Month: September 2021

  • Эрдоган и Байден проведут встречу в рамках саммита G20

    Президенты Турции и США проведут встречу на полях саммита глав государств и правительств стран «Большой двадцатки» (G-20), которая запланирована на 30-31 октября в Риме.

    Как передает Report, об этом сообщают источники “Анадолу”.

    Президенты Реджеп Тайип Эрдоган и Джозеф Байден проведут встречу в узком формате.

  • Ərdoğan Baydenlə görüşəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəhbəri Cozef Baydenlə görüşəcək.

    Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, dövlət başçılarının görüşü “Böyük yeddilər”in (G20) sammitinin dövlət və hökumət başçılarının görüşü çərçivəsində baş tutacaq. Prezidentlərin görüşünün məhdud formada keçiriləcəyi bildirilir.

    Qeyd edək ki, sammit oktyabrın 30-31-də İtaliyanın payaxtı Romada keçiriləcək.

  • Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub, xatirə lövhəsi qoyulub – FOTO

    Bu gün Xətai rayonunda Vətən Müharibəsi şəhidləri polkovnik-leytenant Sədi Süleyman oğlu Musayevin və leytenant Elvin Azad oğlu Şükürlünün anım günü qeyd olunub.

    Öncə hər iki şəhidin 2-ci Fəxri Xiyabanda məzarları ziyarət olunub.

    Sonra Xətai rayonu Çingizxan Kərimov küçəsi 2 ünvanda rayon rəhbərliyinin, rayon ictimaiyyətinin, döyüş yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə polkovnik-leytenant Sədi Musayevin xatirə lövhəsinin və parkın açılışı olub.

  • “Талибан” сделал предупреждение США

    Захватившее власть в Афганистане радикальное движение “Талибан” обвинило Соединенные Штаты в том, что их беспилотные летательные аппараты незаконно вторглись в афганское воздушное пространство.

    Как передает Report со ссылкой на ТАСС, соответствующее заявление опубликовано во вторник в Twitter на странице представителя радикалов Забихуллы Муджахида.

    “США нарушили суверенитет “Исламского эмирата Афганистан” [используемое талибами название государства], а также нормы международного права, направив свои беспилотники в наше воздушное пространство. Подобные инциденты должны пресекаться. Призываем США придерживаться Дохийских соглашений [между талибами и Вашингтоном]. В противном случае это чревато последствиями”, – указывается в сообщении.

  • “Taliban” ABŞ-a xəbərdarlıq edib

    “”Taliban” ABŞ-ı pilotsuz uçan aparatların Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.

    “Report” xəbər verir ki, müvafiq bəyanat bu gün hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tviter səhifəsində dərc edilib.

    Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə “Əfqanıstan İslam Əmirliyi”nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:

    “Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı “Taliban” və Vaşinqton arasında” imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun nəticəsi ola bilər”.

  • Sahibə Qafarova: “Zəngəzur dəhlizinin açılması Türk dünyasının tranzit və ticarət potensialına töhfə verəcək”

    Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransı olub.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova mətbuat konfransında çıxış edib.

    Təşkilat qarşısında dayanan vəzifələrin icrası baxımından 10-cu plenar iclasın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri deyib ki, gündəliyə daxil olan bütün məsələlər işgüzar şəraitdə geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

    Tədbirin Türküstan şəhərində keçirilməsinin böyük önəm daşıdığını deyən Milli Məclisin sədri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ölkənin tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirib.

    Yekunda Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirən spiker Sahibə Qafarova jurnalistlərə məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb. Sənəddə həmçinin 2021-ci ilin 15 iyun tarixində imzalanmış Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə və bölgədə dayanıqlı sabitliyin təmin edilməsinə yönəlmiş Şuşa Bəyannaməsi təqdirlə qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının tranzit və ticarət potensialına böyük töhfə verəcəyi vurğulanıb.

    Azərbaycan parlamentinin rəhbəri əminlik ifadə edib ki, toplantıda qəbul edilən qərarlar türkdilli ölkələrin rifahına xidmət edəcək, dövlətlərarası münasibətləri daha da möhkəmləndirəcək.

    Milli Məclisin sədri təşkilatın fəaliyyətdə olan sədrinə və həmkarlarına uğurlar arzulayıb.

    Sonra tədbirdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

  • Makqreqorun öz ayaqqabısını başqasına parıldatmağı qalmaqala səbəb oldu – VİDEO

    Qalmaqallı irlandiyalı döyüşçü Konor Makqreqor növbəti dəfə diqqət mərkəzinə düşüb.

    Belə ki, Mayamidə yerləşən restoranlardan birində ailəsi ilə şam yeməyindən çıxan Konor Makqreqor qaradərili bir şəxsə ayaqqabılarını təmizlədib və bu səhnəni çəkərək öz “Instagram” səhifəsində paylaşıb.

    Video dərc ediləndən dərhal sonra internet istifadəçiləri şərh yazaraq bu hərəkətin insan ləyaqətinin alçaldılması və ayaqqabı təmizləyən şəxsə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

  • İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil”

    “Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər”.

    Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində “Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib” sualını cavablandırarkən deyib.

    “Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”, – dövlət başçısı deyib

    Sonra Azərbaycan Prezidenti “Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?” sualını cavablandırıb:

    “Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil”.

  • Göyçayda sel körpünü dağıdıb – VİDEO

    Xəbər verdiyimiz kimi, iki gündür bəzi bölgələrdə yağan aramsız yağışlar sel suları ilə müşahidə olunub.

    Belə ki, Göyçayda sel suları körpünü dağıdıb. Bu barədə sosial şəbəkədə paylaşılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Belarusda ölüm cəzası referenduma çıxarılacaq

    Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, belarusluların əksəriyyəti qanunvericilikdə ölüm cəzasının saxlanılmasının tərəfdarıdır.

    O, bu barədə Minskdə özünün də iştirakı ilə keçirilən konstitusiya komissiyasının iclasında bəyan edib.

    Xatırladaq ki, Belarusda yeni konstitusiya hazırlanır.

    Konstitusiya referendumunun 2022-ci ilin fevralından gec olmayaraq keçirilməsi planlaşdırılır.

    Konstitusiya komissiyasının yekdil fikrdə olmadığı və bunu prezident səviyyəsinə qaldırmağa qərara aldığı mübahisəli məsələlərdən biri də ölkədə ölüm cəzasının tətbiqi təcrübəsinin qorunması və ya ləğv edilməsi məsələsi olub.

    “Əgər biz indi bu məsələni qaldırsaq… Yenə də düşünürəm ki, əksəriyyət (ölüm cəzasının – red.) saxlanılmasının tərəfdarıdır”, – deyə 67 yaşlı siyasətçi vurğulayıb.

    Eyni zamanda, Belarus Prezidenti müvafiq məsələnin ayrıca referenduma çıxarılması barədə fikirlə razılaşdığını ifadə edib.

    Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı (Aİ) uzun illərdir Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edir.

    Mənbə: “Sputnik” Belarus