Month: October 2021

  • Xəzər dənizində zəlzələ oldu

    Oktyabrın 29-da Xəzər dənizində zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:37-də qeydə alınıb.

    Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub.

  • Selfi səbəbindən ölümlərin ən çox baş verdiyi ölkələr

    Sakinləri selfi çəkdirmək istəyərkən ən çox ölən və ya ağır yaralanan ölkələrin siyahısı açıqlanıb.

    “Journal of Travel Medicine and Global Health” elmi portalının təqdim etdiyi siyahıda ABŞ birinci yerdədir.

    İkinci və üçüncü yerləri ardıcıl olaraq Hindistan və Rusiya paylaşır.

    Mütəxəssislər məlumatları 2008-ci ildən, ön kameralı smartfonların aktiv buraxılışı başlayandan təhlil ediblər.

    Selfilər nəticəsində 433 nəfər xəsarət alıb, onlardan 379-u ölüb. Ən çox səyahət edənlər həlak olub.

    Nəşr qeyd edir ki, hər il daha çox insan selfilərə görə həyatını itirir. 2008-ci ildə bir, 2013-cü ildə üç, 2019-cu ildə 68 ölüm hadisəsi baş verib. Lakin pandemiya kədərli statistikanı bir qədər azaldıb, 2020-ci ildə 37 nəfər selfi çəkdirmək istəyərkən ölüb. Qurbanların orta yaşı 24-25-dir.

  • Alimlərdən qorxulu açıqlama: Yeni ştamm peyvəndə qarşı müqavimətlidir

    Almaniyalı alimlər koronavirusun İsveçdə müəyyən olunan yeni A.30 ştammı ilə bağlı qorxulu məqamı açıqlayıblar.

    Elm adamlarının sözlərinə görə, yeni ştamm mövcud peyvəndlərin təmin etdiyi anticisimlərə qarşı yüksək həddə müqavimətə sahibdir. Sözügedən ştammın xəstəliyin fəallığını artıraraq böyük təhlükəyə səbəb olacağı bildirilib.

    Mənbə: Haber Global

  • Rusiyada uşaqlar arasına koronavirus sürətlə yayılır

    Rusiyada uşaqlarda koronavirus dalğası başlaya bilər, çünki kollektiv immunitet əsasən böyüklərdə formalaşır.

    Bu sözləri rusiyalı uşaq pulmonoloqu Tatyana Əliyeva deyib.

    Həkimin sözlərinə görə, Çelyabinsk vilayətində COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən yeniyetmə və uşaqların sayı artır. Onlar üçün 160 çarpayı ayrılıb, onlardan 120-si oktyabrın 19-na qədər dolub.

    “Yetkin əhali indi peyvənd və kütləvi xəstəliklər səbəbindən kollektiv immunitetə doğru irəliləyir və bu, yəqin ki, pandemiyanın öhdəsindən gəlməyə ümid verir… Amma əgər koronavirus uşaqlar arasında yayılarsa, uşaqlar da eyni dərəcədə xəstəliyi ağır keçirməyə başlayarsa – bu tendensiya görünür – o zaman biz yeni dalğa ilə üzləşə bilərik”, – deyə Əliyeva bildirib.

    Həkim hesab edir ki, uşaqlar arasında xəstələnmə hallarının artmasının səbəblərindən biri də asudə vaxtlarını insanların sıx olduğu yerlərdə uşaqlarla keçirən valideynlərin məsuliyyətsiz davranışları olub. Həkim uşaqlı ailələri evdə mümkün qədər çox vaxt keçirməyə çağırıb.

  • Qazaxda qadın intihar edib

    Qazax şəhərində intihar hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. N.Talıbova özünü asaraq intihar edib.

    Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    İntiharın səbəbləri araşdırılır.

  • В Баку произошла поножовщина

    В Хатаинском районе Баку произошла поножовщина.

    Как сообщает АПА, инцидент зарегистрирован недалеко от станции метро “Ази Асланов”.
    Так, неизвестные нанесли ножевые ранения Азеру Фарзалиеву (1982 г.р.).

    Пострадавший потерял много крови и был доставлен в столичную больницу № 3 в коматозном состоянии.

    Сотрудники 36-го отделения полиции Хатаинского РУП проводят расследование по данному факту. Продолжаются поиски виновных.

  • Bakı sakini küçədə bıçaqlandıqdan sonra aqonal vəziyyətə düşüb

    Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

    Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

    Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir.

  • Google по запросу сможет удалять снимки с детьми из результатов поиска

    Компания Google, которой принадлежит одноименная поисковая система, обеспечила возможность запрашивать удаление из результатов поиска фотографий с несовершеннолетними. Об этом говорится в сообщении, размещенном в блоге Google.

    “В соответствии с новой политикой любой человек младше 18 лет, а также его родители или опекуны теперь могут потребовать удалить изображения из результатов поиска, выполнив несколько простых шагов”, – пояснили в компании.

    По мнению Google, такое нововведение позволит молодым людям лучше контролировать свой цифровой след. При этом подчеркнули, что удаление снимка из результатов поиска не означает его полное удаление из интернета.

    Источник: ТАСС

  • “Google”dan növbəti yenilik

    Eyniadlı axtarış sisteminin sahibi olan “Google” şirkəti yetkinlik yaşına çatmayanların fotolarını axtarış nəticələrindən silinmə tələbini mümkün edib.

    Bu barədə çərşənbə günü şirkətin bloqunda yerləşdirilmiş mesajda deyilir:

    “Yeni siyasətə əsasən, yaşı 18-dən az olan hər kəs, eləcə də onların valideynləri və ya qəyyumları indi bir neçə sadə addımla şəkillərin axtarış nəticələrindən silinməsini tələb edə bilər”.

    “Google” hesab edir ki, bu yenilik gənclərə rəqəmsal izlərini daha yaxşı idarə etməyə imkan verəcək. Eyni zamanda şirkət vurğulayır ki, axtarış nəticələrindən fotonun silinməsi onun internetdən tamamilə silinməsi demək deyil.

  • ÜST: “Pandemiyanın bitməsinə hələ çox var”

    Son iki ayda koronavirusa yoluxma və ölüm halları ilk dəfə olaraq artıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreyesus bugünkü brifinq zamanı məlumat verib.

    Onun sözlərinə görə, bu fakt bir daha xatırladır ki, pandemiyanın bitməsinə hələ çox var.

    Təşkilat sədri qeyd edib ki, hazırda Avropadakı artım digər bölgələrdəki azalmanı üstələyir.