Month: September 2021

  • AŞPA qadın və kişilərin təmsilçiliyi ilə bağlı qətnamə qəbul edib

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Qadın və kişilərin AŞPA-da təmsilçiliyi” adlı qətnamə qəbul edib.

    “Report” un Fransa bürosu bildirir ki, qətnamə ölkələri AŞPA-dakı nümayəndə heyətətlərində qadınların sayını artırmağa çağırır.

    Sənəddə bildirilir ki, qadınlar AŞPA-dakı nümayəndə heyətlərinin azı üçdə birini təşkil etməlidirlər. Sonra qadın deputatların sayı 40 faizə çatdırılmalı və yaxın gələcəkdə onlar nümayəndə heyətlərinin yarısını təşkil etməlidirlər.

    “Bu gün istər AŞPA-dakı siyasi partiyalar tərəfindən kommissiyalar təşkil olunarkən, istərsə də komissiyalarda məruzəçilərin təyinatı zamanı “üçdə bir” prinsipinə əsaslanan kvotaya riayət olunmalıdır”, – qətnamədə vurğulanır.

  • Bakı əhalisi maksimum 700 min nəfər olacaq – AÇIQLAMA

    Ölkəmizdə, demək olar ki, hər şey Bakıda mərkəzləşib. Məhz bu səbəbdən də paytaxtda əhalinin sayı hər gün bir az daha artır. Bəs digər rayonlardan insanların köçünün qarşısını almaq üçün hansı işlər görülməlidir?

    Median.Az sonxeber.az-a istinadən bildirir ki, millət vəkili Aqil Abbasın dediyinə görə, 3-4 ilə Bakıdan rayonlara böyük köç başlayacaq:
    “Bir çox nazirliklərin Bakıya aidiyyatı yoxdur, onlar rayonlarda olmalıdır. Su Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kənd Tikinti Nazirliyi və bir çox digər nazirliklərin Bakıda olması düzgün deyil.

    Onlar rayonlara köçürülməlidir ki, həmin ərazilərdə də infrastruktur inkişaf etsin. Rayonlarda müəyyən obyektlərin tikintisi davam etdirilir. Bu obyektlərin açılışının çoxunda cənab İlham Əliyev özü də iştirak edib. Yəni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyət davam etdirilir. Bakıda nə qədər məcburi köçkünlər var ki, onlar öz yurdlarına qayıdacaqlar. 3-4 il ərzində Bakıdan rayonlara sürətli şəkildə köç başlayacaq. İşğaldan azad olunan torpaqlarda quruculuq işləri gedir. Həmin yerlər boş qalmayacaq, insanlar ora gedəcəklər. Bakının əhalisi maksimum 700 min nəfər olacaq”.

  • Генсек ОПЕК ожидает продолжение восстановления спроса на нефть

    Спрос на нефть будет восстанавливаться, в то время как худший этап пандемии позади.

    Как передает Report, об этом в интервью Bloomberg сказал генсек ОПЕК Мохаммед Баркиндо.

    По его словам, отступление пандемии позволяет странам вновь открываться и способствует восстановлению путешествий.

    Как отметил генсек ОПЕК, восстановление может быть медленным и неравномерным.

    “ОПЕК+ продолжит прилагать усилия для поддержания баланса на рынке в ходе октябрьского заседания [назначено на 4 октября]”, – добавил Баркиндо.

  • OPEC-in baş katibi: “Pandemiya bitəndə neftə tələbat bərpa olunacaq”

    “Pandemiyanın ən pis mərhələsi bitəndə neftə tələbat bərpa olunacaq”.

    “Report” xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo “Bloomberg”ə müsahibəsində deyib.

    Barkindo pandemiyanın bitməsinin ölkələr arasında sərhədlərin yenidən açılmasına və səyahətlərin bərpasına töhfə verəcəyini bildirib.

    O, qeyd edib ki, bərpa yavaş və qeyri-bərabər ola bilər.

    “Məsələ OPEC + ölkələrinin 4 oktyabr görüşündə daha ətraflı şəkildə müzakirə olunacaq”, – baş katib vurğulayıb.

  • Azərbaycan daha 3 erməni hərbçinin cəsədini təhvil verdi

    Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.

    Bu barədə erməni KİV-ləri yazıb.

    Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.

    Qeyd edək ki, indiyə qədər ümumilikdə 1673 erməni hərbçinin cəsədi tapılıb. (Unikal.org)

  • Xroniki yorğunluq sindromu

    Alimlər xroniki yorğunluq sindromunu XXI əsr xəstəliyi hesab edirlər. 1988-ci ilə qədər belə nozologiya mövcud deyildi.XYS sivilizasiya xəstəliyi hesab olunur.
    Statistikaya görə dünya əhalisinin 17 milyonu bu sindromdan əziyyət çəkir.

