Month: October 2021

  • “Google”dan istifadəçilər üçün məcburi qayda – FOTO/VİDEO

    “Google” 150 milyon istifadəçini iki faktorlu autentifikasiyanı məcburi edəcək.

    Bu barədə şirkətin bloqunda məlumat verilib.

    Bundan başqa “YouTube”da 2 milyondan çox müəllif də bundan istifadə etməlidir.

    Funksiya 2021-ci ilin sonunda aktivləşəcək.

    Bundan sonra “Google” xidmətinin hesablarına daxil olarkən digər qeydiyyatdan keçmiş cihazdan bunun özü olduğunu təsdiqləməlidir.

    “Artıq bunu bir düymə ilə etmək mümkün olacaq”, – deyə şirkətdən bildirilib.

  • Sürətlə hərəkət edən avtomobil görmə məhdudiyyəti olan yaşlı kişiyə çırpıldı

    Türkiyənin İzmir şəhərində görmə məhdudiyyəti olan yaşlı kişi yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.

    Qəza anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

    Görüntülərdə yaşlı kişinin sürücülərdən yol istəməsi əks olunub.

    Lakin bu zaman sürətlə hərəkət edən avtomobillərdən biri yolun hərəkət istiqamətinə daxil olan kişiyə çırpılır.

    Yaşlı kişinin ağır vəziyyətdə xəstəxanaya aparıldığı qeyd olunur

    Mənbə: “Demirören Haber Ajansı” (DHA)

  • Аудитория Telegram выросла на 70 млн человек после сбоя в Facebook

    Более 70 млн новых пользователей зарегистрировались за день в мессенджере Telegram на фоне масштабного сбоя в сервисах Facebook.

    Как передает Median.Azсо ссылкой на РИА Новости, об этом сообщил основатель мессенджера Павел Дуров.

    “Вчера в Telegram произошло рекордное увеличение показателей регистрации пользователей и пользовательской активности. Мы тепло встретили более 70 млн беглецов с других платформ за один день”, – написал Дуров в своем Telegram-канале.

    Facebook, Instagram, WhatsApp и ряд других приложений, которыми владеет компания, оказались в понедельник почти на семь часов недоступны для пользователей. Причиной, по предварительным данным, стали ошибки в программном обновлении.

  • Teleqram feysbukda nasazlıq zamanı 70 milyon yeni istifadəçi qazanıb

    Feysbukda irimiqyaslı nasazlıq fonunda teleqram sosial şəbəkəsində bir gün ərzində 70 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə teleqramın yaradıcısı Pavel Durov bildirib.

    Durovun sözlərinə görə, teleqramda günlük istifadəçi artımı nisbəti orta standartı keçib və sosial platforma bir gündə digər platformalardan 70 milyondan çox istifadəçini qəbul edib.

    Qeyd edək ki, iki gün əvvəl feysbuk, instaqram, vatsap, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb. Yeddi saata qədər davam edən nasazlıq vaxtı sosial şəbəkə istifadəçilərinin əksəriyyəti teleqrama üz tutub.

    70 milyondan çox yeni istifadəçinin girişinə baxmayaraq, sosial şəbəkənin işində fasilə yaranmayıb.

  • Kollec məzunu olan şəxslər müəllim işləyə bilər? – VİDEO

    Müəllimlərin işə qəbulu ilə bağlı bəzi məsələlər öz həllini tapmaqda çətinlik çəkir. Belə məsələlərdən biri də kollec məzunu olan şəxslərlə bağlıdır. Onlar müsabiqədə lazımı bal yığsalar da təyin olunduqları məktəbdə işləyə bilmirlər. Buna səbəb nədir, əməkdaşlarımız araşdırıb.

    Onlar lazımi bal toplasalar da, öz ixtisasları üzrə işləməkdə problem yaşayırlar. Çünki təhsil aldıqları müəssisə kollecdir. Belə gənclərdən biri, Vəsilə Nağıyeva Gəncə regional kollecini peşə təlimi ixtisası üzrə bitirib, müəllimlərin işə qəbulu üzrə imtahan verib, 45 bal toplayıb, İsmayıllının Burovdal kəndinə müəllimə təyin olunsa da müsahibəyə buraxılmayıb.

    Vəsilə Nağıyevanın sözlərinə görə peşə məktəblərində cəmi 131 vakansiya var ki, burada da qəbul olma şansı həddindən artıq azdır. Zenfira Həsənova da eyni kollecin məzunudur və eyni problemlə üzləşib:

    Təhsil Nazirliyinin rəsmisi isə deyir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarına əsasən müsabiqənin test mərhələsində yalnız ali və orta ixtisas müəssisələrini pedaqoji profil üzrə bitirmiş, dövlət nömrəli sənəd əldə etmiş şəxslər iştirak edə bilər.

    Qeyd edək ki, bu məsələ ilə bağlı problemlə üzləşən məzunların sayı kifayət qədərdir və onlar məsələnin həlli üçün Təhsil Nazirliyi tərəfindən müvafiq addımlarlın atılmasını gözləyirlər.

    Mənbə: Xezerxeber 

  • В Instagram разрешили размещать ролики длительностью до 60 минут

    Социальная сеть Instagram увеличила продолжительность загружаемых роликов с одной до 60 минут.

    Как передает Median.Az со ссылкой на The Verge, ранее длинные видео публиковались в приложении IGTV.

    Теперь же, IGTV подвергнется ребрендингу и сменит свое название на Instagram TV. Такой формат будет удобен пользователям, которые заходят в соцсеть исключительно ради просмотра видеоконтента.

    Напомним, что IGTV было запущено в 2018 году.

