Month: October 2021

  • Yol polisi sürücülərdən tibbi arayış tələb edir? – VİDEO

    Bakıda mağazalara çörəkdaşıyan avtomobillərin sürücülərindən sağlamlıq haqqında arayış tələb olunur.

    “Xəzər Xəbər”in məlumatına görə, bu problemlə paytaxtda çörək istehsalı və çörəyin mağazalara çatdırılmasını təşkil edən sahibkar Söhrab Cabbarov üzləşib.

    Çörək sexinin sahibi iddia edir ki, yol polisi çörəyin mağazalara çatdırmasına mane olur.

    O deyir ki, son bir neçə gündür səhərin erkən saatlarında çörəyin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri yollarda müəyyən maneələrlə üzləşirlər.

    Sürücülərin reysqabağı tibbi arayışları olmadığından sahibkar iddia edir ki, yol polisi onların çörəklə dolu olan avtomobillərini cərimə meydançasına aparır. Hətta belə hal bir neçə dəfə təkrarlandığından onlara maddi zərər də dəyib.

    Söhrab Cabbarov deyir ki, bütün sürücülərin işə qəbulu zamanı onlardan tibbi arayış alınıb. Səhhəti normal olan sürücülər işə götürülüb. Qanunvericiliyə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə protokolu aidiyyəti üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərtib edə bilər.

    Məsələyə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, sürücü bununla bağlı yol polis idarəsinə müraciət etsin, onun şikayəti qısa zamanda araşdırılacaq.

    Mövzu ilə bağlı süjeti təqdim edirik:

  • İraqdan gətirilən 38 azərbaycanlı uşaqdan 21-i xəstəxanalara yerləşdirilib – RƏSMİ

    İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib. Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.

    Ölkəyə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial işçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.

    Sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edilikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Sonrakı mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək, yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.

    Azərbaycan Hökuməti tərəfindən bu vaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da Sosial Xidmətlər Agentliyi ehtiyaclarına uyğun sosial-psixoloji reabilitasiya proqramı tərtib edilməklə sosial işlər aparıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər. Hazırda da onlarla sosial işlər davam etdirilir.

  • Azərbaycanda Türkiyənin Cümhuriyyət Günü qeyd olundu – VİDEO

    Bakıdakı Türk Şəhidliyində Türkiyənin Azərbaycandakı səfirliyi tədbir keçirib.

    Tədbir Türkiyə Respublikasının Cümhuriyyət Günü ilə bağlı olub.

    Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilkdən sonra Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Türk Şəhidliyində Azərbaycanın müstəqilliyi üçün canından keçmiş türk hərbçilərin məzarlarının üzərinə gül dəstələri və çələng qoyulub.

    Cahit Bağçı xatirə dəftərinə fikirlərini yazıb. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını da ziyarət edib.

  • В Приморском национальном парке открылась ярмарка Zəfər – ФОТО

    В Приморском национальном парке стартовала ярмарка Zəfər (“Победа”), посвященная победе Азербайджана в Отечественной войне.

    Об этом сообщил Фонд YAŞAT.

    Было отмечено, что ярмарка, которая пройдет с 29 октября по 9 ноября, расположена на приморском бульваре за кукольным театром.






  • Dənizkənarı Parkda Zəfər Yarmarkası keçirilir – FOTO

    Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” Yarmarkasına start verildi.

    Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

    Qeyd edilib ki, 29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək yarmarka Bulvar ərazisində, Kukla teatrının arxasında yerləşir.






  • Ильхам Алиев принял председателя Управления по делам религии Турции

    Президент Азербайджана Ильхам Алиев 29 октября принял председателя Управления по делам религии Турции Али Эрбаша, сообщает АЗЕРТАДЖ.

    Глава государства передал поздравления по случаю национального праздника Турции – Дня республики, пожелал турецкому народу счастья и процветания.

    В ходе беседы стороны с удовлетворением отметили недавний визит президента Турции Реджепа Тайипа Эрдогана в нашу страну, который стал очередным проявлением братских и дружественных отношений между АР и ТР, еще более укрепившим двусторонние связи.

    Али Эрбаш подчеркнул важность своего визита на освобожденные от оккупации земли и отметил, что стал свидетелем уничтожения армянами всех исторических и религиозных памятников в период оккупации.

    Во время встречи было отмечено, что братские и дружеские отношения между двумя странами успешно развиваются во всех сферах.

  • İlham Əliyev Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzulayıb.

    Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlanıb, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələrimizi daha da möhkəmləndirdiyi vurğulanıb.

    Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsinin önəminə toxunularaq, onun işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğu qeyd edilib.

    Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

  • Elman Rüstəmov manatın məzənnəsindən DANIŞDI

    “Hazırda təzyiqlər manatın möhkəmlənməsi istiqamətindədir”.

    Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

    Baş bankir manatın devalvasiyası ilə bağlı mediada yayılan məlumatlara cavab olaraq bildirib ki, fundamental amilləri və hazırkı prosesləri dəyərləndirdikdə yüksələn neft qiymətlərini, qeyri-neft ixracının artmasını müşahidə edirik:

    “Tədiyə balansında əhəmiyyətli profisit gözləyirik. Beynəlxalq proqnozlara əsasən neft qiymətlərində müsbət tendensiya növbəti ilin əvvəlində də gözlənilir”.

    Elman Rüstəmovun sözlərinə görə, qeyd edilənlər nəzərə alınaraq, bu il və növbəti ildə makroiqtisadi dayanıqlılıq və manatın məzənnəsi üçün hər hansı təhlükə yoxdur:

    “Manatın dəyərinin düşməsi gözlənilmir”.

  • “Vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var” – AÇIQLAMA

    Bu gün dünya ölkələrində, eləcə də regionda COVID-19 virusuna yoluxma hallarında kəskin artımlar müşahidə edilir. Belə ki, COVID-19 virusunun “delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

    Qonşu Türkiyədə gündəlik yoluxma sayı 26 mini keçib, 210 nəfər vəfat edib, Gürcüstanda sutka ərzində yoluxma sayı 4 009, ölənlərin sayı 45, İranda isə son sutkada 11 mindən artıq insan koronavirusa yoluxub, 159 nəfər isə vəfat edib. Azərbaycanda sutka ərzində koronavirusa yoluxanların sayı 2 420 nəfər, ölənlərin sayı isə 29 olub. Müqayisədə bu göstəricilər kifayət qədər yaxşıdır və buna səbəb ölkəmizdə zamanında pandemiya ilə bağlı düzgün mübarizə üsullarının seçilməsidir.

    Lakin insanlar vəziyyətin stabil olmasını düşünüb gigiyena qaydalarına laqeyd yanaşmamalıdırlar. Belə ki, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmas vacibdir.

    Bəs vaksinin üçüncü dozası necə, digər iki doza qədər önəmlidirmi?

    Artıq ölkədə müəyyən bir qrup insan vaksinin üçüncü dozasını vurdurub.

    Yaxın günlərdə vaksinin üçüncü dozasını vurduracaq olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir :

    “Bütün dünyada koronavirusun geniş yayılmasının qarşısını alan vaksinasiya oldu. Artıq 50 faizə qədər əhali hər iki dozada vaksin alıb və 1 aya biz ən yüksək göstəricilərlə əhalinin 80-90 faizinin vaksinasiya olunmasına nail olacağıq. Aparılan araşdırmalar onu göstərir ki, qarşıda vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var.

    Elm adamlarının araşdırmaları göstərir ki, koronavirus əleyhinə vaksinin üçüncü dozası orqanizmin müqavimətini 5-6 dəfə artırır. Bu o deməkdir ki, biz yaşlı nəsli daha yaxşı qoruya bilərik. Həyatının gənclik dövrünü yaşayan neçə-neçə insan koronavirus səbəbindən vəfat edib. Təəssüf ki, bu gün koronavirusdan ölənlərin sayı artır və biz üçüncü dozanın vurulmasını mümkün qədər sürətləndirməliyik”.

    Deputat vurğulayıb ki, yaxın günlərdə o özü də vaksinin üçüncü dozasını vurduracaq :

    “Vaksinin iki dozasını vurdurduq. Hər hansı bir fəsadlar qeydə alınmadı. Hazırda həkimlərin tövsiyəsi üçüncü dozanın da vurulmasıdır. Hesab edirəm ki, bu proses də ölkəmizdə vaksinasiya strategiyasına uyğun şəkildə aparılacaqdır”.

  • ДТП в Гейчае: есть погибший

    29 октября в 01:00 в городе Гейчае произошло ДТП, в результате которого погиб пешеход.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, автомобиль Opel, которым управлял житель Гейчайского района Нариман Амрахов, сбил переходившего дорогу Абдуллу Мамедова.

    Пострадавший был госпитализирован с многочисленными травмами и скончался в больнице.

    По данному факту в Гейчайском РОП ведется расследование.