Month: October 2021

  • Lənkəranda 16 yaşlı oğlan intihar edib

    Lənkəranda intihar olub.

    Məlumata görə, 2005-ci il təvəllüdlü Murad Tahirov gecə saatlarında şəhərin Səməd Vurğun küçəsi, 16 ünvanında yerləşən evin həyətində özünü asıb.

    Onun meyiti səhər aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə: APA

  • İçki və siqaret mədəaltı vəzinin ölümünə fərmandır – Məşhur həkim

    “Mədəaltı vəzin hüceyrələri, bir hissəsi ölü hüceyrəyə çevriləndə, digər orqanlar da imtina edir.

    Mədəaltı vəzi xəstə olan pasiyentlər multisistem orqan çatışmazlığından ölürlər”.

    Median.Az xəbər verir ki, rusiyalı həkim aparıcı Aleksandr Myasnikov siqaret və alkoqollu içkinin mədəaltı vəzini məhv edib, iltihabi pankreatit yaratdığını açıqlayıb.

    ” Həftədə 5 dəfə hər dəfə 200 qram spirtli içki içənlərdə xroniki pankreatit əmələ gələ bilər. Müntəzəm olaraq həm içib, həm siqaret çəkənlərdə xroniki pankreatit olur, bu dəhşətlidir. Özü də siqaretdə miqdar fərqi yoxdur. Ona görə içki qəbul edib, üzərindən siqaret də çəkmək mədəaltı vəzinin ölümünə fərmandır”. /medicina.az

  • Forbes: Mark Zukerberqin sərvəti 6.5 milyard dollar azaldı

    “Facebook”, “Instagram” və “Whatsapp”ın çökməsi ilə Mark Zukerberqin sərvəti 1 saatda 6.5 milyard dollar azalıb.

    Median.Az xəbər verir ki, bu haqda məşhur “Forbes” jurnalı məlumat yayıb.

    Qeyd edək ki, adıçəkilən sosial şəbəkələr 3 saatdan çoxdur ki, fəaliyyətini dayandırıb.

  • Türkiyədə 4,3 bal gücündə zəlzələ

    Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4.3 bal gücündə zəlzələ baş verib.

    Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.

    Bildirilir ki, yeraltı təkanın episentri Egey dənizi sahilindən 8.09 kilometr aralıda olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

    Qeyd edək ki, son günlər Egey dənizi bölgəsində seysmoloji gərginlikdə yenidən artım müşahidə olunur.

  • İranın namərd siyasəti – TƏHLİL

    Azərbaycan İranla münasibətlərində hər zaman səmimi olub. Cənub qonşumuzla eyni dinə, ortaq tarixə malik olmağımız, iqtisadi, ticari, mədəni əlaqələrimiz, 30 milyon azərbaycanlının bu ölkədə yaşaması və digər faktlar həssas yanaşmamızı zəruri edib. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə mehriban qonşuluq, dostluq münasibətlərini inkişaf etdirməkdə maraqlı olub. Rəsmi Bakı digər xarici ölkələrlə, o cümlədən Qafqaz regionunda geosiyasi marağı olan dövlətlərlə əlaqələr quran zaman da qonşularına qarşı həssaslığını daim qoruyub. Bu əlaqələrin qonşularımıza ziyan verməməsinə çalışıb, onların təəssübünü çəkib. İrana yanaşmada da bu siyasət qüvvədə olub.

    Buna əyani bir misal olaraq Prezident İlham Əliyevin 2006-cı ildə ABŞ Prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtona səfərini, orada aparılan müzakirələri göstərmək olar. Həmin vaxt bizim regionda gərginlik hökm sürürdü, ABŞ-İran münasibətləri də savaş həddinə çatmışdı.

    Politoloqlar, siyasətçilər ABŞ-İran münasibətlərinin gələcəyini təhlil edərək perspektivdə Vaşinqtonun Azərbaycanda hərbi baza yaradacağını, İrana hücum planının gerçəkləşəcəyini, 30 milyonluq azərbaycanlı faktorundan da yararlanacağını proqnozlaşdırırdılar. Lakin Prezident İlham Əliyev Vaşinqtonda media mənsubları qarşısında dövlətimizin rəsmi mövqeyini bəyan etdi. Vurğuladı ki, hansısa xarici ölkənin Azərbaycan ərazisindən istifadə edərək onun qonşusunu hədəf almasına qətiyyən yol verilməyəcək. Bununla Azərbaycan Prezidenti müsəlman qardaşlarına – İrana qarşı hər hansı pis niyyətinin olmadığını, qonşularına zərər yetirməyəcəyini, onların ərazi bütövlüyünə daim hörmətlə yanaşacağını bütün dünyaya nümayiş etdirdi.

