Month: September 2021

  • İƏT-in nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə məruz qalmış Tərtər rayonunda həyata keçirib.

    “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olub.

    Faktaraşdırıcı missiya çərçivəsində qonaqlar əvvəlcə Tərtər şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş silahlardan istifadə edilərək atəşə məruz qalmış yaşayış binaları və digər sosial obyektlərə baxış keçiriblər. Nümayəndə heyəti zərərçəkmiş sakinlərlə görüşdə İkinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə məlumatlandırılıb.

    Daha sonra İƏT MDİHK-nın nümayəndə heyəti insan tələfatına və mülki obyektlərin dağıdılmasına səbəb olmuş ağır artilleriya və raket hücumları ilə bağlı sübutlarla da yerində tanış olub.

    Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

  • ABŞ-da 6,1 bal gücündə zəlzələ olub

    ABŞ-ın Alyaska yarımadası sahillərində 6,1 bal gücündə zəlzələ olub.

    Məlumatı ABŞ Geoloji Xidməti yayıb.

    Bildirilib ki, yeraltı təkanların ocağı Adak şəhərindən 181,8 km aralı, 39,6 km dərinlikdə yerləşib.

  • Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

    Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

    Azərbaycan Badminton Federasiyasından “Report”a verilən məlumata görə, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var.

    Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.

    Qeyd edək ki, dünya çempionatı bu il 12 – 19 dekabrda təşkil ediləcək.

  • ABŞ “Taliban”la məhdud maliyyə əməliyyatlarına icazə verib

    ABŞ Maliyyə Nazirliyi Əfqanıstanda humanitar əməliyyatlarla əlaqədar olaraq “Taliban” ilə məhdud maliyyə əməliyyatlarına icazə verib.

    “Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

    Məlumata görə, bu icazə ABŞ hökumətinə, qeyri-hökumət təşkilatlarına və BMT də daxil olmaqla bəzi beynəlxalq təşkilatlara “Taliban”la müqavilə bağlamağa imkan verir.

    Məqsəd əfqanların humanitar ehtiyaclarını təmin etməkdir.

  • Взрыв на границе между Кенией и Сомали, погибли двое военнослужащих

    По меньшей мере двое военнослужащих Кении погибли в пятницу в результате устроенного неизвестными взрыва в армейском лагере в районе города Элвак, через который проходит граница между Сомали и Кенией.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил сомалийский новостной портал Shabelle Media Network.

    По его данным, взрыв произошел спустя несколько часов после того, как кенийские военнослужащие задержали двух сомалийцев и доставили их в расположение армейского лагеря. Портал не уточняет, на территории какого из двух государств находится указанный лагерь.

  • Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var

    Keniya ilə Somali sərhədindəki Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.

    Somali xəbər portalı “Shabelle Media Network” məlumat yayıb.

    Məlumata görə, hadisə nəticəsində iki nəfər keniyalı əsgər həlak olub.

    Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.

    Portal göstərilən düşərgənin iki dövlətdən hansının ərazisində olduğunu açıqlamır.

  • Цена нефти Brent поднялась выше $78

    Стоимость фьючерса на нефть марки Brent с поставкой в ноябре 2021 года на лондонской бирже ICE выросла на 0,99% и достигла 78,01 долларов США за баррель.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом свидетельствуют данные торговой площадки на 20:33 (бакинское время).

    Напомним, что в последний раз цена Brent превышала 78 долларов США за баррель в октябре 2018 году.

    Нефть марки WTI дорожает на 0,93%, до 73,98 долларов США за баррель.

  • “Brent” neftinin qiyməti 78 dolları keçib

    Dünya neft bazarında qiymətlər bir qədər artıb.

    Bakı vaxtı ilə saat 20:33-ə olan vəziyyətə görə “Brent” markalı neftin noyabr fyuçersləri 0,99 % bahalaşaraq 78,01 ABŞ dollarından, “WTI” markalı neftin noyabr fyuçersləri isə 0,93 % bahalaşaraq 73,98 ABŞ dollardan satılıb.

    Qeyd edək ki, son dörd gün ərzində “Brent” və “WTI” markalı neft ardıcıl olaraq bahalaşır.

  • 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib

    Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, “Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

    Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

  • Baş nazir: “Gələn il ordunun müasir hərbi texnika və silah-sursatla təchizatı əsas xərc istiqamətlərindən biri olacaq”

    Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

    “Report” xəbər verir ki, iclası açan Baş nazir Əli Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirdi. 44 günlük Vətən Müharibəsinin dövlət başçımızın rəhbərliyi, sərkərdəlik məharəti, xalqın Prezidentə birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti nəticəsində təmin edildiyi xüsusi vurğulanıb.

    Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər ən əsas prioritetlər sırasındadır və bu məsələ gələn ilin dövlət büdcəsində öz əksini tapıb.

    Qeyd edilib ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.