanın vaksin olunması barədə məlumatlar veriləcək, ət alan vətəndaş da kəsilən heyvanın sağlam olub-olmadığını biləcək”.

  • Gürcüstanda dərs ili distant formada bərpa olunacaq

    Gürcüstanda yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq.

    Bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasına qəbul edilib.

    Qərara əsasən, bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək.

    Ali və peşə məktəblərində də analoji qayda tətbiq olunacaq.

    Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.

    ///Report

  • Bakıdan İstanbula avtobus reysləri olacaq? – Rəsmi açıqlama

    Bakı Beynəlxalq Avtovağzalından Bakı-İstanbul-Bakı müntəzəm reyslərinin fəaliyyət ilə bağlı həqiqəti əks etdirməyən elanlar yayılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova açıqlama verib. O bildirib ki, həmin elanlarda hətta tarif qiymətinin 144 AZN olduğu qeyd edilib.

    “Bu məlumat tamamilə yanlışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən İstanbula heç bir müntəzəm marşrut xətti yoxdur. Pandemiya ilə əlaqədar olaraq daxili sərnişindaşıma bərpa olunsa da, beynəlxalq sərnişindaşımanın bərpası ilə bağlı qərar verilməyib. Gürcüstan, Türkiyə və digər istiqamətlərdə hələlik avtobusla sərnişindaşıma mümkün deyil. Lakin bu il iyulun 17-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə İran üzərində keçməklə Naxçıvana avtobusla səfərlər təmin olunub. Daşıyıcılardan biri Bakı Avtovağzal Kompleksindən Türkiyəyə getmək istəyən sərnişinlərə Naxçıvan üzərindən bilet almalarını tövsiyə edib. Bildirib ki, Naxçıvandan İğdıra və Türkiyənin digər şəhərlərinə gedə bilərlər. Bu, yaxşı bir şeydir. Bizim Naxçıvan üzərindən müntəzəm marşrutlarla gediş-gəlişimizin sayı artıb. Amma, əziz sərnişinlər, Naxçıvan üzərindən Türkiyənin hansısa şəhərlərinə səfərlərin olub-olmaması ilə bağlı məlumatı verən qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyil. Bu barədə məlumatı yalnız Naxçıvanla bağlı aidiyatı qurumun səhifəsindən, saytından öyrənə bilərsiniz. Qeyd etdiyim kimi bütün hallarda Bakıdan nə Türkiyəyə, nə Gürcüstana birbaşa belə səfərlər yoxdur”.

  • Sabahdan Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə minir

    Sabahdan Nazirlər Kabinetinin qərarına əsasən artıq yeni məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

    Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.

    1. Şadlıq sarayları

    2. Sağlamlıq-idman kompleksləri

    3. Restoranlar

    4. Kafelər

    Gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələb olunmayacaq. Çünki onlar eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar hesab olunmur.

    Qərarda COVID pasportu tələbinin iri ticarət mərkəzlərinə şamil olunması da onu deməyə əsas verir ki, pasportu olmayanlar kiçik mağazaların xidmətindən istifadə edə biləcək.

    Bəzi məkanlarda müştərilərin girişi üçün məhdudiyyət olmasa da, bu heç də o demək deyil ki, həmin məkanlarda çalışanların da pasportsuz giriş-çıxışına imkan veriləcək.

    Belə ki, qərarda bu iş yerlərində əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:

    Bütün tibb və əczaçılıq müəssisələrinin

    Bütün elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq)

    Eləcə də digər dövlət orqanlarının.

    Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.

    Qeyd edək ki, “Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək”. Bu barədə açıqlamanı Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əgər hər hansı qayda pozuntusu aşikar edilərsə məsuliyyəti həmin obyektin sahibi daşıyır.

    “Polislər bu işə ciddi nəzarət həyata keçirəcək: Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar”.

    İnzibati Xətalar Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

  • “Aztelekom”dan 20 min manata yaxın pul oğurlandı

    Cari ilin avqust avqust ayının 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus 19000 manat pulun oğurlanması barədə məlumat verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun “Aztelekom” MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib.

    İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

    Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Koronavirus hamilələr üçün hansı riskləri yaradır? – AÇIQLAMA

    Vaksinasiya prosesinin sürətləndiyi bir dövrdə ailə qurmağı və ya övlad sahibi olmağı planlaşdıran insanları koronavirus əleyhinə peyvəndin təsir imkanları maraqlandırır. Bəzi insanlar vaksinin doğulacaq körpənin sağlamlığına mənfi təsir etdiyini düşünürlər.

    Median.Az “xezerxeber.az”-a istinadən xəbər verir ki, infeksionist Hicran Xıdırova isə vaksinin sonsuzluğa və ya doğulacaq uşağın zərər görməsinə səbəb olma ehtimallarını rədd edir.

    Həkim, ana olmağa hazırlaşan qadınlara nəinki peyvənd vurdurmaqdan qorxmamağa çağırır, əksinə, onların digərlərinə nisbətən bu prosesə daha həvəslə qoşulmalı olduqlarını deyir. Çünki vaksin yox, məhz koronavirus hamiləlik üçün risk yaradır.

    Müsahibimiz övlad sahibi olmağı planlaşdıran insanları əmin edir ki, bütün peyvəndlər kimi koronavirus əleyhinə olan vaksin də immunitet formalaşdırır və bunun sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz.

  • Mingəçevirdə çimərlik ərazisində zibillik: Ətraf mühiti çirkləndirən sahibkarlar cərimələndi

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə su anbarı yaxınlığında yerləşən ictimai iaşə müəssisələrində müvafiq yoxlamalar keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən yoxlamalar zamanı bəzi obyekt sahibləri tərəfindən sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanıb.

    Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar onlarla maarifləndirici söhbətlər aparılıb və üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq aidiyyatı üzrə Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

  • Президент распорядился наградить группу сотрудников МЧС

    Президент Азербайджана Ильхам Алиев 31 августа подписал распоряжение о награждении сотрудников Министерства по чрезвычайным ситуациям (МЧС) за отличия в тушении лесных пожаров в Турции и выполнении необходимых поисково-спасательных операций в зоне бедствия.

    С полным списком награжденных можно ознакомиться по ссылке.