Month: September 2021

  • Sabahdan ali məktəblərə qeydiyyat başlayır

    Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

    Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

  • Virtual karabakhнаверх В Баку задержали пассажира за отсутствие маски: он оказался пациентом с COVID-19

    В Баку сотрудники 5-го отделения Бинагадинского РУП обнаружили, что один из пассажиров автобуса маршрута №147 не пользуется маской.

    Об этом сообщили в МВД.

    Нарушителя – жителя столицы Наримана Гамидова немедленно высадили из общественного транспорта.

    В ходе расследования выяснилось, что он является пациентом с коронавирусом.

    В его отношении возбуждено уголовное дело по статье 139-1.1 (нарушение противоэпидемического, санитарно-гигиенического или карантинного режимов) УК АР.

    По данному факту проводится расследование.

  • Bakıda avtobusa maskasız minən koronavirus xəstəsi barədə cinayət işi açıldı

    Paytaxtın Binəqədi rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər.

    Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb. Araşdırma aparılan zaman onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib.

    Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycanda iki azyaşlı qız kanalda BATDI

    Ağdaş rayonunda iki azyaşlı qız batıb.

    Hadisə su kanalının Ləki arxı deyilən hissəsində baş verib. Təxminən 14 və 15 yaşlı qız uşaqları ehtiyatsızlıq nəticəsində arxda batıb.

    FHN dalğıc axtarış qrupu batan şəxslərin meyitini sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.

  • Bəzi ölkələrdən Azərbaycana toyuq əti və yumurta gətirilməsi qadağan olundu

    Bir neçə ölkədən Azərbaycana toyuq əti və yumurta gətirilməsinə məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrail Dövlətinin Şimal, Mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiya Federasiyasının Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d’İvuar Respublikasının Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb.

    İsrail Dövlətinin Şimal və Mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniya Krallığının Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-d’İvuar Respublikasının Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, Rusiya Federasiyasından, İspaniya Krallığından, Kot-d’İvuar Respublikasından, Benin Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Xəstəxanalarda sərbəst gəzən xəstələr: Girişlərdə yoxlamalar bərbad səviyyədə

    Əvvəllər hava xəbərlərini izlədiyimiz kimi indi də koronavirusa yoluxanların statistikasını hər gün izləmək adətkarı olmuşuq. Günü-gündən çoxalan aktiv xəstə sayları bizi nə qədər qorxutsa da, bir çox hallarda yenə də pandemiya qaydalarını pozmaqda davam edirik. Düşünmürük ki, hər an özümüz də bilmədən virus daşıyıcısı ilə rastlaşa, hətta təmasda ola bilərik.
    Bir neçə gün əvvəl şəhərimizdə yerləşən xəstəxanalardan birinə baş çəkməli oldum. Qan analizi vermək üçün məndən öncəki xanımı qapının ağzında gözlədim. Xanım işini bitirdikdən sonra qapıya doğru gəldi və mənə sürtünərək, otaqdan çıxdı. İçəri daxil olmaq istəyən zaman tibb bacısı buraxmadı və başladı hər tərəfi spirtləməyə. Yenə də heç nə başa düşmədim…

    Qan analizini verdim və bir az otaqda ləngidim. Çünki tibb işçisindən cavabların haçan çıxacağı, online formada əldə etməyin mümkün olub-olmadığı barədə məlumat alırdım. Elə bu zaman bir neçə dəqiqə otaqdan çıxan qadın yenidən otağa girdi və stolun üzərinə nəsə qoydu.

    Birdən qadının nəfəs alması diqqətimi çəkdi. O qədər çətinliklə nəfəs alırdı ki, elə bil bu dəqiqə ciyərləri sıradan çıxacaq. Qadının heç ayaq üstə durmağa da halı yox idi. Rəngi isə sapsarı… Vəziyyətini görüb halına acıdım və şəfalar diləməyə başladım. Xanımın isə “sağ ol” deməyə belə halı yox idi. Yoldaşı tez yaxınlaşıb onu otaqdan çıxartdı və bildirdi ki, yuxarı mərtəbədə də hansısa analizi verməlidirlər.

    Özümü saxlaya bilməyib qadın haqqında maraqlanmağa başladım. Tibb bacısı bildirdi ki, bir az əvvəl söhbətləşdiyim həmin qadın covid xəstəsidir. O an elə bil damarımda qan dondu… Bütün neqativ fikirlər beynimi yeməyə başladı. Axı onun oturduğu stolda oturub qan vermişdim, otaqdan çıxarkən mənə sürtünüb çıxmışdı, heç yarım metr məsafə saxlamadan söhbətləşmişdim. Bütün bu fikirlərin narahatçılığı ilə xəstəxanadan uzaqlaşdım. Dərhal yaxınlıqdakı aptekdən spirt alaraq özümü dezinfeksiya etməyə çalışdım. Nə dərəcədə xeyri olub olmayacağı isə yəqin ki, bir neçə gün sonra məlum olacaq…

    Bu günə qədər özüm də bilmədən yüzlərlə covid xəstəsi ilə rastlaşmışam, hətta görüşmüş ola bilərəm. Lakin həmin qadının necə ağır nəfəs almasına şahid olmağım və onun covid xəstəsini olduğunu bilməyim psixoloji baxımdan mənə böyük zərdə oldu. Düşünürəm ki, xəstəliyi bu qədər yaxında hiss etdikdən sonra daha diqqətli olacağam.

    İndi isə gələk başqa bir məsələyə… Hamımız çox yaxşı bilirik ki, covid xəstələrinə və ailə üzvlərinə evdən çıxmaq qadağandır. Bəs bu qadın necə evdən çıxıb, xəstəxanaya gəlib və hətta bütün mərtəbələri gəzə bilir? Bunun iki yolu var. Ya covid analizi vermədiyi üçün adı sistemə oturmayıb, ya da sistemə oturmuş olsa belə, hansısa yollarla evdən çıxmağı bacarıb.

    Tutaq ki, evdən çıxmağı bacardı. Bəs xəstəxanaya necə daxil ola bilib? Necə bu qədər rahat şəkildə xəstəxananın bütün xidmətlərindən istifadə edə bilir? Axı qaydalara görə, bütün ictimai iaşə obyektlərinin, müssisələrin, idarələrin, xəstəxanaların və s. qapısında yoxlanış aparılmalı, hərarət ölçülməlidir.

    Görünür, artıq bu qaydalara da əməl olunmur və hər an təhlükə altındayıq. Odur ki, özünüz-özünüzü qorumağa və sağlam qalmağa çalışın.

    //bizimyol.info

  • Azərbaycanda bu məktəblərdə dərslər DAYANDIRILDI – RƏSMİ

    Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssislərində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb.

    Dərslər sentyabrın 3-dək davam edib.

    Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.

    Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “apa”ya bildirib ki, özəl və dövlət orta təhsil müəssisələrində tədris eyni qaydada olmalıdır:

    “Bu səbəbdən də Təhsil Nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır”.

    Qeyd edək ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərarın bu həftə veriləcəyi gözlənilir.

  • Nazir bütün müşavirlərini vəzifədən azad etdi

    Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edib.

    Median.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib.

    Nazirin digər müşaviri Natiq Əhməd oğlu Şirinzadə başqa dövlət qurumuna təyinat aldığı üçün işdən azad olunub.

    Muxtar Babayev ötən il Xaliqverdi Hüseynovu özünə müşavir təyin etsə də, artıq o, bu vəzifəsindən azad edilərək Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin edilib.

  • 11 ветеранов, находившихся на лечении в Турции, вернулись домой

    11 тяжелораненых ветеранов, отправленных на лечение в Турцию по линии Фонда YAŞAT, – Абульфат Гурбанов, Зияддин Рагимов, Алик Юсифов, Рашад Новрузов, Махур Гамидов, Хаям Ахмедов, Видади Мамедов, Турал Салимзаде, Нариман Атакишиев, Танрыверди Мурадов и Руфат Исмайылов вернулись на родину.

    Об этом сообщили в фонде.

    YAŞAT также предоставил им необходимые лекарства на ближайшие месяцы.

    По рекомендации турецких специалистов, приглашенных в страну Фондом YAŞAT, а также с учетом мнения местных врачей, в настоящее время в Турции продолжается обследование, лечение и реабилитация еще 43 участников войны.

    YAŞAT будет контролировать их лечение до полного выздоровления.

    Напомним, что для обращения в фонд и ознакомления с его деятельностью функционируют сайт yashat.gov.az и call-центр 8110.

    С его отчетностью можно ознакомиться по ссылке https://yashat.gov.az/report/tableau.

  • Daha 11 qazimiz Vətənə dönüb

    Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb.

    Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

    Azərbaycana qayıdan qazilərimiz aşağıdakılardı:

    1. Qurbanov Əbülfət Tanrıverdi oğlu

    2. Rəhimov Ziyəddin Aşur oğlu

    3. Yusifov Alik Elşən oğlu

    4. Novruzov Rəşad Lətif oğlu

    5. Həmidov Mahur Mahir oğlu

    6. Əhmədov Xəyyam Hidayət oğlu

    7. Məmmədov Vidadi Ələkbər oğlu

    8. Səlimzadə Tural Vasif oğlu

    9. Atakişiyev Nəriman Qələndər oğlu

    10. Muradov Tanırverdi Mədəd oğlu

    11. İsmayılov Rüfət Fəxrəddin oğlu

    Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

    “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

    “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

    Allah qazilərimizə şəfa versin!

    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

    Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
    Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

    Qeyd edək ki, fond tərəfindən davamlı olaraq qazilərimiz Türkiyəyə müalicəyə göndərilir.