Month: September 2021

  • В Гадруте найдены останки еще одного армянского военнослужащего

    В Карабахе найдены останки еще одного армянского военнослужащего, пропавшего без вести во время Отечественной войны.

    Останки военнослужащего были обнаружены в направлении Гадрута. В связи с установлением личности назначена судебно-медицинская экспертиза.

    Таким образом, число обнаруженных в Карабахе тел армян достигло 1 657.

  • Hadrutda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb

    Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

    Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

    Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 657-yə çatıb.

  • Саакашвили: Я поеду в Грузию, не боюсь задержания

    “Лично я поеду в Грузию на выборы 2 октября”.

    Как сообщает грузинское бюро Report, об этом в видеообращении на своей странице в Facebook заявил третий президент Грузии (2004-2013 гг.) Михаил Саакашвили.

    Он заявил, что не боится быть задержанным в Грузии: “Я не боюсь задержания, потому что уверен, что грузинский народ освободит и себя, и меня. Мне не страшно доверять свою судьбу грузинскому народу”.

    “Хочу призвать всех наших соотечественников, проживающих за рубежом: у кого есть возможность, возьмите отпуск в дни выборов, отложите ваши дела и кто как может – сушей, воздухом – поедем все в Грузию”, – сказал Саакашвили.

    Бывший глава государства обратился к соотечественникам: “Спасение Грузии – наш патриотический долг. В Грузии все разрушается, люди массово покидают страну каждый день. Каждый должен пойти на выборы и проголосовать против желания Бидзины Иванишвили”.

    M.Саакашвили подчеркнул, что будет поэтапно информировать сторонников о своих планах.

    Отметим, что 2 октября в Грузии пройдут выборы в органы местного самоуправления.

    M.Саакашвили был лишен грузинского гражданства в 2015 году. Политик, являющийся гражданином Украины, с мая 2020 года занимает пост главы Исполнительного комитета Национального совета реформ этой страны. В случае возвращения в Грузию его ждет арест по ряду обвинений.

  • Saakaşvili: “Gürcüstana gedəcəyəm, həbsdən qorxmuram”

    “Şəxsən mən oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyəm”.

    Bunu Gürcüstanın üçüncü prezidenti (2004-2013) Mixeil Saakaşvili feysbuk səhifəsi üzərindən videomüraciətində deyib.

    O, Gürcüstanda həbs olunacağından qorxmadığını bildirib: “Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram”.

    Keçmiş dövlət başçısı həmvətənlərinə çağırış edib: “Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.

    M.Saakaşvili tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb.

    Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

    M.Saakaşvili 2015-ci ildən Gürcüstan vətəndaşlığından məhrum edilib. Ukrayna vətəndaşı olan siyasətçi 2020-ci ilin mayından bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində çalışır. Gürcüstana dönəcəyi halda onu bir sıra ittihamlar üzrə həbs gözləyir.

  • Azərbaycandan Rusiyaya təyyarə ilə necə və neçə manata getmək olar?

    Sentyabrın 1-dən Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minib.

    Qaydalara əsasən, hava nəqliyyatı ilə qonşu ölkəyə gedənlər smartfonlarına “COVID-19-suz səyahət edirəm” mobil tətbiqini yükləməlidirlər.

    Mobil tətbiqə ümumvətəndaş pasportunun skan olunmuş surəti, habelə PCR testinin nəticəsi əlavə olunmalıdır.

    Bəs Azərbaycandan Rusiyanın hansı şəhərlərinə, hansı aviaşirkətlərin xətti ilə və neçə manata səyahət etmək olar? “Report” bununla bağlı araşdırma aparıb.

    Moskvaya 3 aviaşirkət uçur

    Sirr deyil ki, qonşu ölkəyə üz tutanlar arasında paytaxta gedənlər üstünlük təşkil edir. Hazırda Bakıdan Moskvaya iki ölkənin milli aviadaşıyıcıları – “Azərbaycan Hava Yolları” (AZAL) və “Aeroflot”, eləcə də Rusiyanın “Utair” aviaşirkəti uçuşlar təşkil edir.

