Month: September 2021

  • Azərbaycanda ötən ay enerji və qazla bağlı 29 texniki yoxlama aparılıb

    Bu ilin avqust ayında Azərbaycanda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 15 texniki yoxlama aparılıb.

    Bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayıb.

    Məlumata görə, bundan başqa, ay ərzində təbii qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 14 texniki yoxlama aparılıb.

  • Члены азербайджанской диаспоры в Татарстане награждены медалью “За любовь и верность”

    Руководитель действующей в городе Лениногорск Республики Татарстан общественной организации “Бирлик” (“Единство”) Рамиз Мамедов и его супруга Ильхама Мамедова награждены медалью “За любовь и верность”.

    Об этом Report сообщили в Госкомитете по работе с диаспорой Азербайджана.

    Выступая на праздничном мероприятии по случаю Дня Республики Татарстан, глава Лениногорского муниципального района, мэр города Лениногорска Рягат Хусаинов отметил, что медаль “За любовь и верность” присуждается семьям, которые прожили вместе в мире и согласии более 25 лет, вырастили достойных детей, проявляют активность в общественной жизни города, имеют заслуги в развитии Татарстана.

    Мэр вручил медаль Рамизу Мамедову и его супруге, которые рука об руку прожили вместе 31 год, сохраняя и передавая молодому поколению традиции, культуру, язык и историю Азербайджана.

  • Tatarıstanda Azərbaycan diaspor üzvləri mükafatlandırılıblar

    Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəri Ramiz Məmmədov və xanımı İlhamə Cəmilova “Sevgi və sədaqətə görə” medalı ilə təltif edilib.

    Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunmuş bayram tədbirində çıxış edən Leninoqorsk bələdiyyəsinin rəhbəri, Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov bildirib ki, şəhərin ictimai həyatında fəallıq göstərən, 25 il bir yerdə yaşayıb layiqli övladlar yetişdirən, Tatarıstanın inkisafına xidmətlər göstərən ailələr “Sevgi və sədaqətə görə” medalına layiq görülüblər.

    Mer 31 il əl-ələ verərək Azərbaycan dilini, tarixini, mədəniyyətini və ənənələrini qoruyub gənc nəslə ötürən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Məmmədovlar ailəsinə – Ramiz Məmmədov və xanımı İlhamə Cəmilovaya medalı təqdim edib.

  • Azərbaycanda daha 20 tikinti obyekti elektrik enerjisi təchizatı üçün icazə alıb

    Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 20 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

    Bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayıb.

    Məlumata görə, müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 19 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub, 42 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

    Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 213 olub, aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub, elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

    “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib. Agentlik 7 inzibati xəta haqqında protokol tərtib edib və 8 qərar verib.

  • Раиси получил вторую дозу иранской вакцины от COVID-19

    Президент Ирана Эбрахим Раиси в воскресенье сделал прививку от COVID-19 вакциной, разрабатываемой иранскими учеными.

    Об этом сообщает ИРНА.

    Президент Ирана поблагодарил медицинский персонал за работу в пандемию, а также призвал ускорить темпы производства иранской вакцины от коронавируса.

    Напомним, что первую дозу президент Ирана получил 8 августа.

  • İran prezidentinə peyvəndin ikinci dozası vurulub

    İran Prezidenti Seyid İbrahim Rəisi bu gün ölkəsində istehsal edilən “Kov İran Barakat” peyvəndinin ikinci dozasını qəbul edib.

    Bu barədə “İRNA” agentliyi məlumat yayıb.

    Bildirilir ki, İran Prezidenti peyvəndin birinci dozasını avqustun 8-i qəbul edib.

  • Биткоин поднялся выше $51 тысяч впервые с мая 2021 года

    Биткойн в ходе торговой сессии в воскресенье рос на 2,12%, достигая отметки в 51 тыс долларов США.

    Об этом свидетельствуют данные портала CoinDesk.

    Напомним, что в последний раз цена криптовалюты находилась выше отметки 51 тыс долларов США в мае 2021 года.

  • Bitkoinin qiyməti 51 min dolları keçib

    Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti mayın 15-dən bu yana ilk dəfə 51 min ABŞ dollarını keçib.

    Kriptovalyuta son 24 saat ərzində 2,12 %, son 7 gün ərzində isə 5,8 % bahalaşıb 51 297 dollara çatıb. Nəticədə onun kapitallaşması 946,7 milyard dolları keçib.

  • Bərdədə arvadını qətlə yetirən şəxs saxlanıldı

    Prokurorluq Bərdə rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

    Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

    “Sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

    Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

  • MDB Oyunları: Azərbaycan komandası bürünc medal qazanıb

    Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

    Basketbolun 3X3 növündə çıxış edən milli komanda bürünc medala sahib olub. Yarımfinalda Rusiyaya 17:21 hesabı ilə uduzan baş məşqçi Samit Nuruzadənin komandası 3-cü yer uğrunda görüşdə Özbəkistan üzərində qələbə qazanıb – 14:13.

    Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır.