Month: October 2021

  • На саммите G20 зафиксировали первый случай заражения коронавирусом

    Первый случай заражения коронавирусом на саммите “Большой двадцатки” (G20) выявлен у журналистки.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил асессор (областной министр) по вопросам здравоохранения итальянской столичной области Лацио Алессио Д’Амато.

    “Это изолированный случай, установленный благодаря скринингу при доступе в пресс-центр”, – отметил он. Журналисты, освещающие двухдневный саммит, должны доказать отсутствие заражения, пройдя тест в пункте получения аккредитации или продемонстрировать отрицательный результат анализа, сделанного за 48 часов до приезда на саммит. Иностранные журналисты обязаны пройти тест на COVID-19 за двое суток до приезда в Италии. Во всех случаях не принимаются в расчет проведенная вакцинация или возможное выздоровление от инфекции.

    Как отмечают итальянские СМИ, первой зараженной на саммите оказалась британка, вакцинированная препаратом AstraZeneca. Ее доставили в COVID-отель, обустроенный для подобных случаев на саммите.

  • G20 sammitində koronavirusa ilk yoluxma halı qeydə alınıb

    İtaliya paytaxtı Romada keçirilən “Böyül iyirmilik” (G20) sammitində ilk dəfə koronavirusa yoluxma halı aşkarlanıb.

    Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın paytaxtı Romanın Latsio vilayətinin səhiyyə naziri Alessio Damato bildirib.

    Onun sözlərinə görə, ilk yoluxma halı jurnalistdə qeydə alınıb. Britaniyalı qadın jurnalist sammitdə belə hallar üçün qurulmuş COVID-19 hotelinə yerləşdirilib.

    Qeyd edək ki, ikigünlük sammiti işıqlandıran jurnalistlər tədbirə gəlməzdən 48 saat əvvəl akkreditasiya məntəqəsində testdən keçməklə və ya mənfi test nəticəsi göstərməklə yoluxmadıqlarını sübut etməlidirlər. Xarici jurnalistlər İtaliyaya gəlməzdən iki gün əvvəl COVID-19 testindən keçməlidirlər. Bütün hallarda peyvəndlənmə və ya infeksiyadan mümkün sağalma nəzərə alınmır.

  • “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır

    Azərbaycan Premyer Liqasının IX turunda keçirilcək “Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarılır.

    Azxeber.com Ağdam təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri oyun günü – oktyabrın 30-da satışda olacaq.

    Qiymətlər müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir. Biletləri “Azersun Arena”dan və “Park Bulvar”ın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” klubunun fan-şopundan əldə etmək olar. Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

    Qeyd edək ki, oktyabrın 30-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq.

  • Dünyanın ən bahalı şirkəti dəyişdi

    Xeyli müddətdir dünyanın ən bahalı şirkəti adını daşıyan “Apple” artıq bu statusdan məhrum olub.

    Belə ki, rüblük hesabatının gözləniləndən daha zəif çıxması səbəbindən ABŞ elektronika istehsalçısının səhmləri gün ərzində 4% ucuzlaşıb və şirkətin dəyəri 2.41 trilyon dollara düşüb.

    Onun yerini isə uğurlu hesabatdan sonra səhmləri 1% bahalaşan “Microsoft” tutub. Hazırda dünyanın ən bahalı şirkətinin kapitallaşması 2.46 trilyon dollardır.

    Qeyd edək ki, dünyanın ən iri proqram təminatçılarından biri olan “Microsoft” 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən yaradılıb. Onun mərkəzi ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşir.

    Mənbə: TASS

  • İsmayıllıda iki azyaşlı uşağı olan qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanılıb

    İsmayıllı rayonunda iki azyaşlı uşağı olan qardaşı arvadını döyərək ölümlə hədələyən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən İ.Məmmədov saxlanılıb və izahatı alınıb.

    Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma davam edir. Təyin olunan ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

    Qeyd edək ki, hadisə ilə bağlı ötən gün vəkil Rövşanə Rəhimli məlumat yaymışdı.

    Mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət etmişdi.

  • Cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi mənzillə təmin edilib – FOTO

    Azərbaycan paralimpiya hərəkatının fəallarından biri, cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi, gözdən əlilliyi olan şəxs Ramin İbrahimov mənzillə təmin edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, mənzilin sənədlərini təqdim edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov vurğulayıb ki, Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycan idmanı kimi, Azərbaycan paralimpiya hərəkatı da daim inkişaf edərək böyük uğurlara nail olur:

    “Xüsusilə bu il Tokioda (Yaponiya) keçirilən XVI Yay Paralimpiya Oyunlarında milli paralimpiya komandamız böyük qələbələrə, tarixi rekorda imza atdı, 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medala sahib oldu. Azərbaycan 163 ölkənin qatıldığı bu Oyunlarda qazanılan nəticələrə əsasən ilk onluqda qərarlaşdı”.

