Month: October 2021

  • İqor Korotçenko: “Lavrov rəsmi Tehranı sakitləşdirdi”

    “Rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır”.

    Bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalındakı paylaşımda yazıb.

    “Lavrov rəsmi Tehranı sakitləşdirdi. Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə danışıqlar zamanı rəsmi Tehranı başa saldı ki, rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır və Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsinin ən vacib amili kimi nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılmasını görür”, – ekspert bildirib.

  • Dilçilik sahəsi ilə bağlı daxil olan pozuntular açıqlanıb

    “Qaynar xətt”imizə daxil olan müraciətlər, əsasən, sözlərin düzgün yazılışı və lüğətə yeni sözlərin əlavə olunmasından ibarətdir”.

    Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayev deyib.

    O, Dilçilik İnstitutunun “Qaynar xətt”inə daxil olan müraciətlərin tərkibinə aydınlıq gətirib: “Biz dil pozuntuları ilə bağlı məsələləri əlaqədar şöbələrə çatdırırıq. Dilçilik istiqamətində araşdırmalar apardığımız üçün sahələrin hər biri ilə fərdi şəkildə maraqlana bilmirik. Gün ərzində müxtəlif sahələrdən dilimizə xeyli sayda terminlər daxil olur. Gərək həmin sahələrə nəzarət edən xüsusi adamlar olsun, ya da insanlar özləri belə sözlərlə qarşılaşdıqda “Qaynar xətt”imizə bildirsinlər. Biz də növbəti nəşrdə həmin sözlərin lüğətə əlavə olunmasını təklif edərik”.

  • Лига наций: Сегодня определится второй финалист

    Сегодня состоится очередной полуфинальный матч финала Лиги наций УЕФА по футболу.

    Встреча определит соперника сборной Испании в финале.

    Бельгия и Франция поборются за путевку в решающий матч “Финала четырех”. Поединок на стадионе “Ювентус” в Турине начнется в 22:45 по бакинскому времени. Судить его будет немецкий рефери ФИФА Даниэль Зиберт.

    В первой игре полуфинала сборная Испании обыграла Италию со счетом 2:1.

    Отметим, что матчи за 3-е место и финал состоятся 10 октября. Первым победителем “Финала четырех” стала сборная Португалии.

    Лига Наций УЕФА, финальный этап

    Полуфинал

    7 октября

    22:45. Бельгия – Франция

    Судьи: Даниэль Зиберт, Ян Зайдель, Эдвард Байтунгер, Харм Осмерс

    Турин. Стадион “Ювентус”.

  • Millətlər Liqası: İspaniya yığmasının finaldakı rəqibi müəyyənləşir

    Bu gün UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçiriləcək.

    Bununla da İspaniya millisinin finaldakı rəqibi müəyyənləşəcək.

    “Dördlər finalı”nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gələcəklər. Turindəki “Yuventus” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

    Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

    UEFA Millətlər Liqası, final mərhələsi

    Yarıminal

    7 oktyabr

    22:45. Belçika – Fransa

    Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya)

    Turin. “Yuventus” stadionu

  • Рейтинг Джозефа Байдена рекордно упал

    Рейтинг одобрения президента США Джо Байдена упал в начале октября до самого низкого уровня с момента его вступления в должность – только 38% опрошенных американцев поддержали своего лидера.

    Об этом следует из данных опроса Quinnipiac University.

    Так, по сравнению с прошлым месяцем число тех, кто в целом выразил несогласие с политикой Байдена, увеличилось с 50% до 53%.

    Опрос показал, что ухудшающийся рейтинг Байдена был в основном результатом его отношения к иммиграции и внешней политике – 67% заявили, что они не одобряют подход к миграционной политике и ситуацию на мексиканской границе. Не одобряют внешнеполитический курс политике 58%опрошенных, налоговую политику – 54%.

    В опросе приняли участие 1326 взрослых, с которыми связались в период с 1 по 4 октября.

  • Cozef Baydenin reytinqi rekord dərəcədə düşüb

    Oktyabrın əvvəlində ABŞ Prezidenti Cozef Baydenin reytinqi onun vəzifəsinin icrasına başlaması günündən indiyədək ən aşağı səviyyəyə düşüb.

    Bu, “Quinnipiac University”nin sorğusunun nəticələri əsasında məlum olub.

    Belə ki, rəyi soruşulan amerikalıların yalnız 38 %-i Amerika liderini dəstəkləyiblər.

    Tədqiqat məlumatına görə, ötən ayla müqayisədə Baydenin siyasəti ilə razılaşmadığını ifadə edənlərin göstəricisi 50 %-dən 53 %-ə qədər artıb.

    Sorğu göstərir ki, Baydenin reytinqinin pisləşməsi əsasən onun mühacirətə və xarici siyasətə olan münasibətinin nəticəsidir. Rəyi soruşulanların 67 % -i miqrasiya siyasətinə yanaşmanı və Meksika sərhədindəki vəziyyəti bəyənmədiyini bildirib. Respondentlərin 58 %-i xarici siyasət kursunu, 54 %-i isə vergi siyasətini bəyənməyib.

  • “Taliban” qrupu Tacikistana hücuma hazır olduğunu bəyan edib

    Tacikistanda fəaliyyət göstərən “Camaat Ənsarullah” qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib.

    Bu barədə Median.Az Rusiya mətbuatına istinadən xəbər verir.

    Qeyd edək ki, tacik “taliblər”inin rəhbəri Mehdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna nəzarət edir.

    Tacikistanla Əfqanıstan arasındakı münasibətlər sentyabrın sonunda pisləşib. Gərginlik Tacikistan Prezidenti Emoməli Rəhmonun BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxışla daha da artıb.

  • Bakıda 50 yaşlı kişi meyiti aşkarlanıb

    Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Şahnəzərov Şakir Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Mərakeşdə yeni hökumət elan edilib

    Mərakeşdə sentyabrın 8-də keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi elan edilib.

    Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

    Məlumata görə, Baş nazir Əziz Akhennuşun rəhbərlik edəcəyi Nazirlər Kabinetinə 7 qadın olmaqla 24 nazir daxildir.

    Telekanal Nasser Buritanın xarici işlər naziri, Abdeluafi Laftitin isə daxili işlər naziri postuna təyin olunduğunu qeyd edib.

  • Rusiyada saxta spirtli içkidən 11 nəfər ölüb

    Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

    Hadisə Orenburq vilayətində qeydə alınıb.

    Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

    Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.