Month: September 2021

  • Neftin qiyməti ucuzlaşmağa başlayıb

    Dünya neft qiymətləri ucuzlaşmağa başlayıb.

    Bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

    Bakı vaxtı ilə saat 17:53-ə olan məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,37% azalaraq 70,65 dollar/barelə düşüb. WTI markalı neftin oktyabr fyuçersləri isə 1,64% dəyər itirərək bir barel üçün 67,42 ABŞ dolları təşkil edib.

    Qeyd olunur ki, buna Rusiya Baş nazirinin müavini Aleksandr Novakın açıqlamaları təsir edib. Belə ki, o, OPEC+in dünya neft bazarındakı izafi ehtiyatların öhdəsindən gəldiyini və indi tarazlığı qorumaq, hasilat və tələbatı sinxronlaşdırmağın zəruri olduğunu söyləyib. O, həmçinin qlobal neft bazarının 2022-ci ildə tam bərpa olunacağına ümid etdiyini və bu il tələbatın gündəlik 5,8-6 milyon barel artacağının gözlənildiyini bildirib.

    Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması səbəbindən keçən ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə razılaşmaya korrektələr edilib. 2021-ci ilin avqust ayından etibarən isə alyans hər ay hasilatı gündəlik 400 min barel artırır və 2022-ci ilin sentyabr ayının sonuna qədər tədarükü azaltmaq öhdəliklərindən tədricən geri çəkilməyə ümid edir. Bu ilin sentyabr ayı üçün bu, gündəlik 4,96 milyon barel təşkil edir.

    Əlavə edək ki, bu gün OPEC+ çərçivəsində bir sıra görüşlər keçirilir və razılaşma iştirakçıları neft hasilatının tədricən artırılması ilə bağlı planların saxlanıb-saxlanılmayacağına qərar verəcək.

  • В Великобритании у 48 человек выявили новый штамм коронавируса

    В Великобритании выявили 48 случаев заражения штаммом коронавируса “мю”.

    Об этом сообщает Median.Az со ссылкой на газету The Mirror.

    Как отмечается, вариант коронавируса “мю” (B.1.621) уже выявлен в 39 странах.

    У этого варианта также есть мутации, которые могут быть более устойчивыми к вакцинам против COVID-19. Более подробные данные станут известны после дополнительных исследований.

    Впервые штамм «мю» был выявлен в Колумбии. В настоящее время его распространенность составляет 39%, а во всем мире – менее 0,1%.

  • Böyük Britaniyada koronavirusun yeni mutasiyası 48 nəfərdə aşkarlanıb

    Böyük Britaniyada koronavirusun yeni mutasiyası 48 nəfərdə aşkarlanıb.

    Median.Az bu barədə “The Mirror”a istinadən xəbər verir.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni “Mu” koronavirusu və ya B.1.621 hazırda 39 ölkədə tapılıb.

    Mütəxəssislər bu mutasiyanın COVID-19 peyvəndlərinə daha davamlı olduğunu təxmin edir.

    “Mu” ilk dəfə bu ilin əvvəlində Kolumbiyada aşkarlanıb.

  • Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

    Afrikada koronavirusa yoluxanların sayı 7 770 109 nəfərə çatıb.

    Ümumdünya Səhiyyə Təşkilatının regional ofisinin çərşənbə günü yaydığı məlumata görə, qitədə COVID-19 səbəbindən 196 190 nəfər ölüb, 6,9 milyondan çox insan sağalıb.

    Afrikada yoluxma və ölüm hallarının çoxu Cənubi Afrika Respublikasının payına düşür – müvafiq olaraq 2 777 659 və 82 261.

    Tunisdə 23 451 nəfər xəstəlikdən dünyasını dəyişib, 664 034 yoluxma hadisəsi qeydə alınıb. Misirdə bu rəqəmlər ardıcıl olaraq 16 736 və 288 441-dir.

  • Azərbaycanda hansı kriptovalyutaya maraq daha çoxdur?

    “Pandemiya ilə bağlı olaraq dünyanın demək olar ki, bütün ölkələri onun iqtisadiyyata vurduğu ziyanları neytrallaşdırmaq üçün yumşaldıcı pul- kredit siyasətinə üstünlük veriblər. Bunun nəticəsi olaraq əksər ölkələrin Mərkəzi Bankları faiz dərəcələrini azaldaraq, yumşaq pul-kredit siyasəti nəticəsində dövriyyədə olan pul kütləsinin miqdarını artırıblar”.

    Bu sözləri “Report”a açıqlamasında kriptovalyutalarla bağlı danışan “Unicapital İnvestisiya şirkəti” ASC-nin Araşdırmalar və investisiya məsləhəti şöbəsinin müdiri Seymur İbadov deyib.

