Month: October 2021

  • İspaniyada uşaqlar üçün şəkərli məhsullarının reklamı qadağan olunacaq

    İspaniya hökuməti gələn ildən uşaqlar üçün şəkərli qida məhsullarının reklamının qadağan olunacağını açıqlayıb.

    İspaniyanın istehlak naziri Alberto Qarzon keçirdiyi mətbuat konfransında bildirib ki, 2022-ci ildən internetdə, kinoteatrlarda peçenye, dondurma, şəkərli və ya yüksək kalorili içkilər kimi qida məhsullarının radio və televiziyada 16 yaşından kiçik şəxslərə ünvanlanan reklamları qadağan ediləcək.

    Ümumdünya Səhiyyə Təşkilatı və Milli Bazar və Rəqabət Komissiyası ilə lazımi danışıqların tamamlandığını bildirən Qarzon qeyd edib ki, İspaniyada artıq çəki nisbəti 23,3 faiz, piylənmə isə 17,3 faiz təşkil edir. 6-9 yaş arası uşaqlarda bu göstərici 40 faizi keçir:

    Sentyabr ayında İspaniyada nəşr olunan araşdırmada uşaqlar üçün yayımlanan 10 televiziya reklamından 9-nun sağlam qidalanma qaydalarını pozduğu bildirilib.

    Mənbə: TRT Haber

  • Azərbaycanlı tələbəni öldürənə 19 il HƏBS CƏZASI verildi

    Rusiyanın Volqaqrad vilayət məhkəməsi Azərbaycan vətəndaşı Timur Qabrilovu öldürməkdə təqsirli bilinən Vitali Vasilyevi 19 il müddətinə azadlıqdan məhrum edib.

    Median.Az
    lent.az-a istinadən xəbər verir ki, 2020-ci ilin iyununda Vasilyev Volqaqrad Tibb Universitetinin tələbəsi Qabrilovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.

    Qətlin səbəbi Vasilyevin gəlmələrə nifrəti olub.

  • Ronaldudan daha bir rekord – FOTO

    “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu daha bir rekorda imza atıb.

    Bu dəfə futbolçu sosial şəbəkələrdə fərqlənib.

    Belə ki, onun ata olacağı ilə bağlı paylaşımı 27 milyondan çox bəyənmə toplayıb.

    Bu, indiyədək idmançıların paylaşımları arasında ən yüksək göstəricidir.

    Qeyd edək ki, öncəki rekord 22 milyon bəyənmə ilə Messinin PSJ formasında ailəsi ilə birgə fotosuna məxsusdur.

  • Romada Baydenin kortejinin avtomobili qəzaya uğrayıb

    ABŞ prezidenti Co Baydenin kortejinə aid avtomobil qəzaya düşüb.

    Hadisə Romada baş verib.

    Ağ Evdən yayılan məlumata görə, qəza avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qeydə alınıb.

    Bildirilib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Qəzaya uğrayan avtomobildə konkret kimin olduğu isə açıqlanmayıb.

    Qeyd edək ki, ABŞ prezidenti G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib. O, artıq Roma Papası Fransisklə görüşüb.

    Mənbə: “RİA Novosti”

  • Son sutkada vaksin olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 044 doza vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 488 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 567 956, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 377 464 təşkil edir.

  • Gürcüstanın Baş naziri: “Saakaşvili özünü öldürmək hüququna sahibdir”

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixail Saakaşvilinin aclıq aksiyası ilə bağlı danışarkən bildirib ki, hər bir insan özünü öldürmək hüququna sahibdir.

    “Qanunda yazılıb ki, insanın özünü öldürmək hüququ var. Əgər insan özünü öldürməyə qərar veribsə, o zaman bunu edə bilər, əlbəttə ki, dövlət bununla bağlı məsuliyyəti üzərinə götürməz”, – deyə hökumət başçısı qeyd edib.

    O, həmçinin vurğulayıb ki, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya təhvil verilməsini gözləməyə dəyməz. Onun sözlərinə görə, bu hakimiyyətin ölkənin qanunlarına hörmət etmədiyi anlamına gələr.

    Mənbə: Vestnik Kavkaza

  • Автомобиль из кортежа Байдена попал в ДТП в Риме

    Автомобиль из кортежа президента США Джо Байдена попал в пятницу в небольшое дорожно-транспортное происшествие в Риме, куда американский лидер прибыл накануне для участия в саммите Группы двадцати.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам представитель Белого дома.

    По его свидетельству, “автомашина из кортежа президента при выезде из Ватикана в Квиринальский дворец (официальную резиденцию президента Италии – прим. ТАСС) стала участницей небольшого дорожно-транспортного происшествия”. “Серьезных ранений не было. Однако из предосторожности пассажиров осматривает американский медицинский персонал”, – отметил представитель Белого дома.

    Он не уточнил, кто именно находился в автомобиле кортежа, попавшем в аварию.

  • Romada Baydenin kortejinin avtomobili qəzaya uğrayıb

    İtaliyanın paytaxtı Romada ABŞ prezidenti Cozef Baydenin kortejinin avtomobili yol qəzasına düşüb.

    Bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.

    “Prezidentin kortejindən olan avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qəzaya düşüb. Ciddi xəsarət alan olmayıb. Bununla belə, ehtiyat tədbiri olaraq, tibb işçiləri avtomobildə olanları müayinə edir”, – Ağ Ev sözçüsü bildirib.

    O, qəzaya uğrayan kortecin avtomobilində konkret kimin olduğunu açıqlamayıb.

    Qeyd edək ki, Amerika lideri G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib.

  • Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşada olublar

    Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları oktyabrın 29-da Füzuli və Şuşa şəhərlərində olublar.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    20-yə yaxın ölkədən rəsmi şəxslərin, investorların və startapların iştirak etdiyi səfər Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu yaxınlarda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Füzulidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gedən qonaqlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri, şəhərin tarixi-mədəni irsi, eləcə də Qarabağ regionunun iqtisadi və investisiya potensialı ilə tanış olublar. Şuşa mərkəzi meydanı, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi və Cıdır düzü qonaqların böyük marağına səbəb olub. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonaqlara Füzuli və Şuşa şəhərləri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

    Daha sonra sammit iştirakçıları Gəncə şəhərində olublar. Məlum olduğu kimi, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib və Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti də məhz dahi şairin 880 illiyinə həsr olunub. Qonaqlar Gəncə şəhərində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış yaşayış məntəqəsində olub, terror aktı qurbanlarının xatirəsini yad ediblər. Sammit iştirakçıları, həmçinin, görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş mədəni tədbirdə iştirak ediblər.

    Qeyd edək ki, 27-29 oktyabr tarixlərində Bakıda keçirilmiş Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilib. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Sammit çərçivəsində 7 mövzuda panel müzakirələr və ikitərəfli görüşlər təşkil olunub, İƏT ölkələrindən 50 startapın təqdimatı, gənclərin iştirakı ilə konfrans, Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni proqram və digər tədbirlər təşkil olunub.

  • Milli Məclisin deputatı xəsarət aldıqda ona sığorta ödənişi ediləcək

    Milli Məclisin deputatı az ağır xəsarət aldıqda ona sığorta ödənişi ediləcək.

    Bununla bağlı “Milli Məclisin deputatı haqqında” qanuna dəyişiklik təklif olunur.

    Dəyişikliklə Milli Məclisin deputatı az ağır xəsarət aldıqda ona 10 faiz sığorta ödənişi ediləcək.