Month: October 2021

  • В Азербайджане за последние сутки коронавирусом заразились 1 009 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 009 новых случаев инфицирования коронавирусом, 1 378 человек вылечились и были выписаны домой.

    Об этом 6 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 12 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 488 213 человек, 6 611 – скончались, 468 421 – вылечился, 13 181 – продолжают лечение.

    В республике проведены 4 912 156 тестов на COVID-19 (за последние 24 часа – 9 828).

  • Azərbaycanda daha 1009 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb, 6611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 181 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 828 , ötən müddət ərzində isə ümumilikdə 4 912 156 test aparılıb.

  • Brilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

    Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Zaur Mahmudov Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. L.Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.

  • Yeni icra başçısı harda işləyib?

    Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin yeni başçısı Mahirə Adnayeva idarəetmədə yeni şəxs deyil.

    Xanım icra başçısı bundan əvvəl Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

    Müavin postuna qədər isə yenə də sözügedən icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edib.

    Qeyd edək ki, Mahirə Adnayevanı bu gün Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

    //qaynarinfo.az

  • “Qoç Ət” restoranı cərimələnib – SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 367 ictimai iaşə obyektində 632 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Nəsimi rayonu, Xəqani 65 ünvanında yerləşən, fiziki şəxs Novruzova Sevinc Məmməd qızına məxsus hostel;

    2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 95 ünvanında yerləşən, hüquqi şəxs “Saray-Baku” MMC-yə məxsus “Fırat” kafe;

    3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin ünvanında yerləşən, fiziki şəxs İbrahimov Səid Nazim oğluna məxsus “Turk-Way” restoran;

    4. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küç., keçid 815 ünvanında yerləşən, hüquqi şəxs “Wasım Afzal” MMC-yə məxsus dönər evi;

    5. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Qarayev Sahil Malik oğluna məxsus dönər evi;

    6. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Ramin Hümmət oğluna məxsus kafe;

    7. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 82 ünvanında yerləşən, fiziki şəxs Batuhan Samed Çobana məxsus kafe;

    8. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 81/13 ünvanında yerləşən, hüquqi şəxs “Shazeli Group” MMC-yə məxsus “Pak Dad” restoran;

    9. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 14/8 B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç Ət” restoran;

    10. Bakı şəhəri, Səbail rayonu, Badamdard qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Tuhumova Aşura İsrafil qızına məxsus kafe;

    11. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Ağacanov Xıdırəhməd oğluna məxsus kafe;

    12. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 ünvanında yerləşən, fiziki şəxs Sadıqov Rasim Nazim oğluna məxsus “Kilo Kabab” kafe;

    13. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən, fiziki şəxs Həsənli Tahir Fəxrəddin oğluna məxsus “Milli Süfrə” kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

    Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • Mingəçevirdə 58 yaşlı kişi özünü körpüdən çaya atıb

    Mingəçevir sakini özünü körpüdən çaya atıb.

    Belə ki, hadisə nəqliyyat körpüsü üzərində baş verib.

    İlkin məlumata görə, şəhər sakini, 58 yaşlı Əlövsət Əhmədov ətrafdakıların gözü önündə özünü körpüdən Kür çayına atıb.

    Sahildə olan qayıqçıların müdaxiləsi nəticəsində batmaq üzrə olan şəxs xilas edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Onun özünü çaya atmasının səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə: APA

  • Vüsal Kərimlinin yarım milyonluq test xidməti

    Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC “Azmedicon” MMC ilə staınalma müqaviləsi bağlayıb.

    Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 400 586.4 AZN təşkil edən müqavilədə “BakuBus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azmedicon” MMC 11 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 24 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Ehtiram Tofiq oğludur.

    Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumat var. Baxmayaraq ki, şirkət 17 ildir fəaliyyət göstərir.

  • Распоряжением Президента Азербайджана главой ИВ назначена женщина

    Президент Азербайджана Ильхам Алиев 6 октября подписал распоряжение о назначении Махиры Исмайыл гызы Аднаевой главой Исполнительной власти (ИВ) Садаракского района Нахчыванской Автономной Республики.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Отметим, что ранее М.Аднаева занимала должность заместителя главы ИВ того же района.

  • İlham Əliyev xanım icra başçısı təyin etdi

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Qeyd edək ki, Mahirə Adnayeva bu təyinata qədər Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

  • Azərbaycanda universitet məhkəməyə verildi

    Bakı Qızlar Universiteti məcburi auditdən yayınıb.

    Belə ki, universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” qanun ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə protokol tərtib olunub.

    Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

    Həmin maddə əsasında Bakı Qızlar Universiteti min beş yüz manatdan iki min beş yüz manatadək cərimə edilə bilər.

    Mənbə: Lent.az