    Xroniki yorğunluq sindromu (XYS) ən az altı ay davam edən və səhhəti tam izah edə bilməyən, həddən artıq yorğunluqla xarakterizə olunan mürəkkəb bir xəstəlikdir. Yorğunluq fiziki və ya zehni fəaliyyətlə pisləşir, lakin istirahətlə keçib getmir.

    Daha çox şikayətlər yuxu pozulması, yaddaş, diqqət və konsentrasiya ilə bağlı çətinliklər, yatmaqdan və ya oturub qalxan zaman artan başgicəllənmədən olur.Buna bəzən fiziki dözümsüzlük xəstəliyi də deyilir.

    Viral infeksiyalardan psixoloji stresə qədər bir çox nəzəriyyə ilə izah verilsə də, XYS-nun səbəbi bilinməz qalmaqdadır.Bəzi mütəxəssislər xroniki yorğunluq sindromunun bir çox amillərin birləşməsindən qaynaqlandığını düşünürlər.

    Xroniki yorğunluq sindromu diaqnozunu təsdiqləyən tək bir test də yoxdur.Bənzər simptomları olan digər sağlamlıq problemlərini istisna etmək üçün müxtəlif tibbi testlərə ehtiyac duyula bilir.

    XYS-nun simptoları insandan-insana dəyişə və əlamətlərin şiddəti gündəlik olaraq fərqli müşahidə oluna bilər. Səbəb aşağıdakılar ola bilər:
    -daimi sinir gərginliyi;
    -xroniki stess;
    -çox az və ya həddan atıq yuxu;
    -fiziki aktivlik olmadan oturaq həyat rejimi;
    – hormonal fonun dəyişməsi;
    -uzun müddət eyni qrup dərmanların qəbulu;
    -mədə-bağırsaq traktı problemləri;
    -virus xəstəlikləri.

    Həkimə nə zaman müraciət etməli?

    Xəstəlik əvvəlki fəaliyyətlə məşğul olmaq qabiliyyətinə ciddi təsir göstərərsə, şiddətli gedişlə şikayətlər artarsa, fiziki zehni və ya emosinal gərginlik nəticəsində vəziyyət daha da pisləşərsə, bunlar həkim məsləhətinə işarələr hesab olunur.
    Həddən artıq davamlı yorğunluq və bu vəziyyətin istirahətlə yaxşılaşmadığı halında da həkimə müraciət şərtdir.

    XYS diaqnostikası üçün infeksion( viral), hormonal sistemin testləri aparılmalıdır. XYS olan insanlar bəzən hipotalamus, hipofiz və qalxanabənzər vəzlə bağlı hormonların anormal səviyyələri ilə üzləşə bilirlər. Lakin bu anormallıqların sindrom üçün əhəmiyyəti tam aydınlaşmamışdır.
    Fiziki və emosional travma sindromun əlamətləri başlamazdan bir müddət əvvəl yaşana bilər. Bu fakt da həkimin nəzərənə çatdırılmalıdır.
    XYS hər yaşda baş verə bilər, lakin daha çox gənc və orta yaşlı insanlarda görülür.Qadınlara kişilərə nisbətən daha çox XYS diaqnozu qoyulur. Çünki qadınlar arasında bu səbəblə həkimə müraciət sayı çoxdur.

    XYS-nun fəsadları

    Həyat keyfiyyətinin aşağı enməsi
    İşsizliyin artması
    Sosial izolyasiya
    Depressiya

    Müalicə prinsipləri

    Ailə həkimi kompleks müayinələrin nəticələrinə görə nevroloq, endokrinoloq, kardioloqla və b. İlə məsləhətləşə bilər.
    Xroniki yorğunluq sindromunun müalicəsi simptomların aradan qaldırılmasına yönəlir.Ən zərərli əlamətlər ilk növbədə həll edilir. Məsələn, yuxu pozulması aradan qaldırılmalı, hormonal sistem pozğunluğu aşkar edilibsə, nizamlanmalı, depressiya əleyhinə tədbir görülməlidir.
    Sadalananlarla birlikdə XYS-li insanların çoxunda psixi sağlamlıq pozulmaları müşahidə edilir. Bunlar isə məsləhətçi-psixoterapevtsiz ötüşə bilməz.Psixoterapevt problemlərdən hər hansı birinin yorğunluğa səbəb olub- olmadığını müəyyən etməyə yardımçı olur.

    Amerika alimlırinin tədqiqatına görə XYS-lu insanların qidasına B vitaminləri, maqnezium və L-karnitnlə zəngin əlavələr etməkdə fayda vardır. Maqnezium və digər vitaminlər bədəndəki enerji istehsalını,demək olar ki, tənzimləyir.Londonun Queen Mary Universitetindən olan elm adamları isə xroniki yorğunluğun ən yaxşı çarəsini yüngül, mülayim yüklü idmanla məşğul olmaqda görürlər.Üç ay ərzində XYS diaqnozu qoyulan iki yüz könüllü izləndi. Dərman müalicəsi ilə bərabər, hər gün məşq edən insanlar olmayanlardan özlərini daha yaxşı hiss etdikləri müəyyən olundu.

