Month: October 2021

  • Azərbaycan akrobatları Avropa çempionatından 3 medalla qayıdıblar

    İtaliyanın Pesaro şəhərindəki akrobatika gimnastikası üzrə Avropa çempionatında 3 medal qazanmış Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

    “Report”un məlumatına görə, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri və mətbuat nümayəndələri qarşılayıblar.

    Qitə çempionatında ölkəni böyüklər arasında qarışıq cütlük tərkibində Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan ibarət komanda təmsil edib.

    Qadın qrupu temp hərəkətlərində bürünc, Rəhimov – Seyidli cütlüyü qarışıq hərəkətlərdə gümüş, temp hərəkətlərində isə bürünc medal qazanıblar. Rəfiyev və Abbasovdan ibarət kişi cütlüyü isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək, 5-ci olublar.

  • Fərid Qayıbov rusiyalı jurnalistə FIG prezidentliyi uğrunda mübarizəsindən danışdı

    Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Rusiyanın “Sport-ekspress” nəşrinə müsahibə verib.

    Azərbaycanlı nazir Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizədliyindən, Rusiyada ali təhsil almasından, FIG prezidentliyi uğrunda mübarizədəki rəqabətdən və digər bir sıra maraqlı məqamlardan danışıb.

    Yeni təyin olunan gənclər və idman naziri bildirib ki, onun Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətində müəyyən dəyişkliklər etmək fikri var: “Məsələn, mənə elə gəlir ki, Dünya Kuboku və İdman gimnastikasi üzrə “Challenge” Kubokunın hazırkı formatına yenidən baxmaq lazımdır. Bunlar vahid formatlı, aydın quruluşlu yarışmalar olmalıdır. Bundan sonra belə bir məhsula televiziyada tələbat yaranacaq. Ümumiyyətlə, marketinq əsas sahələrdən biridir. Burada rəqabət imicini formalaşdıraraq yarışlara maraq yaratmaq lazımdır”.

    Fərid Qayıbov jurnalistin ona ünvanladığı “eyni dildə danışdığımızı nəzərə alsaq, seçkilərdə Rusiyanın dəstəyinə ümid edirsinizmi” sualını isə belə cavablandırıb:

    “Bu məqama toxunduğunuza görə sizə minnətdarlığımı bildirirəm. Mən rus dilində təhsil almışam, Sankt-Peterburqda Lesqaft İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişəm. Təbii ki, indi müxtəlif ölkələrin nümayəndələri ilə çoxlu görüşlər keçiririk. İstərdim ki, bütün Avropa federasiyaları nə istədiyimizə və buna necə nail olmağı planlaşdırdığımıza dair ümumi mövqeyə, vahid bir fikrə sahib olsunlar. Bu bizdə alınacaqmı? Zaman göstərəcək”.

    Jurnalist Fərid Qayıbovdan kişilərin bədii gimnastika yarışlarında təmsil olunmasına dair münasibətini və bu növün olimpiada yarışlarındakı prespektivi barədə soruşub. Azərbaycanlı nazir xatırladıb ki, FIG kişilərin bədii gimnastika yarışlarında təmsilçiliyini hələ tanımayıb.

    “Bunun baş verməsi üçün uzun bir yol qət etməli və sonra olimpiada haqqında düşünmək lazımdır. Əgər idmanın bu növü maraqlı, perspektivli və populyar olarsa, təbii ki biz onun inkişafını dəstəkləyəcəyik”.

  • Пользователи пожаловались на сбои в TikTok

    Вслед почти за всеми самыми крупными социальными сетями перебои испытали и пользователи TikTok. Как следует из данных сервиса Downdetector, пока что речь идет о сотнях человек, однако это число растет.

    Одни пользователи сервиса пожаловались, что не могут войти в приложение, другие испытывают сложности при отправке сообщений, а также замечают сбои в соединении с сервером.

    Ранее глобальный сбой затронул мессенджер WhatsApp, а также социальные сети Facebook и Instagram. Американская корпорация Facebook сообщила, что предпринимает все меры для устранения проблемы.

    Вскоре после этого на сложности с доступом пожаловались пользователи Twitter, Google и Amazon. Мессенджер Telegram работает, но замедлился из-за резко увеличившейся в несколько раз нагрузки.

     hngh\
    ‘g
    yyyynhjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj

    Вслед почти за всеми самыми крупными социальными сетями перебои испытали и пользователи TikTok. Как следует из данных сервиса Downdetector, пока что речь идет о сотнях человек, однако это число растет.

