Month: October 2021

  • Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə

    Uşaqlar arasında qurd xəstəliklərinə olduqca tez-tez təsadüf edilir.

    Qurdları aşkar etmək çox da asan iş deyil. Müəyyən fasilələrlə 3 dəfə nəcis analizi verilməlidir. Bundan əlavə ümumi qan analizi də verilməlidir. Qanda eozinofil hüceyrələrin artması uşaqda qurdların olmasına işarə edə bilər. Lakin hətta bu analizlər də 100% dəqiq nəticə verməyə bilər.

    Qurdlarla mübarizədə istifadə olunan bir çox dərman preparatları orqanizmə toksik təsir edir. Bu səbəbdən qurdlarla mübarizə apardıqda ilk növbədə xalq təbabəti üsullarına üz tutmaq (təbii ki, həkimlə məsləhətləşdikdən sonra), bu vasitələr kömək etmədikdə isə dərmanlardan istifadə etmək olar.

    Nəzərinizə çatdıraq ki, xalq təbabəti üsulları qurdalarla mübarizədə çox effektlidir. Ənənəvi farmasevtik sənayəsi bu üsulların bir çoxlarını qurdlar əleyhinə olan dərmanların istehsalı zamanı geniş istifadə edir.

    Beləliklə,

    1. Balqabaq tumaları qurdlarla mübarizədə və profilaktik məqsədi ilə geniş istifadə olun vasitədir. Hər gün uşağa 1 ovuc təmizlənmiş (tumun üzərində yaşıl pərdə qalmalıdır) balqabaq tumları vermək lazımdır. Tumlar çox dadlı və xeyirlidir. Belə dadlı müalicə istənilən müddət ərzində davam oluna bilər.

    2. Yovşan otu digər təsirli vasitədir. 1 xörək qaşığı otun üzərinə 1 litr qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin və süzün. Dəmləmə gün ərzində 3 dəfə 2 xörək qaşığı olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur. Müalicə 5 gün ərzində davam edir. Növbəti 2 həftə ərzində uşağa həftədə 2 dəfə olmaqla dəmləməni vermək lazımdır. Bu otun çox acı dadı var və bu səbəbdən uşaq ondan imtina edə bilər. Qurdqovucu təsirindən əlavə yovşan otu yaxşı iştahanı artırır.

    3. Yaşıl (kal) qoz da qurdqovucu effektinə malikdir. 3 xörək qaşığı xırda doğranmış qozun üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və süzün. Uşağa gündə 3 dəfə 1 xörək qaşığı dəmləməni verin. Müalicə kursu – 2 həftə.

    4. Razyana toxumları qidalara, salatlara əlavə etmək, dəmləmə şəklində qəbul etmək (1 xörək qaşığı + 1 stəkan qaynar su) olar.

    5. Soğan və sarımsaq çox təsirli qurdqovucu vasitələrdir. Sarımsağı çiy vəziyyətdə salatlara və qidalara əlavə etmək olar. Gündə 1 dəfə olmaqla 1/2 diş sarımsağı çox xırda doğrayın, 1 çay qaşığı balla qarışdırın və uşağa verin. Müalicə kursu – 2 həftə.

  • Gündə bir fincan: Qəhvənin insan orqanizminə təsirləri

    Gündə 4 fincan bu içkidən içmək depresiyanızı aradan qaldıracaq…
    Osmanlı dövründə XVI yüzillikdə kəşf edilən qəhvə, bu gün dünyada hər kəs tərəfindən sevilərək içilir. Qəhvə cəmiyyətlərin damaq zövqünə uyğun olaraq dəmləmə, bişirmə və təqdim etmə mövzusunda fərqlidir. Qəhvənin tərkibində olan B2 və B3 vitaminləri qidanın həzm edilməsinə yardım edir. Eyni zamanda diqqət dağınıqlığının qarşısını alaraq diqqətin möhkəmlənməsində böyük rol oynayır.

    Qəhvədə çay kimi antioksidantlar var və bu da xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Bununla yanaşı, qəhvə ağrı kəsici xüsusiyyətə malikdir. Xolesterolu azaldır, depresiyanı aradan qaldırır.

