Month: September 2021

  • В Стамбуле еще месяц нельзя будет посещать леса

    В Стамбуле до 30 сентября продлен запрет на посещение лесов.

    Об этом сообщает Median.Az со ссылкой на Anadolu.

    Как отмечается, в связи с высокой температурой и сильными ветрами также запрещена организация пикников вокруг и внутри лесов.

  • İstanbulda meşələrə giriş qadağası sentyabrın 30-dək uzadılıb

    İstanbul Valiliyi meşələrə giriş qadağasının sentyabrın 30-dək uzadıldığını açıqlayıb.

    Bu barədə “Report” Anadolu agentliyinə istinadən xəbər verir.

    Valiliyin açıqlamasına görə, müvafiq qərar milli sərvət olan meşələrin bərpası üçün atılıb.

    “Artan istilər və güclü külək səbəbindən meşələrə girməyə, ətrafında və ya içərisində piknik təşkil etməyə ayın 30-dək icazə verilməyəcək”, – açıqlamada deyilir.

  • Aqrar bitkilərin sığortalanmasında ixracyönümlü olması əsas götürüləcək

    Azərbaycanda aqrar bitkilərin sığortalanmasında bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürüləcək.

    Bu barədə Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərmanında bildirilib.

    “Aqrar Şuranın təsdiq etdiyi siyahıya “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığorta predmetinə aid olan bitkilər (bundan sonra – sığortalanmalı olan bitkilər) daxil edildiyi təqdirdə, həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür”, – deyə fərmanda qeyd edilib.

  • AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

    AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə Premyer Liqa və I Divizion klublarının “Danışılmış oyunlar”a qarşı məsul şəxsləri üçün seminar təşkil olunub.

    UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

    Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.

    İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

    Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

    Seminar iştirakçılarına bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər.

  • Gürcüstanda iş adamı qətlə yetirilib

    Gürcüstanda biznesmen Vladimir Vaxaniya qətlə yetirilib.

    Hadisə Zuqdidi bələdiyyəsinin Qanmuxuri kəndində baş verib.

    İş adamının öz evində soyuq silahla öldürüldüyü bildirilir.

    Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qətli törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq başlanılıb.

    Qeyd edək ki, V.Vaxaniya əsasən Rusiyada bizneslə məşğul olub. O, 2009-cu ildə Gürcüstanda jurnalist fəaliyyətinə mane olduğuna görə həbs edilib, 2012-ci ildə yerli seçkilərə majoritar namizəd kimi qatılıb.

  • Ramin İbrahimov: “Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım”

    “Həqiqətən sevincli və qürurluyuq. Bizim qızlarımız Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunlarında çox yaxşı çıxış etdilər”.

    Bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət paracüdo üzrə milli komandasının baş məşqçisi Ramin İbrahimov Bakıdakı qarşılanma zamanı deyib.

    43 yaşlı mütəxəssis bu yarışadək çox uzun yol qət etdiklərini bildirib: “Çox çətin yollardan və pandemiya dönəmindən keçdik. Mən də 3 dəfə paralimpiadalarda iştirak etmişəm. 4-cü dəfə isə məşqçi kimi qatıldım. Yay Olimpiya və Paralimpiya Oyunlarında zəif idmançı yoxdur. Burada əsas psixoloji hazırlıq önəmlidir. Həmişə şəhidlərimiz haqqında, Şuşanı işğaldan azad etməyimiz barədə qızlara danışırdım. Təlim-məşq toplanışlarında söyləyirdik ki, siz qalib ölkənin idmançılarısınız. Ona görə də möhtəşəm nailiyyət əldə etdik. 6 çəki dərəcəsinin 4-də bizim qızlar qızıl medal qazandı. Yaponlar və digər ölkələrin nümayəndələri bizim qızlarla maraqlanırdı. Onlara dedik ki, qələbəmizin birinci simvolu qalib dövlət olmağımızdır. Qarşılanma mərasimindən sonra isə ilk növbədə şəhidlər xiyabanını ziyarət edəcəyik”.

    Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın qadın paracüdoçuları Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) qızıl medal qazanıb.

  • “Taliban”ın siyasi ofisinin rəhbəri Əfqanıstanın XİN başçısı təyin edilib

    Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması bir sıra postlara təyinat həyata keçirib.

    Bu barədə “Khaama Press” məlumat yayıb.

    Bildirilib ki, “Taliban” qruplaşmasının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər Əfqanıstanın xarici işlər naziri təyin olunub.

    Məlumata görə, “Haqqani şəbəkəsi”nin qurucusu Cəlaləddin Haqqaninin oğlu Xəlifə Haqqani daxili işlər naziri, “Taliban”ın qurucusu Molla Ömərin oğlu Molla Yaqub isə Əfqanıstanın müdafiə naziri vəzifələrinə təyin ediliblər.

  • Завтра в горных районах Азербайджана ожидается гроза

    2 сентября в Баку и на Абшеронском полуострове осадков не ожидается.

    Как сообщили в Национальной службе гидрометеорологии, будет дуть юго-восточный ветер. Температура воздуха ночью 23-26°, днем 31-35°, в Баку ночью 23-25°, днем 33-35°.

    Атмосферное давление опустится с 755 мм до 749 мм ртутного столба.

    Относительная влажность воздуха 60-70% ночью и 45-50% днем.

    На пляжах Абшерона будет дуть юго-восточный ветер.

    Температура морской воды на северных пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) 26-27°, на южных пляжах (Тюркан, Говсан, Сахиль, Шихово) 27-28°.

    Согласно медико-метеорологическому прогнозу 2 сентября на Абшеронском полуострове ожидаются слабые и умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

    В районах Азербайджана в основном без осадков. Однако днем в некоторых горных районах ожидаются грозы, кратковременные дожди. Будет дуть восточный ветер. Температура воздуха ночью составит 20-25°, днем 33-38°, в горах ночью 13-18°, днем 22-27°.

  • Sabah dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq

    Sentyabrın 02-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.

    Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraiti

    Cənub-şərq küləyi əsəcək.

    Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

    Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

    Tibbi-meteoroloji proqnoz

    Sentyabrın 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

  • Sergey Lavrov: “Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq”

    “Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq”.

    Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

    “Əgər Baydenin başqa ölkələrin işlərinə mane olmamaq barədə bəyanatı doğrudursa, deməli, dünyada sakitlik olacaq. Rusiya Mərkəzi Asiyadakı əməkdaşları ilə birgə Əfqanıstanda vəziyyətin nizamlanmasında birgə fəaliyyət göstərmək məsələsi üzərində işləyir”, – o bildirib.

    Lavrovun sözlərinə görə, Rusiya Bayden və Makronun digər ölkələrə demokratiya tətbiq edilməsinin dayandırılması barədə bəyanatlarını məmnuniyyətlə qarşılayır.