Month: October 2021

  • В Гарадагском районе произошел пожар в двухэтажном доме

    В Гарадагском районе Баку произошел пожар в двухэтажном доме, сообщает МЧС.

    Согласно информации, на площади 50 кв. м сгорели воспламеняющиеся конструкции кровли двухэтажного четырехкомнатного дома (общая площадь – 110 кв. м).

    Остальная часть здания была защищена от огня, пожар ликвидирован.

  • Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib

    Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda avtomobil 62 yaşlı qadını vurub

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. S.Mehmandarov küçəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məmmədova Zəhra Əsgər qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Milanda şəxsi təyyarə evə çırpılıb, səkkiz nəfər ölüb

    İtaliyada şəxsi təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra Milanda ofis binasına çırpılıb. Təyyarədəki 8 sərnişin həlak olub.

    Hadisə nəticəsində ofis binasında yanğın baş verib, lakin yeni tikilən bina boş olduğu üçün xəsarət olan olmayıb.

    Şahidlərin dediyinə görə, təyyarə binanın üzərinə düşərək partlayıb.

    Yerli mətbuatın yazdığına əsasən, qurbanlardan biri uşaqdır.

    “Rai TV”nin məlumatına görə, təyyarənin göyərtəsində fransızlar olub, lakin bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

    Qeyd edək ki, təyyarə Milanın “Linate” aeroportundan havaya qalxıb və Sardiniya adasına getməli idi.

  • Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində “LADA” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Rusiyada vertolyot qəzası: Üç nəfər həyatını itirib – VİDEO

    Moskva vilayətin Lıtkarino şəhəri ərazisində kiçikmühərrikli “Robinson R-44” markalı vertolyot qəzaya uğrayıb.

    Qəza nəticəsində vertolyotda olan üç nəfər həlak olub.

    Vilayətin Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə yerində yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışır.

    Məlumatda həmçinin qeyd olunur ki, qəzaya uğrayan vertolyotda yanğın hadisəsi baş verməyib.

  • Dünya çempionatında çıxış edəcək qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib

    Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

    Mundialın üçüncü günündə – oktyabrın 4-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

    Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz çempionatda çıxış edəcək. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaqlar.

    Oktyabrın 3-də keçirilən püşkatma mərasimindən sonra qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, T.Nəsirova Nataliya Varakina, A.Kolesnik Kristina Sazıkina (hər ikisi Belarus), E.Manolova isə fransalı Koumba Larrok ilə qarşılaşacaq.

    Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyur.

  • В Астаринском районе отец каждый день провожает дочь в школу “на спине” – ВИДЕО

    Житель села Мики Астаринского района Фуад Салаев ежедневно сталкивается с трудностями, когда провожает дочь в школу.

    Причина этому – отсутствие дороги.

    Отец школьницы каждый день снимает обувь и с дочкой на спине переходит на противоположную сторону реки.

  • Azərbaycanda ata övladını məktəbə belində aparır – VİDEO

    Astaranın Miki kəndində yol problemi sakinlərə çətinliklər yaradır.

    Sözügedən kənddə yaşayan Fuad Salayev hər gün bu problemlə qarşı-qarşıya qaldıqlarını deyir.

    Onun sözlərinə görə, hər gün övladını məktəbə aparmaq üçün bu əziyyəti çəkir. Belə ki, ata hər gün ayaqqabılarını çıxarır, qızını kürəyinə alaraq çaydan qarşı tərəfə keçirir.

    Həmin videogörüntüləri təqdim edirik:

  • Tramp koronavirusa qarşı istifadə etdiyi vaksinin adını açıqlayıb

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilk dəfə “Pfizer”lə koronavirusa qarşı peyvənd edildiyini açıqlayıb və yenidən peyvənd oluna biləcəyini istisna etməyib.

    Bu barədə o, “Yahoo Finance” internet portalına müsahibəsində bildirib.

    Xatırladaq ki, ABŞ-da üç şirkətin – “Pfizer”, “Moderna” və “Johnson & Johnson”un peyvəndlərinin istifadəsi təsdiqlənib.