Month: October 2021

  • “Azərbaycana İran əleyhinə müttəfiqlər lazım olsaydı, bunu illər öncə edərdi”

    “Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan Respublikasının rəsmən bəyan etdiyi konstitusion niyyətidir. Bu çərçivədə Azərbaycan başqa dövlətlərlə, o cümlədən möhkəm tarixi bağların və əməkdaşlıq ənənələrimizin mövcud olduğu İranla da münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur”.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

    Deputat təəssüflə qeyd edib ki, Azərbaycan tərəfin bütün səylərinə baxmayaraq İran kökü əsrlərə dayanan qonşuluq münasibətlərimizin hazırkı mərhələsində qeyri-adekvat davranışlara yol verir, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini, o cümlədən beynəlxalq hüquqla tanınmış sərhədlərin toxunulmazlığı prinsipini görməzdən gəlir:

    “Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın erməni həmkarı Ararat Mirzoyanla birgə bəyanatının məzmunu da bu baxımdan təəccüb və təəssüf doğurur. Cənab Abdullahian qeyd edir ki, “İran Ermənistan münasibətlərinə hər hansı üçüncü ölkənin müdaxiləsinə imkan verilməyəcək”. Bəli, beynəlxalq hüquq da bu tezisi dəstəkləyir ki, dövlətlərin ikili əlaqələri onların suveren hüququdur və bu münasibətlərə üçüncü ölkənin müdaxiləsi yol verilməzdir. Lakin, cənab Abdullahian unutmamalıdır ki, söhbət beynəlxalq hüququn müstəqil subyektlərindən, suveren dövlətlərdən gedir”.


    Onun sözlərinə görə, bir dövlətin beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində baş qaldırmış hər hansı separatçı ilə əlaqələr qurmağı, separatizmə aşkar surətdə 30 il ərzində yardım etməyi, təcavüzkarı ayaqda saxlamağı nə beynəlxalq hüquq, nə beynəlxalq əxlaq, nə mənəviyyat nə də ortaq inancımız qəbul edə bilməz:

    “Görünən odur ki, İran beynəlxalq hüquqla tanınmış sərhədlərin toxunulmazlığı prinsipinin əsl mahiyyətini ya başa düşmür, ya da Tehranın çoxəsrlik münasibətlərimizə xələl gətirməkdə olan əsl niyyəti buna imkan vermir. Vətən müharibəsi dövründə də, indi də İranın bir növbətçi tezisi var ki, “Azərbaycan və İran sərhədi yaxınlığında hansısa üçüncü qüvvələr var, yaxud, bu qüvvələr təhrikedici cəhdlər göstərməkdədir”.

    Əvvəla, ondan başlayaq ki, müttəfiq seçmək, əməkdaşlıq qurmaq bizim suveren hüququmuzdur. Necə ki, cənab Abdullahian bəyanatında “İran-Ermənistan münasibətlərinə hər hansı üçüncü ölkənin müdaxiləsinə imkan verilməyəcək” deyir, eləcə də bizim də ərazimizə kimisə dəvət etmək, ərazimizdən kimisə çıxarmaq məzmunlu suveren hüququmuza heç kimin, o cümlədən də Tehranın qarışmağa haqqı yoxdur.

    İkincisi, bu gün Xarici işlər nazirliyinin yaydığı şərhdə də, o cümlədən, bu ilin fevralın 26-da mətbuat konfransında iranlı təxribatçının sualına cənab İlham Əliyevin cavabında da konkret formada tələb olundu ki, buyurun Azərbaycanda üçüncü qüvvələrin, terrorçuların olması ilə bağlı ortaya fakt qoyulsun. Nəticə oldu? Nə İrandan, də bu mənasız və əsassız iddianı ortaya atıb müdafiə edən digər dövlətlərdən səs çıxmadı. Çıxa da bilməzdi, çünki, belə bir fakt, belə bir hal yoxdur.

