Month: October 2021

  • Teymur Rəcəbov dünya çempionuna qalib gəldi

    Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilir.

    7-ci turda Şəhriyar Məmmədyarov Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmada qalib gəlib.

    Teymur Rəcəbov isə yarışın təşkilatçısı, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenlə qarşılaşıb. Rəcəbov rəqinə 3:1 hesabı ilə qalib gəlib.

    Tərəflər arasında ilk iki partiya bərabərliklə başa çatsa da, sonrakı iki oyunda Teymur həm qara, həm də ağ fiqurlarla rəqibindən üstün olub.

    Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

    Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

  • Bakıda mənzildə köməksiz qalan şəxsin meyiti aşkar olundu

    Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.

    Məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Boks üzrə dünya çempionatının yeri və vaxtı AÇIQLANDI

    Qadınlar arasında boks üzrə dünya çempionatının yeri və vaxtı müəyyyənləşib.

    Median.Az Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın əvvəlində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

    Dəqiq tarixlər daha sonra açıqlanacaq.

    AİBA prezidenti Umar Kremlev mükafat fondunun kişilərin turniri ilə eyni olacağını bildirib: “Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medal qazanan boksçu isə 25 min dollar əldə edəcək”.

    Qeyd edək ki, kişilər arasında dünya çempionatı 24 oktyabr – 6 noyabrda Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.

  • В Венесуэле провели очередную деноминацию

    После обесценивания боливара из-за инфляции в Венесуэле представили новую валюту, у которой на шесть нулей меньше.

    Ранее купюрой с самым высоким номиналом была банкнота в один млн боливаров (она стоила чуть меньше 25 центов). Теперь самая крупная купюра будет иметь номинал в 100 боливаров и стоить чуть меньше 25 долларов США.

    По данным агентства, деноминация боливара призвана упростить как кассовые операции, так и бухгалтерские расчеты, в которых на данный момент присутствует огромное количество нулей.

    Правительство Венесуэлы уже в третий раз проводит деноминацию. Ранее боливар потерял три нуля в 2008 году и пять нулей в 2018 году.

  • Gürcüstanda seçici fəallığı 53 %-ə yaxın olub

    Gürcüstanda bu gün keçirilmiş yerli seçkilərdə seçicilərin 51,92 %-i iştirak edib.

    Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

    Səsvermə hüququndan 1 815 776 seçici istifadə edib.

    Qeyd olunub ki, seçkilər sakit şəraitdə keçib.

  • МВД предупредило граждан в связи с мошенничеством с банковскими картами

    Министерство внутренних дел Азербайджана предупреждает граждан о новом мошенничестве и рекомендует им не передавать данные банковских карт неизвестным людям.

    Об этом на своей странице в Facebook написал Начальник отдела пресс-службы Министерства внутренних дел (МВД), майор полиции Эльшад Гаджиев.

    По его словам, сегодня одному гражданину из Наримановского района Баку позвонили и попросили пароль его банковской карты. Звонивший заявил, что он якобы является работником банка.

    “Владелец карты, не проведя каких-либо уточнений, передал информацию незнакомому человеку. В результате крупная сумма денег была переведена на зарубежный счет”, – отметил представитель МВД.

    Э.Гаджиев подчеркнул, что банкам не нужны данные банковской карты клиента.

  • DİN xaricdən gələn zənglərlə bağlı əhaliyə xəbərdarlıq edib

    Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev feysbukda paylaşım edib.

    Paylaşımda deyilir:

    “Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, “Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa….” deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

    Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil”.

  • İllərin təzyiq xəstəsi 10 günə necə sağaldı – Cəmi bir metod

    Əgər hələ də yüksək təzyiqdən necə xilas olacağınızı bilmirsizsə, bu real təcrübə köməyinizə gələ bilər. Yüksək təzyiq gənc yaşlardan başlaya bilər və getdikcə çox vacib damarları zədələyir. Bədəndə qan dövranı pozulanda əsas orqanlar sıradan çıxır.

    Rusiyada 30 illik təzyiq xəstəsi dərman müalicəsi ilə belə təzyiqi sala bilmədiyindən sovet dövründəki həkimlərin ürək, böyrək xəstələri üçün təyin etdiyi duzsuz pəhriz, 7 və 10 nömrəli pəhrizlərə başlayır.

    “Təzyiqi müalicə etmək üçün möcüzə tablet yoxdur, dərman atsanız da təzyiq ram olmaya bilər. Xəstə nə qədər çox dərman qəbul edirsə, bir o qədər orqanizmin ömrünü qısaldır. Mən təzyiq dərmanı ilə yanaşı ürək-damarlar üçün tabletlər, sidikqovucular içirdim.

