Month: October 2021

  • В Гяндже учащемуся лицея были нанесены ножевые ранения

    В Гяндже произошла поножовщина.

    Как сообщает oxu.az, инцидент зарегистрирован в Гянджинском профессиональном лицее № 1.

    Учащийся учебного заведения – житель села Сяркар Зейнал Мамедов (2004 г.р.) был госпитализирован в больницу с ножевым ранением в области бедра. Пациенту была оказана необходимая медицинская помощь, его состояние оценивается как удовлетворительное.

    По предварительной информации, 17-летнего З.Мамедова ударил ножом его сокурсник.

  • Gəncədə lisey tələbəsi bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Oxu.az xəbər verir ki, hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb.

    Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

    Hadisənin səbəbləri araşdırılır

  • Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirilib

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, paytaxtın Xətai rayonunun “Ukrayna dairəsi”ndə avtomobil yolu keçən 1955-ci il təvəllüdlü İsgəndərova Xanım Kazım qızını vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Caliber: Кровавый след армянских ОПГ в Европе – ВИДЕО

    В сентябре 2018 года на пресс-конференции в Берлине министр внутренних дел Германии и директор Федерального ведомства по уголовным делам представили отчет о положении дел с организованной преступностью. Особое место в нем занимала часть, посвященная армянским мафиози.

    Об этом говорится в очередном выпуске аналитического Youtube-проекта Caliber.

    На сей раз его авторы рассказали о действующих в Европе армянских организованных преступных группировках (ОПГ).

    По их словам, только в 2017 году правоохранительные органы ФРГ вели 26 расследований, связанных с организованной преступностью. При этом в четырех случаях лидерами ОПГ были армяне.

    Отмечается, что основными видами деятельности армянских ОПГ в Германии являются: угон дорогих автомобилей, киберпреступность, финансовые махинации, торговля людьми и наркотиками, а также рэкет.

    Подробнее в видеосюжете Caliber:

  • Erməni mafiyası: Aşotu Avropaya burax – VİDEO

    “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan növbəti süjet erməni mafiyasının Avropa “sərgüzəştlərinə” həsr olunub.

    Videomaterialda bədnam qonşularımızın Avropa ölkələrinin mütəşəkkil cinayətkarlıq aləmində öncül yerlərdən birini tutduğu bildirilir.

    “Özünüz düşünün. 2017-ci ildə Almaniya polisi mütəşəkkil cinayətkarlıqla bağlı maddələr üzrə 26 istintaq işi aparıb. Onlardan yeddisində cinayətkar dəstə başçısı Rusiya, dördündə Ermənistan, daha dördündə isə Gürcüstan vətəndaşları olub. Bu ölkələrin ərazi və demoqrafiq vəziyyətini müqayisə etsək, görərik ki, Cənubi Qafqazın kriminal elementlərinin “uğurları” həqiqətən də böyükdür”, – deyə süjetdə vurğulanır.

    Daha ətraflı “Caliber”in yeni süjetində:

  • Günün qoroskopu: Ciddi qəbul olunmaq istəyirsinizsə, müvafiq tərzdə geyinin

    Median.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

    Qoç – asan olmayacaq. Hətta ən kiçik qələbələrin belə, böyük zəhmət hesabına başa gəldiyi günlərdən biridir. İşgüzar tərəfdaşlarla dil tapmaq asan deyil. Toplantı, konfrans, seminar və s. gözlənilən nəticəni, faydanı vermir, xoş emosiyalar bəxş etmir.

    Bu gün səfərə çıxmağı planlaşdırıbsınızsa, yolda düşündüyünüzdən artıq vaxt keçirməyə hazır olun.

    Ünsiyyətdə diqqətli olun. Sizdə rəğbət hissi oyatmayan insanlarla təmaslardan yayının. Pis təsir altına düşməyin, boş vədlərə aldanmayın. Yoxlanmamış informasiydan bəhrələnərək səhvlərə yol verməyin. Düşməni aşkarlamaq, tanımaq çətindir.

    Buğa – gün ərzində yaranan çətinlikləri intellekt və düşüncə sayəsində qət edə bilərsiniz. Lakin şüurlu davranış yeganə üstünlüyünüz olmamalıdır. Ətrafınızdakı insanların gerçək niyyətləri və arzularından, istəklərindən qismən də olsa, xəbər tutun. İnsanlarla manipulyasiya etməyin, onları istəklərinizin tabeçiliyə salmağı düşünməyin.

