Month: October 2021

  • Əməkdar rəssam vəfat edib

    Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

    Bu barədə Rəssamlar İttifaqından məlumat verilib.

    Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

    Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir.

    Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

    Allah rəhmət eləsin.

  • “Vikipediya”nın işində problem yaranıb

    Dünyanın bir çox ölkələrində “Vikipediya” onlayn ensiklopediyasında fasilələr müşahidə olunur.

    Bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

    Ən çox şikayət ABŞ və Kanadada qeydə alınıb. Rusiyadan olan istifadəçilər də “Vikipediya” ilə bağlı problemləri bildirirlər.

    Xidmətdən verilən məlumata görə, istifadəçilərin çoxu saytla bağlı problemlərdən şikayətlənir.

  • Azərbaycana islam inqilabı ixrac etməyə çalışan Ocaq Necat kimdir?

    İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ölkədən qaçması ilə bağlı xəbərlər gündəmi zəbt edib. Bu fakt Ocaq Necatın Azərbaycandakı fəaliyyətinə bir daha nəzər yetirməyin vacibliyini ortaya qoyur.

    İlk növbədə nəzərəçarpan odur ki, Ocaq Necatın fəaliyyəti nə diplomatik münasibətdə, nə də dövlətlərarası əməkdaşlıq sahələrində görünürdü. Ocaq Necat diplomatik pasporta və müəyyən toxunulmazlığa malik olsa da, diplomat sayılmırdı. Belə ki, İranın xarici nümayəndəliklərində səfirliklərlə yanaşı, həm də mədəniyyət mərkəzləri var və Azərbaycandakı mərkəzin rəhbəri Ocaq Necat idi.

    Ocaq Necat Xameneyinin Azərbaycandakı nümayəndəsidir, başqa sözlə, rəhbərliyin başçılıq etdiyi ofisin Bakıdakı adamıdır. Türkiyədə, Rusiyada və digər ölkələrdə Xameneyinin nümayəndəsi yoxdur. Azərbaycan tərəfi İrandakı dini-ideoloji siyasətə və Xameneyiyə hörmət etdiyindən burada onun nümayəndəliyini yaratmışdı. O, 20 ildən artıqdır burada fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə dini təbliğat əvəzinə Azərbaycana qarşı müxtəlif səpkili əməlləri ilə seçilib. Bir sözlə, bu nümayəndəlik vasitəsilə Azərbaycanda İran hakimiyyətinin dövlət strukturunun kiçildilmiş forması mövcud idi.

    Azərbaycan tərəfi davamlı olaraq İran din xadimlərinin ölkədə fəaliyyət göstərməsinə şərait yaradıb və buna hörmətlə yanaşıb. Bunun da əsası Konstitusiyaya uyğun olaraq Azərbaycan hökumətinin və xalqının vicdan azadlığına hörmətlə yanaşmasıdır. Başqa sözlə, Azərbaycanda bir çox dini təriqətlərin nümayəndələri də azad şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bu, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə xələl gətirməyəcəyi təqdirdə mümkündür. Ocaq Necat isə dini təbliğat yerinə Azərbaycanı hədələməklə məşğul olub. Ayətullahın Ərdəbildəki nümayəndəsinin Azərbaycana qarşı iftiraları nədirsə, Ocaq Necatın da fəaliyyəti ondan ibarətdir. Əvvəllər də Azərbaycan rəhbərliyinə qarşı hədələr ediblər. Vaxtilə hətta millət vəkili Sabir Rüstəmxanlının qətlinə fərman verməyə cəhd göstəriblər. İranın Azərbaycandakı fəaliyyəti həm də cəmiyyətimizin bölünüb parçalanmasına yönəlmişdi.

    Azərbaycan cəmiyyəti dini cəhətdən tolerantdır və burada bəlli dinlər fəaliyyət göstərir. Ancaq Ocaq Necata bağlı şəxslər burada təriqətlərarası nifaq toxumu səpməyə çalışıblar. İranın mədəniyyət mərkəzi, yaxud Şəhriyar mədəniyyət mərkəzi Ocaq Necatın nəzarəti altında olub. Bu ad altında da pozuculuq fəaliyyəti ilə məşğul olublar. İranın səhər kanalının Bakıda fəaliyyəti və bu televiziyanın Azərbaycan türkcəsində yayılan verilişlərini misal çəkmək bəs edir ki, Ocaq Necatın əməllərinin nədən ibarət olduğu aydın şəkildə görünsün.

    Qısası, Ocaq Necat Azərbaycandakı fəaliyyəti ilə İran üçün beşinci kolon yaradıb. O, Azərbaycanın müxtəlif rayonlarından gənclərin qanunsuz olaraq Qum şəhərinə aparılmasını və onların İran ideologiyasına, siyasi baxışlarına uyğun formalaşmasını təşkil edib. Bununla da Azərbaycanda beşinci kolonun yaranmasına, eləcə də İslam İnqilabı Doktrinasının transformasiyasına şərait yaradıb.

    Bir sözlə, Azərbaycanın İrana və onun buradakı nümayəndəsi Ocaq Necata göstərdiyi hörmət müqabilində bu cür nankor cavab verilməsi nə dinə, nə də qonşuluğa sığmır.

