Month: September 2021

  • Milli Məclisin deputatları AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

    Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və üzvləri – deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

    Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit, insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

    Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.

    Tədbirdə nümayəndə heyətinin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.

    Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər.

    Səfər oktyabrın 2-də başa çatacaq.

  • Azərbaycanın təşəbbüsü ilə BMT-də minaların insan hüquqlarına təsiri barədə bəyanat yayılıb

    BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.

    İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.

    Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.

  • Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

    Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

    DİN-dən “Report”a verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

  • Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

    Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.

    “Report”un məlumatına görə, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.

    80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub.

    70 kq
    1-ci görüş: Rübail İbrahimli – Ferents Şiki (Rumıniya) – 2:1
    2-ci görüş: Rübail İbrahimli – Andrey Jeliyev (Ukrayna) – 1:3
    3-cü görüş: Rübail İbrahimli – Alin Kioriki (Moldova) – 3:1
    1/2 final: Rübail İbrahimli – Serciu Lupesku (Moldova) – 3:1
    Final: Rübail İbrahimli – Andrey Jeliyev (Ukrayna) – 0:3

    80 kq
    Təsnifat: Fərid Cabbarov – Konstantin Manea (Rumıniya) – 3:0
    1-ci görüş: Fərid Cabbarov – Razvan Pavalaç (Rumıniya) – 3:0
    2-ci görüş: Fərid Cabbarov – Oleq Mixov (Ukrayna) – 3:0
    3-cü görüş: Fərid Cabbarov – Anton Deyneka (Ukrayna) – 3:0
    1/2 final: Fərid Cabbarov – Virgil Qosa (Rumıniya) – 3:0
    Final: Fərid Cabbarov – Oleq Mixov (Ukrayna) – 3:0

    Qeyd edək ki, ötən gün dünya çempionatında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanıb. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

  • COVID-19 pasportu tələb edilən iş və xidmət sahələrinin siyahısı genişləndirilib

    Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

    Qərara əsasən, müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

    Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

    Qərarla istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin işçilərinin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması mütləqdir.

  • Çində kriptovalyuta ilə əməliyyatlar dayandırılır

    Çin Bankı (Mərkəzi Bank) hökuməti ölkədə kriptovalyuta ilə əməliyyatlara qadağa qoyub.

    “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Qurum bəyan edib ki, bu əməliyyatlar qeyri-qanuni maliyyə fəaliyyəti sayılacaq. Qadağa xüsusilə “Bitcoin” və “Tether”ə aiddir.

    Bu bəyanatdan dərhal sonra “Bitcoin” ucuzlaşıb və onun qiyməti 41 000 ABŞ dollarından aşağı düşüb.

    Rəsmi Pekin kriptovalyutalarla bağlı siyasətin sərtləşdirilməsini fırıldaqçılıq, çirkli pulların yuyulması və həddindən artıq enerji istehlakının qarşısını almaq istəyi ilə izah edir.

  • Пассажиры с COVID-паспортами смогут воспользоваться железнодорожным транспортом

    При осуществлении регулярных пассажирских перевозок железнодорожным и автомобильным транспортом из городов и районов страны (за исключением перевозок пассажиров легковыми автомобилями такси), за исключением регулярных пассажирских перевозок между городами Баку и Сумгайыт, Абшеронским районом, с 1 октября на рейсы допускаются пассажиры, привитые одной дозой вакцины против COVID-19, а с 1 ноября 2021 года – обеими дозами, или имеющие иммунный сертификат COVID-19 (за исключением лиц моложе 18 лет).

    Как сообщает Report, решение об этом принял Оперативный штаб при Кабинете министров.

  • Bakıdan ölkənin regionlarına dəmir yolu ilə sərnişin daşınması bərpa olunur

    Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

    “Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

  • Глава МИД проинформировал представителя ООН об использовании Арменией иностранных наемников

    Министр иностранных дел Джейхун Байрамов в рамках 76 сессии Генассамблеи ООН встретился с заместителем генерального секретаря ООН по борьбе с терроризмом Владимиром Воронковым.

    Об этом Report сообщили в Министерстве иностранных дел Азербайджана.

    На встрече стороны обсудили вопросы сотрудничества между Азербайджаном и Комитетом по борьбе с терроризмом, а также обменялись мнениями о совместной деятельности в борьбе с терроризмом.

    В ходе встречи Дж.Байрамов, проинформировав противоположную сторону о привлеченных Арменией во время последней агрессии против Азербайджана иностранных наемниках, сказал, что проживающие за рубежом члены армянской общины злоупотребляли некоммерческими организациями в целях финансирования террористической деятельности на суверенных территориях Азербайджана.

    Владимир Воронков высоко оценил положительный опыт Азербайджана в борьбе с терроризмом и подчеркнул важность обмена подобным опытом с другими странами.

    Стороны также провели обмен мнениями по вопросам региональной и международной безопасности.

  • Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

    Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

    Nazir C.Bayramov ölkədə Qabaqcıl Sərnişin Məlumatı (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin inkişaf etdirilməsində Azərbaycanın əlaqədar qurumlarına göstərdiyi texniki dəstəyə görə BMT-nin Terrorçuluğa qarşı Mübarizə Komitəsinə təşəkkürünü bildirib.

    Həmçinin Azərbaycana qarşı son təcavüzü zamanı Ermənistanın xarici terrorçu döyüşçülərdən istifadə etməsi barədə qarşı tərəfə məlumat verən nazir Ceyhun Bayramov bu xüsusda, xaricdə yaşayan erməni icma üzvləri tərəfindən Azərbaycanın suveren ərazilərində terror fəaliyyətini maliyyələşdirmək üçün qeyri-kommersiya təşkilatlarından sui-istifadə etməsini diqqətə çatdırıb.

    Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir etdi və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

    Tərəflər eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.