Month: October 2021

  • Fizika üzrə Nobel mükafatı sahiblərini tapdı

    Nobel Komitəsi fizika üzrə mükafat alanların adlarını açıqlayıb.

    Mükafatların yarısını Sukuro Manabe və Klaus Hasselmana Yerin iqliminin fiziki modelləşdirilməsi və qlobal istiliyin etibarlı təhlili üçün, digər yarısı Corco Parizə atomlardan planetlərə qədər fiziki sistemlərdə nizam və flukutasiyanın necə qarşılıqlı əlaqədə olduğunu kəşf etdiyinə görə verilib.

    Ənənəvi olaraq fizika üzrə mükafat alanların adları rus dilində də açıqlanıb.

  • Президент распорядился выделить Госагентству 6,4 млн манатов

    Президент Азербайджана Ильхам Алиев 5 октября подписал распоряжение о мерах по строительству автомобильной дороги Гилязи – Хызы (18 км) – Гарабулаг в Хызинском районе.

    Текст документа опубликован на сайте president.az.

    Согласно распоряжению, на строительство данной трассы Государственному агентству автомобильных дорог Азербайджана выделяется 6 400 000 манатов.

    Данная сумма будет выделена из средств, предусмотренных в подпункте 1.1.14 “Распределения средств, предусмотренных в госбюджете АР на 2021 год для государственных капиталовложений (инвестиционных расходов)”.

  • Prezident Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı

    Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən, Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

  • В Азербайджане закрыт офис представителя Верховного лидера Ирана

    Мечеть Хусейнийе в Баку закрыта.

    Об этом Report сообщил начальник пресс-службы МВД, полковник полиции Эхсан Захидов.

    По его словам, в последние дни в нескольких местах столицы наблюдается рост числа зараженных COVID-19.

    “Сегодня днем с участием сотрудников полиции и других специалистов был проведен осмотр мечети Хусейнийе, где также расположен офис. В результате деятельность места поклонения была приостановлена. В настоящее время эпидемиологическая служба принимает соответствующие меры”, – добавил он.

    Отметим, офис Оджага Неджата – представителя Верховного лидера Исламской Республики Иран аятоллы Сейеда Али Хаменеи в Азербайджане находится в мечети Гусейнийя.

  • Xameneinin Bakıdakı nümayəndəsinin ofisi bağlandı

    “Bakıdakı Hüseyniyyə məscidi bağlanıb”.

    Bunu “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

    O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

    “Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

    Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.

  • Кадры ареста Саакашвили в тбилисской квартире – ВИДЕО

    В интернете появились видеокадры задержания экс-президента Грузии Михаила Саакашвили в тбилисской квартире.

    На них видно, что он ужинал, когда к нему нагрянули правоохранители.

    Напомним, это произошло 1 октября. В тот же день М.Саакашвили, помещенный в следственный изолятор, объявил голодовку.

    Бывший глава Грузии обвиняется в должностных преступлениях, по двум делам ему заочно уже вынесен приговор, который предусматривает наказание в виде лишения свободы на срок до шести лет, остальные дела – в судебном производстве.

    В скором времени ему будет предъявлено еще одно обвинение – в незаконном пересечении государственной границы. В прокуратуре Грузии заявляют, что вопрос экстрадиции М.Саакашвили в Украину не рассматривается и срок ему придется отбывать на родине.

  • Saakaşvilinin saxlanılması görüntüləri yayıldı – VİDEO

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanılmasının görüntüləri yayılıb.

    Kadrlarda M.Saakaşvilinin hüquq-mühafizə orqanları əməkdaşları ona yaxınlaşan zaman nahar etdiyi müşahidə olunur. Əlinə qandal vurulan M.Saakaşvilinin aparılması zamanı polislər tərəfindən zor tətbiq edilməyib.

    Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də saxlanılıb. Elə həmin gündən siyasətçi aclıq aksiyasına başlayıb.

  • DTX tərəfindən həbs edilən sabiq icra başçısının vəziyyəti necədir?

    “Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazındadır, vəziyyəti ağırdır”.

    Bunu Oxu.Az-a açıqlamasında onun vəkili deyib.

    O bildirib ki, M.Quliyevin səhhəti ağır stabil olaraq qalır:

    “Hələ ki, bir dəyişiklik yoxdur. Həkimlər müalicəsinin davam etdiyini deyirlər”.

    Vəkilin sözlərinə görə, M.Quliyevin məhkəmə prosesinin vaxtı səhhətindən asılı olaraq təyin ediləcək.

    Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

  • Koronavirus xəstəsi sərxoş vəziyyətdə avtomobil idarə etdi

    Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirdikləri tədbirlər zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyini aşkarlayıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, planşet vasitəsilə yoxlanılan zaman onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub.
    Həmin şəxslə izahedici söhbətlər aparılıb və A.Seyidovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

    Onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

  • Прогноз погоды в Азербайджане на 6 октября

    6 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, утром и вечером местами дожди, умеренный северо-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне составит ночью 13-15, днем – 15-17 градусов тепла.

    Атмосферное давление повысится с 766 до 770 мм ртутного столба, относительная влажность воздуха – 60-70%.

    Согласно медико-метеорологическому прогнозу, 6 октября на Абшеронском полуострове ожидаются умеренные колебания метеорологических факторов, что может вызвать чувство дискомфорта у некоторых метеозависимых людей.

    Завтра в некоторых районах Азербайджана ожидаются дожди, местами – ливни, в горах – снег, утром туман, умеренный северный ветер.

    Температура воздуха ночью – 10-14, днем – 15-18, в горах ночью – 0-4, днем – 4-7 градусов тепла, высокогорьях ночью – 2-5, днем – 0-2 градуса мороза.