    Bir qədər fəndgir, hiyləgər olun.

    Maliyyə məsələlərində çox diqqətli, sayıq olun. Bədxərclik etməyin.

    Pullarınızı tükənməkdən qorumaq üçün xərcləri azaldın.

    Sövdələşəmələr və anlaşmalar üçün əlverişli gün deyil.

    Danışıqlar aparmaq, yeni sifarişin şərtlərini razılaşdırmazdan əvvəl etibar etdiyiniz insanla məsləhətləşin, bütün gərəkli sənədləri araşdırıb öyrənin.

    Əkizlər – gün işdə uğurlar vəd edir. Rəqiblər və bədxahları asanlıqla üstələyəcək, sizə mane olmaq istəyənlərin planlarını alt-üst edəcəksiniz. Nüfuzlu hamilər və ya müttəfiqlər tapmaq şansı var. İstənilən məsələnin həllinə ciddi yanaşın. Qarşınıza qoyduğunuz məqsədə çatmaqda sizə mane ola biləcək xırdalıqları aradan qaldırın.

    Nüfuzlu və hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyət, əməkdaşlıq şərtlərinin müzakirəsi, danışıqlar və potensial iş sahibləri ilə mükalimələr üçün uğurlu vaxtdır.

    Son vaxtlar yaşamınızda çətinliklər yaradan problemlərin həlli üçün şanslar yaranıb.

    Faydalı vərdişlər əxz edin, zərərli vərdişlərin heç olmasa birini unudun.

    Xərçəng – ətrafınızdakı insanların nə istədiklərini anlamağa çalışın. Sizdən gözlənilən güzəşti edin, amma öz maraqlarınızı da unutmayın. Müttəfiq və ya dostlarınızdan biri sizə yardım etmək istəyəcək. Maliyyə durumunuz yaxşılaşacaq.

    Alış-verişdə istədiyiniz məhsulu və ya əşyanı ala bilərsiniz.

    Gələcəyi düşünün. Bu gün ciddi qərarlar qəbul etmək, uzunmüddətli planlarlar hazırlamaq olar. Həll etməli orlduğunuz məsələnin mürəkkəbliyi sizi çəkindirməsin. Qüvvənizə və potensialınıza güvənin, özünüzdən bədgüman olmayın. Müraciət etsəniz, dostlar və qohumlar sizə yardım edəcəklər.

    Şir – işdəki problemlərin həlli üçün uğurlu gündür. Ciddi irəliləyişə bel bağlaya bilərsiniz. Hansı ideyaların perspektivli, hansıların isə illüziya olduğunu müəyyənləşdirin. Fayda verməyən işlərlə məşğul olmayın. Güclü, hadisələrə təsir imkanlarına malik insanlarla təmaslar, rəhbərliklə münasibətlərin dərinləşdirilməsi və ya işgüzar tərəfdaşın aranması üçün əlverişli gündür.

    Plan və ideyalarınızı müttəfiqlər, həmfikirlərlə bölüşə bilərsiniz. Sizi dəstəkləyəcəklər.

    Şəxsi münasibətlərdə problemlər olacaq. Başqalarına əmrlər verməyin. Ətrafınızdakı insanlar usana bilərlər.

    Yumor hissini unutmayın.

    Qız – işgüzar münasibətlərin yaradılması, yeni yardımçı və müttəfiq axtarışı üçün əlverişli gündür. İdeyalarınız gərəkli səviyyədə dəstəklənməsə də, onların ən yaxın zamanda reallaşdırıla biləcəyinə şübhə etməyin. İnsanlarla asanlıqla dil tapırsınız. Hətta ilk dəfə gördüyünüz şəxslə rahatlıqla danışırsınız.
    Təmas və əlaqələrdə problemlər olmayacaq.
    Gəlir istisna deyil. Maddi vəziyyətinizdə müsbət irəliləyişlər müşahidə olunacaq. Alış-verişdə bədxərclik etməyin.
    Axşam saatları dostlarla bir araya gəlmək üçün əlverişlidir.