    V.Behbudov gözdən əlilliyi olan şəxs Ramin İbrahimovun da paralimpiya nailiyyətlərinin, o cümlədən Tokioda tarixi uğurların qazanılmasına öz töhfəsini verdiyini bildirib. O, həmçinin gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini diqqətə çatdırıb. Bu kateqoriyadan olan vətəndaşların da dövlət tərəfindən mənzillə təmin edildiklərini bildirib.

    Agentlik sədri mənzillə təmin edilən R.İbrahimovu bu münasibətlə təbrik edib, ona xoş arzularını çatdırıb.

    R.İbrahimov göstərilən yüksək diqqət və qayğıya, bu gün isə yeni mənzillə təmin olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

  • Hindistan ABŞ-dan alınan yeni silahları Çinlə sərhədə yerləşdirdi

    Hindistan Çinlə sərhədə bu yaxınlarda ABŞ-dan aldığı silah sistemlərini, o cümlədən helikopter və artilleriya qurğularını yerləşdirib.

    Butan və Tibetlə sərhəddə yerləşən Tavanq ərazisində ABŞ istehsalı “Chinook”, 155 millimetrlik M-777 haubitsaları cəlb olunub.

    Bununla yanaşı, ərazidəki hərbi hissələrin hərbçilərinə ABŞ-dan yeni alınan “SIG Sauer 716” silahları paylanılıb.

    Mənbə: The Economic Times

  • İranda qadınlara stadionlara gəlmək icazəsi verilə bilər

    İran parlamenti tezliklə qadınlara futbol stadionlarına gəlmək icazəsinin verilib-verilməməsi məsələsinə baxmalıdır.

    Son illərdə belə bir icazənin verilməsi üçün dünya futbol təşkilatı – FIFA Tehrana təzyiq göstərir.

    İranda qadınların futbol matçlarına stadionlarda tamaşa etməsinə qadağa 40 il bundan əvvəl, 1979-cu ilin İslam İnqilabından sonra qoyulub.

    Bu barədə məlumatı yerli mediaya oktyabrın 28-də İran Futbol Federasiyasının baş direktoru Həsən Kamranifər verib:

    “Əgər qərar qəbul olunsa, qadınlara çox tezliklə stadionlara gəlmək icazəsi veriləcək”.

    İranın qatı mühafizəkar dini rəhbərliyi qadınların futbol matçlarına stadionlarda kişilərlə birgə tamaşa etməsinin əleyhinədir.

    İran 2019-cu ildə yenə də FIFA-nın təzyiqi altında 4 min qadının Tehranın Azadi stadionunda İran və Kamboca milliləri arasında Dünya Kubokunun seçmə matçına tamaşa etməsinə icazə vermişdi.

    Lakin sonradan koronavirus pandemiyası bu sahədə atılan addımları yarımçıq qoyub.

    Koronavirus məhdudiyyətlərinə görə İranda futbol matçları tamaşaçısız stadionlarda keçirilir.

    Əgər belə olmasaydı oktyabrın əvvəllərində İran və Cənubi Koreya yığmaları arasında Dünya Kubokunun seçmə matçına qadınların da gəlməsinə icazə verilə bilərdi.

    Lakin bu matç da tamaşaçılar olmadan keçirildi.

    Xəbər verilir ki, İranda azarkeşlərin yenidən stadionlara buraxılacağı təqdirdə, İran Futbol Federasiyası qadınların da ən azı Dünya Kuboku seçmə oyunlarına tamaşa etmək üçün stadionlara gəlməsinə icazə verməlidir.

    Əks təqdirdə təşkilat FIFA-nın sanksiyaları ilə üzləşə bilər.

  • “On bir yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir”

    Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

    Azxeber.com xəbər verir ki, məlumatda deyilir:

    “KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir”.

  • Kriştianu Ronaldu “Mançester Yunayted”in baş məşqçisi ola bilər

    “Mançester Yunayted”də baş məşqçi Ule Qunar Sulşerin işinə son veriləcəyi halda yeni baş məşqçinin kim olacağı ilə bağlı müzakirələr davam edir.

    Təcrübəli məşqçi Antonio Kontenin “qırmızı şeytanlar”a “yox” deməsindən sonra, gündəmə olduqca maraqlı bir iddia atılıb. İspaniya mətbuatı “Mançester Yunayted”in yeni baş məşqçisinin karyerası ərzində bir çox mütəxəssislə çalışan Kriştianu Ronaldunun ola biləcəyini yazıb.