    Lakin əfsuslar olsun ki, eyni yanaşmanı və münasibəti İrandan Azərbaycana qarşı görmürük. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal ediləndə, 1 milyondan artıq müsəlman – azərbaycanlı qaçqın və məcburi köçkünə çevriləndə, Xocalıda dinbir qardaşlarına qarşı soyqırımı törədiləndə İran proseslərə seyrçi qaldı. Rəsmi Tehran Ermənistanı işğalçı siyasətindən çəkindirmək üçün ona təzyiq və təsir etmək əvəzinə ona qucaq açdı, iqtisadi, siyasi, ticari, maddi-mənəvi dəstək verdi. Bir növ Azərbaycan ərazilərinin uzunmüddətli, bəlkə də əbədiyyən işğal altında saxlanılması üçün bütün vasitələrə əl atdı. İşğal altındakı Azərbaycan ərazilərində Allah evlərinin dağıdılması, məscidlərimizin mundarlanması, ibadətxanalarımızda donuz, inək saxlanılması İranı qətiyyən narahat etmədi.

    44 günlük Vətən Müharibəsinin gedişində də İrandan hər hansı dəstək görmədik. İranın yaxasını kənara çəkib prosesləri müşahidə etməsi bir yana, altdan-altdan Ermənistana hərbi yük karvanları yola salmasını, hava dəhlizini işğalçı ölkəyə silah daşıyan ermənilər üçün açmasını da gördük və təəssüfləndik. Azərbaycan öz ordusunun gücü hesabına işğal altındakı əraziləri azad edib İranla sərhədi bərpa edəndə Tehranın Araz çayı sahilinə qoşun çıxarması da təəccüb doğuran hadisədir. Halbuki 30 ilə yaxın bir müddətdə bu ərazilərin nəzarətsizliyindən istifadə edən terrorçulara, narkotika qaçaqmalçılığı ilə məşğul olanlara qarşı İran bir dəfə də olsun narahatlıq keçirməyib. Öz sərhədinin təhlükəsizliyini təmin etmək üçün hansısa addım atmaq barədə düşünməyib.

    İkinci Qarabağ müharibəsi başa çatandan sonra da İran öz “ənənəsinə” sadiq qalaraq müsəlman qardaşının – Azərbaycanın deyil, işğalçı, xristian Ermənistanın təəssübünü çəkib. Məhz bu təəssübkeşlikdən irəli gələrək Ermənistana və Qarabağdakı terrorçu erməni qruplaşmasına tonlarla naməlum yüklər daşıyıb. Rəsmi Tehranın bu xəyanətkarlığı diplomatik səviyyədə İran rəhbərliyinə çatdırılsa da onlar müxtəlif saxtakarlığa əl ataraq öz əməllərini davam etdiriblər. Hələ bu azmış kimi Azərbaycan dövlətinin ölkə ərazisinə qeyri-qanuni daxil olan və Xankəndidəki separatçılara yanacaq daşıyan iki iranlı sürücünü həbs edib, bununla sərhəddə nizam-intizam yaratması cənub qonşumuzu hiddətləndirib. Dərhal sərhəddə hərbi təlimlər keçirilib, konkret ad çəkilməsə də bəzi İran rəsmiləri ölkəmizin ünvanına hədələyici bəyanatlar səsləndirib.

