Month: October 2021

  • Azərbaycan Ombudsmanı və BMT koordinatoru gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

    Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin ölkəmizdəki ofisinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

    “Report” xəbər verir ki, bu barədə Ombudsmanın rəsmi tviter səhifəsində bildirilib.

    “Tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər”, – paylaşımda deyilir.

  • Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunan səfiri ilə görüşüb

    7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Vasile Soareni qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

    Azərbaycan və Rumıniya arasında mövcud olan sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi potensialını vurğulayıb və bu xüsusda birgə səylərə ehtiyac duyulduğunu qeyd edib. Ökələrimiz arasında, həmçinin beynəlxalq platformalarda əməkdaşlığın həyata keçirildiyini nazir məmnunluqla bildirib.

    Daha sonra nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, münaqişənin həllindən sonra yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə mövcud olan mina təhlükəsindən bəhs edib. İşğal faktorunun aradan qaldırılması ilə Ermənistan ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğu və bunun üçün ilk növbədə, üçtərəfli bəyanatların icrasına tam riayət olunması, kommunikasiyaların açılışı, habelə delimitasiya prosesinə başlanılmasının vacib olduğu vurğulanıb.

    Səfir Vasile Soare iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə istinad edərək, bu münasibətləri həqiqi tərəfdaşlıq kimi dəyərləndirib. O, ikitərəfli münasibətlərin əsasında beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət prinsipinin dayandığını və bunun Rumıniyanın prinsipial mövqeyi olduğunu bildirib. Səfir iki ölkə arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən siyasi dialoqun davam etdirilməsi, iqtisadi, energetika, bağlılıq, eləcə də mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsi perspektivlərindən bəhs edib.

    Tərəflər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini və bu xüsusda, mövcud imkanlardan tam isti

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 746 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 573 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 884 266, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 850 515, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 033 751 təşkil edir.

  • Peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan şəxslər CƏZALANDIRILDI

    Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan 20-dən artıq sürücü cərimə edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

    Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

    Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

    Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

    Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.

    Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 20-dən artıq sürücü və sərnişin barəsində protokol tərtib edilib.

  • Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın etdi

    Lənkəranda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.

    “Report”un verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib.

    Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb. Şahidlərin dediyinə görə, basqın edənlər üç nəfər olub.

    Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaqdoldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yerdən xəsarət alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • Xırdalanda 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı davaya görə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda iki nəfərin ölümündə, bir neçə nəfərin isə ağır yaralanmasında təqsirləndirilən Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bahadır Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.

    Xatırladaq ki, hadisə ötən ilin iyul ayında Xırdalan şəhərinin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Dava zamanı bir neçə şəxs xəsarət alıb. Hadisə zamanı Məmməd Məmmədov və Həsən adlı şəxs yerindəcə keçinib. 29 yaşlı Tural Quliyev və 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, kütləvi davada qarşı tərəfdə olan Tural Quliyev, Yaşar Mövsümov və Rəvan Mirzəyevin məhkəmələri davam edir. Yaxın günlərdə onlar barəsində də məhkəmə hökmü çıxarılacaq.

  • Şuşa Dram Teatrı mövsümü uşaq tamaşası ilə açacaq

    Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci mövsümü oktyabrın 9-u saat 19:00-da Xanımana Əlibəylinin uşaqlar üçün yazdığı “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.

    Bu barədə “Report”a Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov məlumat verib.

    Bildirilib ki, həmin gün Altay Məmmədovun “Dəli Domrul” tamaşası da oynanılacaq.

    “Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.

    “Dəli Domrul” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.

  • Bakıda İşıq festivalı keçiriləcək

    Cari ilin oktyabrında “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

    Məqsəd xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

    3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca – oktyabrın 14-17-də davam edəcək.

    Tədbir çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.

    Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar bu il “Nizami Gəncəvi İli” elan edilib.

  • Нобелевским лауреатом по литературе стал танзанийский писатель

    В Стокгольме объявлено имя обладателя Нобелевской премии по литературе за 2021 год. Награду вручили Абдулразаку Гурне – танзанийскому писателю, который живет и работает в Великобритании. Награда присуждена с формулировкой “за бескомпромиссное и сострадательное погружение в последствия колониализма и судьбу беженцев в пропасти между культурами и континентами”.

  • Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

    İsveçin paytaxtı Stokholmda 2021-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.

    Mükafat Böyük Britaniyada yaşayan və işləyən tanzaniyalı yazıçı Abdulrazak Gurnaya təqdim edilib.

    O, mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə, mühacirlərin taleyinə barışmaz və şəfqətli münasibətinə görə bu mükafata layiq görülüb.