Month: October 2021

  • Azyaşlı qohumuna cinsi təcavüz edən şəxsə ağır cəza verildi

    Neftçala rayonunda qohumu olan azyaşlı qıza təcavüz etməkdə təqsirləndirilən Şahin Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən Ş.Rüstəmov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, rəsmi məlumata görə, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

    Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

    Cinayət əməlində təqsirləndirilən şəxs barəsində rayon məhkəməsinin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib.

    //APA

  • Будет ограничено водоснабжение двух микрорайонов Баку

    Сегодня будет приостановлена подача питьевой воды в дома, расположенные в 7-м и 8-м микрорайонах Бинагадинского района Баку.

    Это связано с ремонтными работами на магистральном водопроводе.

    Об этом сообщает ОАО “Азерсу”.

  • Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində su olmayacaq

    Bakının bəzi ərazilərində su olmayacaq.

    Bu barədə “Azərsu” ASC məlumat yayıb.

    Bildirilib ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar oktyabrın 7-də Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

  • Появилась информация о директоре школы, допустившей грубую ошибку об Отечественной войне – ВИДЕО

    Появилась информация о директоре школы, которая, выступая перед учащимся, родителями и педагогическим коллективом 27 сентября – в День памяти шехидов Отечественной войны, назвала ее 24-дневной.

    По информации Oxu.Az, директор полной средней школы № 217 Бановша Джафарова уже готовится попрощаться с коллективом.

    В ответ на запрос редакции в Управлении образования города Баку сообщили, что на данный момент она не исполняет свои обязанности по состоянию здоровья.

    Ранее Б.Джафарова сказала Oxu.Az, что она оговорилась из-за высокого кровяного давления.

    Напомним, что Б.Джафарова является женой главы Самухского района Алы Годжаева.

  • İcra başçısının Vətən müharibəsi ilə bağlı kobud səhvə yol verən direktor xanımından XƏBƏR VAR – VİDEO

    Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr – Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktordan yeni xəbər var.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova artıq kollektivlə sağollaşmağa hazırlaşır.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda direktor səhhəti ilə bağlı vəzifəsini yerinə yetirmir:

    “Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova hazırda səhhəti ilə əlaqədar işə çıxmır”.

    Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.

    Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

  • Официальный Баку внес ясность в вопрос проведения очередной встречи глав МИД Азербайджана и Армении

    Руководитель пресс-службы МИД АР Лейла Абдуллаева внесла ясность в вопрос, состоится ли очередная встреча министров иностранных дел Азербайджана и Армении.

    Она отметила, что азербайджанская сторона всегда открыта для диалога и предпочитает решать любые разногласия путем переговоров.

    “На постконфликтном этапе мы неоднократно заявляли о готовности к переговорам с армянской стороной. Считаем полезным обсуждение вопросов, направленных на нормализацию азербайджано-армянских отношений в послевоенный период. Недавно в Нью-Йорке состоялась встреча глав МИД двух государств, не исключаем проведения в будущем еще одной.

    Как неоднократно отмечала азербайджанская сторона, на нынешнем этапе необходимо уделить серьезное внимание выполнению совместных заявлений, подписанных лидерами трех государств. Известно, что в этом отношении есть ряд открытых вопросов. Считаем, что разблокировка коммуникаций, начало переговоров по делимитации границ могут создать здоровую основу для конструктивного продвижения к устойчивому миру в регионе”, – сказала Л.Абдуллаева.

  • Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək? – AÇIQLAMA

    Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

    L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir:

    “Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik.

    Biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik.

    Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”.

  • В Азербайджане скончался полковник полиции – ФОТО

    Скончался полковник полиции Максим Гадиров.

    Об этом Oxu.Az сообщили его родственники. По их словам, он долгое время страдал почечной недостаточностью.

    Максим Гадиров родился в 1946 году в селе Ардушлу Лачынского района.

    В 1979-1984 годах работал начальником Кельбаджарского РОП, в 1994-1996 годах – Лачынского РОП, а в 1996-2005 годах – Гобустанского РОП.

  • Azərbaycanda polis polkovniki vəfat etdi – FOTO

    Azərbaycanda polis polkovniki vəfat edib.

    Bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat verib.

    Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə dünyasını dəyişib.

    Qeyd edək ki, Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.

    Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Güclü külək nəticəsində ağacın altında qalan şəxs yüksək məbləğdə təzminat aldı

    Çində velosiped sürən zaman üzərinə ağac düşən şəxs məhkəmə yolu ilə 3,7 milyon yuan (təxminən 975 min manat) təzminat ala bilib.

    Hadisə Çinin Hebei vilayətinin Lanfan şəhərində baş verib.

    Velosipedlə yola çıxan şəxs güclü külək qarşılaşıb. Bu zaman yol kənarına əkilmiş ağaclardan biri kökündən qoparaq velosipedçinin üzərinə düşüb.

    Ərtafda olan şəxslər dərhal təcili tibbi yardım xidmətini hadisə yerinə çağırıb.

    Xəsarət alan şəxs təxminən 12 aya yaxın xəstəxanada müalicə almalı olub. O, həmçinin birinci dərəcəli əlillik alıb.

    Xəsarət alan şəxslə yerli abadlıq xidməti mərkəzinin məhkəmə çəkişməsi isə zərərçəkənin qələbəsi ilə bitib. Qərarı apellyasiya məhkəməsi də dəyişdirməyib.