    Üşüncüsü, sirr deyil ki, Tehranın bizə bu gün münasibəti nədirsə, illər öncə də elə olub. Belə bir şəraitdə, Azərbaycana İran əleyhinə müttəfiqlər lazım olsaydı, rəsmi Bakı bunu illər öncə edər, ərazisindən Tehrana qarşı istifadə olunmasına imkan yaradardı. Lakin, Azərbaycan sübut etdi ki, cənub qonşusuna münasibətdə səmimidir, ikili standartlarla hərəkət etmir, etməyəcək də. Amma təəssüf ki, biz öz cənub qonşumuzdan eyni münasibəti hiss etməmişik. Əksinə, çox qəribə bir reallıq meydana çıxıb, biz 30 il məsciddə donuz saxlayan bir təcavüzkarı, barbarı məğlub etmişik, öz ərazilərimizi işğaldan azad etməklə yanaşı, həm də müqəddəs dinimizi tənədən, təhqirdən qurtarmışıq, indi İslam Respublikası bizə həmrəy və mütəşəkkir olmaq əvəzində, bizimlə separatçılara yük daşımaq davası aparır. Kaşki, Tehran ən azı 35 milyonluq Azərbaycan türkü olan vətəndaşının xatirinə bu 30 ildə bir kərə indiki kimi qəti reaksiya verib, işğal və təcavüzü demirəm, heç deyilsə, məscidlərə qarşı vandalizm aktlarına, müsəlman qəbirlərinin dağıdılmasına etirazını bildirəydi. Bununla cənub qonşumuz haqq naminə daha səmimi hərəkət etməklə bölgədə mövcud nüfuzunun bu qədər tükənməsinə yol verməzdi”.

  • Erməni hərbçilərin qaçarkən atdıqları papaqlar nümayiş etdirilir

    Hərbi jurnalist Şöhrət Eyvazov Vətən müharibəsində erməni hərbçilərinin qaçarkən döyüş meydanında atdıqları papaqlarını və digər əşyalarını toplayaraq səyyar kolleksiya şəkilində nümayiş etdirir. “Report”un Qarabağ bürosu xəbər verir ki, jurnalistin fərdi kolleksiyasındakı hərbi qənimətlər arasında erməni zabitləri və əsgərlərinə məxsus kakardalar, mundirlər, qumqumalar, zabit geyimləri və onlarla hərbi əşyalar yer alır.

    I Qarabağ müharibəsində iştirak edən Ş.Eyvazov bildirib ki, o zamankı şərait və texniki imkansılıqlar nəticəsindən döyüşlərə aid heç bir əşyanı götürüb saxlaya bilməyib: “Cəbhənin Tərtər və Ağdərə istiqamətində döyüşmüşəm. Texniki şərait imkan vermirdi ki, hansısa fotolar, videolar saxlayaq. Eləcə də heç bir eksponat saxlamadım. Sonra fikirləşdikm ki, mütləq onlardan yığsaydım yaxşı olardı. Gələcək nəsillər üçün həmin dövrə aid bir məlumatlar olardı və bu içimimi qalmışdı”.

    Azərbaycan ordusunun ehtiyatda olan zabiti, İctimai televiziyanın Qarabağ üzrə xüsusi müxbiri Ş.Eyvazov artıq bir neçə ildir ki, hərbi jurnalistika sahəsində çalışır. O, Vətən müharibəsi zamanı erməni ordusunun fərari zabit və əsgərlərinin əşyalarından kolleksiya toplayıb..

    Ş.Eyvazov əlavə edib ki, Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə çəkiliş aparan zaman erməni zabitinin döyüş meydanında qaçarkən atdığı papağı tapıb: Həmin papağın fotosunu çəkib sosial şəbəkələrdən birindəki hesabımda paylaşdım. Yüksək rütbəli zabitin döyüş meydanından qaçarkən atdığı papağının fotosu qardaş Türkiyə tekllekanallarında nümayiş etdirildi və izləyicilərin marağına səbəb olmuşdu. Elə həmin vaxtdan başlayaraq digər eksponatları – tankist şilemi, kitellər və digər qarşıma çıxan eksponatları dövrün xatirəsi kimi topalamağa başladım”.

    Əşyaların yaxın zamanda təkcə ölkə daxilində deyil, Azərbaycana dost olan qardaş ölkələrdə də nümayiş etdirilməsini arzu edir. Bunun üçün, ona bəzi qeyri hökumət təşkilatlarıda kömək etmək üçün müraciət ediblər.

    Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi qənimətlərin nümayiş etdirilməsinin ideoloji mübarizədə əhəmiyyəti də böyükdür. Bu eksponatlar təkcə erməni faşizminin tanıdılması deyil, hərbi-vətənpərvərlik təbliğatı baxımından da vacibdir.

  • Daşkəsəndə 25 yaşlı gənc bıçaqlanıb, şübhəli şəxs saxlanılıb

    Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaq xəsarətləri alıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çıraqlı kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü R.Nəbiyevi bıçaqlanıb. Bir bıçaq xəsarəti alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanaya aparılıb.

    Onu bıçaqlamaqda şübhəli bilinən, 1969-cü il təvəllüdlü Faiq Hüseynəliyev isə saxlanılıb. Hadisənin F.Hüseynəliyevin sərxoş halda olduğu zaman yaranan mübahisə zəminində törədildiyi bildirilir.

