Month: September 2021

  • Azərbaycan və Özbəkistanın Əməkdar artisti vəfat etdi – FOTO

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva 86 yaşında dünyasını dəyişib.

    Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hazırda əməkdar artistin Daşkənddə dəfn mərasimi keçirilir.

    Xatırladaq ki, əslən Qarabağdan olan K.Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporunda fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. O, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar artist” fəxri adına layiq görülüb.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə mükafatlandırılıb.

  • Baş Prokurorluqdan polisin arvadını öldürməsi ilə bağlı MƏLUMAT

    Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb.

    Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir:

    “Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.

    Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

    Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

  • В Баку правоохранитель застрелил жену в отделении полиции – ФОТО

    В Баку по факту убийства сотрудником полиции своей жены возбуждено уголовное дело, сообщила пресс-служба Министерства внутренних дел.

    Сегодня около 09:00 сотрудник патрульно-постовой службы Управления полиции Низаминского района Исмайыл Мамедов, находясь на работе, получил информацию о том, что его супруга Ханым из-за семейного конфликта обратилась в 24-е отделение полиции с жалобой на мужа.

    Он незамедлительно отправился туда и выстрелил в жену из табельного оружия. От полученного ранения женщина скончалась на месте.

    И.Мамедов задержан.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело, ведется следствие.




  • Azərbaycanda polis arvadını şöbədə güllələyərək öldürdü – YENİLƏNİB + FOTO

    Bakıda polis əməkdaşının arvadını bölmədə güllələyərək öldürdüyü yerdən ilk şəkillər paylaşılıb.

    Şəkillərdən yüksək rütbəli polis əməkdaşlarının hadisə yerində olduğu görünür.





    * * * * *

    Azərbaycanda polis arvadını qətlə yetirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.

    O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

    İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

  • Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 29-da başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

  • Sloveniya ölüm faktı ilə əlaqədar vaksindən imtina edib

    Sloveniyada gənc qızın peyvənd edildikdən sonra öldüyü üçün “Johnson & Johnson” peyvəndinin istifadəsini dayandırıb.

    “Report” xəbər verir ki, bu barədə Sloveniya Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.

    Nazirliyin məsləhətçi qrupun üzvləri vəziyyət aydınlaşana qədər bu vaksinin istifadəsini dayandırmağı tövsiyə edib.

    Bundan əvvəl amerikalı aktyor, komediyaçı və rejissor Kris Rok “Johnson & Johnson” dərmanı ilə vaksin edildikdən sonra koronavirusa yoluxduğunu söyləmişdi.

  • YouTube будет удалять контент с недостоверными данными о вакцинах

    Видеохостинг YouTube расширит действие правил по борьбе с дезинформацией о вакцинации против коронавируса.

    Как передает Report со ссылкой на “Прайм”, сказал журналистам на брифинге вице-президент YouTube Мэтт Халприн.

    По его словам, недостоверная информация, касающаяся всех применяемых безопасных вакцин, будет удаляться.

    “Мы намерены расширить правила, связанные с недостоверной медицинской информацией, чтобы препятствовать распространению контента, касающегося вакцин, которые применяются сейчас, разрешены к использованию и признаны эффективными и безопасными со стороны местных органов здравоохранения и Всемирной организации здравоохранения”, — отметил он.

  • “YouTube” vaksinlə bağlı yalan məlumatları siləcək

    ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları siləcək.

    “Report” “Prime”a istinadən xəbər verir ki, bunu “YouTube”un vitse-prezidenti Matt Halprin keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, məqsəd cəmiyyətdə ajiotajın yaranmasının qarşısını almaqdır.

    “Hazırda istifadə olunan, təsdiqlənmiş, eləcə də yerli tibb qurumları və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsirli və təhlükəsiz olduğu aşkar edilən peyvəndlərlə əlaqədar qeyri-dəqiq məlumatlar avtomatik silinəcək”, – Halprin bildirib.

  • Azərbaycanın və Gürcüstanın arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib – FOTO

    Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

    Median.Az xəbər verir ki, görüşdə çıxış edən Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin qısa zaman kəsiyində Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək bunu iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi səciyyələndirib.

    Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadıqları vurğulanıb. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub.

    İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb.

    İkitərəfli əlaqələrin müxtəlif sahələrdə – xüsusən iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

    Pandemiyanın mənfi təsirinə baxmayaraq, cari ilin 8 ayında ticarət dövriyyəsinin 41 faiz artdığı diqqətə çatdırılıb. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğu xüsusi vurğulanıb.

    Enerji sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək iki ölkənin birgə həyata keçirdiyi layihələrin bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu layihələr Cənubi Qafqazın transformasiyasında mühüm rol oynayıb, bölgənin enerji xəritəsini dəyişib. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edildiyi bildirilərək bu layihənin həm Azərbaycanın, həm də Gürcüstanın rifahı və inkişafı üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub.

    İki ölkə arasında nəqliyyat və tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən danışılıb. Hətta pandemiya şəraitində nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Bunun nəticəsi olaraq cari ilin 8 ayında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmində artım olduğu bildirilib.

    Baş nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə söhbət açaraq regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğulayıb, o cümlədən xüsusi olaraq Zəngəzur dəhlizini qeyd edib.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini, dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.

    Azərbaycan və Gürcüstan tərəfindən uğurla həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Gürcüstan bütün istiqamətlərdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. İrakli Qaribaşvili Azərbaycanın investisiya sahəsində Gürcüstanda lider olduğunu qeyd edib. O, pandemiya dövründə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi vurğulayıb.

    İclasda gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

    Sonda Azərbaycan Respublikası ilə Gürcüstan arasında

    – İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu;

    – “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”;

    – “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”;

    – “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram”;

    – “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”;

    – “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

  • Gecə 6 saatdan az yatanlarda bu problemlər olur – Xərçəng riski artır

    Gündə 6 saatdan az yatmaq Altsheymer, xərçəng və sonsuzluq kimi xəstəliklərə yol açır.

    Median.Az xəbər verir ki, bunu türkiyəli həkim Nejat Altıntaş deyib. Onun sözlərinə görə hər kəs yuxu rejiminə diqqət etməli, 6 saatdan az yatmamalıdır:

    “Araşdırmalara görə 6 saatdan az yatmaq çəki artmasına yol açar. Şəkərli, karbohidratlı qidalara meyiliniz yaranar. Həmçinini bu insanlarda altsheymer xəstəliyi riski yüksəkdir. Məsələn, Marqaret Tetçer 4 saatdan az yatırdı. Və ya Ronald Reqan da həmçinin 4 saatdan az yatan insanlardan idi. Onların hər ikisində altsheymer xəstəliyinə rastlanılıb.

    Xüsusilə hormonal xərçənglər dediyimiz süd vəzi, bağırsaq və prostat xərçəngini artırır. Bununla bağlı tibb işçiləri arasında aparılan çalışma var. Gecə yatmayan, gecə növbəsində işləyən tibb işçilərində xərçəngin daha da artdığı sübut edilib. Bundan başqa 6 saatdan az yatan kişilərdə sonsuzluq riski yüksəkdir”. /medicina.az