Month: September 2021

  • Скончался Жан-Поль Бельмондо

    На 88-м году жизни скончался известный французский актер Жан-Поль Бельмондо.

    Он родился в 1933 году во Франции в семье парижского скульптора Поля Бельмондо. Славу актеру принесла роль в фильме Жан-Люка Годара “На последнем дыхании” (1959).

    Также Бельмондо сыграл в фильмах “Профессионал”, “Чочара”, “Женщина есть женщина”, “Доктор Пополь”, “Стависки”, “Великолепный”, “Безумный Пьеро” и других. Всего на счету артиста более 80 ролей.

    В 1989 году актер был удостоен премии “Сезар” за роль в фильме “Баловень судьбы”. В 2011 году получил “Золотую пальмовую ветвь” Каннского кинофестиваля, а в 2016 году награжден премией “Золотой лев” за вклад в мировой кинематограф.

    Источник: Frans-Press

  • Jan-Pol Belmondo vəfat etdi

    Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib.

    Bu barədə onun vəkili məlumat yayıb.

    Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib.

    Belmondo “Qızıl palma budağı”, “Qızıl şir” və “Sezar” kimi bir sıra nüfuzlu mükafatlar, həmçinin dövlət ordenlərilə təltif olunub.

  • Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı – VİDEO

    Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı.

    Qeyd ki, 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunub.

    Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyiblər.

    Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən doqquz nəfər yolda qətlə yetirilib, beş nəfər girov götürülüb.

    Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.

    Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər.

    Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Nəticədə dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.

    Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib.

    Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

    Məzarların açılması ilə əlaqədar İctimai TV görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Klinikanın qurbanına çevrilən sakinlər – VİDEO

    Paytaxtın Nərimanov rayonu Yəhya Bakuvi küçəsində illər əvvəl klinika inşa edilərkən tikinti gedən ərazidə üç ailənin yaşadığı bina olub.

    Klinika sahibi mənzilin sakinlərini köçürüb tikintiyə sonra başlamaq yerinə, evə bitişik ərazidə bina tikmək qərarına gəlib.

    Şikayətçi Aybəniz Əliyevanın sözlərinə görə, bir il əvvəl klinika nümayəndələri ilə mənzilin satışı haqda danışıldı, razılığa gəlindi. Lakin bu dəfə də verilən sözlər tutulmadı.

    Qeyd edək ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə olan nöqsanların dərhal aradan qaldırılması ilə bağlı rəy bildirilsə də, məsələ illərdir həllini tapmır. Nə klinika ərazini alaraq sakinləri oradan köçürür, nə də bu məsələyə bir çarə tapılır. Baku TV niyəsini xəstəxana nümayəndələrindən soruşmağa çalışsa da, suala cavab ala bilməyib.

    Tikinti üzrə ekspert Faiq Süleymanov isə bildirdi ki, qanuna əsasən yaşayış mənzilləri ilə tikiləcək tibb müəssisəsi arasında azı 60 faizə qədər məsafə saxlanılmalıdır.

    Ətraflı videonu təqdim edirik:

  • Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi

    Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib.

    Bu barədə “Report”un Rusiya bürosuna Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.

    “Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır”, – deyə xidmətdən qeyd ediblər.

    Xatırladaq ki, adıçəkilən portalda Rusiya Müdafiə Nazirliyinə aid yaşayış binalarının yerləşdiyi ərazi “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi qonşu ölkəyə etirazını bildirmişdi.

  • Prezidentdən Samir Şərifovla bağlı – SƏRƏNCAM

    Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

  • Yeddi rayonun su təminatı ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.

  • Экс-глава аппарата мэрии: “Начальники управления были настолько безграмотны, что не могли написать заявление”

    В Бакинском суде по тяжким преступлениям продолжился судебный процесс по уголовному делу в отношении бывшего главы аппарата ИВ Баку Расима Гулиева.

    В обвинении указано, что Расим Гулиев незаконно выдал разрешение компании FF-2011 на снос памятника культуры по улице Диляры Алиевой в Насиминском районе.

    Распоряжение о сносе здания и строительстве на его месте офисных и жилых высоток Расим Гулиев подписал 31 мая 2018 года. Чиновник поставил свою подпись под актом исторического вандализма – стройбароны снесли архитектурный памятник, воздвигнутый в период первого нефтяного бума в 1893 году.

    На сегодняшнем заседании суда адвокат Расима Гулиева Адалят Мовланов подал ходатайство о том, чтобы в качестве дополнительных свидетелей были допрошены жильцы здания, проживающие по адресу Д.Алиева, 141. Ходатайство было оставлено нерассмотренным на нынешнем этапе суда.

