Month: September 2021

  • “Qızıl top” mükafatının təqdimetmə tarixi açıqlandı

    Nüfuzlu “France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq “Qızıl top” mükafatının verilmə tarixini açıqlayıb.

    Mükafata namizəd olan futbolçuların siyahısı oktyabrın səkkizində açıqlanacaq.

    2021-ci ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi isə 29 noyabrda baş tutacaq.

    Məlumat üçün qeyd edək ki, 2020-ci ildə “Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

    Keçən il bu mükafata Münhen “Bavariya”sının hücumçusu Robert Levandovski layiq görülüb.

    Mənbə: “France Football”

  • Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

    1978-ci il təvəllüdlü Əliyev Asif Abbas oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, A.Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib – FOTO

    Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Futbol Veteranları İttifaqının (FVİ) yığma komandaları Tofiq Bəhramov adına Respublika stadionunun 70 illik yubileyi münasibətilə yoldaşlıq görüşündə üz-üzə gəliblər.

    “Report” xəbər verir ki, Respublika stadionunun qapalı meydançasında keçirilmiş oyundan öncə rəsmi mərasim təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov tədbirin Vətən müharibəsinin ildönümü günlərinə təsadüf etməsinin rəmzi anlamından danışıb. O bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan haqq savaşı nəticəsində torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsində canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla anılıb, qazilərə tezliklə sağalmaları arzulanıb.

    E.Məmmədov qeyd edib ki, döyüş meydanındakı zəfərlə yanaşı, komandalarımız da beynəlxalq oyunlarda bir çox qələbəmizə imza atıblar. Bu baxımdan, Ağdam rayonunun timsalında 30 ilədək işğal altında olmuş ərazilərimizi təmsil edən “Qarabağ”ın qələbələri xüsusi vurğulanmalıdır: “O “Qarabağ” ki 8 ildir avrokubokların qrup mərhələsində çıxış edir. O “Qarabağ” ki hazırda ev oyunlarını bu arenada keçirir, azarkeşləri möhtəşəm qələbələri ilə sevindirir. Bu stadion həm də “Neftçi”nin qələbələrinə ev sahibliyi edib. Elə bugünkü yoldaşlıq görüşündə də əksəriyyəti “Qarabağ” və “Neftçi”nin veteran futbolçularından ibarət heyət iştirak edir. Fürstədən istifadə edərək. onlara belə bir unudulmaz görüşün keçirilməsinə razılıq verdikləri üçün təşəkkürümüzü bildiririk”.

    Daha sonra təbrik üçün söz Gənclər və İdman Nazirliyinin Futbol sektorunun müdiri Fikrət Hüseynova verilib. O, Respublika stadionunu 70 illik yubileyi münasibətilə təbrik edərək, daha böyük nailiyyətlər arzulayıb.

    Veteran futbolçular adından çıxış edən Maşallah Əhmədov isə Respublika stadionunda unudulmaz qələbələr qazandıqlarını və yenə bu arenanın diqqət mərkəzində olduğunu vurğulayıb. O, veteran futbolçuların imzaladığı topu stadion direktoru Şamil Quliyevə hədiyyə edib.

    AİJF prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev də Respublika stadionunu təbrik edib. O, idman jurnalistlərinin təkcə qələmlə deyil, müxtəlif idman növləri ilə məşğul olduqlarını, futbola isə xüsusi diqqət göstərdiklərini söyləyib. Q.Mehdiyev jurnalistlərin beynəlxalq arenada da Azərbaycanı həvəskar futbolçu kimi təmsil etdiklərini vurğulayıb: “Bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə Kote Maxaradzenin xatirəsinə həsr olunmuş II Beynəlxalq turnir keçiriləcək. Bizim yığma komandamız ölkəmizi həmin turnirdə təmsil edəcək”.

    Daha sonra AİJF prezidenti Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə və 70 illik yubileyi münasibətilə xatirə diplomu təqdim edib.

    Öz növbəsində, stadionun direktoru Şamil Quliyev arenanın keçdiyi yola nəzər salıb, idman qurğusunun daim dövlətin diqqət və qayğısı ilə əhatələndiyini bildirib. Ş.Quliyev bu stadionda bir çox böyük idman tədbirlərinin keçirildiyini, əlamətdar qələbələrin qazanıldığını diqqətə çatdırıb. “Hörmətli tədbir iştirakçıları, bildiyiniz kimi bu ay Tofiq Bəhramov adına Respublika stadionunun 70 yaşı tamam olur. Bu keçən dövr ərzində mərkəzi arena ölkəmizdə, eləcə də beynəlxalq aləmdə müxtəlif möhtəşəm idman yarışlarına imza atıb, bir çox əlamətdar qələbələr qazanılıb. Stadion bir sıra özəl xüsusiyyətləri və ənənələri ilə seçilmiş şərəfli tarixə malikdir. Respublikanın ilk kütləvi idman tədbirləri məkanı və unikal arxitektura abidəsi sayılan stadion ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Keçən 70 il ərzində Respublikanın mərkəzi arenası sayılan stadion ictimaiyyətimizin, eləcə də yerli və xarici idmansevərlərin daim diqqət mərkəzində olub və olmaqdadır”.

    Ş.Quliyev deyib ki, stadionda futbol veteranlarının böyük xatirələri var: “Vaxtilə peşəkar futbolçu kimi bu stadionda dəfələrlə oyun keçiriblər və xalqımıza qələbə sevinci yaşadıblar. Jurnalistlər də stadionumuzu daim diqqətdə saxlayıb və bizimlə birlikdə çalışıblar. Stadionun fəaliyyətini daim işıqlandırdıqları və hər zaman xüsusi diqqət dairəsində saxladıqları üçün onlara öz təşəkkürümü bildirirəm. Bu gün bu tədbirdə keçiriləcək oyunun təşkilinə dəstək verdikləri üçün Azərbaycan İdman Jurnalistləri Federasiyasına və Futbol Veteranları İttifaqına öz dərin minnətdarlığımızı bildiririk”.

