Month: October 2021

  • Abdullahian-Lavrov görüşünün təfərrüatı

    Rusiyada rəsmi səfərdə olan İranın xarici işlər naziri Əmir Abdullahianın həmkarı Sergey Lavrovla görüşü baş tutub.

    Tehran-Moskva münasibətlərinin son vəziyyətinin müzakirə edildiyi görüşdə iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə müntəzəm olaraq inkişaf etdirilməsinin lazımlığı vurğulanıb.

    Görüşdə birgə iqtisadi komissiya iclasının keçirilməsi, ticarət, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi üçün təməlin qoyulması və konsulluq məsələləri müzakirə edilib.

    Həmçinin Qafqazdakı hadisələr gündəmə gətirilib, İranın nüvə anlaşması, Əfqanıstandakı son vəziyyət və Xəzər dənizinin hüquqi statusu müzakirə olunub.

    Əmir Abdullahian İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın regional və qlobal mövzularda inkişaf etdirilməli olduğunu bildirib.

    Rusiya xarici işlər naziri öz növbəsində, nüvə anlaşmasının bərpası ilə bağlı danışıqların bərpa edilməli olduğunu vurğulayıb.

  • İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik edib

    Prezident İlham Əliyev Fumio Kişidanı Yaponiyanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Təbrik mətnində deyilir:

    “Hörmətli cənab Baş nazir,

    Yaponiyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

    Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu otuz ilə yaxın müddət ərzində Azərbaycan-Yaponiya əlaqələrinin, xüsusilə də iqtisadi əməkdaşlığının inkişafı yolunda əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

    İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini genişləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • Назначен новый посол Азербайджана в Кыргызстане – РАСПОРЯЖЕНИЕ

    6 октября Президент Ильхам Алиев подписал распоряжение о назначении Лятифа Сейфаддин оглу Гандилова на должность чрезвычайного и полномочного посла Азербайджана в Кыргызстане.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Ранее другим распоряжением главы государства с этой должности был отозван Хидаят Худуш оглу Оруджев.

  • İlham Əliyev səfiri geri çağırdı, yenisini təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Xuduş oğlu Orucovun geri çağırılması barədə sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Prezidentin digər sərəncamı ilə bu vəzifəyə Lətif Seyfəddin oğlu Qəndilov təyin edilib.

  • İran işğal müddətində Qarabağda narkotik və silah alveri ilə məşğul olub – AÇIQLAMA

    “İran Azərbaycanla gərginliyin artmasına səbəb olan addımlar atır. İran inkişaf etmiş, güclü Azərbaycan dövlətini qəbul etmək istəmir. İran hesab edirdi ki, Azərbaycan həmişə zəif olacaq və Qarabağ daim İranın dəstəyi ilə ermənilərin işğalı altında qalacaq”.

    Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan-İran arasında yaranan gərginliyi şərh edərkən deyib.

    Millət vəkili İranın regionda sərhəd dəyişikliyinin qəbuledilməz olduğuna dair bəyanatına da münasibət bildirib.

    Onun sözlərinə görə, Azərbaycan postmüharibə dövründə nə Ermənistan, nə də İran sərhədlərini pozub.

    “Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və sərhədlərini bərpa edib. Bu gün dövlət sərhədlərimizdə Azərbaycan əsgərləri dayanır. Biz heç kimin daxili işlərinə qarışmadan sərhədlərimizi bərpa etmişik, kimin xoşuna gəlsə də, gəlməsə də, bu, belədir”, – deyə E.Məmmədov əlavə edib.

    Deputat bildirib ki, Azərbaycanın İranla sərhədləri hələ SSRİ dövründən mövcuddur:

    “İndi necə olur ki, ermənilər həmin ərazilərdə olanda İran bunu qəbul edirdi, bu gün Azərbaycan öz sərhədlərini qoruyanda bunu həzm etmir? Burada bir məsələ ortaya çıxır ki, İran Qarabağ işğal altında olanda bu ərazilərdə silah və narkotik alveri ilə məşğul idi.

    İranla Ermənistan Azərbaycan ərazilərini narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevirmişdi. İndi bu ərazilər əldən çıxır deyə, İranın xoşuna gəlmir. İşğal müddətində Ermənistan söküntü-tikinti materiallarını İrana satırdı, İran da bunun əvəzində Ermənistanı yanacaq, silah-sursatla təmin edirdi”.

    E.Məmmədov bildirib ki, Azərbaycan İrandan fərqli olaraq qonşuları ilə mehriban qonşuluq münasibətlərinin olmasına çalışır. Millət vəkili qeyd edib ki, Azərbaycan bu istəyində həmişə səmimi olub.

    “Hesab edirəm ki, İran İslam Respublikasının siyasi rəhbərliyi də bu istəkdə olmalıdır. Bu, daha yaxşı olar. Əks təqdirdə isə baş verənlər heç kimə, əsasən də İrana xeyir verən məsələ deyil. İran durduğu yerdə özünə problem yaratmağa çalışmamalıdır. İran bir məqama da diqqət etməlidir ki, beynəlxalq aləm bunlara hansı münasibətdədir”, – deyə E.Məmmədov fikrini yekunlaşdırıb.

  • Bakıda polisin arvadını öldürməsinin yeni DETALLARI – VİDEO

    Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirməsi ilə bağlı yeni detallar açıqlanıb.