    Одни пользователи сервиса пожаловались, что не могут войти в приложение, другие испытывают сложности при отправке сообщений, а также замечают сбои в соединении с сервером.

    Ранее глобальный сбой затронул мессенджер WhatsApp, а также социальные сети Facebook и Instagram. Американская корпорация Facebook сообщила, что предпринимает все меры для устранения проблемы.

    Вскоре после этого на сложности с доступом пожаловались пользователи Twitter, Google и Amazon. Мессенджер Telegram работает, но замедлился из-за резко увеличившейся в несколько раз нагрузки.

    Источник: lenta.ru

  • Çökmə növbəsi “TikTok”a çatdı

    “TikTok” da öz növbəsində dünyanən ən böyük sosial şəbəkə tətbiqlərində yaranan problemdən kənarda qalmayıb.

    Belə ki, Çinin ən nəhəng sosial şəbəkə tətbiqini istifadə edən insanlar bu sosial şəbəkənin fəaliyyətində də fasilələrin yarandığını qeyd ediblər.

    Xidmət istifadəçilərinin yarıdan çoxu (51 faizi) tətbiqə daxil ola bilmədiklərindən şikayətləniblər.

    Digərləri isə mesaj göndərməkdə çətinlik çəkdiklərini, eyni zamanda serverlə əlaqədə fasiləllərin olduğunu qeyd edirlər.

    Mənbə: Lenta.ru

  • В работе терминалов Milliön есть проблемы? – ЗАЯВЛЕНИЕ

    В соцсетях распространились публикации о возникновении проблем в терминалах Milliön.

    Мы связались по данному вопросу с руководителем отдела обслуживания клиентов данной сети Ульвией Эфендиевой.

    Как она заявила Oxu.Az, в терминалах Milliön не возникало проблем с оплатой:

    “В работе соцсетей возникли определенные сбои. Однако на платежную систему в терминалах эта проблема не повлияла. С оплатой через терминалы проблем не было. Система под контролем”, – сказала она.

  • “Milliön” terminallarının fəaliyyətində problem yaşanır? – AÇIQLAMA

    Fəaliyyətində problem olmayan sosial şəbəkələrdə “Milliön” terminallarında problem yarandığına dair paylaşımlar edilib.

    Məsələ ilə bağlı “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq.

    O, Oxu.Az-a açıqlamasında “Milliön” terminallarında ödənişlə bağlı heç bir problemin olmadığını deyib: “Sosial şəbəkələrin fəaliyyətində müəyyən problem yaşanıb. Lakin bu problem terminallarda ödəniş sisteminə təsir etməyib. Terminallar vasitəsilə həyata keçirilən ödənişlərdə heç bir problem yaşanmayıb. Sistem nəzarət altında saxlanılır”.

  • Çindən “X virusu” ilə bağlı xəbərdarlıq

    Şübhəsiz ki, planetimiz gələcəkdə yeni bir virusla qarşılaşacaq.

    Bunu Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Gao Fu, “Cəmiyyətdə Elm və Texnologiya” üzrə beynəlxalq forumda deyib.

    Onun sözlərinə görə, bu gün dünya təkcə koronavirus infeksiyası pandemiyası ilə deyil, həm də müvafiq məlumatlar və dezinformasiyaların bir-birinə qarışdığı “infodemiya” ilə üz-üzədir.

    Alim dünyanın gələcəkdə xüsusiyyətləri heç kimə məlum olmayan “X virusu” ilə qarşılaşacağına əminliyini ifadə edib. Onun sözlərinə görə bu, hər yerdə və hər an baş verə bilər.

    Gao Fu yeni virusa qarşı tədbirlər hazırlamaq üçün qarşılıqlı əlaqə prinsipini irəli sürüb.

    “İnsanlığın gələcəyi üçün problemi birlikdə həll etmək lazımdır. Bununla əlaqədar olaraq “dörd “C” prinsipi”ni təklif edirəm: əməkdaşlıq (cooperation), rəqabət (competition), ünsiyyət, yaxud informasiya mübadiləsi (communication) və nəhayət koordinasiya (coordination)”, – deyə CDC rəhbəri vurğulayıb.

    Mənbə: “RİA Novosti”

  • “Twitter”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaşanır

    “Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrində yaranan problemin ardınca “Twitter”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaşanmağa başlayıb.

    Bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

    Minlərlə insan sözügedən xidmətlərin işində yaranan problemdən şikayət edib.

    İnternet istifadəşiləri “Twitter” “Google” və “Amazon” tətbiqlərini yükləyə bilməyib.

    Mənbə: Lenta.ru

  • Бизнесмен Гурбанов обратился к Ильхаму Алиеву: Шесть лет меня держат заложником в Баку по делу “МБА-Москва”

    Предприниматель, в середине 2000-х годов создавший первый азербайджанский национальный бренд в России, организовав реализацию на российском рынке производимые в Азербайджане гранатовые соки, гражданин России Зейнулла Гурбанов направил обращение Президенту Ильхаму Алиеву.

    Дело в том, что З.Гурбанов уже шесть лет не может выехать из страны вследствие неправомерного запрещения на его выезд из Республики Азербайджан. Поскольку основная хозяйственная деятельность бизнесмена сосредоточена в РФ, к тому же там у него в настоящее время находится семья, он оказался в отчаянном положении.

    В своем обращении главе государства З.Гурбанов пишет, что хотя и является гражданином России, он азербайджанец и не только никогда не терял связи с Родиной, но и всячески способствовал повышению ее имиджа за рубежом, в частности продвигал национальный бренд гранатовых соков. З.Гурбанов очень надеется, что Ильхам Алиев как лидер азербайджанцев всего мира поможет ему в сложившейся непростой ситуации.

    Не раз писал он о своей проблеме и руководству правоохранительных органов Азербайджана, омбудсмену, в другие инстанции. Более того, посольство России в Баку неоднократно предлагало азербайджанской стороне решить вопрос З.Гурбанова. Однако существенных изменений в положении предпринимателя не происходило.


    О перипетиях дела З.Гурбанова уже рассказывал в одной из своих публикаций.

    Прибыв в Баку еще в 2016 году в составе официальной делегации Дагестана для участия в экономическом форуме, проводимом в рамках Дней культуры этой республики в Азербайджане, гражданин России Гурбанов Зейнулла Раджаб оглы, в то время заместитель руководителя дагестанского Агентства по предпринимательству и инвестициям, внезапно оказался невыездным из страны, поданным которой не является. В качестве причины такого решения соответствующих органов указывается кредитная задолженность российской компании O’GRAE, учредителем которой Гурбанов был до 2010 г., азербайджанско-российскому банку “МБА-Москва”.

    Надо сказать, что в финансовых вопросах предприниматель далеко не новичок – ранее он работал в налоговых органах Азербайджана. А в начале 2000-х создал в России компанию, активно продвигавшую азербайджанские гранатовые соки на рынок этой страны. В 2008 году торговая марка O’GRAE была названа брендом года в России.

    Для расширения своей деятельности в 2002 году Гурбанов вступил в кредитные взаимоотношения с банком “МБА- Москва”, чтобы иметь возможность использовать его ресурсы в качестве оборотных средств. При этом бизнесмен весь период сотрудничества с “МБА-Москва” своевременно погашал взятые у банка небольшие кредиты и проценты по ним.

    В 2008 году, заметив явный успех хорошо организованного бизнеса, руководство “МБА-Москва” предложило ему партнерство с целью реализации через заключенные компанией договора с крупными российскими ритейлерами продукции, выпускаемой подконтрольными банку заводами.


    Стороны договорились следующим образом: 70% акций офшорной компании, аффилированной с “МБА-Москва”, будет принадлежать банку, 30% – З.Гурбанову. Причем предусматривалось, что 70% бизнеса Гурбанова будут переданы банку в счет погашения кредита компании в сумме 1 млн 950 тыс. долларов.

    Сразу после достижения договоренностей управление компанией – со всеми активами, включая указанные кредитные средства, находящиеся в обороте – перешло к новым сотрудникам, назначенным банком. В дальнейшем именно эти люди фактически руководили всеми финансовыми операциями компании.


    Однако, как показало дальнейшее развитие событий, бывшее руководства банка “МБА-Москва”, нарушая взятые на себя обязательства по погашению имеющихся у компании кредитов, придумывало все новые и новые мошеннические схемы, чтобы оставить Гурбанова должником.

