Month: October 2021

  • İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs olundu

    Neftçala Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.

    “Report”un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Sadıqova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

  • Polis Lənkəranda əməliyyat keçirib, saxlanılanlar var

    Lənkəran rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Bir kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində rayon sakini Kərim Rizayev narkotik vasitə heroini satarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.

    Davam etdirilən tədbirlərlə K.Rizayevin həmin narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Mirzəyevdən əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Keçirilən baxış zamanı F.Mirzəyevdən 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

    Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Kiyev noyabrın 1-dən qırmızı karantin zonasına daxil olacaq

    Ukraynanın paytaxtı Kiyev noyabrın 1-dən ən sərt karantin məhdudiyyətləri ilə əlaqədar qırmızı karantin zonasına keçir.

    Bu barədə qərar Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının növbədənkənar iclasında qəbul edilib.

    İclasın nəticələrinə əsasən, 2021-ci il noyabrın 1-i saat 00:00-dan Kiyev şəhərində epidemiya təhlükəsinin qırmızı səviyyəsinin müəyyən edilməsi barədə qərar qəbul edilib.

    Şəhər meri Vitali Kliçko bildirib ki, bu gün səhər saatlarında Kiyev rəhbərliyi paytaxtda qırmızı epidemiya təhlükəsi zonası tətbiq etmək xahişi ilə hökumətə müraciət edib. O, bu tələbi koronavirusun yayılması ilə bağlı vəziyyətin sürətlə pisləşməsi ilə əsaslandırıb. Merin sözlərinə görə, son bir həftə ərzində Kiyevdə gündə 1 000-dən çox xəstə və hər gün 30-50-dən çox ölüm qeydə alınır.

    Kiyev meri onu da qeyd edib ki, noyabrın 1-dən paytaxtda bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, yalnız peyvənd edilmiş insanlar və ya PCR testi mənfi olan insanlar işləyə və insanların sıx olduğu yerləri ziyarət edə biləcəklər. Eyni qayda ictimai nəqliyyata da aiddir. Məktəblərdə və universitetlərdə təlim distant təhsilə keçir və uşaq bağçalarına yalnız bütün işçilər peyvənd olunarsa, işləməyə icazə verilir.

    Qeyd edək ki, Ukraynada 8 region artıq epidemiya təhlükəsinin qırmızı zonasındadır.

    Səhiyyə Nazirliyinin məlumatına görə, Ukraynada son sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı 26 071 nəfər təşkil edib ki, bu da pandemiya dövründə rekord göstəricidir. Gün ərzində 5 366 nəfər xəstəxanaya yerləşdirilib, 10 006 nəfər sağalıb, 576 nəfər ölüb.

  • Azərbaycan Sənaye Korporasiyasının bəzi müəssisə və obyektləri özəlləşdirilməyə çıxarıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncam dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alınıb.

    Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri və balansında olan obyektlər özəlləşdirilməyə açıq elan ediliblər:

    – bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;

    – siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.

    Müəyyən edilib ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:

    – özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;

    – özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

    İqtisadiyyat Nazirliyi müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməlidir.

    Nazirlik özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

    Həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Cəmiyyət isə müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin siyahısı:

    1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.

  • Neftçalanın sabiq icra başçısına HÖKM OXUNDU

    Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə iclası başa çatıb.

    “Report”un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Vəliyevin 11 il V.Əkbərovun 10 il, G.Sadıqovun, V.Nağıyevin, Ə.Kərimovun 8 il 6 ay, A.Cəfərovun 9 il və T.Zahidovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

    Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

    Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

    İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

    Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

    İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

    Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib.

  • Mərkəzi Bankdan dollar qəbulunun dayandırılması məsələsinə REAKSİYA

    “Mərkəzi Bank tərəfindən banklara dolların qəbulunun dayandırılması ilə əlaqədar göstəriş verilməyib”.

    Bu barədə Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

    Dövriyyədə saxta dollar əsginaslarının olması ilə bağlı məsələyə aydınlıq gətirən Baş direktor bildirib ki, Mərkəzi Bank valyuta nişanlarının saxtalaşdırılmasına qarşı davamlı tədbirlər həyata keçirir:

    “Bu tədbirlər barədə mütəmadi olaraq həm kommersiya bankları, həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət məlumatlandırılır. Sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadə imkanları onun saxtalaşdırılması meyillərini həmişə artırır və cəlbedici edir. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı pul nişanlarının saxtalaşdırılması imkanlarını genişləndirib. Risklərdən sığortalanmaq üçün Mərkəzi Bank davamlı olaraq banklarla müzakirələr aparır, tapşırıqlar verir ki, onlar da mövcud avadanlıqlarını və terminallarını xarici valyuta nişanlarına uyğunlaşdırsınlar və proqram təminatını yeniləsinlər”.

    Onun sözlərinə görə, banklar dolların qəbulunu dayandırmayıb, sadəcə müəyyən hallarda hansısa terminallarda bir neçə gün sistemlərin uyğunlaşdırılması həyata keçirilir və bu zaman sistem dayandırılır.

    Akşin Vəliyev qeyd edib ki, ilin doqquz ayı ərzində ölkədə 271 ədəd milli, 125 ədəd xarici valyutada saxta əsginaslar aşkarlanıb, bu isə beynəlxalq təcrübədə çox aşağı göstəricidir.

    //oxu.az

  • Освобожден от должности начальник Главного клинического госпиталя ВС Азербайджана

    Приказом министра обороны Азербайджана генерал-полковника Закира Гасанова начальник Главного клинического госпиталя Вооруженных сил АР полковник Вугар Мурсалов освобожден от занимаемой должности.

    Другим приказом министра исполняющим обязанности начальника Главного клинического госпиталя ВС был назначен полковник Роман Чобанов.

  • Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edildi

    Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov tutduğu vəzifədən azad edilib.

    Lent.az-ın əldə etdiyi xəbərə görə, bir müddət əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

    Nazirin digər əmri ilə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsinin icrası tibb xidməti polkovniki Roman Çobanova həvalə edilib.

  • Sabahın hava proqnozu AÇIQLANDI: İntensiv yağış yağacaq

    Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

    Yağış axşama doğru tədricən kəsiləcək, şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-12, gündüz 13-15 dərəcə olacaq. Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

  • Требует ли дорожная полиция от водителей медицинскую справку? – ВИДЕО

    В течение последних нескольких дней водителям автомобилей, перевозящих ранним утром хлеб, приходится сталкиваться с определенными трудностями, сотрудники дорожной полиции требуют у них справку о состоянии здоровья.

    Как сообщает Xəzər Xəbər, с этой проблемой столкнулся Сохраб Джаббаров – предприниматель, который занимается организацией производства хлеба и его доставки в магазины Баку.

    Владелец хлебопекарни утверждает, что ГДП отправляет загруженные хлебом машины на штрафную стоянку, так как у водителей нет справок о прохождении предрейсового медосмотра. Ввиду неоднократного повторения подобной ситуации им был причинен материальный ущерб.

    С.Джаббаров отметил, что все водители при приеме на работу предъявляют необходимые медсправки. Согласно законодательству протокол о техническом состоянии транспортных средств, осуществляющих пассажирские и грузоперевозки, а также об организации предрейсового медицинского осмотра водителей, могут составлять сотрудники соответствующей Государственной автотранспортной службы.

    В Управлении государственной дорожной полиции ГУП города Баку комментируя данный вопрос, заявили, что в данном случае водителю следует обратиться в управление, где его жалоба будет расследована в кратчайшие сроки.

    Подробнее – в сюжете.