  • ABŞ-ın nüfuzlu jurnalında “İranın daxili müharibəsi” adlı məqalə dərc olunub

    ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalının sonuncu sayında İranın daxili və xarici siyasətində yaxın və uzaq perspektivdə baş verə biləcək dəyişikliklərdən bəhs edən “İranın daxili müharibəsi” adlı məqalə dərc olunub.

    “Report” xəbər verir ki, məqalədə son günlər ərzində Azərbaycan-İran münasibətlərinin pərdəarxasında müşayiət olunan dinamika barədə fikirlərə də geniş yer verilib.

    Yazıda İranın daxili siyasətindəki parçalanmaları göstərmək üçün 2015-ci ilin aprelində mətbuata sızdırılmış məxfi audiofayl barədə də məlumat verilib. Bildirilib ki, audiofaylda xarici işlər naziri Cavad Zərifin İranın xarici siyasətinin davamlı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun xidmətində olduğunu deməsi eşidilir.

    Müəllifin fikirlərinə əsasən, İbrahim Rəisinin hakimiyyətə gəldiyi sosial-iqtisadi şərait də İranın öz daxili və xarici siyasətində müəyyən dəyişiklikləri şərtləndirir. Qlobal pandemiya və ABŞ sanksiyalarının orta təbəqənin demokratiya arzularının tədricən kollektiv izolyasiya və “qurban verilmə” hissləri ilə əvəzlənməsinə səbəb olduğundan söz açılıb.

    Məqalədə mövcud siyasi xəttin İranın dünya, o cümlədən ABŞ-la olan münasibətlərini dəyişə biləcəyi vurğulanıb. Bildirilib ki, ABŞ və İran arasında böyük razılaşma üçün imkan pəncərəsi güman ki artıq qapanıb. İran və ABŞ toqquşmaya aparan yolda irəliləyirlər.

    Eyni zamanda İbrahim Rəisinin prezident seçilməsi ilə İranın daxili siyasi çəkişmələrinin sona çata biləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Rəisi İranın teokratik sisteminin sadiq funksioneridir, onilliklər ərzində prokuror və hakim vəzifələrində çalışarkən minlərlə siyasi məhbusun, solçu silahlı birləşmələrin cəzalandırılmasında aktiv rol oynayıb. Bu isə İranın ənənəvi, mühafizəkar dairələrinin uzun illər tutduğu siyasi xətdən olduqca uzaq yanaşmadır.

    Məqalə müəllifi Rəisinin ali dini rəhbər Xameneyinin son illər həyata keçirdiyi böyük siyasi layihənin sadəcə kiçik bir parçası olduğunu xatırladıb. Bununla yanaşı, hökumətin yoxsullaşmış əhalinin ehtiyaclarını qarşılamalı və Rəisinin öz seçki kampaniyasında irəli sürdüyü iqtisadi vədləri yerinə yetirməsinin zəruriliyi vurğulanıb.

  • Tokioda qatarın bir neçə vaqonu relsdən çıxıb, xəsarət alanlar var

    Yaponiyanın paytaxtı Tokionun Adaçi rayonunda qatarın bir neçə vaqonu relsdən çıxaraq azı 3 nəfəri yaralayıb.

    Hadisəyə 6,1 bal gücündə baş verən yeraltı təkanlar səbəb olub.

    Qatar təcili əyləc vəziyyətində olub. Nəticədə qatarın bir neçə vaqonu relsdən çıxsa da, yan tərəfə yıxılmayıb.

    Bütün sərnişinlər qatardan təxliyə edilib.

    Yeraltı təkanların episentri Tokio və Çiba prefekturalarının sərhədində 80 km dərinlikdə yerləşib.

    Sunami xəbərdarlığı edilməyib.

  • Sumqayıtda 32 yaşlı kişi intihar edib

    Sumqayıtda 32 yaşlı kişi intihar edib.

    Hadisə şəhərin “Xəzər bağları” yaşayış massivində qeydə alınıb.

    1989-cu il təvəllüdlü Piriyev Xalid Ramiz oğlu yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • Омбудсмен Азербайджана и координатор ООН обсудили перспективы дальнейшего сотрудничества

    Сегодня Уполномоченный по правам человека (омбудсмен) Азербайджана Сабина Алиева встретилась с резидентом-координатором представительства ООН в нашей стране Владанкой Андреевой.

    Об этом сказано на официальной странице омбудсмена Азербайджана в Twitter.

    “Стороны обсудили перспективы дальнейшего сотрудничества”, – говорится в публикации.

  • Azərbaycan Ombudsmanı və BMT koordinatoru gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

    Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin ölkəmizdəki ofisinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

    Bu barədə Ombudsmanın rəsmi tviter səhifəsində bildirilib.

    “Tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər”, – paylaşımda deyilir.

  • В Азербайджане за последние сутки коронавирусом заразились 1 013 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 013 новых случаев инфицирования коронавирусом, 1 244 человека вылечились и были выписаны домой.

    Об этом 7 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 14 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 489 226 человек, 6 625 – скончались, 469 665 – вылечились, 12 936 – продолжают лечение.

    В республике проведены 4 923 009 тестов на COVID-19 (за последние 24 часа – 10 853).

  • Azərbaycanda daha 1013 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.