Month: October 2021

  • COVID-19 müalicəsinin geniş yayılmış üsulunun faydasızlığı müəyyən olunub

    Koronavirus keçirənlərin qan plazması COVID-19-u ağır keçirən xəstələrin müalicəsi üçün əlverişli olmadığı sübut edilib. Bu barədə “Journal of the American Medical Association”da dərc olunan məqalədə deyilir.

    Beynəlxalq araşdırmaçıların bununla bağlı məqalələri “Journal of the American Medical Association” nəşrində dərc olunub.

    Bildirilir ki, tədqiqatlar xəstəliyi ağır keçirən iki mindən artıq insanın iştiarkı ilə aparılıb. Üç həftə ərzində elm adamları iki donor plazma qurğusu köçürülən eksperimental və süni ventilyasiyaya ehtiyacı olmayan nəzarət qrupunda xəstəliyinin necə inkişaf edəcəyinə baxıblar.

    Tədqiqat zamanı 99% halda qan plazmasının heç bir əhəmiyyətinin olmadığı və ağır xəstələr üçün fayda vermədiyi müəyyənləşib. Tibb işçilərinə məlum olmayan səbəblərə görə, eksperimental qrupda ölüm 37%, nəzarət qrupunda isə 38% olub.

    Araşdırma müəlliflərindən birinin sözlərinə görə bu, plazmada yüksək keyfiyyətli anticisimlərin az olması, xəstəliyin inkişafının isə əksinə olması ilə əlaqədardır.

    Bununla belə, bu müalicə üsulu immuniteti zəif olan 126 xəstənin vəziyyətini yaxşılaşdırıb.

    Araşdırmalar davam edir.

  • Ocaqnejat Azərbaycanı tərk edib

    İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat Azərbaycanı tərk edib.

    Bu barədə İranın Azərbaycandakı səfirliyindən “BBC Azərbaycanca”ya bildirilib.

    Qeyd olunub ki, Ocaqnejat bir aydır ki, Tehrandadır.

    Oxu.Az xatırladır ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

    Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir.

  • Qarabağda tikiliyə “Maştağa 1 N-li internat” yazan Elçin Əhmədov tələbə adını qazandı

    Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədov tələbə adını qazanıb.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, o, Türkiyədə Atatürk Universitetinə qəbul olub.

    E.Əhmədov “İşlətmə – biznes” ixtisası üzrə qiyabi təhsil alacaq.

    Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra dövlət himayəsində böyüyüb.

    O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.

  • Paşinyan “3+3” formatı ilə bağlı mövqeyini açıqladı

    Ermənistanın Baş naziri Nikol Paşinyan “3+3” regional əməkdaşlıq formatı ilə bağlı mövqeyini bildirib.

    “Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, parlamentdə danışan erməni baş nazirin sözlərinə görə, Ermənistan ilk növbədə, hansı konkret formatlardan söhbət getdiyini, həmin formatların hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anlamalıdır. Paşinyan aydınlaşmalı olan bir sıra digər başqa detalların olduğunu da bildirib.

    Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur.

    Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi brifinqdə bildirmişdi ki, “3+3” formatının yaradılması təşəbbüsü ilə bağlı İranın mövqeyi müsbətdir. Eyni pozitivlik Azərbaycan və Türkiyədə də müşahidə olunur və hazırda Ermənistan tərəfi ilə iş aparılır.

  • Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiqləyib

    Türkiyə Böyük Millət Məclisi Paris İqlim Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib.

    “Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Layihə səsvermənin nəticələrinə əsasən qəbul olunub.

    Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin 76-cı Baş Assambleyasındakı çıxışında Paris İqlim Sazişinin yaxın vaxtlarda parlamentdə təsdiq olunacağının anonsunu vermişdi.

    Paris İqlim Sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

  • В азербайджанских вузах налажены системы проверки COVID-паспортов у студентов

    В азербайджанских вузах налажены системы проверки COVID-паспортов у студентов.

    Это вытекает из требований изменения, внесенного Кабинетом Министров в постановление «О мерах по продлению особого карантинного режима и устранении некоторых ограничений», согласно которому все учащиеся вузов и колледжей в возрасте 18 лет и старше должны иметь COVID-паспорт.

    На данный момент актуальный вопрос заключается в том, какое соотношение учащихся от общего числа получили соответствующие документы в связи с коронавирусом.

    Отвечая на запрос Trend, пресс-секретарь Азербайджанского технического университета Севиндж Искендерова сообщила, что в вузе уроки организованы как в традиционной форме, так и в онлайн-порядке.

    «Около 91 процента студентов представили указанные документы, девять процентов из-за отсутствия требуемых сертификатов не допускаются на очные занятия. Они принимают участие в лекциях в онлайн-формате. Мы неоднократно связывались с этими студентами и доводили до их сведения постановление Оперативного штаба при Кабинете министров», – сказала Искендерова.

    Пресс-секретарь Азербайджанского университета языков Ага Джафаров отметил, что деятельность в учебном заведении организована в соответствии с постановлениями Оперативного штаба при Кабмине и инструкциями министерства образования.

    «Студенты в возрасте 18 лет и старше в обязательном порядке должны иметь COVID-паспорт или сертификат об иммунитете. Не прошедшие вакцинацию учащиеся не пропускаются в университет. На данный момент каких-либо негативных случаев не установлено», – сказал пресс-секретарь.

    Заведующая отделом печати и связей с общественностью Азербайджанского архитектурно-строительного университета Наджиба Мирзоева сообщила, что в заведении учится 5 116 студентов в возрасте 18 лет и старше.

    «Из этого числа 686 студентов не прошли вакцинацию, 96 студентов перенесли коронавирус и имеют иммунитет. У 87 студентов есть сертификат о противопоказании к вакцинации», – сказала Мирзоева.