    ***

    Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaqlanıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çıraqlı kəndində qeydə alınıb.

    Belə ki, 1996-cı il təvəllüdlü R.Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Telegram” da çökdü? – FOTO

    Hazırda dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin fəaliyyəti iflic olub.

    Öz növbəsində digər məşhur sosial şəbəkə tətbiqi olan “Telegram” öz “Twitter” səhifəsində istifadəçilərin suallarını cavablandırıb.

    “Telegram”ın rəsmi “Twitter” səhifəsində qeyd olunur ki, dünyanın aparıcı sosial şəbəkə proqramlarında yaranmış problem onların tətbiqinə də mənfi təsir göstərib, yükləmələr “Telegram”ın işində çətinliklər yaradır.

  • Şirvanda piyadanı avtomobil vurub

    Şirvanda 51 yaşlı qadını avtomobil vurub.

    Hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

    “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb.

    Yaralı piyada kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə: APA

  • По всему миру наблюдается сбой в работе социальных сетей

    По всему миру, в том числе в Азербайджане, возник сбой в работе социальных сетей.

    Пользователи не могут получить доступ к Facebook, Instagram и WhatsApp. 58% из них не могут вообще зайти в соцсети, 24 процента – отправлять сообщения, у 19% наблюдаются обрывы связи.

    Причины проблемы пока неизвестны.

  • Dünyada sosial şəbəkələrin işində problem yaranıb – YENİLƏNİB

    Yüz minlərlə sosial şəbəkə istifadəçiləri “Facebook”, “Instagram”, “Whatsapp” tətbiqlərindən istifadə edə bilmir

    “Facebook” və ona məxsus olan “Instagram”, “Whatsapp” sosial şəbəkə tətbiqlərinin fəaliyyətində yaranan problem davam edir.

    Dünyanın müxtəlif ölkələrindən olan on minlərlə istifadəçi sözügedən sosial şəbəkə xidmətlərindən məhrum olduqlarını qeyd ediblər.

    Məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat verir ki, 80 mindən çox “Facebook” istifadəçisi, 70 minə yaxın “Instaqram” və 22 mindən çox “Whatsapp” istifadəçisi sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.

    Hazırda Rusiya, ABŞ, Böyük Britaniya, Braziliya və Küveyt də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə istifadəçilər xidmətlərin işində yaranan problemlərdən şikayətlənirlər.

    Mənbə: “Forbes”

    ***

    Rusiya, Ukrayna, Almaniya və bir sıra digər Avropa ölkələrindən olan istifadəçlər də sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.

    İstifadəçilərin 58%-i tətbiqlərə girişlə, 24% -i mesaj göndərməklə, 19%-i əlaqənin kəsilməsi ilə əlaqədar problemlərlə üzləşdiyini bildirir.

    Mənbə: Lenta.ru

    20:04

    Azərbaycanda sosial şəbəkələrin işində problem yaranıb.

    İstifadəçilər “Facebook”, “Instaqram” sosial şəbəkələrinə giriş edə, “Whatsap” tətbiqindən istifadə edə bilmirlər.

    Problemin səbəbi hələlik məlum deyil.

  • Обнародовано официальное заявление по поводу проблем в социальных сетях

    Возникли проблемы с доступом в такие международные социальные сети, как Facebook, WhatsApp и Instagram.

    Об этом говорится в заявлении Министерства транспорта, связи и высоких технологий.

    В ведомстве отметили, что проблема носит не локальный, а глобальный характер.

  • Sosial şəbəkələrdə yaranmış problemlə bağlı RƏSMİ AÇIQLAMA

    “Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara girişdə problem yaranıb.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır.

  • ETSN: “Atmosfer havasının keyfiyyətinin monitorinqi həyata keçirilib”

    01-04 oktyabr tarixlərində atmosfer havasının keyfiyyətinin monitorinqi Bakı şəhərinin Xətai, Nizami, Səbail, N.Nərimanov inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, avtomatik stansiyalardan şəhərlər üzrə əldə etdiyimiz məlumatlara əsasən dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb.

    Bakı şəhərində qaz qarışıqlarından dəm qazı 1.5 dəfə, azot 4-oksid 1.4 dəfə, Gəncə şəhərində dəm qazı və kükürd qazı 1.3 dəfə, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox olduğu müəyyən edilib.

    Təyin edilən digər hava keyfiyyəti göstəriciləri norma daxilinində olub.

    Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. 01-04 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

    07 oktyabr tarixinədək yağıntılı hava şəraitinin və əlverişli küləklərin proqnozlaşdırıldığını nəzərə alsaq yaxın günlərdə də hava keyfiyyətinin yaxşı statusa malik olacağı gözlənilir.