    Qadının bibisi Gülər Yolçuyeva İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində bildirib ki, X.Məmmədova yeddi il əvvəl İ.Məmmədov ilə ailə həyatı qurub:

    “O, evlənmədən əvvəl də şiddətə məruz qalıb. Ailə həyatından sonra isə dəfələrlə şiddətə məruz qalıb, amma ailəsinə deməyib. Hadisədən bir gün əvvəl İ.Məmmədov onu döydüyü üçün bizə gəldi. Səhərə kimi oturub, danışdıq. Hətta qız intihara kimi düşünüb”.

    O deyir ki, İ.Məmmədov hər xırda şeyə görə qadını döyürmüş:

    “Eyvana çıxmağına görə, pərdə aralandığına görə döyürmüş. Bu yaxında bildim ki, hamilə vaxtı hamama salıb, saatlarla qızı orada saxlayıb. Qardaşım qızının evinə gediş-gəliş olmayıb. Sadəcə əməliyyat olan zaman getmişdik”.

    Ölən qadının bibisi əlavə edib ki, cütlüyün uşağı birinci sinfə gedən zaman İ.Məmmədovun telefonunda valideynlər üçün olan “WhatsApp” qrupu açıb. Analardan biri Xanıma yazıb ki, bir valideyn nömrəni istəyir. Bunu da əri oxuyub və günorta saatlarında evə gələrək arvadını uşaqların gözünün qabağında döyüb, saçından tutub divara vurub.

    Daha sonra İ.Məmmədovu işə çağırdıqları üçün qapını kilidləyib və gedib. Təsadüfən Xanımın yadına düşüb ki, çantasında ehtiyat açarı var. Uşaqları və sənədləri götürüb, taksi şoferinin telefonundan zəng edib, bizə gəldi”.

    “Qardaşım qızı mənim yanımda atası, anası ilə telefonla danışdı ki, boşanıram. Hətta qardaşım dedi ki, döyülməyin barədə polisə şikayət etmə, onu işdən çıxararlar. Xanım Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə zəng etdi.

    Onlar dedilər ki, kirayə yaşadığı evin yerləşdiyi polis bölməsinə gəlməlisiniz. Yalvardıq ki, Biləcəri Polis Şöbəsinə gedək. Razılaşmadılar. Qorxurduq ki, çölə çıxsaq, uşaqları əlimizdən alar. Səhərə kimi yatmadıq və sentyabrın 30-da səhər saat 7-də evdən çıxdıq və şöbəyə getdik.

    Təhqiqatçı Xanımdan sorğu-sual etdi və sonda o, İ.Məmmədova zəng etdi. Bu zaman Xanım qorxdu və dedi ki, siz onu çağırmayın. Təhqiqatçı gülümsədi və dedi ki, burada ona heç nə edə bilməz. İ.Məmmədovu başqa otaqda dindirdi və gəldi.

    Gözlədik ki, o, getsin biz də buranı tərk edək, iki dəqiqə keçməmişdi ki, İ.Məmmədov içəri girdi və mən onu görməmək üçün çantama baxdım.

    İ.Məmmədov dedi ki, oğlumu öpüb çıxacam, daha sonra atəş açdı. Həmin vaxt polislər gəldi. Sanki güllələr yağırdı. Bir də gördüm ki, Xanım stolun arasına yıxıldı. Bu, dəhşət idi”.

  • Ильхам Алиев: Азербайджан планирует сотрудничать с Европейским союзом

    Взгляды Азербайджана и Европейского союза (ЕС) на двусторонние отношения, региональное развитие, постконфликтную обстановку полностью совпадают. Мы доверяем ЕС как нашему хорошему партнеру и честному посреднику в процессе мобилизации усилий и вклада в послевоенное развитие. Наши традиционные сферы сотрудничества хорошо известны, и мы добились больших успехов.

    Об этом 6 октября заявил Президент АР Ильхам Алиев, принимая верительные грамоты нового главы представительства Евросоюза в нашей стране Петра Михалко.

    По словам главы государства, 10 лет назад была подписана Декларация о сотрудничестве в энергетической сфере, энергетической безопасности между Евросоюзом и АР.

    “Это был очень важный шаг в направлении реализации “Южного газового коридора”. После этого были предприняты практические шаги, и с конца прошлого года мы видим продуктивные результаты. Азербайджанский газ уже на европейском рынке.

    Конечно, наши планы по реализации крупного проекта – “Южного газового коридора” – этим не ограничиваются. Мы видим, что можем стать поставщиком и для многих других государств-членов Европейского союза. Мы планируем сотрудничать с ЕС в направлении расширения географии поставок – особенно сейчас, зимой, когда все видят, что энергетическая безопасность – это именно альтернативный источник с точки зрения альтернативного маршрута”, – сказал глава государства.

  • İlham Əliyev: “Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq”

    “Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik”.

    Bu sözləri Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edən zaman deyib.

    Dövlət başçısının sözlərinə görə, on il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı:

    “Bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır.

    Əlbəttə ki, bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq – xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.

  • В Баку еще два автобусных маршрута переходят на безналичную оплату

    С 8 октября проезд в автобусах маршрутов №114A и 114B (поселки Пирекешкюль и Мушвигабад – станция метро “20 Января”) будет оплачиваться посредством BakıKart.

    Об этом сообщили в Бакинском транспортном агентстве.

  • Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

    Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, səkkiz oktyabr tarixindən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşfiqabad qəsəbəsi – “20 Yanvar” m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

    Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.