    İranın namərd siyasəti, Azərbaycana qısqanc yanaşması, müsəlman ümmətinə xəyanətkarlığı indi də davam etdirilir. Belə ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün İrəvana rəsmi səfər edib. Erməni həmkarı ilə görüşdən sonra media qarşısında çıxış edən iranlı diplomat vurğulayıb ki, İran öz qonşusu Ermənistanla münasibətlərinə hansısa xarici ölkənin zərər vurmasına imkan verməyəcək. Eyni zamanda qeyd olunub ki, hər iki ölkə arasında iqtisadiyyat, ticarət, turizm, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Diplomat bir qədər irəli gedərək söyləyib ki, ümumilikdə regionda və İranın şimal qonşularında sionistlərin, terrorçuların təsiri ilə gərgin vəziyyət yaranıb. Təbii ki, xarici işlər nazirinin timsalında İranın narahatlığı heç də regionun təəssübünü çəkməkdən, təhlükəsizliyini təmin etməkdən irəli gəlmir. Tehranın qarnının ağrısı başqadır. İran Qarabağ probleminin həllini tapmasından, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən narahatdır. Çünki sərhədində güclü, bütöv, demokratik, dünyəvi və bəşəri dəyərləri özündə ifadə edən Azərbaycan görmək istəmir.//oxu.az

  • Mbappe: “PSJ-dən yayda məni buraxmasını istəmişdim”

    PSJ-nin hücumçusu Kilian Mbappe ötən yay klub rəhbərliyindən onu başqa kluba buraxmalarını xahiş edib.

    “Yayda klubun məni buraxmasını istədim. Müqaviləmi uzatmaq istəmirdim. Klubun transferdən pul qazanmasını və keyfiyyətli əvəzləyici əldə etməsini istəyirdim. Hər şeyin hörmət çərçivəsinə söykənməsini istədim, buna görə də getməyimi istəmirlərsə qalmağa hazır olduğunu dedim”, – deyə K.Mbappe bildirib.

    Mənbə: “RMC Sport”

  • BMT Efiopiyadakı əməkdaşlarını təxliyə edir

    Birləşmiş Millətlər Təşkilatı Efiopiya hökumətinin ölkədən çıxmaq əmri veridiyi təşkilatın yeddi nümayəndəsinin təxliyəsinə başlayıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçülərindən Farhan Haq mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, həmin şəxslərlərin təhlükəsizliyinin təminatı üçün BMT bütün lazımı addımlar atıb. Onların hansı ölkəyə təxliyə olunacağı barədə isə F. Haq heç bir açıqlama verməyib.

    Xatırladaq ki, Efiopiya hökuməti BMT-nin yeddi şəxsini arzuolunmaz şəxslər siyahısına salıb. Sözügedən şəxslər ölkənin daxili işlərinə qarışmaqda ittiham olunur.

    Siyahıya BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi, İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) monitorinq qrupunun rəhbəri və Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) əməkdaşları da daxildir.

  • Утечка данных полутора миллиардов пользователей Facebook

    Данные 1,5 миллиарда пользователей Facebook выставили на продажу на черном рынке, сообщает РИА Новости со ссылкой на интернет-издание Privacy Affairs.

    По пока неподтвержденным официально данным, речь идет об именах, физических и электронных адресах и телефонных номерах пользователей соцсети.

    Издание напоминает, что в конце сентября пользователь одной из хакерских площадок сообщил, что получил доступ к базе Facebook, содержащей данные 1,5 миллиарда клиентов. Сейчас, как пишет портал, база выставлена на продажу.

    Приобрести ее можно как целиком, так и частями. Один из потенциальных покупателей пишет, что ему предложили купить данные миллиона аккаунтов пользователей Facebook за 5 тысяч долларов. Издание отмечает что это крупнейший по объему «слив» данных пользователей Facebook.

    От компании Facebook комментариев по этой теме и подтверждения данной информации не поступало.

  • Шахматный тур чемпионов: Раджабов занял второе, Мамедъяров последнее место

    Азербайджанский шахматист Теймур Раджабов занял второе место в финальном этапе Тура чемпионов, организованного Магнусом Карлсеном.

    Как передает Report, в последней встрече он победил французского гроссмейстера Максима Вашье-Лаграва со счетом 2,5:0,5.

    Другой представитель Азербайджана, Шахрияр Мамедъяров, занял 10 (последнее) место, проиграв Левону Ароняну со счетом 2,5:0,5.

    Отметим, что победителем Тура чемпионов стал Магнус Карлсен.

  • Çempionlar Turu: Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutub

    Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.

    “Report”un məlumatına görə, Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb – 2,5:0,5. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.

    Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu – 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

    Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.