    Yorğunluq sindromu olan insanların əksəriyyəti sağalır, baxmayaraq ki, bu, uzun müddət çəkə bilir və stresə həssaslığın artması ilə müşayət olunur. Buna görə də təkrarlanma riski var. Sağalmanı təmin etmək üçün xəstə uzun müddətli məzuniyyətdə olmalı və ya yükü azalmalıdır. Yorğun insan həkim məsləhəti ilə yanaşı istirahət məşqlərinə başlamalı, düzgün yuxu rejiminə riayət etməli, ailə-dost və sevdikləri ilə birgə vaxt keçirməlidir.Dərmanın XYS zamanı həmişə bir həll olmadığını , əsl stress səbəbini aradan qaldırmağa köməkçi olduğunu xatırlamaq da vacibdir.

  • Dünya çempionatı: Azərbaycanın şahmat yığması 2-ci məğlubiyyətini alıb

    Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

    “Report”un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Fransanı sınağa çəkib.

    Oyun rəqibin 3,5:0,5 hesablı qalibiyyəti ilə yekunlaşıb.

    Dünya çempionatı

    A qrupu

    III tur

    Fransa – Azərbaycan – 3,5:0,5

    Mari Sebaq – Günay Məmmədzadə – 1:0

    Nataşa Benmesbax – Ülviyyə Fətəliyeva – 1:0

    Andrea Navrotesku – Gülnar Məmmədova – 0,5:0,5

    Silviya Alekseyeva – Zeynəb Məmmədyarova – 1:0

    Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 2 xalla 5-ci pillədə qərarlaşıb.

    18:48
    Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində təşkil olunan dünya çempionatında növbəti görüşünü keçirib.

    “Report”un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3,5:0,5.

    Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.

    Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.

    Dünya çempionatı

    A qrupu

    II tur

    Azərbaycan – Rusiya – 0,5:3,5

    Günay Məmmədzadə – Aleksandra Qoryaçkina – 0:1

    Gülnar Məmmədova – Aleksandra Kostenyuk – 0:1

    Ülviyyə Fətəliyeva – Polina Şuvalova – 0,5:0,5

    Türkan Məmmədyarova – Alina Kaşlinskaya – 0:1

    Qeyd edək ki, Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçəyə razılaşıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

  • Makrona yumurta atan şəxs psixiatriya xəstəxanasına yerləşdirilib

    Fransa prezidenti Emmanuel Makrona yumurta atan tələbə müalicə üçün psixatriya xəstəxanasına yerləşdirilib.

    Bu barədə Lion prokurorluğundan məlumat yayıb.

    Şübhəli şəxs qismində saxlanılan tələbə psixiatrik müayinədən keçirilib.

    Həmçinin əlavə edilib ki, əvvəllər bu şəxs ədliyyə və polis qurumlarında qeydiyyatda durmayıb.

    Mənbə: “20minutes”

  • УЕФА отказался от претензий к “Реалу”, “Барселоне” и “Ювентусу” по делу Суперлиги – ВИДЕО

    УЕФА отказался от претензий в адрес мадридского “Реала”, каталонской “Барселоны” и туринского “Ювентуса” по делу Европейской Суперлиги, информирует журналист Танкерди Палмери в Twitter.

    По сведениям источника, УЕФА отменил любые санкции в отношении последних трех клубов-организаторов Суперлиги. Разбирательство по этому делу признано недействительным. Также отменены штрафы для остальных девяти команд, которые были готовы принять участие в Суперлиге.

    Напомним, проект Европейской Суперлиги подразумевал под собой создание одной лиги, в которой будут участвовать 20 европейских клубов. Изначально участие в ней подтвердили такие топ-клубы, как “Милан”, “Арсенал”, мадридский “Атлетико”, “Челси”, “Барселона”, миланский “Интер”, туринский “Ювентус”, “Ливерпуль”, “Манчестер Сити”, “Манчестер Юнайтед”, мадридский “Реал” и “Тоттенхэм Хотспур”. Позже большая часть команд вышла из проекта, в турнире по сегодняшний день остались лишь “Реал”, “Барселона” и “Ювентус”.

  • UEFA geri addım atdı: Superliqa üçün sanksiya olmayacaq

    UEFA Madrid “Real”ı, “Barselona” və “Yuventus” barədə Avropa Superliqası ilə bağlı iddialarından əl çəkib.

    Belə ki, UEFA geri addım atıb və bu üç klubun hər biri barədə bütün sanksiyaları ləğv edib. Bu işlə bağlı başladılmış araşdırma qüvvədən düşmüş hesab olunub. Superliqada iştirak etmək istəyən digər klublar barəsində də tətbiq olunan cərimələr ləğv edilib.

    Mənbə: Championat.com