    Гурбанов потерял перспективную работу в качестве заместителя руководителя Агентства по предпринимательству и инвестициям Дагестана. В результате воспользовавшись доверием предпринимателя к “солидному банку”, его руководство не оформило должным образом партнерство с предпринимателем и, выставив его должником, перевело в 2010 году их взаимоотношения в правовое поле России, обратившись в арбитражные суды Москвы.

    При этом, по словам З.Гурбанова, действующему самым циничным образом банку удалось за кредит в сумме 1,95 млн долларов получить в свою собственность служившую залоговым инструментом торговую марку O’GRAE вместе с действующими договорами поставок со всеми крупными ритейлерами России, что судебные эксперты оценили в 7,5 млн долларов, и являвшуюся единственным жильем семьи З.Гурбанова квартиру в г.Москва рыночной стоимостью в 1,5 млн долларов.

    В дальнейшем в силу своей полной некомпетентности деятели “МБА-Москва” полностью развалили бизнес компании, сведя практически на нет раскрученный бренд O’GRAE и поставку в Россию гранатовых соков из Азербайджана.

    “Абсурдность сегодняшней ситуации состоит в том, – указывает З.Гурбанов, – что гражданин России в нарушение всех международных законов и прав человека вот уже на протяжении шести лет удерживается на территории Азербайджана из-за кредитных взаимоотношений, возникших на территории России, между российскими хозяйствующими субъектами, по которым все судебные разбирательства завершены в соответствии с российским законодательством еще 10 лет назад”.

    “Уважаемый господин Президент, согласно полученным за этот период ответам из Министерства внутренних дел и Генеральной прокуратуры Азербайджана, в качестве якобы обоснования запрета выезда за пределы страны указана имеющаяся кредиторская задолженность российской компании O’GRAE перед российским банком “МБА-Москва” в сумме 1,95 млн долларов США и начисленные непонятным образом проценты в сумме 2 млн долларов. В то время как по условиям вхождения в бизнес (за 70% акций компании O’GRAE) этот кредит должен был быть погашен самим руководством банка еще в октябре 2008 года”, – пишет предприниматель главе государства.

    За время судебных разбирательств в Московском арбитражном суде (в 2010-2011 гг.) в счет погашения этой суммы кредита банк мог бы развивать бизнес, оцененный экспертами в 7,5 млн долларов, и сегодня иметь национальный бренд, который стал бы гордостью миллионов азербайджанцев, проживающих в России. Вместо этого за бесценок была продана с торгов 4-комнатная квартира Гурбанова в центре Москвы рыночной стоимостью в 1,5 млн долларов.

    “Именно из-за этого кредита вынужденно оставаясь в Азербайджане с 2016 года, я потерял перспективную работу в качестве заместителя руководителя Агентства по предпринимательству и инвестициям Дагестана. За этот же кредит вот уже на протяжении шести лет меня держат в заложниках в Азербайджане, и я, по сути, потерял целых шесть лет своей жизни в самом активном, деятельном возрасте и шесть лет не могу воссоединиться со своей семьей. Сколько еще я должен пребывать жертвой преступной деятельности банкиров, которых давно изобличили в разного рода мошенничествах?! Больше 10 лет назад я попался на их уловку, и потерял все – бизнес, жилье, здоровье. И сейчас, не имея возможности выехать и обратиться в российский суд, который может вынести справедливое решение, я на грани полного отчаяния”.


    В состоянии абсолютной безысходности Зейнулла Гурбанов буквально взывает к руководству страны и компетентных органов в последней надежде выбраться из абсурдной ситуации, в которую его загнали махинаторы из “МБА-Москва”.

    “Более успешного завершения преступной схемы не придумаешь. За кредит 1,95 млн долларов – получить весь бизнес OGRAE, оцененный судебными экспертами на сумму в 7,5 млн долларов, 4- х комнатную квартиру в центре г. Москвы (Кутузовский пр-т) рыночной стоимостью 1,5 млн долларов и 3,95 млн долларов от Аграркредита (итого-13,5 млн долларов). И, сегодня, на все 15 нот Посольства РФ, ссылаясь на справку Аграркредита, через 15 лет у меня просят эти чудесным образом появившиеся 3,95 млн долларов. Я так детально описал эту хитроумную схему банка, чтобы показать, как она привела не только к его “оздоровлению”, но и значительному “омоложению”, говорится в обращении З.Гурбанова.

    Он попросил еще раз рассказать его историю, полагая, что после того, как вопиющий факт обмана, предпринятого банкирами, станет достоянием общественности, соответствующие органы все же расследуют обстоятельства дела и примут справедливое решение.