  • İnstaqram istifadəçilərə 60 dəqiqəyə qədər video yayımlamağa imkan verib

    İnstaqram sosial şəbəkəsi yüklənən videoların müddətini bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

    “Report” “The Verge”yə istinadən xəbər verir ki, əvvəllər müddəti çox olan videolar IGTV tətbiqində yayımlanıb.

    Bundan sonra isə IGTV adını “Instagram TV” olaraq dəyişdirəcək.

    Bu format sosial şəbəkəyə yalnız video məzmununu izləmək xatirinə daxil olan istifadəçilər üçün əlverişli olacaq.

    Xatırladaq ki, IGTV 2018-ci ildə istifadəyə verilib.

  • Как азербайджанским отелям получить сертификацию?

    Бюро туризма Азербайджана при Государственном агентстве по туризму и Общественное объединение “Ассоциация отелей Азербайджана” установили ряд требований для отелей, желающих получить сертификат о “звездности”.

    Как сообщает Report, согласно требованиям, в ходе классификации аудиторы выберут для проверки несколько помещений из каждой категории в произвольном порядке.

    Перед проверкой и во время действия сертификата отзывы гостей регулярно проверяются. Баллы начисляются только тогда, когда для каждой комнаты полностью выполнен один критерий или указан в соответствующих критериях.

    Обязательные критерии для каждой категории гарантируют стандартный уровень качества. А добровольные критерии дают предпринимателю свободу предлагать своим гостям дополнительные услуги.

    Одним из интересных требований, предъявляемых к отелям, заключается в том, что позиции консьержа и швейцара, специально назначенного для того, чтобы стоять у двери, должны различаться. В требованиях этот нюанс особенно подчеркнут. В случае, если на эти позиции назначены разные сотрудники, тогда отель получает баллы, соответствующие этим критериям.

    Просторные и высококлассные номера дают гостинице больше баллов. Ежегодная чистка подушек и / или обновление подушек могут быть подтверждены только сертификатом или счетом-фактурой. Этот критерий можно считать выполненным, если отель регистрирует в своей стиральной машине регулярную стирку подушек при 60 и 90 градусах.

    Кроме того, отмечается, что рестораны в гостевых домах также не могут использоваться в качестве конференц-залов. Даже ресторан, который оборудован для этих целей, аудиторы не будут считать в качестве конференц-зала.

  • Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

    Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyi ulduz sertifikatı almaq istəyən hotellər üçün bir sıra tələblər müəyyən edib.

    “Report” xəbər verir ki, tələblərə əsasən, təsnifat zamanı auditorlar təsadüfi şəkildə yoxlama üçün hər kateqoriyadan bir neçə otaq seçəcəklər.

    Yoxlanılacaq otaqların sayı və yaxud faizi məcburi şəkildə qeyd olunmur.

    Bundan əlavə qonaq rəyləri yoxlamadan əvvəl və sertifikatın qüvvədə olduğu müddətdə mütəmadi yoxlanılır. Ballar yalnız hər bir otaq üçün bir meyar tamamilə yerinə yetirildikdə və ya müvafiq meyarlarda göstərildiyi zaman verilir.

    Hər bir kateqoriya üçün məcburi meyarlar standart keyfiyyət səviyyəsinə zəmanət verir. Könüllü meyarlar isə sahibkara qonaqlarına əlavə xidmətlər təklif etmək azadlığını verir.

    Hotellər qarşısında qoyulmuş maraqlı tələblərdən biri konsierj və qapıda durmaq üçün xüsusi ayrılmış işçinin fərqli olması ilə bağlıdır. Tələblərdə də bu nüans xüsusilə istisna olunub. Yalnız ayrıca təyin olunmuş işçilər olarsa, hotel o meyarlara uyğun bal əldə etmiş olur.

    Geniş və yüksək kateqoriyalı otaqlar hotelə daha çox bal verir. Yastıqların illik təmizlənməsi və / və ya yastıqların yenilənməsi yalnız sertifikat və ya hesab-faktura ilə təsdiqlənə bilər. Əgər hotel öz paltaryuyan maşınlarında mütəmadi olaraq 60 və 90 dərəcədə yastıqlarını yuyaraq qeydiyyat aparırsa, bu meyar tamamlanmış sayıla bilər.

    Bundan əlavə qonaqlama mərkəzlərində olan restoranların həmçinin konfrans otağı kimi də istifadə oluna bilməyəcəyi qeyd edilir. Konfrans otağı avadanlıqları mövcud olan bir restoranı belə auditorlar konfrans salonu kimi tanımayacaq.

  • Azərbaycanlı dizayner Parisdə kolleksiyasını təqdim edib

    AFFFAIR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsində Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan dövlət muzeyində qorunan və nümayiş etdirilən mədəniyyət irsi olan tarixi xalçalardan ilham alan dizaynerin yaratdığı “Sumax” kolleksiyasının nümayişində başda tanınmış model Günay Musayeva olmaqla 21 model podiuma çıxıb.

    Kolleksiya üç ay ərzində 30 nəfərlik komanda tərəfindən ərsəyə gətirilib. Kolleksiyada təqdim olunan parçaların 80%-dən çoxu yarıqiymətli daşlar, iplər, köhnə rokoko texnikaları, qarmaqla sarma üsulları ilə bəzədilmiş əl işlərindən ibarətdir.

    Qeyd edək ki, Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

    Xatırladaq ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına “Çələbi”, “Xanlıq”, “Nəlbəki” gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir. “Haute Couture Sumakh” kolleksiyasının Moskva, Bakı və Nyu-Yorkda nümayişi planlaşdırılır.