    Qəhvənin faydaları ilə yanaşı zərrləri də var. Həddən artıq qəhvə içmək ürək ritmini pozur və təzyiqi qaldırır. Mütəxəssislərin fikrincə, gündə 3-4 fincan qəhvə içmək olar. Ancaq mədə ağrıları olan şəxslər qəhvə içməməlidir. Çünki qəhvə mədədəki turşunu artırır, qastrit, mədə yarası kimi xəstəliklər zamanı mədəyə ağrı verə bilər.

    Harvard universitetinin alimlərinin apardığı araşdırmalara görə, qəhvə içənlərdə diabet, yüksək təzyiq və depressiya içməyənlərlə müqayisədə daha az olur. Bundan başqa qəhvə içənlərin daha çox yaşadığı iddia edilir.

    1. Qəhvə yaddaşı möhkəmləndirir

    Yorğun olan zaman içdiyiniz bir fincan qəhvə diqqəti artırır. İngiltərədə bir araşdırmanın nəticələrinə görə, gün ərzində bir fincan qəhvə içən qadınların diqqəti və əmək fəaliyyəti içməyənlərlə müqayisədə 6 dəfə çox olur.

    2. Qəhvə gözəlləşdirir və arıqladır.

    Kafein metobolizmanı sürətləndirir, kalorini xərcləməyi asanlaşdırır. Yeməkdən sonra içilən kofe pəhriz xarakteri daşıyır. Bununla yanaşı, qovrulmamış qəhvə toxumunun tərkibində olan niasin vitamini dərinin nəm səviyyəsini tənzimləyir.

    3. Qəhvə qaraciyərin sağlamlığı üçün önəmlidir.

    Alimlərin 22 illik araşdırmalarına görə, hər gün düzənli olaraq bir fincan qəhvə içən şəxslər sirroz riski içməyənlərlə müqaysədə 5/1 səviyyədə az olur. Eyni zamanda qəhvə, qaraciyərin yağlanmasının qarşısını alır.

    4. Qəhvə xoşbəxt edir.

    Harvard Universitetinin alimləri araşdırmalarla sübut edib ki, qəhvə bədənin istehsal etdiyi serotonin, dopamin və noradrenalin istehsalını artırır. Qəhvə içməyənlər içənlərlə müqayisədə 10 dəfə çox depressiyaya düşür.

    5. Qəhvə Parkinsona faydalıdır.

    Mütəmadi olaraq qəhvə içənlərin Parkinson xəstəliyinə yoluxma riski az olur. American Academy of Neurology jurnalının araşdırmalarına görə, qəhvə içən Parkinson xəstələrinin titrəmələrində və əzələlərinin sərtləşməsində azalma müşahidə edilir.

    6. Qəhvə stress riskini azaldır

    Seul Universitetinin araşdırmasına görə isə, qəhvə içmək insanı rahatlaşdırır.

    7. Qəhvə diabet riskini azaldır

    Mütəmadi olaraq qəhvə içmək diabet riskini azaldır. American Chemical Society konfransında verilən açıqlamalara görə, qəhvə toxumlarında olan turşular bədənin qan dövranının tənzimlənməsinə yardım edir.

    Qısacası, gündə ən az bir fincan qəhvə için. Deyilənlər real olmaya bilər, ən azından əsəbləriniz sakitləşəcək…

  • Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

    Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

    Qafqazinfo “Sputnik Armenia”ya istinadən xəbər verir ki, meyitlər Füzuli rayonunda aşkarlanıb.

    Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

    Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1680-ə çatıb.

  • Azərbaycanlı tələbəni öldürənə 20 il həbs tələbi

    Dövlət ittihamçısı Azərbaycandan olan 17 yaşlı Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun qatili üçün 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

    Median.Az xəbər verir ki, bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən jurnalistlərə məlumat verilib.

    Prokuror 20 yaşlı Timur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyevin milli ədavət zəminində qətl, qanunsuz silah hazırlama və gəzdirmə maddələri ilə təqsirli sayaraq, 20 il müddətinə azadlıqdan məhrum edilməsini və 150 milyon rubl təzminat ödəməsini istəyib.

    Zərərçəkən tərəfin nümayəndəsi V.Vasilyevin ömürlük azadlıqdan məhrum edilməsi və 2 milyon rubl cərimə ödəməsi təklifini irəli sürüb.