    Источник: haqqin.az

  • Altı ildir Azərbaycanı tərk edə bilməyən Rusiya vətəndaşı yenidən İlham Əliyevə müraciət etdi – FOTO

    2000-ci illərin ortalarında Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brend altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran iş adamı, Rusiya vətəndaşı Zenulla Qurbanov prezident İlham Əliyevə növbəti müraciət ünvanlayıb. Və 6 ildir Azərbaycanda əsassız olaraq saxlanıldığını, ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və nəticədə ağır insani durumla, olduqca dramatik vəziyyətlə üzləşdiyini bildirir. Z.Qurbanov müraciətində göstərir ki, Rusiya vətəndaşlığı daşısa da özünü azərbaycanlı sayır, İlham Əliyevi isə bütün dünya azərbaycanlılarının lideri hesab edir və üzləşdiyi ağır situasiya ilə bağlı məhz onun köməyinə ümid edir.

    Xatırladaq ki, Zeynulla Qurbanov bir müddət əvvəl də Prezident İlham Əliyevə müraciət göndərmişdi və müraciətinin bir nüsxəsini dərc olunmaq üçün redaksiyamıza təqdim etmişdi. Habelə o, dəfələrlə Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyinə, Ombudsmana və digər instansiyalara müraciət edib. Rusiyanın Bakıdakı səfirliyi isə dəfələrlə Z.Qurbanovun məsələsi ilə bağlı Azərbaycan tərəfinə notalar göndərib. Amma bütün bu müraciətlərin nəticəsi yoxdur və o, altı ildir ki, Rusiyada yaşayan ailə üzvlərinin yanına gedə bilmir.

    Rusiya vətəndaşı, Qurbanov Zeynulla Rəcəb oğlu hələ 2016-cı ilin əvvəllərində Azərbaycanda keçirilən Dağıstan mədəniyyəti Günləri çərçivəsində təşkil edilən iqtisadi forumda iştirak etmək üçün Dağıstan Respublikasının sahibkarlıq və investisiyalar üzrə Agentliyin rəhbərinin müavini qismində Bakıya gəlib. 2010-cu ilə qədər təsisçisi olduğu “O’GRAE” Rusiya şirkətinin Rusiya bankı “MBA-Moskva” (Azərbaycan Beynəlxalq Bankının törəmə bankı,-red.) qarşısında 2006-2008-ci illərdə yaranmış kredit borcuna görə Azərbaycandan çıxışına qadağa qoyulduğundan o vaxtdan etibarən ölkəni tərk edə bilmir.


    Qeyd edək ki, Z.Qurbanov əvvəllər Azərbaycanın vergi orqanlarında işləyib. 2000-ci illərin əvvəllərində Rusiyaya gedib və Azərbaycanın nar şirələrinin Rusiya bazarında satışı, fəal şəkildə tanıdılması ilə məşğul olan şirkət yaradıb, bu ölkədə Azərbaycanın ilk milli Ticarət Markası olan “O’GRAE”-nin əsasını qoyub. 2008-ci ildə “O’GRAE” Rusiyada İlin Brendi adına layiq görülüb. Sahibkarlıq fəaliyyəti ərzində Z.Qurbanov 2002-ci ildən etibarən “MBA-Moskva” bankı ilə kredit münasibətləri qurub, bankın kredit resurslarından dövriyyə vəsaitləri kimi istifadə edərək götürdüyü, məbləği o qədər də böyük olmayan kreditləri faizləri ilə birlikdə vaxtlı-vaxtında ödəyib.

    2008-ci ildə “MBA-Moskva” bankının rəhbərliyi düzgün təşkil edilmiş biznesin aşkar uğurlarını görərək Z.Qurbanova onun şirkətinin Rusiyanın iri ticarət riteylerləri ilə təchizat müqavilələri vasitəsilə bankın nəzarətində olan zavodlarda istehsal edilən məhsulların satışının təşkil edilməsi üçün tərəfdaşlıq təklif edib.


    Tərəflər aşağıdakı kimi razılaşıblar: biznesin “MBA-Moskva”ya bağlı olan offşor şirkətə, qalan 30 faizi isə Z.Qurbanova məxsus olur. Z.Qurbanovun şirkətinin səhmlərinin 70 faizinin dəyərinin əvəzində bank şirkətin həmin vaxta olan 1 milyon 950 min dollarlıq kredit borcunu bağlamağı vəd etmişdi.

