Month: October 2021

  • AZAL начал использовать воздушное пространство над Арменией

    Авиакомпания “Азербайджанские Авиалинии” (AZAL) при выполнении внутреннего рейса Баку-Нахчыван-Баку с 6 октября начала использовать воздушное пространство над территорией Армении.

    Об этом сообщает AZAL.

    Данный шаг демонстрирует решительную готовность Азербайджана к разблокировке транспортных коммуникаций в регионе, что отвечает интересам всех приграничных стран.

    Изменение маршрута рейса Баку-Нахчыван-Баку также приведет к сокращению времени перелета по данному направлению, а также снижению расхода топлива во время полета.

    Тем самым, отныне AZAL при выполнении этого рейса может использовать все существующие воздушные коридоры, в том числе проходящие через территории Армении и Ирана.

  • AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb

    “Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

    Bununla bağlı AZAL-dan məlumat verilib.

    Bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

    Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

    Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

  • Скончался почетный врач Азербайджана

    Вчера в возрасте 82 лет скончалась доцент кафедры дерматовенерологии Азербайджанского медицинского университета (АМУ) Светлана Алиева.

    Об этом сообщает Report.

    Отметим, выпускница Азербайджанского медицинского института имени Н.Нариманова (ныне – АМУ – ред.) в 1966-1970 годы работала старшим лаборантом на кафедре дерматовенерологии вуза.

    С 1995 года была доцентом той же кафедры.

    В 2000 году С.Алиевой было присвоено звание “Почетный врач”.

    В 2009 году по случаю 70-летия АМУ она была награждена Почетным дипломом. Является автором около 40 научных работ.

  • Azərbaycanın fəxri həkimi vəfat etdi

    Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dosenti Svetlana Əliyeva vəfat edib.

    “Report” xəbər verir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun (indiki Azərbaycan Tibb Universiteti – red.) müalicə-profilaktika fakültəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.

    1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.

    1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə “fəxri həkim” adına layiq görülüb.

    S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən “Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.

  • 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

    Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

    İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

    Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

  • İran Türkiyə ilə sərhədi birtərəfli qaydada bağladı – VİDEO

    İran Türkiyə tərəfinə heç bir xəbərdarlıq etmədən Kapıköy sərhəd-keçid məntəqəsini birtərəfli qaydada bağlayıb.

    Rəsmi Tehran sərhədin bağlanmasına səbəb kimi koronavirus infeksiyasına yoluxanların sayının artmasını göstərib.

    Qeyd edək ki, Türkiyə və İran sentyabrın 16-dan etibarən sərhədlərini qarşılıqlı şəkildə açmışdı. Keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün idi.


  • Perm qətliamını törədən gənc komadan ayıldı: Reanimasiyadan ilk fotosu yayılıb – FOTO

    Rusiyada Perm Dövlət Universitetinə silahlı hücum həyata keçirən Timur Bekmansurov komadan ayılıb.

    Onun müalicə aldığı palatadan ilk fotosu ictimailəşdirilib.

    İlkin məlumata görə, Timur Bekmansurov süni nəfəs aparatından tam ayrılıb, qatil tezliklə müstəntiqlərin suallarını cavablandıracaq.

    Xatırladaq ki, 18 yaşlı Timur Bekmansurov sentyabrın 20-də səhər saatlarında Perm Dövlət Universitetinin binasına daxil olaraq qarşısına çıxan insanları güllələməyə başlamışdı.

    Onun atəşindən altı nəfər dünyasını dəyişmişdi.


    Mənbə: “Life Shot” “Telegram” kanalı

  • İsraildə İtaliya, Almaniya və Fransanın iştirakı ilə hərbi təlimlər başlayır

    “Blue Flag 2021” hərbi təliminin iştirakçıları İsrailə gəlir.

    Bu il manevrlərdə İtaliyadan “F-35” qırıcıları, Almaniya və Böyük Britaniyadan “Eurofighter Typhoon”, Yunanıstan Hərbi Hava Qüvvələrinin “F-16”ları, Fransadan “Dassault Rafale”, Hindistan Hərbi Hava Qüvvələrindən “Mirage 2000D” iştirak edəcək.

    Daha əvvəl belə manevrlərdə görünməyən bir sıra ölkələrin də iştirakının mümkünlüyü barədə məlumat verilir.

    Mənbə: Mk.ru

  • В Баку 34-летняя девушка нанесла себе ножевые ранения

    В Баку произошла попытка самоубийства.

    Как передает Report, инцидент зафиксирован в Бинагадинском районе. Дж.Тагиева 1987 года рождения нанесла себе ножевые ранения. Она была доставлена в больницу.

    По факту ведется следствие.

  • Bakıda 34 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib

    Bakıda intihara cəhd baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü C.Tağıyeva özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Yaralı əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparılır.