Month: October 2021

  • Türkiyədə koronavirusla bağlı son statistika

    Türkiyədə son sutkada COVID-19-dan 203 nəfər ölüb.

    Son sutkada 352 162 nəfər test edilib, onların 27 973-nün nəticəsi pozitiv çıxıb.

    Son 24 saatda COVID-19-dan 22 110 nəfər sağalıb.

  • Serbiyalı qapıçı: “Azərbaycanla oyunda böyük çətinliyimiz olmayacaq”

    “Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq. Komandamız hər iki matçda nəzarəti əlində saxlamalıdır”.

    “Report”un məlumatına görə, bunu Serbiya millisinin qapıçısı Predraq Raykoviç Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.

    26 yaşlı qolkiper bildirib ki, qrupda ilk pillənin taleyini Portuqaliya ilə görüş həll edəcək: “Keyfiyyətli komandamız var və bunu qrupdakı digər qarşılaşmalarda göstərmişik. Hazırda yaxşı formadayam. İnanıram ki, qarşıdakı matçlarda qapımızın toxunulmazlığını qoruyacağam”.

    Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.

  • Prezident: “Biz müharibəni zəfərlə başa vurduq, sülh dövrünü də zəfərlə başlamışıq və zəfərlə başa vuracağıq”

    İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı. İndi Cəbrayıla biz yol çəkirik. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    “Cəbrayıl şəhərinin baş planı sizə, cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələ bilməyib

    Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

    70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşıb.

    Rəqibinə 2:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda güləşəcək.

    97 kq-dakı İslam İlyasov isə yarışı medalsız başa vurub. Buna onun 1/8 finalda uduzduğu belaruslu Aleksandr Xuştinin finala çıxa bilməməsi səbəb olub.

  • Baş Prokurorluq: “Saakaşvili Gürcüstan sərhədini sentyabrın 29-da qanunsuz keçib”

    Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dövlət sərhədini sentyabrın 29-da qanunsuz keçib.

    Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, siyasətçi sərhədi keçəndən sonra iki ittiham olunan şəxs öz avtomobillərində onu Sameqrelo bölgəsində bir kəndə aparıblar. Daha sonra M.Saakaşvili Tbilisiyə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. O, okyabrın 1-də həmin ünvanda saxlanılıb.

    Qeyd edək ki, E.Tsomaya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Yaxalanan daha iki şəxsin ata-oğul olduğu məlum olub. Yerli mətbuatın yazdığına görə, həmin şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Hər üç şəxs cinayəti gizlətməkdə ittiham olunur, onları 5 ilədək müddətə həbs gözləyir.

  • Ümumdünya Ticarət Təşkilatı əmtəə ticarətilə bağlı proqnozunu yeniləyib

    Ümumdünya Ticarət Təşkilatının qənaətincə, 2021-ci ildə dünya boyu əmtəə ticarətinin həcmi 10,8 faiz artacaq.

    “Report” qurumun hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə 4,7 faizlik artım gözlənilir.

    Qeyd olunur ki, cari ilin mart ayında əmtəə ticarətinin bu il 8 faiz, gələn il 4 faiz artacağı güman edilmişdi.

  • Avropada kömürün qiyməti 20 ilin maksimumuna çatıb

    Avropada enerji istehsalı üçün istifadə olunan kömürün qiyməti son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

    “Argus Beynəlxalq Qiymət Agentliyi”nin məlumatına görə, enerji miqdarı kiloqramı 6 000 kkal-dan çox olan kömür ötən həftə 16,5 % bahalaşaraq bir ton üçün 232,2 ABŞ dolları olub.

    Agentlik qeyd edir ki, qiymət artımı sentyabrın sonunda Avropada təbii qazın kəskin bahalaşmasına və bazarda kömür çatışmazlığına görə sürətləndi: “Regionun əsas kömür tədarükçüləri ixracı belə yüksək templərlə artıra bilmədiklərinə görə Avropa bazarında kömür təklifi məhduddur. Nəticədə Şimal-Qərbi Avropanın limanlarında kömür ehtiyyatı 4 milyon tondan biraz çox olmaqla son beş ilin bu dövr üçün ən aşağı səviyyəsindədir.

  • “Transfermarkt” Mahirin yeni qiymətini açıqladı – MƏBLƏĞ

    “Legiya”lı futbolçuların transfer qiymətlərində yenilənmə edilib.

    “Transfermarkt” Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyərini 1 milyon avro olaraq göstərib.

    Uğurlu mövsüm keçirən Emrelinin qiymətinin mövsümün sonunda bundan dəfələrlə yüksək olacağı vurğulanıb.

    Qeyd edək ki, Varşava təmsilçisinin ən bahalı oyunçusu braziliyalı Lukinyasdır (3,5 milyon avro).

    ///offsideplus.az

  • Агентство: Диплом 71 отучившегося за границей студента не был признан

    В сентябре в отношении 239 из 310 заявителей было принято положительное решение и выданы соответствующие сертификаты. Обращение 71 человека отклонено.

    Как сообщили Report в Агентстве по обеспечению качества в образовании, обращения 30 человек отклонили из-за неудовлетворительного уровня знаний языка обучения, 19 – не соответствия минимальному сроку пребывания в стране обучения и неудовлетворительного уровня знаний языка обучения, 12 – не соответствия минимальному сроку пребывания в стране обучения, 10 – по другим причинам.

    Согласно статистике обращений по странам, 101 обращение было из Турции, 80 – России, 61 – Украины, 18 – Грузии, 8 – из Соединенного Королевства Великобритании и Северной Ирландии, 42 – из других стран.

    Наибольшее число обращений зарегистрировано по юриспруденции (37 заявителей), по экономике (28 заявителей) , медицине (22 заявителя), по управлению бизнесом (18 заявителей) и по менеджменту (11 заявителей).

  • Agentlik: “Xaricdə təhsil almış daha 71 nəfərin diplomu tanınmayıb”

    Sentyabr ayı üzrə 310 müraciətçinin 239-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən “Report”a verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 12, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 101, Rusiya Federasiyasından 80, Ukraynadan 61, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 42 müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 28, tibb üzrə 22, biznesin idarə edilməsi üzrə 18, menecment üzrə 11 nəfər müraciətçi qeydə alınıb.

    Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.