Month: September 2021

  • С сегодняшнего дня открываются вузы, колледжи и средние школы

    Сегодня начинается новый учебный год в старших классах (5-11) общеобразовательных учебных заведений, средних специальных, профессиональных и высших учебных заведениях, действующих на территории Азербайджана.

    Как передает Report, обучение будет проходить в очной форме за рядом исключений.

    Так, решением научных советов некоторые лекции пройдут в формате онлайн.

    В учреждениях высшего и среднего специального образования аудитории могут быть заполнены максимум на 70% от их вместимости с соблюдением правил санитарии и гигиены.

    Все лица старше 18 лет должны иметь COVID-паспорт (сертификат о вакцинации или сертификат о наличии иммунитета).

    В тоже время, ограничиваются собрания преподавательского состава в учительских комнатах (кафедрах).

    Ожидается, что в этом учебном году 171 820 человек будут обучаться по степени бакалавра, 16 920 студентов – по степени магистра. 57 693 человека будут учится в ссузах, а 1 589 829 – в школах.

    Напомним, что начальные классы вернулись в школу 22 сентября.

  • Bu gündən orta məktəblərin yuxarı siniflərində, ali məktəb və kolleclərdə dərslər başlayır

    Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayır.

    “Report” xəbər verir ki, tədris müəyyən istisnalar olmaqla ənənəvi qaydada həyata keçiriləcək.

    Amma Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq.

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir.

    Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.

    Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

    Bundan başqa, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyəti də bir sıra tələblər yerinə yetirilməklə bərpa olunub.

    Qeyd edək ki, ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16 920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.

    2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılıb. IX sinifdə 132 881, XI sinifdə isə 91 538 şagird oxuyacaq.

    Xatırladaq ki, ibtidai siniflər üzrə tədris sentybarın 22-də başlayıb.

  • Пользователи Google сообщили о глобальных сбоях

    Пользователи Google по всему миру сообщают о сбоях в работе поисковой системы.

    Как передает Report, об этом следует из данных на сайте Downdetector, который отслеживает сбои и отключения на популярных интернет-ресурсах.

    Неполадки наблюдаются в таких странах, как Россия, Польша, Италия, Венгрия и ряде других.

    Согласно информации на сайте, 68% пользователей жалуются на проблемы с авторизацией, еще 30% жалоб связаны с работой веб-сайта, 2% – со сложностями при поиске.

  • Bəzi ölkələrdə “Google”un fəaliyyətində problem yaranıb

    Dünyanın bir sıra ölkələrində “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

    “Report” xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

    Problemlərlə bağlı şikayətlərin əksəriyyəti Rusiya, Polşa, İtaliya, Macarıstan və digər ölkələrdəki istifadəçilərdən daxil olub.

    İstifadəçilərin 68%-i qeydiyyat, 30%-i vebsaytın işləməsi, 2%-i axtarışda problemin olduğunu bildirib.

  • Çempionlar Turu: Məmmədyarov və Rəcəbov ilk qələbələrini qazanıb

    Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.

    Azərbaycan təmsilçiləri turu qələbə ilə başa vurub. Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravı Teymur Rəcəbov isə polşalı Yan-Kşiştof Dudanı eyni hesabla məğlub edib – 2,5:1,5. Bu, onların turnirdəki ilk qələbələridir.

    Rusiya təmsilçisi Vladislav Artemyev isə turun sensasiyasına imza atıb. O, Karlsenlə qarşılaşmadan 3:1 hesabı ilə qalib ayrılıb.

    Çempionlar Turu
    Final mərhələsi
    IV tur

    Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 1,5:2,5

    Teymur Rəcəbov (AZƏRBAYCAN) – Yan-Kşiştof Duda (Polşa) – 2,5:1,5

    Aniş Giri (Niderland) – Levon Aronyan (Ermənistan) – 1:3

    Vladislav Artemyev (Rusiya) – Maqnus Karlsen (Norveç) – 3:1

    Hikaru Nakamura (ABŞ) – Uesli So (ABŞ) – 2:2 (Görüş davam edir)

  • İbrahim Kalın: “Azərbaycan Qarabağ məsələsində beynəlxalq hüquqa uyğun hərəkət edib”

    Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur.

    “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

    Kalın bildirib ki, Azərbaycan hər zaman bu məsələdə məsuliyyətlə hərəkət edib:

    “Azərbaycan təcavüzkar münasibət göstərmədi, beynəlxalq hüquqa uyğun hərəkət etdi. Bu ölkə zəfərə layiqdir. Burada Türkiyə ilə əməkdaşlıq, həmişə dediyimiz kimi “İki dövlət, bir millət” nümunələrindən biri idi”.

    Ermənistanla normallaşmağa müsbət baxdıqlarını ifadə edən Kalın əlavə edib: “Ermənistanla diplomatik əlaqələrimizi kəsməyimizin və sərhədləri bağlamağımızın əsas səbəbi Qarabağın 1992-ci ildə işğalı idi. Hazırda bu problem həllini tapdıqdan sonra Ermənistanla münasibətlərimizin normallaşmasına heç bir maneə yoxdur. Ancaq Qarabağ məsələsində həll edilməli olan bəzi məsələlər var”.

  • Bakıda 51 yaşlı kişi bıçaqlanaraq qarət edilib

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

    Lökbatan qəsəbəsində 1970-ci il təvəllüdlü Fərəcov Qalib Məmmədxan oğlu bir, yaxud bir neçə şəxs tərəfindən əvvəlcə rezin dəyənəklə döyülərək başından xəsarət alıb, sonra isə bıçaqlanıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın nahiyəsinin əziyi və qarın boşluğunun 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Yaralı əməliyyat olunub.

    Q.Fərəcovun dediyinə görə, o, bıçaqlandıqdan sonra üzərində olan pul qarət edilib.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Землетрясение в Азербайджане

    В северо-западном регионе Азербайджана произошло землетрясение.

    Как передает северо-западное бюро Report, толчки ощущались в селах Загатальского и Гахского районов примерно в 22:55.

    Магнитуда землетрясения составила 3,5-4.

    Информации о разрушениях или жертвах нет.

  • Azərbaycanın rayonlarında zəlzələ olub

    Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

    Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

    Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.

  • Prezident: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır”

    “Biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır”.

    “Report” xəbər verir ki, bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

    Prezident bildirib: “Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?”

    “Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir”, – dövlət başçısı vurğulayıb.