Month: September 2021

  • Азербайджан стал вторым основным поставщиком кислорода в Грузию

    В январе-июле этого года Азербайджан и Турция стали основными поставщиками кислорода в Грузию.

    Об этом пишет грузинское издание BusinessPressNews.

    В отчетный период соседняя страна закупила из Азербайджана кислород на 50,61 тыс. долларов США, из Турции – на 233,84 тыс. долларов США. Из России и Италии Грузия закупила кислород на 22,95 тыс. долларов США и 0,2 тыс. долларов США соответственно.

    За первые семь месяцев Грузия в целом приобрела кислород на 307,60 тыс. долларов США, что в 18 раз больше в годовом сравнении.

    Отметим, что из-за тяжелой эпидемиологической ситуации в Грузии в больницах страны резко выросла потребность в кислороде. Соседняя страна пополняет свои запасы кислорода за счет других стран.

  • Azərbaycan bu il Gürcüstanın ikinci əsas oksigen tədarükçüsü olub

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə Gürcüstanın əsas oksigen tədarükçüləri olub.

    Bu barədə ölkənin “BusinessPressNews” nəşri yazıb.

    Hesabat dövründə qonşu ölkə Azərbaycandan 50,61 min ABŞ dolları, Türkiyədən isə 233,84 min ABŞ dolları dəyərində oksigen idxal edib. Gürcüstanın Rusiya və İtaliyadan tədarük etdiyi oksigenin dəyəri isə müvafiq olaraq 22,95 min ABŞ dolları və 0,2 min ABŞ dollarına bərabər olub.

    İlk 7 ayda Gürcüstan ümumilikdə 307,60 min ABŞ dolları dəyərində oksigen alıb. Bu, illik müqayisədə 18 dəfə çoxdur.

    Qeyd edək ki, Gürcüstanda ağır epidemioloji vəziyyət səbəbindən xəstəxanalarda oksigenə tələbat kəskin artıb. Qonşu ölkə oksigen ehtiyatlarını digər ölkələrin hesabına doldurur.

  • Азербайджан ужесточает требования к импорту семян

    Азербайджан выдвинул требование к 23 странам, импортирующим в нашу страну семена овощных культур, с тем чтобы ввозимая продукция не была подвержена вирусным и бактериальным заболеваниям.

    Об этом сказал председатель Агентства продовольственной безопасности Азербайджана (АПБА) Гошгар Тахмазли на пресс-конференции.

    Он отметил, что в настоящее время импортируемый в Азербайджан посадочный и посевной материал из этих стран проходит экспертизу на наличие различных вирусов и бактерий.

    По словам председателя, в настоящее время в ряде стран наблюдается распространение заболеваний вирусного и бактериального происхождения, наносящих вред растениям:

    “Поэтому ряд стран ужесточает требования к импорту, в некоторых случаях вводятся запреты на импорт продукции.

    Также устанавливается система контроля за соблюдением требований к пестицидам и агрохимикатам, эти требования ужесточаются, усиливается контроль. В нашей стране также принимаются необходимые меры в этом направлении. В рамках Международной конвенции по карантину и защите растений установлено требование к 23 странам, импортирующим в Азербайджан семена овощных культур, с тем чтобы ввозимая продукция не была подвержена вирусным и бактериальным заболеваниям”.

  • Azərbaycan 23 ölkə ilə idxal şərtlərini dəyişdirib

    “Azərbaycan 23 ölkəyə idxal zamanı toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub”.

    Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, hazırda həmin ölkələrdən Azərbaycana idxal edilən əkin və səpin materialları müxtəlif virus və bakteriyalar üzrə ekspertiza olunur.

    Sədrin sözlərinə görə, hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir:

    “Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir.

    Həmçinin Pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir. Ölkədə də bu istiqamətdə zəruri tədbirlər görülür. Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub”.

  • Ərəb ölkələrinin KİV-lərində “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqalə dərc olunub

    “Prezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb”.

    Bu fikirlər Misirin “Aldiplomasy, “Əl Dövlə”, Əlcəzairin “Əl Hərir”, həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsində yer alıb.

    Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.

    Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.

    “İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı”, – yazının sonunda vurğulanıb.

  • İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib

    İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-2023-cü illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir.

    Qalib şirkətə 92 min manat ödəniləcək

  • Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutulub

    Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb.

    Rayonun Zivlən kəndində ,1949-cu il təvəllüdlü Zahid İsmayılova ov tüfəngi ilə atəş açaraq onu ayağından güllələməkdə şübhəli bilinən şəxs, Zöhrab İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Ondan hadisədə istifadə olunan qeydiyyatsız ov tüfəngi də götürülüb.

    Qeyd edək ki, yaralı xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Egey dənizində Türkiyə 166 miqrantı xilas edib

    Türkiyənin İzmir şəhəri sahillərində 166 miqrantın həyatı xilas edilib.

    Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sahillərinə doğru hərəkətə məcbur edilmiş rezin qayıqlardakı 166 miqrant sahilə çıxarılıb.

    Bildirilib ki, İzmirin Seferhisar, Dikili və Çeşme bölgələrinin sahil-mühafizə xidməti tərəfindən xilas edilmiş miqrantlara ilkin zəruri yardım göstərilib.

    Miqrantlar daha sonra hüquqi prosedurların həyata keçirilməsi üçün miqrasiya idarəsinə aparılıb.

  • Ermənistanın regionları boşalır: Ermənilər ən çox Zəngəzurdan qaçır

    Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir.

    Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.

    Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.

    Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Belə ki, Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir.

    Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.

  • Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov, əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil edib.

    Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.