Month: September 2021

  • Anım Günü Polşa mətbuatında

    Polşanın “Trybuna.info” xəbər saytında Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin “27 sentyabr – Anım Günü” sərlövhəli məqaləsi yerləşdirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, məqalədə nəzərə çatdırılıb ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və bunu bütün bəşəriyyət bilir.

    “Təəssüf ki, hələ də qonşularının ərazi bütövlüyünə hörmət etməyən, suveren ərazisi ilə kifayətlənməyən və daim qonşularına ərazi iddiaları irəli sürən dövlətlər var. Azərbaycan da belə bir qonşu ilə qarşılaşdı”, – məqalədə qeyd edilib.

    Müəllif son 30 ilə yaxın dönəmdə Ermənistanın qonşu Azərbaycan dövlətinə qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətinin tarixi, BMT-nin qətnamələrinə baxmayaraq, işğal etdiyi Qarabağ bölgəsini tərk etməkdən imtinası, 2020-ci ildə bir sıra hərbi təxribatlara yol verərək 44 günlük Vətən müharibəsinə səbəb olduğu və sair barədə müfəssəl məlumat verib.

    Qeyd edilib ki, işğal olunmuş torpaqlarımız şəhid olmuş qəhrəmanlarımızın, əsgər və zabitlərimizin qanı və canı bahasına azad edilib. “Azərbaycan hər zaman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna və xatirəsinə hörmət edir. Hər il sentyabrın 27-də Azərbaycan Respublikasında ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçən, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını ucaldan əsgər və zabitlərimizin şərəfinə Anım Günü qeyd olunacaq”, – deyə müəllif vurğulayıb.

  • Сельджук Байрактар в соцсетях поделился постом в связи с Днем памяти

    Главный технический директор турецкой компании Baykar Makine Сельджук Байрактар опубликовал пост в Twitter, посвященный Дню памяти.

    Об этом сообщает Report.

    “Сегодня первая годовщина начала Карабахской победы Азербайджана. Пусть упокоятся души шехидов, слава нашим ветеранам. Поздравляю со священной победой. Карабах – это Азербайджан”, – написал он.

  • Selçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib

    Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar 27 sentyabr – Anım Günü ilə bağlı tvitterdəki hesabında paylaşım edib.

    “Report”un məlumatına görə, Selçuk Bayraktar paylaşımda yazıb:

    “Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun”.

    Paylaşımda “Qarabağ Azərbaycandır!” şüarı da əksini tapıb.

  • Amin Musayev: “Şəhidlər üç gün məni tək qoymadılar” – VİDEO

    Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti qonağı Vətən müharibəsi qazisi Amin Musayev olub.

    Şuşa ətrafında gedən döyüşlərdə yaralanan qazi əsirlikdə başına gətirilənlərdən, hospitalda keçirdiyi günlərdən danışıb.

    Müharibəyə könüllü gedən Amin keçdiyi döyüş yolundan danışarkən qeyd edib ki, yoldaşları onun şəhid olduğunu zənn edib.

    Ailənin tək övladı olan qazi əsirlikdən qurtulan zaman yaşadığı hisləri də bölüşüb.

  • 25 yaşlı media əməkdaşı ürəktutmasından vəfat etdi – FOTO

    “De Media” internet platformasının əməkdaşı Elgün Qasımzadə bu gün səhər saatlarında dünyasını dəyişib.

    Bu barədə mərhumun iş yoldaşları sosial şəbəkədə məlumat paylaşıblar.

    Foto-videoperator Elgün Qasımzadənin qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.

    Allah rəhmət eləsin….

  • Ankaranın Atakule qülləsi üzərində Azərbaycan bayrağı əks olunub – FOTO

    Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

    İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

    Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.

    Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

    İşıq şou yerli kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.

    Mənbə: Azərtac

  • Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anılıb

    Vətən Müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.

    Bu barədə Azərbaycanın Britaniyadakı səfirliyi məlumat yayıb.

    Tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlı icmasının nümayəndələri və digər şəxslər iştirak edib.

    Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov bu günün Azərbaycan tarixində çox önəmli olduğunu söyləyərək qeyd edib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və uca tutulacaq.

    Səfir vurğulayıb ki, üç onillik ərzində danışıqlardan boyun qaçıran və 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistan ötən ilin 27 sentyabrında Azərbaycan Respublikasının mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutduqda ölkəmizin başqa seçimi qalmayıb və özünü müdafiə hüququndan istifadə etməklə cavab hərbi əməliyyatlara başlayaraq, 44 günlük Vətən müharibəsi ərzində torpaqlarını düşmən tapdağından xilas edib.

    Ermənistanın açıq-aşkar təhrikedici təxribatlarına baxmayaraq, 44 gün müddətində Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə davam etdirib və özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmayıb.

    Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birlik ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində mühüm rol oynayıb. E.Süleymanov bu birliyi qoruyub saxlamaq, gücləndirmək və ölkəmizin adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu deyib.

    Sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi əlahiddə şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun rəşadəti hər bir soydaşımız üçün qürur mənbəyidir.

    Anım tədbirində Britaniyadakı Azərbaycanlı icmasının nümayəndəsi, “Azərbaycan Evi” təşkilatının sədri Ali Tekin Atalar da çıxış edərək şəhidlərin xatirəsinin harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib.

    Daha sonra tədbir iştirakçıları 27 sentyabr – Anım gününə həsr olunmuş guşənin önünə çiçəklər qoyub, 44 günlük Vətən müharibəsi və ildönümünə həsr olunmuş videomateriallara baxıblar.

    Bizimlə əlaqə saxlayın

  • Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

    Şəmkir şəhərində yol qəzası olub.

    “Report” xəbər verir ki, hadisə şəhərin 7-ci küçə adlanan ərazisində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.

    Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • İtkin düşən əsgərin atası: “Qolsuz-ayaqsız gəlsin, təki sağ gəlsin” – VİDEO

    Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti buraxılışı İkinci Qarabağ müharibəsində itkin düşən əsgər Aydın Feyzullayevə həsr olunub.

    Övladını həsrətlə gözləyən Zakir Feyzullayev Aydınla son telefon danışığından bəhs edib, keçən bir il ərzində ailənin yaşadıqlarından danışıb.

    O bildirib ki, oğlu sentyabrın 27-si müharibə başlayanda əlaqə saxlayıb Füzulidə olduğunu deyib.

    “Sentyabrın 27-30-u arası əlaqə saxladı, danışdıq. Mənə deyirdi ki, ata, kinolarda gördüyünü burda yaşayırıq. Ən sonuncu dəfə 30 sentybarda danışdı mənlə. Dedi, ata, hücuma gedəcəyik, zəng etdim ki narahat qalmayın. O gündən bu günə xəbər yoxdur”, – deyə o bildirib.

    Övladının yaşadığına ümidini itirməyən ata aidiyyəti qurumların məsələni diqqətdə saxladıqlarını deyib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • AŞPA mina xəritələrinin Azərbaycana verilməsinin vacib olduğunu bildirib

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə qəbul edilib.

    “Report” xəbər verir ki, qətnamədə 1991-1994-cü illərdə baş verən birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlik ikinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb.

    Qarabağ müharibəsi zamanı baş verən insan faciəsinin aradan qaldırılması məqsədilə hər iki tərəfə tövsiyələr ünvanlanıb.

    AŞPA birinci Qarabağ müharibəsinə son qoyan 9-10 noyabr tarixli atəşkəs elan olunmasına dair üçtərəfli razılaşmanı yüksək qiymətləndirib, sənədin atəşkəs üçün əsas elementlərdən ibarət olduğunu, müharibənin humanitar nəticələrinin həll edilməsinə imkan yaradan aparıcı sənəd olduğunu bildirib.

    Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar.

    Beynəlxalq icma xüsusilə Avropa Şurası hər iki ölkəyə yardım göstərməyə dəvət edilib.