    Tərəzi – asan olmayacaq. Günün başlıca problemi işdə ətrafınızdakı insanlarla münasibətlərdir. Onlar qarışıqdır, birmənalı deyil. Etibar edə biləcəyiniz insanı seçməkdə çətinlik çəkə bilərsiniz. Ən kiçik tənqiddən inciməyin. Konstruktiv tənqid xeyirlidir. Sərt və aqressiv danışmayın.
    Yaşca özünüzdən kiçiklərlə dil tapmaq asan olmasa da, səmimi olun, güzəştə getməyi bacarın. Məsləhətləri dinləyin, təcrübəli insanların dediklərini qulaqardına vurmayın.

    Əqrəb – günün ilk yarısı uğurlu deyil. Lakin saatlar keçəcək, pozitiv təmayüllərin təsiri artacaq, nailiyyətləriniz daha ciddi olacaq. Məqsədyönlü şəkildə fəaliyyət göstərin. Başqaları üçün bağlı olan qapılar sizin üçün açılacaq. Eksperimentlər etmək, qeyri-standart metodlardan yararlanmaq, stereotipləri dağıtmaq olar. İntuisiyanıza güvənin: o, sizə dürüst qərarlar verməyə yardım edəcək.
    Günün ikinci yarısında iş və şəxsi həyatla bağlı önəmli qərarlar qəbul etmək olar.
    Hisslərinizi təhlil etsəniz, cari məsələlərin həllində aktiv ola bilərsiniz.

    Oxatan – çətin gündür. Plan və niyyətlərinizi həyata keçirmək üçün var gücünüzlə çalışdığınızdan yanınızdakı insanların maraqlarını unuda bilərsiniz. Bunu əsla etməyin – xoşagəlməz fəsadlar ola bilər.
    Kimsə sizin sərt sözlərinizdən inciyəcək, kimsə sizi eqoizmdə suçlayacaq, kimsə küsəcək. Münasibətlərdə sərinləşmə dövrüdür.
    Bəhs etdiyimiz prosesin qarşısını alın, səmimi və sayıq olun.
    Maliyyə məsələləri baxımından uğurlu gün deyil. Maddi durumunuz istədiyiniz təki stabil deyil.
    Qəfil itkilər, cərimə və ödənişlər ola bilər.
    İradənizin gücünü artırın. Alış-verişdə bədxərclik etməyin, lazımsız əşyalar almayın.
    Axşam saatlarında istirahət edin.

    Oğlaq – hadisələr və proseslər təxminlədiyiniz məcrada deyil. Dürüst qərarlar qəbul edin, çətinliklərdən qorxmayaraq irəliləyin. Əhəmiyyətli peşəkar nailiyyətlər ehtimalı çox azdır. Bunun müqabilində əvvəllər başladığınız, amma başa çatdırmağa vaxt və ya imkan tapmadığınız işi tamamlayın. Heç nəyi sabaha saxlamayın. Belə davranış problemləri daha da artırar, yeni çətinliklər yaradar.
    İmkanlı və nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli gündür.
    Axşam saatlarında qonaq gələ bilər. Dəvət olunduğunuz tədbirə qatılın.

    Dolça – qarışıq, laübəli, yorucu və usandırıcı gündür. Səhvlərə yol verməmək üçün yeni işlərə başlamayın. Cari işləri görün, yarımçıq prosesləri tamamlayın. Hesablamalarda yanlışlıqlar ola bilər. Maliyyə imkanlarınızı izafi dəyərləndirməyin.
    Alış-veriş zamanı bahalı heç nə almayın.
    İşdə uğur ehtimalı azdır. Bədxah və rəqiblərinizin fəaliyyətini diqqətlə izləyin.
    Yaxınlarınızla münasibətlərdə çətinliklər yarana bilər. Ailə üzvlərinizlə təmaslar harmonik deyil. Sakit olun, emosiyalarınıza nəzarət edin. Soyuqqanlı davransanız, vəziyyətdə yaxşılığa doğru dəyişikliklər başlanacaq.