    S.İbadov bildirib ki, pandemiya dövründə dünyada və ölkəmizdə kriptovalyutalara maraq artıb:

    “Bütün bu baş verən amillər isə öz növbəsində investorları aşağı faizlərin mövcud olduğu bir dönəmdə klassik investisiya alətlərindən kənar, başqa maliyyə alətləri axtarmağa vadar edib. Məhz bu baxımdan pandemiyanın höküm sürdüyü dönəmlərdə demək olar ki, investorlar tərəfindən kriptovalyutalara olan maraq artıb. Bu tendensiya bizim ölkədən də yan keçməyib”.

    S.İbadov Azərbaycanda əhalinin ən çox hansı kriptovalyutaya yönəldiyini qeyd edib:

    “Qeyd edək ki, kriptovalyutaların sayı yüzlərlə ölçülür və demək olar ki, vaxtaşırı yeni kriptovalyutaların yaradılması barədə informasiyalar alırıq. Kriptovalyutaların sayının çox olmasına baxmayaraq əsas bir neçə kriptovalyutalar mövcuddur ki, bunlar bu bazarda həlledici məqama malikdir. Belə ki, hazırda kriptovalyutaların bazar dəyəri 2 trilyon ABŞ dollarından artıqdır. İlk növbədə bu tip alətlər arasında ilk rəsmi kriptovalyuta hesab edilən “Bitcoin” qərarlaşıb. İnvestorlar arasında sıralamada məşhurluğuna görə 2-ci yerdə isə “Ethereum” qərarlaşıb. Sonra ilk onluqda bu kriptovalyutalardan sonra “Cardano”, “Binance Coin”, “XRP,Dogecoin”, “Solana”, “Polkadot”, “Uniswap” qərarlaşıb.

    “Bazar dəyərinə görə kriptovalyuta bazarlarında “Bitcoin” və “Ethereum” ümumilikdə bütün bazarın 60 %-dən çoxunu təşkil edir”, – deyə S.İbadov əlavə edib.

  • Özünü televiziya əməkdaşı kimi təqdim edən şəxs barədə araşdırma aparılır

    Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

  • Сербский футболист совершил суицид

    Сербский футболист Горан Обрадович покончил жизнь самоубийством.

    Причины подобного поступка пока неизвестны.

    Отметим, что 35-летний защитник запомнился выступлениями за клубы Сербии, Таиланда и Ирака. Последней командой, где он играл, был ботсванский “Тауншип Роллерс”.

  • Serbiyalı futbolçu intihar edib

    Serbiyalı futbolçu Qoran Obradoviç dünyasını dəyişib.

    35 yaşlı müdafiəçi intihar edib. Oyunçuun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.

    Qeyd edək ki, Obradoviç daha çox Serbiya, Tailand və İraq klublarındakı çıxışı ilə yadda qalıb. Onun son klubu isə Botsvana “Taunşip Rollerz”i olub.

  • Повышенный уровень опасности ввели на большей части Испании из-за дождей

    На большей части Испании введен повышенный уровень опасности в связи с проливными дождями и грозами.

    Об этом сообщает Median.Az со ссылкой на государственное метеорологическое агентство AEMET.

    Дожди затопили ряд населенных пунктов в различных регионах, особенно сложная ситуация сложилась в Таррагоне (Каталония) и Кастельоне (Валенсия). Сильные дожди прошли и в Мадриде, из-за подтоплений утром были закрыты некоторые туннели, не работали участки нескольких линий метро, поезда пригородного сообщения ходили с повышенными интервалами.

    В общей сложности служба по чрезвычайным ситуациям Мадрида – 112 – получила на протяжении утра 237 вызовов, связанных с погодными условиями.

    Кроме того, 5,5 тыс. жителей муниципалитета Альканар (Таррагона) остались без света.

    Ожидается, что дожди продолжатся и в четверг, в этот день они обрушатся также на Балеарские острова.

  • İspaniyada güclü yağışlar səbəbindən təhlükə səviyyəsi artıb

    İspaniyanın əksər bölgələrində leysan yağışları səbəbindən təhlükə səviyyəsi artıb.

    Bu barədə Median.Az “RİA Novosti”yə istinadən xəbər verir.

    Sentyabrın ilk günündə səhər saatlarında yağan yağışlar nəticəsində müxtəlif bölgələrdə, xüsusən Tarraqona (Kataloniya) və Kastellon (Valensiya) bölgələrində bir çox yaşayış məntəqələrini su basıb. Madriddə də güclü yağışlar səbəbindən bəzi tunellər bağlanıb, bir neçə metrostansiyada qatarlar artan fasilələrlə hərəkət edir.