Month: October 2021

  • Ermənistan üzərindən uçan ilk təyyarənin heyəti

    Bu gün Ermənistan ərazisi üzərindən Bakı-Naxçıvan uçuşu həyata keçirilib.

    AZAL-a məxsus təyyarə bugündən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

    Həmin uçuşu yerinə yetirən təyyarə heyətinin fotosunu təqdim edirik:

  • Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirildi

    Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    “Report” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva dindirilib.

    O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

    Daha sonra şahid qismində mərhumun uşaqlıq dostu Səməd Novruzov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanımır:

    “2001-ci ildə iyunun 1-də mənə zəng gəldi. Hadisə ilə bağlı mənə xəbər etdilər. Biz Elçinlə uşaqlıq dostu olmuşuq. Təcili çıxdıq Ukraynaya. Axşama Kiyevə çatdıq. Bizi orda 1 nəfər qarşıladı. Gecə hoteldə qalıb, səhəri gün morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb, Kiyevdəki səfirliyə getdim. Orada keçmiş hərbçi, Ukrayna vətəndaşı olan Qriqoryev Mixailoviçi gördüm. Mənə dedi ki, “hadisəni sizinkilər törədib”. Biz onunla telefonda əvvəl danışmışdıq, amma üzünü görməmişdim. Ukraynada olan səfirlikdə mənə söylədilər ki, Elçin “Abşeron” adlı restoranda yeyib-içib. Sonra səfirlikdə də kimləsə mübahisələri düşüb. Təzədən başqa restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da həmin restorana gedib. Hadisə həmin yerdə baş verib. Mənə orada dedilər ki, Rövşən Əkbərov da həmin restoranda olub. Sonuncu dəfə Elçinlə mayın 31-də danışmışam. Mən iyunun 1-də səfirlikdə olmuşam, ayın 2-si isə Rövşənin qətl törətməsini eşitmişəm. Bu günə kimi də bu sual maraqlandırır ki, Rövşən Elçini niyə öldürüb?”

    Daha sonra təqsirləndirilən şəxs R.Əkbərov şahidə “siz necə dost olmusunuz ki, gəlib Rövşəni tapıb soruşmadın?” sualını verib

    Şahid isə “sübutum olmadan kimisə qətldə ittiham edə bilmərəm” cavabını verib.

    Növbəti iclas oktyabrın 13-nə təyin edilib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • В Азербайджане лица без ковид-паспортов не будут допускаться в здания судов

    С 11 октября в Азербайджане вход в здания судов будет разрешен только при наличии ковид-паспорта или сертификата об иммунитете.

    Об этом сообщили в Верховном суде АР.

    С этой даты у всех участвующих в процессуальных действиях, которые проводятся в закрытых помещениях, будут требовать ковид-паспорт (сертификат о вакцинации/об иммунитете) или сертификат о противопоказании к вакцинации.

    В случаях, если у лиц, в отношении которых избрана мера пресечения в виде ареста или административный арест, нет требуемых документов, их участие в судебных заседаниях будет обеспечиваться в формате видеоконференции.

    В случае невозможности этого или необходимости личного участия данных лиц в судебном заседании, их непосредственное участие будет обеспечено с условием строгого соблюдения медико-профилактических и санитарно-гигиенических правил.

    Судьи, сотрудники судебного аппарата и граждане, находясь в зданиях судов, а также во время проведения в закрытых помещениях процессуальных действий должны пользоваться медицинскими масками, соблюдать профилактические правила и социальную дистанцию.

  • Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaq

    Azərbaycanın Ali Məhkəməsi ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında məlumat yayıb.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycanın məhkəmələrinə aşağıdakılar tövsiyə edilib:

    – 2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) olması tələb edilsin;

    – Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun;

    – Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin;

    – Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun;

    – Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görsünlər.

  • Bakıda qadın kişinin cibindən külli miqdarda pul oğurladı

    Bakıda oğurluq hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, oktyabrın 4-də Bakı sakini V.Mirzəyevin cibindən 2500 manat pul oğurlanıb.

    Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini S.Qaqaşova saxlanılıb.

  • Oğuzda 66 yaşlı qadın boğazını kəsdi

    Oğuz rayonunda intihara cəhd hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Sincan kəndində baş verib.

    Belə ki, rayon sakini 1955-ci il təvəllüdlü Almaz Abdulhüseyn qızı İsayeva bıçaqla boğazını kəsərək intihara cəhd edib. Boğazından ağır xəsarət alan 66 yaşlı A. İsayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Məlumata görə A.İsayeva rayonun Xaçmaz kəndində yaşayıb. Hadisə vaxtı o, Sincan kəndinə qardaşının evinə gəlib.

    Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

    Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13, gündüz 15-17 dərəcə olacaq. Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə olacaq.

    Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-13, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 2-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq.

  • Азербайджан начал выполнять полеты в Нахчыван над Зангезуром

    Авиакомпания “Азербайджанские авиалинии” (AZAL) с 6 октября начала выполнять внутренние рейсы по маршруту Баку-Нахчыван-Баку с использованием воздушного пространства Армении.

    Об этом сообщили в AZAL.

    Отмечается, что данный шаг демонстрирует твердую готовность Азербайджана к открытию транспортных коммуникаций в регионе, что отвечает интересам всех граничащих с республикой государств.

    Согласно правилам Международной организации гражданской авиации (ИКАО), воздушное пространство региона и все воздушные коридоры теперь открыты для полетов.
    С окончанием войны между Арменией и Азербайджаном изменились правила региональной авиационной безопасности. Азербайджан в соответствии с международными конвенциями начал выполнять полеты, используя воздушное пространство над Зангезурским коридором.

    Данное нововведение не является односторонним, точно так же и гражданские самолеты Армении могут использовать коридоры, проходящие через воздушное пространство Азербайджана.

    Этот шаг, являющийся очередным примером открытия коммуникаций в регионе, превратит Армению в транзитную страну. Благодаря этому нововведению, в частности, для выполнения рейса Баку-Нахчыван-Баку нет необходимости в использовании воздушного пространства Ирана.

  • Azərbaycan təyyarələri Naxçıvana Zəngəzur səması ilə uçur: İrana ehtiyac qalmadı

    “Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

    Bununla bağlı AZAL-dan məlumat verilib.

    Qurumdan bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

    İCAO – beynəlxalq mülki aviasiya təşkilatının qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.

    Regionumuzdakı müharibə artıq geridə qaldığı üçün regional aviasiya təhlükəsizliyi qaydalarında da dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, artıq Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

    Ekspertlər qeyd edir ki, sözügedən yenilik birtərəfli xarakter daşımır. Müvafiq öhdəlik həm Azərbaycan, həm də Ermənistanın üzərinə düşür. Odur ki, eyni şəkildə Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından keçən dəhlizlərdən istifadə edə biləcək.

    Regionda kommunikasiyaların açılmasının növbəti nümunəsi olan bu addım Ermənistanı həm də tranzit ölkəyə çevirəcək. Həmçinin bu yenilik sayəsində xüsusilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə İranın hava məkanından istifadəyə ehtiyac qalmayacaq.

  • Paytaxt məktəblərində istiliklə bağlı AÇIQLAMA

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, yeddisi isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

    Bu barədə BŞTİ-dən məlumat verilib.

    Bildirilib ki, ümumi təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir:

    “BŞTİ tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə öncədən ilkin monitorinqlər aparılır, müəssisələrə sorğular yönləndirilir. Cari il ərzində istilik sistemlərində təmir işləri aparılmış müəssisələrdə sistemin işlək olması yoxlanılır. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilir və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

    Tüstü çıxan boruların təmizlənməsinə, sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinə müvafiq qaydada müraciət olunur və təxirəsalınmaz tədbirlər görülür.

    Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə yanaşı, sistemdə qarşıya çıxan cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır”.

    Mənbə: Trend