    Ş.Quliyev yubiley tədbirinin təşkilinə dəstək olduqları üçün FVİ-yə və AİJF-yə diplom, E.Məmmədova isə forma hədiyyə edib.

    Bundan sonra komandalar meydana daxil olublar. Oyun Vətən müharibəsi qazisi, baş leytenant Anar Əhmədov və I Qarabağ müharibəsinin iştirakçısı, veteran futbolçu Novruz Əzimovun topa ilk toxunuşu etməsi ilə başlayıb. Görüş FVİ-nin 6:4 hesablı qələbəsi ilə ilə yekunlaşıb. Veteranlardan qolları Vüqar Nadirov (2), Samir Əliyev, Əli Abışov, Paşa Əliyev və İlqar Qurbanov vurublar. AİJF-nin heyətində isə Mirbağırağa Cəfəri (2), Xanoğlan İmanov və Emin Abbasov fərqləniblər.

  • Metrolarda COVİD-19 pasportu tələb olunacaqmı? – VİDEO

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları da sərnişindaşıma fəaliyyəti göstərəcək.

    Qatarların hərəkət cədvəli 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub.

    Bakı Metropoliteni QSC-nin Hərəkət Xidmətinin rəisi Elxan Məmmədov mövzu ilə bağlı sualları cavablandırıb.

    O bildirib ki, digər günlərdə olduğu kimi həftə sonu da metro saat 06:00-dan gecə saat 12-ə kimi fəaliyyət göstərəcək.

    Xidmət rəisinin sözlərinə görə indiki məqamda sərnişinlərdən COVİD pasportunun yoxlamaq qeyri-mümkün olar. Onun sözlərinə görə, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəsisələrində COVİD sənədi yoxlandığı üçün metropolitendə bu yoxlamalara ehtiyac yoxdur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • “Omoniya”nın kapitanı: “Qarabağ”la oyun vacibdir, amma kritik deyil

    Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik”.

    “Report”un məlumatına görə, bunu Kipr “Omoniya”sının kapitanı Xordi Qomes evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

    İspaniyalı yarımmüdafiəçi komandasına inandığını bildirib: “Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldır. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Futbolçulara inanıram”.

    Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

  • В Чехии распространяется высокопатогенный штамм вируса птичьего гриппа

    У домашних гусей в одном из сел в Центральной Чехии выявлен высокопатогенный штамм вируса птичьего гриппа H5N1.

    Как передает Report, об этом сообщило Чешское радио со ссылкой на министерство сельского хозяйства республики.

    Ранее министерство проинформировало о вспышке птичьего гриппа в Трхове-Душники. Заболевание было выявлено у пяти домашних гусей в одном из приусадебных хозяйств села.

    Это уже 39-й случай вспышки птичьего гриппа в текущем году в Чехии. В связи с заболеванием в республике за последние восемь с половиной месяцев был произведен забой около 250 тыс. особей домашней птицы.

  • Çexiyada quş qripi yayılıb

    Çexiyada yüksək patogenli quş qripi yayılıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, virus Bohemiyanın Pribram şəhəri yaxınlığındakı kəndlərdən birində beş ev qazında aşkarlanıb.

    Çexiya Kənd Təsərrüfatı Nazirliyi əvvəllər bu kənddə (Trxov-Dusniki) quş qripinin yayılması barədə məlumat vermişdi.

    Qeyd edək ki, bu, Çexiyada 2021-ci ildə quş qripinin aşkarlandığı 39-cu hadisədir. Xəstəliklə əlaqədar son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş kəsilib.

  • Çexiyada quş qripi yayılıb

    Çexiyada yüksək patogenli quş qripi yayılıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, virus Bohemiyanın Pribram şəhəri yaxınlığındakı kəndlərdən birində beş ev qazında aşkarlanıb.

    Çexiya Kənd Təsərrüfatı Nazirliyi əvvəllər bu kənddə (Trxov-Dusniki) quş qripinin yayılması barədə məlumat vermişdi.

    Qeyd edək ki, bu, Çexiyada 2021-ci ildə quş qripinin aşkarlandığı 39-cu hadisədir. Xəstəliklə əlaqədar son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş kəsilib.

  • Emin Əmrullayev: “Dərslikləri dəyişmək baxımından daha çox vaxta ehtiyac var”

    Bildiyiniz kimi, bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istərsə də təhsilverənlər, daha geniş ictimaiyyət, valideynlərlə münasibətdə qarşıda olan çağırışlara cavab verə biləcəyik.

    “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

    Nazir qeyd edib ki, ən əsası təhsilalanların keyfiyyətli şəkildə tədrisini təşkil edə bilməkdir:

    “Builki tədris ili əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var”.

    “Bildiyiniz kimi bu tədris ili Zəfər ili elan olunub. Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa, biz məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib”, – Emin Əmrullayev bildirib.

  • Qətlə yetirilən 10 yaşlı Nərminin anasının ziddiyyətli İFADƏLƏRİ

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    “Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə N.Quliyevanın anası Aynurə İsmayılovanın istintaqa verdiyi ifadəsi elan olunub.

    Bildirilib ki, A.İsmayılovanın istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyət var. O, qətlə yetirilən qızının geyimi ilə bağlı fərqli ifadələr verib.

    İ.Süleymanov isə deyib ki, o, heç vaxt şirniyyat alıb, N.Quliyevagilə aparmayıb.

    Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

    Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.