Month: October 2021

  • Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Avropa Regional Bürosunun direktor müavini Angela Li Rosinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə, həmçinin Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib.

    Görüş zamanı 24-29 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə A. Li Rosinin başçılığı ilə həyata keçirilən BMTQAK missiyasının nəticələri müzakirə edilib.

    A.Li Rosi BMTQAK-a Azərbaycan tərəfindən göstərilən dəstəyə və yüksək səviyyəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib. O, səfərin məqsədinin məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMTQAK üçün nəzərdə tutulan rolun konkret aspektlərinin müzakirə edilməsi olduğunu bildirib. Missiyanın Ağdam, Tərtər, Bərdə, Füzuli, Cəbrayıl və Zəngilana səfər etdiyini və Azərbaycan qarşısında bu ərazilərin bərpası ilə əlaqədar duran vəzifənin miqyasını öz gözləri ilə gördüklərini bildirən A. Li Rosi, dağıntılar və mina ilə çirklənmənin yüksək olmasına baxmayaraq, hökumət tərəfindən sürətlə həyata keçirilən bərpa işlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

    C.Bayramov ölkəmizdə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış geniş miqyaslı məcburi köçürülmə problemi barədə qonaqlara məlumat verərək, məcburi köçkünlərin adam başına düşən sayına görə dünyada ilk yerlərdən birini tutan Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülmüş işlər barədə qonaqlara məlumat verib. Humanitar təşkilatların ölkəmizdəki fəaliyyətinə yaradılmış şəraitdən bəhs edən nazir, Azərbaycanın BMTQAK-la əməkdaşlığa önəm verdiyini, bu təşkilat tərəfindən 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə göstərilən yardımın unudulmadığını vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə qonaqları məlumatlandıran Ceyhun Bayramov, ötən ilin noyabrından bəri Azərbaycanda 167 şəxsin mina qurbanına çevrildiyini, onların içində öz doğma torpaqlarını görməyə səbirsizlənən məcburi köçkünlərin olduğunu və mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsinin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün önəmli olmasını vurğulayıb.

    Görüşdə tərəflər işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar, avtomobil və dəmir yollarının, infrastrukturun sürətli bərpası, “ağıllı kənd” modeli əsasında bərpa edilən kəndlər və Füzuli şəhərində qısa müddətdə beynəlxalq hava limanının inşa edilməsi müzakirə edib, məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

  • В Азербайджане за минувшие сутки 2 132 человека заразились коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 132 новых случая инфицирования коронавирусом, 1 757 человек вылечились и были выписаны домой.

    Об этом 29 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончалось еще 26 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 526 920 человек, 7 021- скончался, 490 789 – вылечились, 29 110 – продолжает лечение.

    В республике проведены 5 169 788 тестов на COVID-19 (за последние 24 часа – 11 753).

  • Azərbaycanda daha 2132 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2132 yeni yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib. 29 110 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, bu günə qədər isə ümumilikdə 5 169 788 icra olunub.

  • Hökumət vergi orqanları işçilərinin maaşlarını təsdiqləyib

    Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Dövlət Vergi Xidmətinin Aparatının, xidmətin strukturuna daxil olan qurumların, struktura daxil olan yerli bölmələrin, Tədris Mərkəzinin işçilərinin, struktura daxil olan qurumlar və struktura daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiqlənib.

    Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

  • Bu il Ermənistandan Rusiyaya mühacirət edənlərin sayı açıqlanıb

    Son 30 ildə Ermənistan vətəndaşlarının ən çox mühacirət etdiyi ölkə Rusiyadır.

    “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Rusiya Statistika İdarəsi yayıb.

    Bildirilib ki, 2021-ci ilin yanvar-iyul aylarında Rusiyaya Ermənistanın 20 min vətəndaşı miqrasiya edib.

    Məlumata görə, bu il Rusiyaya işləməyə Ermənistanın 202 000 vətəndaşı gedib.

    Qeyd edək ki, 2021-ci ilin ilk 6 ayında Rusiyaya ən çox mühacirət edənlər siyahısına Tacikistan 38 min, Ukrayna 26 min, Ermənistan 20 min nəfərlə başçılıq edirlər.

  • Dövlət Komitəsi 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib

    Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

    Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.

    “Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır”.

  • Azərbaycanda xüsusi karantin rejimi uzadıldı – RƏSMİ

    Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi uzadılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qərara əsasən, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il noyabrın 1-dən 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.

  • Kağız reseptlərə ƏLVİDA: Azərbaycanda elektron resept sistemi yaradılacaq

    “Dərman vasitələrinin ölkədə dövriyyəsində rəqəmsallaşdırma prosesi gedir”.

    APA-nın məlumatına görə, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

    E.Quliyev deyib ki, yəqin ki, yaxın gələcəkdə rəqəmsallaşdırma tam başa çatdırıldıqdan sonra ölkədə dərman izləmə sistemi tətbiq olunacaq:

    “Bundan sonrakı mərhələdə ölkədə elektron reseptə keçid həyata keçiriləcək, biz artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq”.

  • Ali Məhkəmə hakimlə bağlı yayılan məlumatlara münasibət bildirdi

    Ali Məhkəmə qurumun Mülki Kollegiyasının sədri Sənan Hacıyevlə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Ali Məhkəmədən daxil olan məlumatda deyilir:

    “Azərbaycanın Ali Məhkəməsi son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.

    Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyərlərinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.

    Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilib.

    Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar”.

    Məlumatda hakimin kimliyi açıqlanmayıb.

  • Bakıya yeni avtobusların gətirilməsinə başlanıldı

    “Azərbaycanın Türkiyədən aldığı avtobusların ölkəyə çatdırılmasına başlanılıb”.

    Bunu Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

    Onun sözlərinə görə, 2020-ci ilin dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında 320 ədəd orta və iritutumlu avtobusun alınması ilə bağlı müqavilə imzalanıb:

    “Həmin müqaviləyə uyğun olaraq Bakıya avtobusların gətirilməsinə başlanılıb. Həmin avtobusların 150 ədədi 12 metrlik, 170 ədədi isə 9 metrlik avtobuslardır. İlkin mərhələdə 12 metrlik avtobusların Bakıya gətirilməsinə başlanılıb. Artıq çatdırılma proseslərinə start verilib”.

    “Avtobusların çatdırılması istehsalçı şirkətin bizə təqdim etdiyi qrafikə uyğun olaraq həyata keçirilir. Təzə gətirilən avtobuslar hələ xəttə buraxılmayıb”, – deyə o qeyd edib.