    Затем на вопросы гособвинителя ответил сам Расим Гулиев. Бывший глава аппарата повторил показания о том, что у него не было полномочий исполнять обязанности главы города Баку.

    «В то время заместитель главы ИВ города Рауф Панахов был болен, и работа простаивала. После смерти Панахова Гаджибала Абуталыбов поручил подготовить представления на трех глав Управлений для назначения на должность заместителя. Среди них не было моего имени. Для того, чтобы подготовить представления, я должен был у всех троих начальников управлений принять заявления. Представьте себе, насколько это были безграмотные люди, с низким интеллектом, что не смогли написать элементарное заявление. Я проинформировал об этом Гаджибалу Абуталыбова», – сказал Расим Гулиев.

    Экс-глава аппарата также отметил, что после этого Гаджибала Абуталыбов поручил ему временно исполнять обязанности его заместителя.

    «Он подписал соответствующее распоряжение на бланке Исполнительной власти города Баку. Я изучил это распоряжение и пришел к выводу, что оно было составлено неверно. После смерти Рауфа Панахова я руководил возглавляемыми им комиссиями по работе с религиозными структурами и чрезвычайным ситуациям. Но я не получал за это зарплату и работал на общественных началах. Когда я временно исполнял обязанности заместителя главы ИВ, Гаджибалу Абуталыбова назначили вице-премьером. Но несмотря на это, он лично контролировал и Исполнительную власть города», – сказал Расим Гулиев.

    По его словам, он не мог самолично подписывать документы и обязательно должен был их согласовывать с руководством.

    «Тогда я даже не мог уволиться по собственному желанию, потому что должности главы района и его зама были свободны. Лишь после назначения Эльдара Азизова на должность первого зама главы города я написал заявление об увольнении. Но я уволился с должности главы аппарата, а не с должности замглавы города. Получается, что я до сих пор занимаю эту должность?», – вопросил Расим Гулиев.

    Отметим, что следующее заседание суда по этому делу назначено на 9 сентября.

  • “Sən kimsən ki, Qarabağdakı ermənilərə ev tikirsən, su daşıyırsan?“ – ETİRAZ

    Ötən gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rus əsgərlərinin Qarabağdakı fəaliyyəti haqqında danışıb. Prezidentin köməkçisi sülhməramlıların bölgədəki əməliyyatlarının üçtərəfli sazişə əsasən, həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə tərəflər arasında ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir.

    Məsələni Yenisabah.az-a şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli qeyd edib ki, sülhməramlılar ermənilərin bölgədə yaşaması üçün onların təminatı ilə məşğul olan bir təsərrüfat orqanına çevrilib:

    “Bu gün Rusiya sülhməramlıları sülhün təmin edilməsinə çalışan, yəni tərəflər arasında hər hansı bir insidentin baş verməsini önləyən, ictimai asayişi gözləyən bir qüvvə kimi təsvir edilir. Amma reallıq odur ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları tərəddüd etmədən tərəf tutmağa, ermənilərin nazı ilə oynamağa başlayıblar. Onlar Qarabağın dağlıq hissəsini tərk etmiş insanları geri qaytarmaq istiqamətində səylər göstərib, bu dalğada Qarabağda yaşamayan və Ermənistandan olan erməniləri də Xankəndinə, Əsgərana və başqa bölgələrə daşıyıblar. Yeri gələndə həmin şəxslərə humanitar yardım göstərməklə də məşğul olublar. Sülhməramlılar ermənilərin bölgədə qalması, yaşaması üçün onların təminatı ilə məşğul olan bir təsərrüfat orqanına çevrilib. Rusiyadan ermənilər üçün humanitar yardımlar gəlir. Son vaxtlar su qıtlığı ilə əlaqədar sülhməramlılar Xankəndi üçün su anbarı tikir. Yəni maksimun səy göstərirlər ki, Qarabağın dağlıq hissəsindəki ermənilər hər şeylə təmin olunsunlar. Onları ürəkləndirib fətva verirlər ki, onların yanındadırlar. Halbuki sülhməramlılar tamamilə tərəfsiz olmalı, müstəqil münsif funksiyasını yerinə yetirməlidirlər”.

