Month: October 2021

  • Televiziyaya baxıb xəstə uşağın əməliyyatına yığılan 10 min manatı ələ keçirdi – MƏHKƏMƏ

    Azərbaycanda xəstə uşağın əməliyyatına yardım adı ilə dələduzluq edən şəxsin əməlləri ifşa edilib.

    Oxu.Az-ın istintaq materiallarından əldə etdiyi məlumata əsasən, hadisə uşaq serebral ifilicindən əziyyət çəkən Gülsüm Dadaşovanın anası və əmisi “Azad Azərbaycan” televiziyasının (ATV) “Həyat gözəldir” (aparıcısı Hacı Nuran olub) verilişinə müraciət etdikdən sonra başlayıb.

    Verilişdən sonra balaca Gülsümün əmisinin mobil telefon nömrəsinə zəng vurulur. Zəng edən adam özünü adının bilinməsini istəməyən xeyirxah insan kimi təqdim edir.

    O, Gülsüm Dadaşovanın Türkiyə Respublikasında əməliyyat edilməsi üçün 50 000 manat pul lazım olduğunu, bunun üçün özünün 40 000 manat yardım edəcəyini vəd edir.

    Yerdə qalan 10 000 manat pulun Gülsümün ailəsi tərəfindən verildiyi təqdirdə əməliyyatın icra ediləcəyini söz verir.

    Gülsümün ailəsi uşağın sağalması üçün əlindən gələni edir və “xeyirxah insan”ın dediklərinə inanır.

    Bundan sonra o, müxtəlif adlar altında əməliyyatın tezləşdirilməsi üçün Gülsümün ailəsindən köçürmə yolu ilə pul alır.

    Bir müddətdən sonra isə xəstə uşağın ailəsi nəticənin olmadığını gördükdə polisə şikayət edir.

    İstintaq müəyyən edir ki, Gülsümün əməliyyatı üçün yalan vədlər verən şəxs 10 000 manat məbləğində dələduzluq əməli törədib.

    Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilib.

    O, ifadəsində deyib ki, “Həyat gözəldir” verilişinə baxarkən xəstə uşağın anasının müsahibə verdiyini görüb.

    “Həmin xanım qızına yardım etmək üçün imkanlı şəxslərdən kömək istəyirdi. Bu zaman düşündüm ki, imkanlı şəxslər ona yardım edəcək və o da həmin pulu götürüb öz maddi xərclərinə ödəmiş olacaq”, – deyə, təqsirləndirilən şəxs ifadəsində göstərib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ( xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilinərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • İlham Əliyev İrana xəbərdarlıq etdi: “Bunlar İsraili burada harada görüblər?!”

    “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

    Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Dövlətimizin başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

  • Bakıda çörəyi baha satan şəxslər kimlərdir?

    Bakı şəhəri ərazisində təndir çörəyi fərqli qiymətlərə satılır.

    Elə təndirxanalar var ki, əvvəllər qiyməti 50 qəpik olan çörək indi 1 manata qədər bahalaşıb.

    Bahlaşmaya səbəb kimi müxtəlif amillər əsas gətirilir. Çəkiliş apardığmız bir təndirxanada 800 qramlıq çörək 1 manata satılır. Satıcılar deyirlər ki, məcburiyyətdən belə addım atıblar.

    Paytaxtda təndir çörəyinin 60 qəpiyə satıldığı ərazilər də var. Amma bu da müvəqqəti xarakter daşıyır. Satıcılar bildiriblər ki, yaxın günlərdə qiymət artımı qaçılmaz olacaq.

    Alıcılara aşağı qiymətlərə az çəkili çörəklər də təklif olunur. Satıcıların sözlərindən belə başa düşülür ki, onlar bahalaşmanı unun və digər məhsulların qiyməti ilə əsaslandırırlar.

    Lakin xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə dəyirman sahiblərinə verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.

  • Polis qəza törədib, iki nəfər yaralanıb: DİN araşdırmalara başladı – AÇIQLAMA

    Polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    İddia edilib ki, polis əməkdaşı sürücülük vəsiqəsi olmadan yol-nəqliyyat hadisəsi törədib və hazırda məsələ barədə düzgün araşdırma aparılmır.

    Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

    DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabr ayının 28-də Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə iki nəfərin xəsarət alması barədə məlumat daxil olub:

    “Məlumatla əlaqədar polis əməkdaşları hədisə yerinə gələrək müvafiq araşdırma aparıb, avtotexniki ekspertiza təyin edilib. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Sona Murodavanın idarə etdiyi “Mitsubishi” markalı avtomobil ilə Qazax rayon sakini, RPŞ-də polis sahə rəisi vəzifəsində işləyən, polis leytenantı İmran Göyüşovun idarə etdiyi “Opel” markalı avtomobilin toqquşub.

    Nəticədə Sona Muradova və onun avtomobilində olan sərnişin Maya Bağırova müxtəlif bədən xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir, ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

    “Polis əməkdaşının sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə gəlincə, hazırda həmin əməkdaş barəsində xidməti yoxlama aparılır” – deyə, o qeyd edib.

  • Президент: Мы добьемся предоставления миру полной информации об армянском зверстве

    Мы добьемся предоставления всему миру полной информации о зверствах армян. Этот процесс начался.

    Об этом Президент Азербайджана, Верховный главнокомандующий Ильхам Алиев заявил на встрече с представителями общественности Джебраильского района, сообщает АЗЕРТАДЖ.

    Глава государства сказал, что мы восстановили и международное право, и историческую справедливость.

    “Сегодня покровители Армении должны это увидеть. Даже если они не хотят этого делать. Весь мир видит. Мы уже начали издавать книги, проводить презентации”, – добавил Ильхам Алиев.

    Президент Азербайджана отметил, что мы не только защищали себя, восстанавливали свою территориальную целостность, а сломали хребет армянскому фашизму, который, опираясь на поддержку иностранных покровителей, удерживал нашу территорию под оккупацией в течение тридцати лет.

  • Prezident: “Dünyaya erməni vəhşiliyi ilə bağlı dolğun məlumatın verilməsinə nail olacağıq”

    “Biz bütün dünyaya erməni vəhşiliyi ilə bağlı dolğun məlumatın verilməsinə nail olacağıq. Bu prosesə start verildi”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Dövlətimizin başçısı deyib ki, biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik. Çünki bax, bu dağıntıları törədən insan deyil:

    “Bu gün Ermənistan havadarları, bax, bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər. Bütün dünya görür. Biz artıq kitablar nəşr etməyə başlamışıq. Biz təqdimatlar keçirməyə başlamışıq”.

    Azərbaycan Prezidenti qeyd edib ki, biz təkcə özümüzü müdafiə etməmişik, öz ərazimizi bərpa etməmişik, biz erməni faşizminin belini qırmışıq. Erməni faşizmi bu bölgədə qol-qanad açıb və xarici havadarlarının dəstəyinə arxalanıb bizim ərazimizi otuz il ərzində işğal altından saxlamışdı.

  • Заслуженный врач Азербайджана скончался от коронавируса

    Доцент кафедры анестезиологии и реаниматологии Азербайджанского государственного института усовершенствования врачей имени Азиза Алиева, заслуженный врач Айдын Гадиров скончался от коронавируса.

    Первоначально он был помещен в Институт легочных заболеваний, затем переведен в больницу модульного типа МЧС в связи с ухудшением состояния.

    Несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    Информацию подтвердили в Азербайджанском государственном институте усовершенствования врачей.

    Напомним, что А.Гадиров некоторое время был главным анестезиологом-реаниматологом Минздрава АР.

  • Azərbaycanda Əməkdar həkim koronavirusdan vəfat edib

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Əməkdar həkim Aydın Qədirov bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub.

    İlk olaraq Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilən həkim vəziyyətindəki ağırlaşma ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasına köçürülüb.

    Yaxınlarının bildirdiyinə görə, həkimlərin apardığı müalicələrə baxmayaraq, A.Qədirov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

    Məlumatı Oxu.Az-a Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan təsdiq ediblər.

    Xatırladaq ki, A.Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.

  • İlham Əliyev: “Azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir”

    “Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi”.

    Bu sözləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.

    Dövlət başçısı qeyd edib ki, işğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi:

    “Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi. Təsadüfi deyil ki, ondan sonra bu məruzəni hazırlayanlara qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlamışdı. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi buraya biz hakimik. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.

    Eyni zamanda, vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir”.

  • В Баку женщину избил ее знакомый

    В Ясамальском районе Баку женщину избил ее знакомый, сообщает Report.

    Согласно информации, житель столицы Али Мусаев в общественном месте избил Н.Хасаеву.

    Пострадавшая обратилась в Ясамальское РУП. В своих показаниях Н.Хасаева сказала, что А.Мусаев часто угрожал ей смертью и требовал деньги.

    В результате оперативных мероприятий, проведенных сотрудниками полиции, было установлено местонахождение А.Мусаева.

    В его отношении были приняты меры в соответствии с законодательством.

    По данному факту проводится расследование.