    Dəfələrlə həkim dieta da saxla desə də, konkret hansı dietadan söz getdiyini demir, mən də yeməyimdən qalmırdım.

    Son 1 ildə təzyiq dərmanım belə təzyiqi salmırdı, günlərlə başım gicəllənir, ürəkdə tutmalar olur, təcili yardım çağırır, belə yaşamaqdan bezmişdim.

    Mən duzsuz qidalanmağa keçdim. Rasiondan duzu çıxartdım.

    Buna öyrəşmək ilk günlər çox çətin idi, amma getdikcə toyuq da, ət də, salatlar da duzsuz da dadlı gəlirdi. Şorbaları quru və təzə göyərti, ədviyyatlarla dadlandırdım.

    Menyuya paxlalar, yarmalar daxil etdim.

    3 gündən sonra ilk təsiri hiss etdim: axşama kimi ayaqlarım şişmirdi, başımdakı ağrı və təzyiq itdi.

    İnsan zamanla yüksək təzyiqə elə uyğunlaşır ki, başında, gözündəki o təzyiqi hiss etmirsən, bədən birtəhər özünü tənzimləyir və adama elə gəlir ki, normal gəzir, oturur. Həmin vaxt isə təzyiqin 160, 180 ola bilər.

    İndi isə təzyiqim 140-dan yuxarı qalxmır, bir az yüksələn kimi dərhal hiss edirəm. Bu da o zaman baş verir ki, mən qonaq gedirəm, restoranda, kafedə yeyirəm, orqanizmə duz daxil olur.

    Bu qidalanma ilə bir ay sonra mən demək olar, çox dərmanlardan imtina etdim, cəmi bir təzyiq dərmanım qaldı.

    Bu dietaya keçəndən sonra bədəndə yüngüllük, enerji, güc artdı.

    Əgər siz də uzun illərin təzyiqindən və onun gətirdiyi fəsadlardan xilas olmaq istəyirsizsə, duzu ləğv edin. İnternetdən sovet dövrünün 7 və 10 nömrəli stol pəhrizini axtarıb riayət edin”. /medicina.az

  • Təbii yağı saxtadan seçmək üçün 3 sadə üsul – Video

    Ən çox istifadə olunan məhsullardan biri olan yağ kütləvi şəkildə saxtalaşdırılır.

    Belə süni yağın əsas hissəsini palma və ya kokos yağı, müxtəlif kimyəvi qatqılar təşkil edir. Təbii ki, belə yağ nəinki orqanizmə heç bir fayda vermir, əksinə sağlamlığa ziyan vurur.

    Bəzən belə saxta yağlar çox “ustalıqla” hazırlanır və xarici görünüşünə və qoxusuna görə onları təbii yağla səhv salmaq mümkündür. Bu halda ev şəraitində çox sadə testlərdən istifadə etməklə yağın saxta olub-olmadığını müəyyən edə bilərsiniz.

    Median.Az istinadla sizə 3 belə test təqdim edir:

    1. Stəkana qaynar su töküb suya yağın bir tikəsini salın. Təbii yağ bərabər şəkildə əriyin və suya qarışır. Süni yağ isə dərhal kiçik tikələrə ayırmağa başlayır.

    2. Yağı masanın üstündə saxlayın ki, ərisin. Təbii yağ bərabər şəkildə əriyir, həmcins sarı maye əmələ gəlir və xoş qoxu verir. Süni yağ isə əriyəndə içində kiçik dənəciklər olan suya oxşayan maye əmələ gəlir və bu maye spesifik, təbii yağa bənzəməyən qoxu verir.

    Həmçinin təbii yağ əriyəndə onun üzərində su damcıları əmələ gəlmir, marqarinin üzərinəd isə əmələ gəlir.

    3. Yağı buzxanada dondurun. Buzxanadan çıxmış yağ çox çətinliklə tikələrə bölünür və ovulur. Süni yağ isə asanlıqla tikələrə kəsilir.

    Saglamolun.az/

  • Malidə BMT sülhməramlısı öldürülüb

    Malidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində BMT-nin bir sülhməramlısı ölüb, daha üçü isə ağır yaralanıb.

    Bu barədə BMT Baş Katibinin Malidəki xüsusi nümayəndəsi, BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyasının rəhbəri Al-Qassim Vane öz tviter səhifəsində verib.

    Vane hadisənin Əlcəzairlə sərhəd yaxınlığında, Malinin şimal-şərqindəki Tesalit şəhəri ərazisində baş verdiyini əlavə edib.

    Xüsusi nümayəndə sülhməramlıların hansı ölkədən olduğu barədə məlumat verməyib.

    BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyası 2013-cü ilin yazında yaradılıb. Missiyanın məqsədi ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə kömək etməkdir. Hazırda missiyanın 15 min hərbçisi var.