Month: October 2021

  • Xuraman Qasımova Prezidentə təşəkkür edib

    “Çox qürurlu və həyəcanlıyam, çünki ölkəmizin ən yüksək ordeninə layiq görülmüşəm”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, “İstiqlal” ordenli Xuraman Qasımova bildirib.

    O deyib ki, bu zalda dəfələrlə dövlət başçısının qarşısında çıxış edib: “Mən bu sənətə ilk addımlarımı atanda bilmirdim ki, belə uğurların sahibi olacağam. Sadəcə peşəmin vurğunuyam. Hər zaman çalışmışam ki, incəsənətimizi xarici ölkələrdə təmsil edim, musiqimizin gözəlliyini digər xalqlara da duyurum. Görünür, bunu bacardığım üçün bu gün bu mükafata layiq görülürəm. Həm bu mükafata, həm də mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz təşəkkürümü bildirirəm”.

    Xalq artisti Vətən müharibəsində qazanılan qələbə və ordumuzun şücaəti haqqında öz duyğularını da bölüşüb: “Mən Azərbaycanımı, Qarabağımı çox sevirəm. Bizə bu günləri göstərən ordumuza minnətdaram, onların sayəsində torpaqlarımız qayıdıb. Son zamanlarda çox qürurlu günlər yaşamışıq. Biz qalib xalqıq və bununla hər zaman qürur duymalıyıq. Bu yaxında Vətən müharibəsində canını qurban verən şəhidlərin anım günü idi. Biz onları ehtiramla yad etdik. Mən şəhid və qazi ailələrinin qarşısında baş əyirəm. Yaşasın Azərbaycan xalqı, var olsun Qarabağ!”.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 5 iyun tarixli sərəncamı ilə Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif edilib.

  • Şabran sakininin evindən külli miqdarda narkotik vasitə aşkarlandı

    Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən rayon sakini Əzəmət Həkimov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, xaşxaş bitkisindən kustar üsulla alınmış tiryək, külli miqdarda psixotrop maddə olan metamfetamin və xeyli miqdarda heroin aşkar edilərək götürülüb.

    Faktla bağlı istintaq aparılır.

  • Bəzi rayonlarda qar yağıb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 5-i saat 17:00-a olan məlumata əsasən Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Yardımlı, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax) və Şabranda yağış yağıb.

    Qrız, Şahdağ, Xınalıqda qar yağıb.

    Şimal-şərq küləyi Neftçalada 20, Naftalan, Şamaxıda 18, Hacıqabulda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 17, Sumqayıt, Neft Daşlarında 16 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 2,7 m olub.

  • Bakıda 15 yaşlı oğlan atasını öldürdü – RƏSMİ

    Oktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubov yaşadığı fərdi yaşayış evinin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı fiziki zor tətbiq edib.

    O, 2006-cı il təvəllüdlü oğlu Aydın Eyyubovu yerə yıxaraq boğazına şüşə parçası dirəyib, pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq davam edir.

  • Azərbaycanda iki yaşlı uşağın valideynlərindən iyrənc əməl – AÇIQLAMA

    Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

    Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyəti qurumlar da məlumatlandırılıb.

    O bildirib ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verib.

    Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib.

    “Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir”, – T.Mərdanoğlu əlavə edib.

  • Saakaşvilinin hakim qarşısına çıxacağı tarix açıqlandı

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə açılmış cinayət işlərindən biri üzrə məhkəmə iclası noyabrın 10-na təyin olunub.

    Məlumatı siyasətçinin vəkili Beka Basiliya yayıb.

    Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb.

    M.Saakaşvili elə həmin gün aclıq aksiyasına başlayıb.

  • Azərbaycan və Türkiyənin İrandakı səfirləri arasında görüş keçirilib

    Azərbaycan və Türkiyənin İrandakı səfirləri Əli Əlizadə və Dərya Örs arasında görüş keçirilib.

    Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” hesabında paylaşım edib.

    Xatırladaq ki, Əli Əlizadə avqustun 7-də Azərbaycanın İrandakı səfiri təyin edilib.

  • İran Azərbaycan təyyarələrinə qadağa qoydu: Növbəti xəyanət

    İran Azərbaycanla bağlı qadağa tətbiq edib.

    Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, İran Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi yükdaşımaları həyata keçirən təyyarələr üçün öz hava məkanını qapayıb. Bununla da İran ölkəmizə növbəti dəfə xəyanət edib.
    Ancaq bunun Azərbaycan üçün zərəri yoxdur. Çünki Azərbaycanın öz ərazi subyektinə hərbi yük daşıması üçün alternativ hava məkanları mövcuddur.

    Koronavirus pandemiyası dövründə İrana və İrandan yükdaşımaları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə – Azərbaycandan keçməklə həyata keçirilib. Bu dəhlizdə Azərbaycanın tranzit imkanları genişdir. İran bu dəhlizdən də Azərbaycana qarşı yararlanmağa çalışır ki, bu da əbəsdir. Başqa sözlə, logistika məsələsində İran Azərbaycandan daha çox asılıdır, nəinki Azərbaycan İrandan. Sadəcə indi bu qərarı verənlər özlərinin xislətini nümayiş etdiriblər.

  • Нобелевскую премию по физике дали за моделирование сложных систем – от изменения климата до движения планет

    Нобелевский комитет объявил имена лауреатов премии по физике. Половину награды получили Сюкуро Манабэ и Клаус Хассельман “за физическое моделирование климата Земли и надежный анализ глобального потепления”, вторую половину – Джорджо Паризи “за открытие того, как порядок и флуктуации взаимодействуют в физических системах от атомов до планет”.

    В прошлом году Нобелевскую премию по физике вручили Роджеру Пенроузу – за строгое теоретическое обоснование возможности образования черных дыр, а также Андрее Гез и Райнхарду Генцелю – за открытие сверхмассивной черной дыры в центре Галактики.

  • Fizika üzrə Nobel mükafatı sahiblərini tapdı

    Nobel Komitəsi fizika üzrə mükafat alanların adlarını açıqlayıb.

    Mükafatların yarısını Sukuro Manabe və Klaus Hasselmana Yerin iqliminin fiziki modelləşdirilməsi və qlobal istiliyin etibarlı təhlili üçün, digər yarısı Corco Parizə atomlardan planetlərə qədər fiziki sistemlərdə nizam və flukutasiyanın necə qarşılıqlı əlaqədə olduğunu kəşf etdiyinə görə verilib.

    Ənənəvi olaraq fizika üzrə mükafat alanların adları rus dilində də açıqlanıb.