Month: October 2021

  • Çin Tacikstanla Əfqanıstan arasında xüsusi baza yaradır

    Çin Dağlıq Bədəxşan Muxtar Vilayətində Tacikistanın Daxili İşlər Nazirliyi (DİN) üçün təxminən 8,9 milyon dollar dəyərində xüsusi baza tikəcək.

    Əfqanıstanla sərhəddəki Vaxan dərəsində bazanın tikintisinə dair saziş layihəsi respublika parlamenti tərəfindən qəbul edilib.

    Baza Tacikistan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin çevik əməliyyat qrupu üçün tikiləcək. Müqaviləyə əsasən, bazanın tikintisi zamanı Çindən Tacikistana gətirilən bütün avadanlıqlar vergi və gömrük rüsumlarından azad ediləcək.

  • Sahildə yüzlərlə ölü tısbağa tapıldı

    Meksikanın cənubundakı Oaxaka ştatında çimərlikdə 300-ə yaxın ölü dəniz tısbağası tapılıb.

    “Ölü tısbağaların sayı kifayət qədər çoxdur. İlkin ehtimallara görə, onlar brakonyerlərin istifadə etdiyi balıq torlarına ilişərək boğulublar”, – deyə Oahaka ştatının Ətraf Mühit, Enerji və Davamlı İnkişaf şöbəsinin rəhbəri Elena Roxas bildirib.

    Ölən tısbağaların nəsli kəsilməkdə olan növlərə aid olduğu qeyd edilir.

    Prokurorluq nadir heyvanların kütləvi şəkildə tələf olmasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

  • Türkiyədən Çinə sərt reaksiya: “Sizdən öyrənəsi deyilik”

    Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Feridun Sinirlioğlu Türkiyəni “Suriyada insan haqları qanunlarına əməl etməyə” çağıran Çinin BMT-dəki daimi nümayəndəsinin müavininə sərt reksiya verib.

    Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının Suriya sessiyasında Türkiyəni Fəratda suyun səviyyəsinin azalmasına və “Allouk” su obyektində kəsintilərə görə məsul sayıb və Suriyanın şimal-şərqini işğal etməkdə günahlandıraraq Türkiyəni beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

    Sinirlioğlu isə öz növbəsində bildirib ki, “Beynəlxalq insan haqqlarını və humanitar hüquq qanunlarını pozanlardan dərs alması deyilik”.

    “Allouk” su obyektindəki problemlərin səbəbinin BMT baş katibinin hesabatında yer aldığını xatırladan Sinirlioğlu vurğulayıb ki, terror təşkilatı PKK/YPG bu məsələdən öz gündəmləri üçün istifadə edirlər.

    PKK/YPG-nin sahədə sabitliyi pozan, mülki şəxslərə və Türkiyəyə hücum edən əsas faktor olduğunu bildirən Sinirlioğlu iki həftə əvvəl Afrində törədilən bombalı hücum nəticəsində 6 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

    O vurğulayıb ki, PKK/YPG terror təşkilatı suriyalı yezidilərin və suriyalı kürdlərin də evlərinə qayıtmasının qarşısını alıb.

    Mənbə: TRT Haber

  • Xavyer Kolomina Əfqanıstanda göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib

    NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Əfqanıstanda alyansa göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

    Trend bu barədə NATO-ya istinadən məlumat verir.

    X.Kolomina ötən həftə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edib.

    O, Azərbaycan bölmələrinin bu ilin avqustunda NATO-nun müttəfiq və tərəfdaşlarının şəxsi heyətinin təxliyəsi üzrə səylərinin dəstəklənməsində rolunu xüsusi vurğulayıb.

  • Бакинский олимпийский стадион будет подсвечен в цвета турецкого флага

    29 октября Бакинский олимпийский стадион (БОС) будет подсвечен в цвета турецкого флага.

    Как сообщили в БОС, это связано с празднованием дня основания Турецкой Республики.

    “После распада Османской империи братская страна, которая под руководством Мустафы Кемаля Ататюрка вела справедливую войну с объединенными силами союзников и победила, 29 октября 1923 года была провозглашена республикой по решению Великого национального собрания Турции. 29 октября фасад стадиона будет освещен в цвета флага Турецкой Республики, так мы поздравим народ братской страны и разделим их радость в этот праздничный день”, – заявили в БОС.

  • Erməni deputatın sualı Paşinyanı özündən çıxardı – VİDEO

    Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb.

    “Ermənistan” fraksiyasından olan millət vəkili Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, niyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi barədə sualları Paşinyanı özündən çıxarıb.

    “O zaman sizin şefinizin hesabında neçə milyono var idi. Bunu niyə demirsiniz. Bu pulları o düzgün yolla qazanmışdı, yoxsa ordudan oğurlamışdi?”, – deyə Paşinyan hiddətlənib.

  • DİN-dən İsmayıllıda qadının döyülməsi ilə bağlı – Açıqlama

    İsmayıllıda iki azyaşlı övladı olan qadın qaynı tərəfindən döyülərək ölümlə hədələnib.

    Bu barədə vəkil Rövşanə Rəhimli məlumat yayıb.

    Vəkil bildirib ki, mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət edib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün 15:40 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən İsmayıllı rayon sakini X.M qohumu İ.Mahmudov tərəfindən döyüldüyünü bildirib. Daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının ərizəsi alınıb.

    Məsələ ilə əlaqədar hazırda İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır və X.M-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. “Araşdırmanın və təyin edilən ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

  • В квартире обнаружен труп сына известного журналиста – ФОТО

    На горячую линию “112” МЧС поступила информация о том, что в городе Хырдалан, в квартире за закрытыми дверями в беспомощном состоянии остался человек.

    Об этом говорится в сообщении ведомства.

    Прибывшие на место происшествия сотрудники Службы спасения особого риска вскрыли квартиру, где обнаружили тело Нофеля Эфендиева (1971 г.р.).

    Отметим, что он является сыном известного журналиста, покойного Агамалы Садиг Эфенди.

  • Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı – FOTO

    Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamalı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

    Qeyd edək ki, mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış jurnalist, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur.

  • Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib – FOTO

    Bakıda tanınmış idmançıların Yaponiyanın “Yüksələn Günəş” ordeni ilə təltifolunma mərasimi keçirilib.

    “Report” xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi fəxri mükafatı “Kanokan TT” Peşəkar Cüdo klubunun prezidenti Tərlan Həsənova və həmin növ üzrə milli paralimpiya komandamızın sabiq baş məşqçisi Əhməddin Rəcəbliyə təqdim edib.

    Mərasim zamanı səfir qeyd edib ki, bu nüfuzlu mükafatı Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi günlərində təqdim etmək, xüsusilə əlamətdardır: “Ordenlərin təqdim olunması azərbaycanlıların cüdo idman növünə töhfəsinin Yaponiya tərəfindən dəyərləndirildiyini göstərir. Azərbaycan idmançıları sözügedən ordenə 2016-cı ildən bu yana ikinci dəfədir layiq görülür”.

    “Kanokan TT” klubunun prezidenti Tərlan Həsənov və qocaman idmançımız Əhməddin Rəcəbli də bu nüfuzlu mükafata görə təşəkkür ediblər.

    Qeyd edək ki, “Yüksələn Günəş” ordeni ilə Yaponiya ilə əlaqələrin inkişafında müstəsna xidmətlərə görə əcnəbilər təltif olunur.