    Balıqlar – gün ərzində çox iş görmək gərək olduğundan axşam saatlarında çox yorula bilərsiniz. Sizə yaxınlarınız və dostlarınız yardım etməyə hazırdır. Onların dəstəyi sayəsində bir çox müşkülləri həll edə bilərsiniz. İşgüzar görüşlər istədiyiniz kimi keçməsə də, soyuqqanlı olun, təmkinli davranın.
    Xarici görünüşünüzə fikir verin. Bu gün insanların libasına görə qarşılandığı gündür.
    Ciddi qəbul olunmaq istəyirsinizsə, müvafiq tərzdə geyinin.
    Kiçik, önəmsiz olaylar təsiri bağışlayan hadisələrin uzunmüddətli nəticələri ola bilər. Düşünülməmiş addımlar atmayın. Ətrafınızda baş verən hadisələri araşdırın, onların məcra və məzmunlarını anlamağa çalışın.
    İntuisiyanızı dinləyin.

  • Daha bir müəllim koronavirusdan vəfat etdi – FOTO

    Şəmkir rayonunda pedaqoq koronavirusdan dünyasını dəyişib.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, Cahangir Rüstəmov adına orta məktəbdə rus bölməsinə təhsil verən Hüseynova İrina Bəşir qızı COVID-19 virusundan vəfat edib. Pedaqoq bir müddət müalicə olunsa da qadının həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, İ.Hüseynova Şəmkir rayonunda da ən tanınmış müəllimlərdən olub.

  • Çempionlar Liqası: “Araz-Naxçıvan” əsas mərhələyə məğlubiyyətlə başlayıb

    “Araz-Naxçıvan” klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

    “Report”un məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşma Azərbaycan çempionunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

    “Uraqan”ın heyətində qolları Nazar Şved və Artem Farenyuk vurublar. “Araz-Naxçıvan”dan isə Ramiz Çovdarov fərqlənib.

    Bu qrupun digər matçında Kosovo “Ligeni”si Rumıniyanın “Yunayted Qalati” klubuna 6:4 hesabı ilə qalib gəlib.

    Çempionlar Liqası, əsas mərhələ

    B yolu

    6-cı qrup

    20:00. “Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan” (Azərbaycan) – 2:1

    Qollar: Nazar Şved, 09`46″, Artem Farenyuk, 15`04″ – Ramiz Çovdarov, 29`29″

    Baş hakim: Yosip Barton (Şimali Makedoniya)

    İvano-Frankivski, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

    Xal durumu: “Ligeni” – 3, “Uraqan” – 3, “Araz-Naxçıvan” – 0, “Yunayted Qalati” – 0.

    Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir.

  • Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək.

    Məlumata görə, dövlət başçısı oktyabrın 30-31-də İtaliyaya səfər edəcək və burada “Böyük İyirmilik” (G20) ölkələrinin liderlərinin Roma sammitində iştirak edəcək.

    G20 sammitində liderlər koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyatı bərpa etməyin yollarını, iqlim dəyişikliyi, ekologiya, davamlı inkişaf və miqrant böhranını müzakirə edəcəklər. Dövlət başçıları bu problemlər fonunda G20-nin rolu barədə fikir mübadiləsi aparacaqlar.

    Noyabrın 1-2-də isə Türkiyə lideri Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada olacaq.

    Ərdoğan forumun ilk günündə BMT-nin İqlim Dəyişikliyi Konfransının iştirakçıları qarşısında çıxış edəcək.

    Qeyd olunan sammitlər çərçivəsində Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir.

  • ABŞ-ın Florida ştatı Baydeni məhkəməyə verdi

    ABŞ-da Florida ştatı rəhbərliyi ölkə hökumətini məhkəməyə verib.

    Məhkəmə iddiası birbaşa ABŞ prezidenti Co Bayden, NASA-nın direktoru Bill Nelson və digər vəzifəli şəxslərə qarşı qaldırılıb.

    Ştat rəhbərliyi prezident administrasiyasını bəzi kateqoriyadan olan vətəndaşlar üçün məcburi vaksinasiya tələbinə görə ittiham edib.

    “İnsanlar özləri seçim etməlidir. Siz nə qədər məcbur etsəniz, bir o qədər də inamsızlıq yaradırsınız”, -deyə Florida qubernatoru Ron Desantis brifinq zamanı bəyan edib.

    O, bildirib ki, ölkə rəhbərliyinin federal hökumət əməkdaşları və podratçılarından vaksinasiya tələbi qanunsuzdur.