    AZAL-ın xidmətindən istifadə etmək istəyənlər bunun üçün həftənin bazar ertəsi, çərşənbə, şənbə və bazar günlərini seçməlidirlər. Birtərəfli aviabiletin qiyməti “ekonom klass”da 500 manatdan, “biznes klass”da isə 1 300 manatdan başlayır.

    “Aeroflot” isə Azərbaycan paytaxtından Rusiya paytaxtına – “Şeremetyevo” hava limanına həftədə 5 dəfə aviareyslər həyata keçirir. Birtərəfli aviabiletin qiymətləri “ekonom klass”da 500 manatdan, biznes klassda isə 1 200 manatdan başlayır.

    “Utair”in təklif etdiyi qiymət isə nisbətən aşağıdır. Məsələn, 300 manata “ekonom klass” bileti tapmaq mümkündür.

    Digər şəhərlərə də getmək olar

    Rusiyanın 2-ci ən böyük şəhəri Sankt-Peterburqa da təyyarə ilə getmək mümkündür. Hər həftənin cümə günləri qonşu ölkənin “Nordvind Hava Yolları” şirkəti “ekonom klass” üçün 300 manatdan, “biznes klass” üçün isə 1 000 manatdan başlayan birtərəfli biletlər təklif edir.

    Rusiyanın Yekaterinburq şəhərinə uçmaq istəyənlər isə bunun üçün qonşu ölkənin “Ural Hava Yolları” şirkətinə müraciət etməlidir. Hər həftənin cümə günləri baş tutan uçuşlara biletlərin qiymətləri 230 manatdan başlayır.

    “Ural Hava Yolları” cümə günləri həm də Kazan şəhərinə uçur. Amma bu yolu hər həftənin bazar ertəsi günləri “İkar Hava Yolları” da gedir.

    Onların qiymətləri “ekonom klass” üçün 350 manatdan, “biznes klass” üçün isə 1 200 manatdan başlayır.

    Rusiyanın Həştərxan şəhəri də tələbat olan istiqamətdir. AZAL-ın aşağı büdcəli törəməsi – “Buta Airways” hər həftənin cümə axşamı günləri, Rusiyanın “Sibir Hava Yolları” şirkəti isə hər həftənin çərşənbə günləri həmin şəhərə aviareyslər həyata keçirir. Amma Azərbaycan şirkəti ilə uçmaq daha sərfəlidir və 110 manata bilet tapmaq mümkündür. Rusiya şirkəti isə azı 500 manat istəyir.

    Rusiyanın Nijni Novqorod istiqamətində isə “Ural Hava Yolları” və “İkar Hava Yolları” şirkətləri reyslər həyata keçirir. Müvafiq olaraq hər həftənin bazar ertəsi və cümə günləri. Aviaşirkətlərin qiymətləri 350 manatdan başlayır.

    Rusiyanın Samara şəhərinə isə hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri “İrAero” şirkəti ilə uçmaq olar. Bununla yanaşı, Bakı ilə Samara arasında hava əlaqəsini hər həftənin çərşənbə axşamı günləri “Nordvind Hava Yolları” və “Sibir Hava Yolları” şirkətləri də təmin edir. Qiymətlər 300-400 manatdan başlayır.

    Turizm bölgəsi sayılan Rusiyanın Mineralnıye Vodı şəhərinə AZAL reyslər həyata keçirir. Birtərəfli aviabietin qiyməti “ekonom klass”da azı 350 manat, “biznes klass”da isə 800 manatdır.

    Rusiyanın Ufa şəhəri istiqamətində isə hər həftənin çərşənbə günləri “Nordvind Hava Yolları”, cümə günləri isə “Ural Hava Yolları” şirkəti ilə hərəkət etmək olar. Birtərəfli aviabiletin qiyməti 300 manatdan başlayır.

  • DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir

    2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək “Al-Tumama” stadionunun istifadəyə veriləcəyi tarix müəyyənləşib.

    Arenanın açılış mərasimi oktaybrın 22-də təşkil olunacaq.

    Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 6-cı stadiondur. Açılış “Əl-Sədd” və “Əl-Rayan” komandaları arasında Əmir Kubokunun final oyunu zamanı baş tutacaq.

    “Al-Tumama” stadionu 40 min azarkeş tutumuna malikdir. Burada DÇ-2022-nin qrup oyunları, 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.

    Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr – 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

  • Новые облигации SOCAR включены в листинг в основном рыночном сегменте

    Решением листингового комитета ЗАО “Бакинская фондовая биржа” (БФБ) облигации Государственной нефтяной компании (SOCAR) общей стоимостью 100 млн долларов США включены в листинг в основном рыночном сегменте.

    Об этом сообщает Median.Az со ссылкой на БФБ.

    По информации, облигации будут размещены методом подписки. Процесс продлится с 20 сентября по 29 октября. Дата размещения будет объявлена как минимум за 2 рабочих дня на интернет-странице БФБ.

    Напомним, что срок обращения первых облигаций SOCAR в стране истекает в октябре этого года. Компания планирует выпустить облигации еще на 100 млн долларов США. Речь идет о 100 тыс. облигаций номиналом 1 000 долларов США каждая, как и в случае с первой эмиссией, осуществленной в 2016 году. Облигации будут размещены в ЗАО “Бакинская фондовая биржа” методом массовой подписки. Однако их годовая доходность будет на 0,5 процентных пункта ниже доходности текущих облигаций – 4,5%.

    Ценные бумаги по-прежнему будут находиться в обращении в течение 5 лет, а проценты будут выплачиваться ежеквартально. Андеррайтером процесса станет ЗАО “Инвестиционная компания PSG Сapital”.

  • SOCAR-ın yeni istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib

    Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.

    Bu barədə BFB məlumat yayıb.

    Məlumata görə, istiqrazlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Proses 20 sentyabrdan 29 oktyabra qədər davam edəcək. Yerləşdirmənin tarixi azı 2 iş günü qalmış BFB-nin internet səhifəsində açıqlanacaq.

    Xatırladaq ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti bu ilin oktyabr ayında başa çatır. Odur ki, şirkət daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır. Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0,5 faiz bəndi az – 4,5% təşkil edəcək.

    Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. Prosesin anderrayteri “PSG Kapital İnvestisiya Şirkəti” QSC olacaq.

    İstiqrazları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.)

    SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.

  • В Казани открылся XVII международный фестиваль мусульманского кино

    В Казани прошла церемония открытия XVII Казанского международного фестиваля мусульманского кино.

    Как передает Median.Az со ссылкой на “Татар-информ”, в открытии приняли участие представители киноиндустрии России и зарубежных стран.

    В их число вошли члены отборочной и конкурсной комиссии, представители Союза кинематографистов Республики Татарстан, режиссеры, в числе которых Ильдар Ягафаров (Татарстан), Мехдад Торфех (Иран), Рахул Айджаз (Пакистан), Даниеэла Гулиева (Азербайджан) и другие. К ним присоединились известные актеры Али Бурак Джейлан, Александр Носик, Татьяна Абрамова, Евгения Розанова и многие другие.

    За время кинофорума будет представлено около 100 фильмов.

    В конкурсную программу вошло 50 картин — по 10 в каждую из пяти номинаций: полнометражное игровое, полнометражное документальное кино, короткометражное игровое, короткометражное, а также “Национальный конкурс”, в которой демонстрируются фильмы татарстанских режиссеров.

    Фестиваль завершит работу 10 сентября.

  • Kazanda müsəlman filmləri festivalı açılıb

    Kazan şəhərində XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı açılıb.

    Tədbirin açılışında iştirak edən kino sənəti nümayəndələri arasında rejissorlardan Eldar Yağafarov (Tatarıstan), Rahul Aicaz (Pakistan), Daniel Quliyev (Azərbaycan), aktyorlardan Əli Burak Ceylan, Aleksandr Nosik, Tatyana Abramova, Yevgeniya Rozanova iştirak ediblər.

    Bütövlükdə 100-dək film göstəriləcəyi festivalın proqramına tammetrajlı oyun filmləri, tammetrajlı sənədli filmlər, qısametrajlı oyun filmləri, qısametrajlı sənədli filmlər, eləcə də Tatarıstan rejissorlarının filmlərinin nümayiş olunduğu “Milli Müsabiqə” daxildir.

    Festival sentyabrın 10-dək davam edəcək.