Month: October 2021

  • “Microsoft” yeni əməliyyat sistemini buraxıb

    ABŞ-ın “Microsoft” korporasiyası əməliyyat sisteminin yeni bir versiyasını – “Windows 11”i buraxıb, artıq sistem yüklənə bilər.

    Yeni alınmış, “Windows 10” yüklənən kompüterlərin sahibləri artıq “Windows 11”i pulsuz yüksəldə bilərlər. Qalan “Windows 10” əməliyyat sistemli cihaz istifadəçiləri isə kompüterləri minimum sistem tələblərinə cavab verərsə, tədricən proqramı yeniləmək təklifi alacaqlar.

    “Bütün uyğun “Windows 10” cihazların 2022-ci ilin ortalarına qədər “Windows 11”ə yenilənməsini təklif edəcəyik”, – deyə “Microsoft”dan bildirilib.

    Yeniləmə Mərkəzinin “Windows 11”i quraşdırılmasını təklif etməsini gözləməyi istəməyən istifadəçilər “Windows 11”in əməliyyat sistemini indi “Microsoft”un yeni Quraşdırma Köməkçisindən istifadə edərək yeniləyə bilərlər.

    “Windows 11”in quraşdırılması üçün minimum sistem tələblərini “Microsoft”un rəsmi saytında tapmaq olar.

  • Вышел первый трейлер приквела “Игры престолов” – ВИДЕО

    Студия HBO выпустила первый трейлер сериала “Дом Дракона”, события которого происходят за 200 лет до описанных в “Игре престолов”. Ролик опубликован на видеохостинге YouTube.

    Предстоящий многосерийный фильм основан на романе Джорджа Р. Р. Мартина “Пламя и кровь”. Приквел к оригинальному шоу расскажет о династии Таргариенов на пике ее правления в Вестеросе.

    Премьера сериала состоится весной 2022 года на HBO. Точная дата выхода проекта пока не известна.

    О начале съемок “Дома дракона” стало известно 27 апреля этого года. Сериал станет одним из шести спин-оффов “Игры престолов”.

    Источник: lenta.ru

  • “Əjdaha Evi”nin ilk treyleri yayımlanıb – VİDEO

    NBO Studiyası “Game of Thrones” (“Taxt Oyunları”) serialının prikveli olan “House of the Dragon”un (“Əjdaha Evi”) ilk treylerini yayımlayıb.

    Video “YouTube”da yayımlanıb.

    Gözlənilən çoxseriyalı film Corc Martinin “Alov və qan” romanı əsasında çəkilib.

    Prikveldə Tarqarien sülaləsinin Vesterosda hakimiyyət illərindən bəhs ediləcək.

    Serialın 2022-ci ilin yazında yayımlanacağı düşünülür.

  • Yunan futbolçu maşınında ölü tapıldı

    Yunan futbolçu Nikos Tsoumanis maşınında ölü tapılıb.

    İlkin ehtimallara görə, futbolçunun ölüm səbəbi boğulma olub. Onun boğulmasına qablaşdırmada istifadə olunan plastik cismin səbəb olduğu qeyd edilir.

    Qeyd edək ki, futbolçu Yunanıstanda aşağı liqalardan birində çıxış edən “Makedonikos” klubunun oyunçusu olub.

  • У побережья Японии произошло землетрясение магнитудой 6,1

    Землетрясение магнитудой 6,1 произошло у восточного побережья японского острова Хонсю, передает служба Европейско-средиземноморского сейсмологического центра.

    Эпицентр подземных толчков находился в 67 км юго-восточнее города Хатинохе с населением 239 тыс. человек. Очаг землетрясения залегал на глубине 67 км.

    О пострадавших и разрушениях не сообщается, предупреждения об угрозе цунами не было.

    Напомним, 5 октября подземные толчки магнитудой 4,4 по шкале Рихтера зафиксировали на территории Афганистана. 2 октября землетрясение магнитудой 5,9 произошло в Бразилии.

    Источник: ТАСС

  • Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın ən böyük adası olan Honsünun şərq sahillərində güclü zəlzələnin qeydə alındığını açıqlayıb.

    Zəlzələnin maqnitudası 6,1 qiymətləndirilir.

    Zəlzələnin episentri Xatinoxe şəhərindən 67 kilometr cənub-şərqdə yerləşir.

    Hələlik Yaponiya hökuməti dağıntılar barədə məlumat verməyib.

    Həmçinin sunami təhlükəsi elan edilməyib.

  • Презентован логотип Евро-2024

    На стадионе “Олимпиаштадион” в Берлине презентован логотип и девиз чемпионата Европы по футболу 2024 года, который пройдет в Германии, сообщается на сайте УЕФА.

    В его основе лежат флаги и цвета 55 ассоциаций-членов УЕФА, объединенных под крышей “Олимпиаштадион”. В центре логотипа расположен кубок Анри Делоне, который вручается победителю турнира. Вокруг него 24 цветные полосы, символизирующие 24-х участников финальной стадии Евро-2024. Девиз чемпионата – “Объединенные футболом. Вместе в самом сердце Европы” – подчеркивает идею сплоченности, единства и инклюзивности.

    “Прекрасно, что логотип появился на свет на легендарном “Олимпиаштадион”. Теперь у турнира есть индивидуальный бренд, отражающий наши совместные амбиции вместе с Футбольным союзом Германии и принимающими городами. В течение месяца мы будем объединены футболом в сердце Европы”, – заявил президент УЕФА Александер Чеферин.

    Чемпионат пройдет в июне-июле 2024 года в десяти городах Германии.

    Источник: РИА Новости

  • AÇ-2024-ün loqotipi təqdim edildi

    Almaniyada keçiriləcək futbol üzrə AÇ-2024-ün loqotipini təqdim edilib.

    Bu barədə qitənin ali futbol qurumu – UEFA paylaşım edib.

    Bildirilib ki, AVRO-2024-ün loqotipi UEFA üzv olan 55 ölkənin bayraqları üçün ümumi olan altı rəngi və final matçının keçiriləcəyi Berlindəki “Olimpiastadion”u özündə birləşdirir.

    “Brend hər kəs üçün açıq olan və müxtəlifliyi təşviq edən AÇ ideyasını təbliğ edir. Futbol hər kəsin özünü evində hiss etməsi lazım olan sahədir və markanın təqdimatı bu evi Almaniyada keçiriləcək AÇ-2024-də etmək üçün ilk addım idi”, – UEFA-nın press-relizində deyilir.

  • “Caliber” Azərbaycan-İran münasibətləri haqqında: “Sən mənə qardaş deyilsən” – VİDEO

    “Caliber” layihəsinin növbəti təhlilində gərginləşən Azərbaycan-İran münasibətlərinin geosiyasi aspektlərindən bəhs edilib.

    Azərbaycanlı alim, tarixçi Solmaz xanım Tohidinin bu yaxınlarda İran mövzusu kontekstində 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi ilə bağlı səsləndirdiyi fikirlər layihə müəlliflərini bu mövzu ətrafında daha geniş təhlil aparmağa təşviq edib. Təhlildə sözügedən münasibətlərdəki münaqişənin əsas səbəbləri araşdırılıb.

    Ətraflı videoda:

  • Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı

    Gəncə şəhəri, N.Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, burada normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

    Belə ki, müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

    Aşkar edilən nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.