Month: September 2021

  • Misirdə narkotik qaçaqmalçılığına görə 10 nəfər ölümə məhkum edilib

    Misir məhkəməsi külli miqdarda narkotik maddələrin qaçaqmalçılığına görə Pakistanın 7 vətəndaşı, 2 misirli və İran vətəndaşı barəsində ölüm hökmü çıxarıb.

    Məlumatı “Newsru.co” yayıb.

    Bildirilib ki, onlar 2019-cu ildə Qırmızı dəniz vasitəsilə Misir ərazisinə 2 ton heroin və 100 kq metamfetamin keçirməyə cəhd göstəriblər. Onların gəmisi sərhədçilər tərəfindən saxlanılıb. Gəminin saxlanc yerindən həmin narkotik maddələr aşkarlanıb. Narkotik maddələrin ümumi dəyəri 160 milyon dollar təşkil edib.

    Qeyd edək ki, Çin və İrandan sonra Misir edam hökmlərinin çıxarılmasına görə dünyada üçüncü yerdədir. 2021-ci ilin əvvəlindən Misirdə aralarında qadında olmaqla 51 nəfər edam olunub. Bu hökmün icrası üçün Misirin baş müftisinin fətvası da tələb edilir.

  • BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

    Şahid Elnarə Hüseynova bildirib ki, BSU-ya ikinci ali təhsil üçün müraciət edib, universitetdə D.Əliyevanın yanına yönləndirilib: “O, mənə II kursdan başlayacağımı, oxumadığım bir ilə görə isə əlavə 2 min manat pul verəcəyimi söylədi. Dürdanə Əliyevayanın özünə 2 min manat birbaşa kabinetində, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Bankda pulu köçürəndə BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük”.

    Daha sonra digər şahid Sevinc İbrahimova dindirilib. O qeyd edib ki, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib: “Bir müddət sonra mənə universitetdən zəng gəldi. Dedilər ki, 3400 manat da borcum var”.

    Şahidin ifadəsinə D.Əliyevanın vəkili etiraz edib. O söyləyib ki, S.İbrahimovanın ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadələri arasında ziddiyət var. Vəkilin sözlərinə görə, şahid ilkin ifadəsində D.Əliyevaya verdiyi pulun 3 min manatını “şapka” kimi verdiyini deyib.

    Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin olunub.

    Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

    Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

  • Обнародовано число вакцинированных в Азербайджане за сутки

    В Азербайджане за последние сутки от COVID-19 вакцинированы 1 107 человек.

    Об этом сообщили в Оперативном штабе при Кабинете министров.

    В течение дня число вакцинированных первой дозой составило 943, второй – 164 человека.

    Общее число вакцинаций в Азербайджане на сегодняшний день составляет 7 236 381.

    Первую дозу вакцины получили 4 359 737, две дозы – 2 876 644 человека.

  • Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 107 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir.

    Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.

  • Скончался заслуженный тренер Азербайджана

    Ушел из жизни координатор по младшим возрастным группам футбольной академии “Сумгайыт” Сабир Алиев.

    Заслуженный тренер Азербайджана скончался в возрасте 73 лет после продолжительной болезни, сообщает Report со ссылкой на официальный сайт клуба.

  • Azərbaycanın əməkdar məşqçisi vəfat edib

    “Sumqayıt” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Sabir Əliyev dünyasını dəyişib.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar məşqçisi uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.

    Allah Rəhmət Eləsin!

  • Новый сопредседатель МГ ОБСЕ от России встретился с главой МИД Армении

    Российский сопредседатель Минской группы ОБСЕ Игорь Ховаев встретился с министром иностранных дел Армении Араратом Мирзояном.

    Как сообщает Median.Az со ссылкой на армянские СМИ, встреча состоялась в рамках визита Ховаева в Армению.

    Отметим, что недавно назначенного российского сопредседателя И.Ховаева 30 августа принимал министр иностранных дел Азербайджана Джейхун Байрамов.

    Ранее официальный представитель МИД России Мария Захарова отметила, что Москва поддерживает активизацию работы Минской группы ОБСЕ по карабахскому урегулированию на основе имеющегося мандата. По ее словам, тройка сопредседателей могла бы содействовать повышению уровня доверия между Ереваном и Баку, а также решению гуманитарных вопросов, что послужило бы переходу к обсуждению политических тем.

    Напомним, в конце июля Москва сменила сопредседателя в Минской группе ОБСЕ. На место Игоря Попова был назначен 59-летний дипломат Игорь Ховаев.

  • ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Ermənistanın XİN başçısı ilə görüşüb

    ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

    Görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib.

    Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

  • Masallıda qadın evdən 20 min manat pul oğurlayıb

    Masallı rayonunda oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisindəki evlərin birindən 20 000 manat pul oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini L.Səmədova saxlanılıb.

  • Şri-lankalı məşhur bəstəkar koronavirusdan vəfat edib

    Şri-Lankanın məşhur vokalisti və bəstəkarı Sunil Perera sentyabrın 6-da 68 yaşında dünyasını dəyişib.

    “Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsindən bildirilib.

    S.Pereranın koronavirusdan öldüyü ehtimal olunur.

    Qeyd edək ki, o, uzun illər “The Gypsies” qrupunda bəstəkar və ifaçı kimi çalışıb və Şri-Lanka üçün unudulmaz mahnılar yazıb.

    S.Pereraya 1987-ci ildə yazdığı “Uncle Johnson” mahnısı məşhurluq qazandırıb.