Month: September 2021

  • “Vüqar Həşimov” komandası klublararası Avropa kubokunda medal qazanıb – FOTO

    Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

    Median.Az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

    Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.//oxu.az

  • Azərbaycanın ilk kikboksinq ustalarından olan tanınmış idmançı 47 yaşında vəfat etdi – FOTO

    Bu gün sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

    47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

    Qeyd edək ki, ölkəmizin ilk kikboksinq ustalarından biri, ağır çəkidə dəfələrlə respublika çempionu, 1990-cı illərin sonu 2000-ci illərin əvvəli AKF-nin Milli Komandasının üzvü olan A.Yusifzadə 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya çempionatında ikinci olub.//oxu.az

  • Gündə yarım nar yeməyin 5 FAYDASI

    Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini içmək insult və infarkt riskini azaldır.

    Median.Az xəbər verir ki, rusiyalı diyetoloqlar narın qanda xolesterini azaltdığını bildirib.

    Bu meyvə demensiya, qocalıq ağıl kəmliyi, kişilərdə prostat, qadınlarda süd vəzi xərçənginə qarşı da təsir edir.

    Nar ən güclü antioksidantdır və hər gün yeyilərsə cəmi 3 ay ərzində bütün orqanizmə effektini göstərəcək.

    O, sərbəst radikalları orqanizmdən kənarlaşdırır. /medicina.az

  • Хикмет Гаджиев встретился с замминистром иностранных дел Ирана

    Было приятно продолжить наши обсуждения с доктором Сейидом Саджадпуром, заместителем министра иностранных дел Исламской Республики Иран по двусторонним и региональным вопросам в целом.

    Как сообщает Report, об этом на своей странице в Twitter написал помощник президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации президента Хикмет Гаджиев.

    «Мы подтвердили добрососедские отношения между нашими странами, а также подчеркнули важность сотрудничества в области научных исследований», – отметил Х.Гаджиев.

  • Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

    “İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla müzakirələrimiz çox xoş keçdi”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi tvitter səhifəsində bildirib.

    “İki ölkə arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, – Prezidentin köməkçisi qeyd edib.

  • Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

    Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofya məscidi önündə Azərbaycan Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Anım Günü tədbiri keçiriləcək.

    “Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir zamanı şəhidlərimizin ruhuna sübh namazı qılınacaq, dualar oxunacaq.

    Daha sonra hər iki təşkilat nümayəndələrinin, həmçinin qazi və müharibə qəhrəmanlarımızın çıxışları olacaq.

    Qeyd edək ki, tədbir zamanı şüarların səsləndirilməsi, plakat və digər əyani vəsaitlərin nümayişi nəzərdə tutulur.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

    Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

  • Yanlış saç kəsiminə görə bərbərxanadan 271 min dollar təzminat aldı

    Hindistanda saç məhsulları şirkətinin reklam modeli olan bir qadın yanlış saç kəsiminə görə bərbərxananı məhkəməyə verib.

    İnsident 2018-ci ildə baş versə də, iş üzrə məhkəmə qərarı yalnız indi açıqlanıb.

    Xanım saçının 10 sm daha qısa kəsildiyini bəyan edib.

    Məhkəmə qərarına əsasən, bərbərxana qadına dəymiş maddi və mənəvi zərərə görə ona 20 milyon rupi (təxminən 271 min dollar) ödəməlidir.

    Mənbə: BBC

  • Hemilton öz bolidi ilə mexaniki vurub – VİDEO

    Formula 1 yarışlarının liderlərindən olan “Mersedes” komandasının pilotu, yeddiqat dünya çempionu Lüis Hemilton qəza törədib.

    Müvafiq görüntüləri Formula 1-in rəsmi saytı yayıb.

    İnsident Soçi Qran Prisinin bu gün keçirilən ikinci sərbəst yürüşləri zamanı baş verib.

    Pitstopa daxil olan pilot bolidini vaxtında saxlaya bilməyib. Nəticədə avtomobil onun qarşısında dayanan mexanikə çırpılıb. Zərbənin gücündən yerə yığılan “Mersedes” əməkdaşı tez bir zamanda özünün toparlayaraq ayağa qalxıb. Onun heç bir xəsarət almadığı bildirilib.

    Mənbə: formula1.com

  • Bayden COVID peyvəndinin üçüncü dozasını vurduracaq

    ABŞ prezidenti koronavirusa qarşı vaksinin üçüncü “gücləndirici” dozasını vurduracaq.

    Bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.

    Dövlət başçısı imkan tapan kimi bunu edəcəyini bildirib.

    Prezident, həmçinin ABŞ vətəndaşlarını da onun nümunəsi üzrə hərəkət etməyə çağırıb.

    Mənbə: “RİA Novosti”

  • Ukraynalı müğənni bir gündə ailə üzvlərini itirdi

    Ukraynanın Korosten şəhərində “Ölkənin səsi” vokal şousunun iştirakçısı Boqdan Muxanın bütün ailə üzvləri bir gündə ölüb.

    Onların göbələkdən zəhərləndikləri ehtimal olunur.

    Müğənninin nənəsi, xalası və anası həyatını itirib.

    Güman ki, zəhərlənmələrinə səbəb olan göbələyə onları tanışları qonaq edib.

    Digər versiya isə spirtli içkidən zəhərlənmə ehtimal edilir.