    Razılaşmanın əldə edilməsindən dərhal sonra Z.Qurbanovun şirkətinin bütün idarəçiliyi, o cümlədən yuxarıda göstərilən kredit öhdəlikləri bankın təyin etdiyi adamlara keçib. Onlar sonradan şirkətdə gedən bütün proseslərə faktiki rəhbərlik ediblər. Bütün bunlar haqda virtualaz.org və haqqin.az saytları 2016-cı ildə dərc edilmiş geniş araşdırmasında bəhs etmişdi.

    Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bankın keçmiş rəhbərliyi ona xas olan stildə, şirkətin kredit borclarının bağlanacağına dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək əvəzinə yeni dələduzluq sxemləri fikirləşib tapıb, bu prosesə hər cür əngəl yaradıb. Z.Qurbanov özü də bu haqda 2009-2010-cu illərdə mətbuatda dərc edilmiş müraciətlərində dəfələrlə bildirib.

    Nəticədə ortaq biznesə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək və Z.Qurbanovun sanballı hesab etdiyi bankın rəhbərliyinə olan etibarından sui-istifadə edərək (iş adamı kredit borcunun bağlanacağı haqda bankın öhdəliyinin yazılı şəkildə rəsmiləşdirilməsində israr etməmişdi,-red.) “MBA-Moskva” rəhbərliyi 2010-cu ildən Rusiyanın hüquq məkanında, Moskvanın arbitraj məhkəmələrində məhkəmə çəkişmələrinə başlayıb.

    Z.Qurbanov bildirir ki, sinik şəkildə hərəkət edən bank rəhbərliyi həmin 1.95 milyon dollar kredit borcunun əvəzində ondan məhkəmə yolu ilə aşağıdakıları ala bildi:

    -Həmin kreditin götürülməsi üçün girov qoyulan “O’GRAE” ticarət markası ilə birlikdə Rusiyanın bütün iri riteylerləri ilə bağlanmış təchizat müqavilələrini. Hansı ki, məhkəmə ekspertləri bu aktivi o vaxt 7.5 milyon dollar dəyərində qiymətləndirmişdi;

    -Bankın təyin etdiyi adamların bacarıqsızlığı və qeyri-peşəkarlığı nəticəsində şirkətin biznesi tam çökdürüldü;

    -Z.Qurbanovun Moskvada bazar dəyəri 1.5 milyon dollar olan yeganə mənzilini ələ keçirdi.


    Z.Qurbanov prezidentə müraciətində bildirir: “İndiki situasiyanın absurdluğu ondan ibarətdir ki, mən Rusiya vətəndaşı olaraq bütün beynəlxalq qanunların və insan haqlarının pozulması nəticəsində, Rusiya ərazisində bu ölkənin iki təsərrüfat subyekti arasında yaranmış kredit münasibətlərinə görə 6 ildir ki, Azərbaycan ərazisini tərk edə bilmirəm. Hansı ki, bu kredit münasibətlərinə görə məhkəmə araşdırmaları Rusiya qanunvericiliyinə uyğun olaraq hələ 10 il (on!!!) əvvəl Rusiya ərazisində aparılıb və başa çatıb!

    Möhtərəm cənab Prezident, bütün bu müddət ərzində Azərbaycanın Daxili İşlər Nazirliyinə və Baş prokurorluğuna göndərdiyim çoxsaylı müraciətlərə cavab olaraq göstərilir ki, mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyət Rusiyanın “O’GRAE” şirkətinin “MBA-Moskva” bankı qarşısında 1.95 milyon dollarlıq kredit borcuna və absurd şəkildə bu məbləğə hesablanmış 2 milyon dollar faizə görədir.

    Hansı ki, göstərilən 1.95 milyon dollarlıq kredit bank tərəfindən hələ 2008-ci ilin oktyabrında birgə biznesə daxil olmağın şərti olaraq (“O’GRAE” şirkətinin səhmlərinin 70 faizinin banka verilməsinin əvəzində) bağlanmalı idi.

    Moskva Arbitraj məhkəməsində aparılan məhkəmə araşdırmaları zamanı (2010-2011-ci illər) bank həmin krediti bağlamaqla ekspertlər tərəfindən dəyəri 7.5 milyon dollar qiymətləndirilən biznesi inkişaf etdirə və nəticədə bu gün Rusiyada milyonlarla azərbaycanlının qürur duyduğu milli brendə sahib ola bilərdi. Bunun əvəzində bank mənim Moskvada dəyəri 1.5 milyon dollar olan 4-otaqlı mənzilimi hərraca çıxararaq dəyər-dəyməzə satdı.

    Məhz bu kreditə görə mən 2016-cı ildən Azərbaycanda qalmağa məcbur olmuşam, Dağıstan Respublikasının sahibkarlıq və investisiyalar üzrə Agentliyinin rəhbərinin müavini kimi perspektivli işimi itirmişəm.

    Bu kreditə görə məni 6 ildir Azərbaycanda faktiki girov saxlayırlar, ömrümün ən məhsuldar altı (!) ilindən məhrum ediblər. Bu bədnam dələduz bankirlərin niyyətinin səmimiliyinə inanaraq onların toruna düşmüşəm, bundan sonra daha neçə il onların cinayətkar fəaliyyətinin qurbanı kimi ailəmdən ayrı düşməliyəm və indiki acınacaqlı situasiyada yaşamalıyam?!”


    İş adamı daha sonra sual edir: hansı qanunlar əsasında “MBA-Moskva” bankı şirkətin kredit borcuna dair məhkəmə proseslərinin başa çatmasından və məhkəmə hökmünün çıxarılmasından sonrakı illər ərzində borca faiz hesablayıb? Üstəlik bu faizlərin məbləği əsas borcun məbləğini də ötüb keçib?! Və ikiyə vurulmuş bu borc “Aqrarkredit” QSC-yə satılıb!

    “Cinayətkar sxemin bundan da uğurlu yekunlaşmasını düşünmək mümkün deyil! 1.95 milyon dollar kreditin əvəzində məhkəmə ekspertləri tərəfindən 7.5 milyon dollar dəyərində qiymətləndirilmiş bütün “O’GRAE” biznesini, Moskvanın mərkəzində (Kutuzov prospektində) yerləşən, bazar dəyəri 1.5 milyon dollar olan 4 otaqlı mənzili və nəhayət “Aqrarkredit”dən 3.95 milyon dollar (yekunda 13.5 milyon dollar) alıblar. Və bu gün, Rusiya səfirliyinin göndərdiyi cəmi 15 notasına cavab olaraq məndən 15 il sonra möcüzəvi şəkildə yaranmış 3.95 milyon dollar borcu tələb edirlər. Mən bankın bu hiyləgər planını ona görə detallı şəkildə təsvir edirəm ki, bu plan nəinki onun “sağlamlaşmasına”, üstəlik xeyli “cavanlaşmasına” gətirib çıxardı!!!

    Beləliklə, “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində mənim biznesim əlimdən alındı və müflis edildi, dağıdıldı, hansı ki, mən bu biznesi qurmağa ömrümün bir neçə ilini sərf etmişdim. Bu biznes həmin vaxt şirkətin bankdan götürdüyü və mənim zamin durduğum kreditin məbləğindən dəfələrlə yuxarı qiymətləndirilmişdi. Bundan əlavə, bankla həmin “tərəfdaşlıq” nəticəsində mən biznesi qurmaq üçün əvvəldən ora yatırdığım şəxsi vəsaitlərimi də itirmiş oldum, mülkiyyətimdə olan yeganə mənzilim də əlimdən alındı. Yəni məndən ala biləcəklərinin hamısını aldılar və indi mən, ailə üzvlərim kifayət qədər çətin durumda yaşayırıq. 6 ildir məni Azərbaycandan buraxmadıqlarına görə ailəmi saxlamaq üçün işləmək imkanlarından da məhrum olmuşam. Bu sadaladığım faktları təsdiq edən bütün sənədlər var və onları müvafiq orqanlara təqdim edə bilərəm. Olduqca acınacaqlı vəziyyətdə olduğum üçün bir daha KİV-lər vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə, bütün səlahiyyətli orqanlara, Azərbaycan ictimaiyyətinə müraciət edərək üzləşdiyim bu absurd situasiyanın aradan qaldırılmasına, olduqca acınacaqlı, çıxılmaz vəziyyətdə qalan, Azərbaycanı öz vətəni hesab edən Rusiya vətəndaşının başına gələ biləcək faciənin qarşısının alınmasında kömək xahiş edirəm ”,-Zeynulla Qurbanov müraciətində bildirir.

    Mənbə: Virtualaz.org