    Politoloq bildirib ki, hazırda sülhməramlı qüvvələrin heç bir mandatı yoxdur:

    “Mandat beynəlxalq təşkilatlar, ilk növbədə BMT tərəfindən verilir. Rusiyanın bundan əvvəl Gürcüstanda-Abxaziya və Osetiyada olan sülhməramlıları həmişə mandatsız işləyiblər, ona görə də dünya tərəfindən qanunsuz elan ediliblər. İndi onlar Azərbaycandakı rus sülhməramlılarını qanuna mindirmək məqsədilə hər iki tərəfin də razılığını almaq istəyirlər. Azərbaycan tərəfi isə razılıq vermək üçün Rusiya sülhməramlılarının səlahiyyətləri və görəcəyi işlər barədə bir protokol hazırlanmalıdır. Bu protokolda isə onların səlahiyyətləri, həm də fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilməlidir. Rusiya tələsik bir müqavilə mətni hazırlayıb Azərbaycana təqdim edib. Azərbaycan bu müqaviləyə Rusiya sülhməramlılarının əhalinin necə yaşamasına qarışmaması, erməni əhalisinin Azərbaycana gətirilməməsi, bununla yanaşı, Laçın koridorundan buraxılış məntəqəsinə Azərbaycan hərbi qüvvələrinin nəzarət etməsi kimi müddəalar irəli sürüb. Təbii ki, Rusiya bu müddəaları qəbul etmək istəməyib. Qəbul etmədiyinə görə də hələ ki sülhməramlıların səlahiyyəti qanuni qüvvəyə minməyib. Bu nöqteyi-nəzərdən indi də danışıqlar gedir”.

    Ekspertin sözlərinə görə, danışıqlarda Azərbaycan tərəfi ona çalışmaq istəyir ki, Rusiya tərəfinin bölgədə Azərbaycanın suverenliyinə xələl gətirən, öz ərazi bütövlüyünü təmin etməsi yolunda ciddi əngəllər yaradan bir fəaliyyət göstərməsinin şahidi olmasın:

    “Dünyada onlarla ölkəyə sülhməramlı qüvvələrin yeridilməsi ilə bağlı BMT-nin nizmanaməsi var. Həmçinin sülhməramlıların səlahiyyət hədləri və həyata keçirəcəkləri tədbirlər haqqında nümunələr var. Azərbaycandakı vəziyyət isə bir qədər fərqlidir. Rus sülhməramlıları hazırkı dövrdə sülhü yaradan, tərəfləri barışdıran qüvvələrdən daha çox, erməniləri gücləndirib Qarabağın dağlıq hissəsində əsas qüvvəyə çevirməyə çalışan qüvvələrə bənzəyir, çünki bu istiqamətdə funksiyalar yerinə yetirir ki, bunlar bizim suveren hüquqlarımızın əleyhinədir. Onlar Azərbaycanın Rusiya və dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü yolunda ciddi təhdidlər yaradan bir qüvvəyə çeviribdir. Bu gün sülhməramlılar əgər Ermənistanın 15 minə qədər silahlı qüvvəsinin orada qalmasına şərait yaradırsa, onların yaşaması üçün təminatları üzərinə götürürsə, sülhməramlılar artıq erməni silahlı qüvvələrinin bir parçası olurlar və Azərbaycana qarşı çevrilə biləcək potensial təhlükədirlər.

    Biz istəyirik ki, sülhməramlıların fəaliyyəti müəyyən nizamnamə qaydaları, müəyyən qaydaların təsnif edilərək qəbul edilməsi yolu ilə çərçivəyə salınsın. Yoxsa “Nənəm mənə kor deyib, gəlib-gedənə vur deyib” prinsipi ilə iş həll olunmur. Sənin nə işinə qalıb ki, bölgə əhalisinə ev, su anbarı tikirsən, su daşıyırsan? Deməli, sən təcavüz edən tərəfi şirnikləndirir, erməni əhalini ürəkləndirirsən. Bu, açıq-aşkar Rusiyanın Azərbaycanın suveren hüquqlarına təcavüzü, müdaxiləsi kimi qiymətləndirilməlidir”.

  • С завтрашнего дня начинается онлайн-регистрация поступивших в вузы абитуриентов

    7 сентября начинается онлайн-регистрация абитуриентов, поступивших в высшие учебные заведения Азербайджана.

    Об этом сообщили в Министерстве образования.

    Для этого абитуриентам необходимо зарегистрироваться до 20 сентября на платформе portal.edu.az и после входа в созданный кабинет выбрать услугу “Регистрация студентов в высшие и средние специальные учебные заведения”.

    Отметим, непрохождение регистрации абитуриентом в указанный срок будет считаться отказом от обучения по специальности, на которую он поступил, и приказ о его зачислении не будет направлен в соответствующее учебное заведение. Этих абитуриентов также не допустят к конкурсу на вакантные места.