    Cinayət işi ilə bağlı növbəti məhkəmə iclası oktyabrın 12-ə təyin edilib.

    Xatırladaq ki, 2020-ci il iyunun 12-də Volqoqradda Tibb Universitetinin 17 yaşlı tələbəsi, əslən Azərbaycandan olan Timur Qavrilov vəhşicəsinə qətlə yetirilib. Ona yaşadığı yataqxananın yaxınlığında çoxsaylı bıçaq zərbələri endirilib.

    T.Qavrilovu qətlə yetirən Vitali Vasilyev sonradan Volqoqrad vilayətindən Smolenskə qaçıb və orada polis tərəfindən yaxalanıb.

    Timur Qavrilovun nəşi Azərbaycana gətirilərək, doğulduğu Gəncə şəhərində dəfn edilib.//qaynarinfo.az

  • Bakıda restoran cərimələndi – FOTO

    Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Engin Akdemirə məxsus “Kardeşlər Marmaris” restoranında yoxlama keçirilib.

    Bu barədə AQTA məlumat yayıb.

    Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, yeyinti məhsullarının istehsalı, saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

    Belə ki, müəssisədə mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl olunmadığı müəyyən olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin, müəssisədə qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

  • В Армении ожидаются митинги против Пашиняна

    Член партии “Дашнакцутюн” Баграт Есаян уверен, что в Армении в ноябре пройдут митинги, передает Report со ссылкой на армянские СМИ.

    По его словам, народ должен избавиться от манипуляции о “бывших” и “нынешних” и понять, что ему угрожает опасность.

    “Задача политической элиты в том, чтобы приложить усилия и довести посылы до народа. Это не политика, решается судьба государства”,- отметил он.

  • Ermənistanda Paşinyan əleyhinə aksiyalara başlanılacaq

    “Noyabrda mitinqlərin keçiriləcəyinə əminəm”.

    “Report” xəbər verir ki, bu barədə Ermənistanın Daşnaksütyun Partiyasının üzvü Baqrat Yesayan jurnalistlərlə görüşündə bildirib.

    Onun fikrincə, xalq keçmiş və indiki manipulyasiyadan qurtulmalı və təhlükədə olduğunu anlamalıdır.

    “Siyasi elitanın vəzifəsi səylər göstərmək və xalqa mesajlar çatdırmaqdır. Bu siyasət deyil, dövlətin taleyi həll edilir”, – o qeyd edib.

  • Putinin şəkli ermənilər tərəfindən təhqir edildi – FOTO

    Rusiya Prezidenti Vladimir Putinin portreti ermənilər tərəfindən təhqir olunub.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, Ermənistan ərazisində yerləşdirilən və üzərində “Rusiya-Ermənistan” “dostluğ”unu simvolizə edən, hər iki ölkənin bayraqlarının və Putinin rəsmi olan bilborda yerli əhali tərəfindən rus dilində söyüş yazılıb.

    Sosial şəbəkə istifadəçilərinin bir qismi bu fotoya gülüşlə yanaşıbsa, digər qism ermənilərin bu hərəkətini təəccüblə qarşılayıb.

    Ermənidilli sosial şəbəkə istifadəçiləri isə vandalizm aktını yüksək dəyərləndirərək bu hərəkəti edənlərə təriflər yağdırıblar.

    Sözügedən fotonu təqdim edirik:

  • Xidmət yerini dəyişən prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası veriləcək

    Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydasının təsdiq edilməsi ilə bağlı 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edib.

    Müfaviq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

    Qərara əsasən, pul kompensasiyası hər ay prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə də veriləcək.

  • Смертность из-за коронавируса в Украине за сутки выросла почти втрое – ФОТО

    По состоянию на 5 октября 2021 года за прошедшие сутки в Украине COVID-19 обнаружили у 9 846 человек, 1 881 – госпитализирован. От инфекции умерли 317 больных, выздоровели – 4 229.

    Следует отметить, что днем ранее жертвами коронавируса стали 114 человек, что втрое меньше последнего показателя.

    Всего с начала пандемии в Украине зафиксировано 2 469 856 случаев заражения, 57 206 смертей и 2 268 752 выздоровления.

    Источник: The Page