    Отметим, что в Азербайджане с 29 сентября возобновилось очное преподавание в вузах и колледжах, а также в V-XI классах общеобразовательных школ.

  • Bitkoinin qiyməti 55 min dolları keçib

    Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 55 min ABŞ dollarını keçib.

    Kriptovalyuta 11,3 % bahalaşaraq 55,011 min ABŞ dollarına satılıb.

    Dünyanın ən populyar kriptovalyutası bir həftə ərzində 31%-dən çox bahalaşıb.

    Bitkoin ilə birlikdə digər kriptovalyutalar da bahalaşır. Belə ki, “Ethereum”un qiyməti ötən günlə müqayisədə 5,44% və bir həftə əvvəlki göstəricidən 26,2% çox olmaqla 3 608,49 ABŞ dolları təşkil edib.

  • Bank kartı sahiblərinin nəzərinə

    Son zamanlar xarici ölkələrdən yerli vətəndaşlara zənglər edilir. Zəng edən şəxslər bildirir ki, bank hesablarındakı vəsaitlər təhlükə altındadır.

    Bu barədə Trend-ə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

    O bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi adına bank kartı olan insanlardır: “Vətəndaşlardan tələb olunur ki, mümkündürsə, bank kartlarının məlumatlarını desinlər. Bank kartının üzərində olan 16 rəqəmli kod, kartın arxasındakı CVV kodu, kartın bitmə tarixini əldə edirlər. Vətəndaşlar düşünürlər ki, onların kartları həqiqətən təhlükədədir. Zəng gələn nömrələr çox inandırıcı olur. Bank nömrələrindən belə zəng edə bilərlər. Son hücumlara nəzər salsaq, görərik ki, bunlar xarici nömrələrdir. Bəzən rus dilində də müştəri ilə danışırlar. Vətəndaşlar belə anda təşvişə düşməməlidir. Çox təəssüf ki, onların bank hesablarının məlumatları qarşı tərəfə keçən zaman bankda olan vəsaitlər xarici banka köçürülür. Belə olduqda dövlət orqanları, bank həmin vəsaiti almaqda çətinlik çəkir. Çünki cinayətkarlar artıq vəsaiti əldə eləmiş və nağdlaşdırmış olurlar. Belə kiber hücumların qurbanı olmamaq üçün vətəndaşlar diqqətli olmalıdır. Kart sahibləri qarşı tərəfin kimliyindən aslı olmayaraq, hətta bank əməkdaşı özü belə zəng eləsə, kartın məlumatlarını təqdim etməməlidir. Bir nüansa diqqət etmək lazımdır. Banklar, dövlət qurumları, özəl təşkilatlar öz müştəriləriylə əlaqə yaradarkən heç vaxt telefon vasitəsiylə onlardan şəxsi məlumatları soruşmurlar. Əgər bank hesabı təhlükə altındadırsa, bu zaman bank texniki olaraq özü müdaxilə edir. Lazım olarsa, müştərini banka dəvət edib, problemi orada aydınlaşdırır.”

    “Belə fırıldaqçılığa bank mühəndisliyi deyilir. İnsanlarda saxta sevinc, saxta qorxu hisləri yaradılır. Buna misal olaraq, “siz 50 000 min manat lotereyada pul qazanmısız. Zəhmət olmasa, kart məlumatlarınızı verin, pul vəsaitini kartınıza köçürək. Saxta qorxu hissinə misal olaraq, sizin bank hesabınız bloklanıb, hesabınızdan pul çəkilib” kimi bəhanələrlə sizə yazıb məlumatlarınızı əldə edə bilərlər” – deyə, ekspert əlavə edib.

  • ABŞ-da məktəbdə baş vermiş atışma zamanı 4 nəfər yaralanıb

    ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 4 nəfər yaralanıb.

    Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Arlinqton polis idarəsi rəisinin köməkçisi Kevin Kolbye brifinqdə məlumat verib.

    “Dörd yaralımız var”, – Kolbye belə deyib və əlavə edib ki, onlardan ikisi odlu silah yarası alıb.

    Bildirilir ki, atışmanı şagirdlərdən biri əlbəyaxa dava zamanı törədib.

  • Kovid peyvəndindən sonra trombozun qarşısını necə almalı? – TÖVSİYƏ

    ABŞ alimləri elmi tədqiqat nəticəsində sübut ediblər ki, kovid peyvəndindən, hətta təbii virusla xəstəlikdən sonra yaranan immunitet antitelləri tromboz yaranmasına səbəb ola bilər.

    Median.Az xəbər verir ki, buna görə də xroniki və yaşlı xəstələr vaksinasiyadan öncə və sonra tromboz analizi, yəni koaquloqramma verməlidir. Əgər problem aşkarlanarsa, onlar mütləq qandurulducu preparatlar içməlidir.

    Bu metodla vaksindən sonra da trombozdan qaçmaq olar.

    ABŞ Milli tibb kitabxanasının saytında yeni kovidin antitellərinin tromboz riski yaratdığı barədə yazılıb.

    Adətən bu problem öncədən qan laxtalanması, ürək-damar, şəkər problemləri olanlarda, kovidi çox ağır keçirənlərdə rast gəlinir.

    Mütəxəssislər peyvənddən 2 həftə öncə və sonra antiaqreqant və antikoaqulyant içmələrini tövsitə edir. Bu tromb riskini azaldacaq.

    Əgər insanda laxtalanma ilə bağlı ciddi problem yoxdursa, amma vaksindən qorxursa, trombozdan çəkinirsə, sakitlik üçün kardiomaqnil içə bilər. /medicina.az